"Venera Adonisin ölümünə
yas tutur"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas
Gülbən Abdullayevadır.
Onunla rəssam Tomas Villebortsun "Venera Adonisin
ölümünə yas
tutur" əsərindən
danışmışıq.
Tomas Villeborts flamandlı barokko rəssamı idi. O, Antverpen məktəbinin nümayəndəsi,
niderlandlı rəssam
və qravüraçı
Cerard Seqersin tələbəsi olub.
Rəssam Antverpendə yaşayıb-yaradıb.
O, karyerasına Cerard Seqersin emalatxanasında assistent kimi başlayıb, Seqersdən
işıqla işləməyin
texnikasını mənimsəyib.
Təhsil aldıqdan sonra rəssam öz emalatxanasını qurub. Onun işinə
böyük tələbat
olub və Avropanın müxtəlif
yerlərindən sifarişlər
gəlib.
- Gülbən xanım, rəsmin yaranma tarixçəsi haqqında
nə bilirik?
-
1641-1654-cü illərdə rəssam "Venera və
Adonis" mövzusunda silsilə
rəsmlər yaradır.
Haaqa hökmdarı
Frederik Henri tərəfindən ölkə iqamətgahını
bəzəmək əmri
verilir. "Adonisin ölümünə yas tutan Venera" süjeti bir neçə dəfə təsvir edilib. Bu variantlardan biri Radişevski Muzeyində nümayiş etdirilir.
Venera və Adonisin sevgi hekayəsi Roma şairi Ovidin "Metamorfozlar" poeması sayəsində məşhurlaşıb.
Veneraya gözəllik,
cismani sevgi və məhsuldarlıq ilahəsi kimi hörmət edilirdi. Rəvayətə görə,
o, Kitera adasının
yaxınlığında dəniz
köpüyündən çıxıb
və sonra külək onu Kiprə aparıb. İlahənin ayağı
hara dəyirdisə, orda
güllər açırmış.
Sevgi tanrısı Kupidin oxuna görə Venera yer üzündəki bir insana - Adonisə
aşiq olur. O, Kipr kralı Kinira və öz qızı Mirranın oğlu idi. Həmin faciə baş verənə qədər sevgililər xoşbəxt idi. Bir gün ov zamanı bir çöl donuzu Adonisi ölümcül yaralayır.
- Əsərin kompozisiyası
necədir?
- Villeborts fiqurları elə düzür ki, onlar dünyanın harmoniyasını və əmin-amanlığını simvolizə edən üçbucaq kimi görünür. Eyni zamanda, üçbucağın
içərisində bədənlərin
vəziyyəti və
personajların jestləri
qırıq xətlər
əmələ gətirir
və ahəngdarlığı
pozur. Rəsmin ziddiyyətli rəng palitrası xaos və gərginlik hissini saxlayır - rəssam qırmızı
və mavinin isti, soyuq çalarlarından
yan-yana istifadə edib. Belə möhtəşəm mifoloji
kompozisiyalar Villeborts emalatxanasının vizit kartı idi.
- Tablo hazırda harada saxlanılır?
-
"Venera Adonisin ölümünə
ağlayır" tablosu
1885-ci ildə İmperator Ermitajının
hədiyyəsi olaraq Radişşev muzeyinə daxil olub. Müəllifin
imzası olan süjetin ilk variantı hazırda Berlin yaxınlığındakı
Yaqdşloss Qrunevald qəsrindədir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rəsam bu əsərdə
Veneranın ölməkdə
olan sevgilisinin əzabını göstərir.
Ovidə görə, ilahə saçını
və paltarını
cırmağa, əzaba
layiq olmayan əlləri ilə sinəsinə vurmağa, taleyi məzəmmət etməyə başlayır.
Rəssam onu qucağında Adonisin meyitini tutan vəziyyətdə təsvir
edib. Veneranın yanında kiçik sevgi tanrısı Kupid var. Villeborts onun dözülməz kədərini təsvir edib. Balaca Kupid
onun yanında ağlayır. Şəklin
sol tərəfində gördüyümüz
ov iti və
ov quşu isə baş verən hadisənin nişanəsidir.
Aytac SAHƏD
525-ci
qəzet.- 2023.- 9 avqust.- S.16.