Əvvəl çeşmə idi gözləri
Əvvəl çeşmə idi
gözləri,
indi qara çeşmək,
əvvəl dost gəzirdi
onu,
indi düşmən.
Əvvəl ayağına baxardı
qarşıdakının,
indi ayaqqabısına,
əvvəl alına
sürtərdi əlini,
indi alın yazısına.
Əvvəl ürək qoyardı
indiyə -
savaşda,
indi ürək işarəsi qoyur əvvələ -
yavaşdan...
Gündüz ulduzlar bizi görür,
biz onları görmürük,
gecə biz ulduzları görürük,
onlar bizi görmür...
Beləcə, keçir ömür
susuz, dar bir boğazdan.
Hər şey
təzə sətirdən,
köhnə abzasdan..
Qulu
Ağsəs
525-ci qəzet.- 2023.- 29 aprel.- S.21.