Şekspir dünyası  

 

 

(Əvvəli ötən çərşənbə saylarımızda)

 Qız sonra cavan oğlanın saxta göz yaşlarına aldanıb, onun məhəbbətinə təslim olmuşdu. O, qoca kişidən soruşdu ki, "gənc sadə bir adam olan bu oğlan məgər belə məşuq olmamışdımı?" Nəticədə qız öz sualına öz yeni şikayəti ilə cavab verdi. O cavan oğlan yenə saxta idisə, qız onun tərəfindən yenidən şirniklənməzdimi.

Hekayət danışan təsiri artırmaq üçün, çayın qırağında olan qızı ağlar gördüyünü yeni şeirlə təsvir edirdi.

Şekspir həm lirik poemalar yazmışdı, burada o, Petrarkanın italyan, daha çox latın dilindəki ənənəsindən istifadə etmişdi. İngiltərədə bu forma Elizabet erası ərzində xüsusən dəbdə idi. Şekspirin lirik poemaları məşuqun dili ilə, ilk fərd kimi ona məxsus olan bir səslə danışır.

Şekspirin sonetlər formasındakı yazdıqları, lirik incilərdir. "Sonet" sözü ingilis dilinə italyanca olan "Sonetto" ifadəsindən götürülmüşdü, "kiçik mahnı" mənasını verirdi. Həm sonet əvvəldən italyan şeir forması idi. Dante 1292-1293-cü illərdə sonetlər yazmışdı, sonetlərin populyarlığı olduqca geniş idi, onların formalarına müxtəlif dillərə uyğunlaşırdı. Petrarka sxemi ingilis dilində müxtəlif qaydada səslənirdi. Çünki bu dil Roman dillərinə nisbətən rədiflik cəhətlərinə görə kasıb idi, 1580-ci 1590-cı illərdə isə orijinal poemaların tam sikllərinə yüksəldi.

Sonetlər

Şekspirin 54 soneti əsrlər ərzində onun bir dəb kimi yaranmasını oyatdı. Onlar 1609-cu ildə çap olunmuşdu. Güman edildiyinə görə, poemaların dili ən azı əvvəllər erkən 1590-cu illərdə yaranmışdı. Bu sirlərdə zaman, gözəllik şeir haqqındakı dərin həqiqətlər daha az əhəmiyyət daşıyırdı.

Sonet Elizabet erasında elə populyar idi ki, təkcə 1500-ci illərdə çap edilmiş 1200 sonet bizim dövrümüzə gəlib çatmışdır. Şekspirin sonetləri "Sevgilinin şikayəti" ənənəyə uyğun olduğuna görə "Şekspir sonetləri" adı altında çap edilmişdi.

Dantenin onu tərk etmiş Beatriçasını Petrarkanın Laurasını təqlid qaydasında sonet ənənəsində çıxış edənlərin əksəriyyəti öz sevgililərini adlandırırdılar. İngilis şairləri ya özlərinə muzalar icad edir, ya da hansısa öz real qadınının adını çəkirdilər. Petrarka sonet yaradıcılığında Dantenin bu sahədəki təcrübəsindən faydalanmış, janrı daha yüksək səviyyəyə qaldırmışdır. Şekspir Petrarkanın etalon saydığı sonetlərinə müraciət etmiş onlardan ilhamlanmışdır. Petrarkanın "Nəğmələr kitabı" əsərindəki sonetlərdə ən adi xatirə fəlsəfi dona geyindirilərək, olduqca cazibədar səslənməyə yiyələnir:

 

"İti qaçdı maraldan da günlərim

Güldüsə lap səadət onlara.

Tüstülərə döndü göz qırpımında

Ağrıları şirin xatirələrim".

 

Şekspirin çətinliklərlə, problemlərlə dolu həyat yolu, ona böyük şöhrət gətirdiyi kimi, faciələrlə üzləşməkdən xilas edə bilməmişdir. Yaşadığı illərə nəzər salanda, uğurlarına sevindiyi kimi, bəzən anlanılmamağı ucbatından öz həyatından narazı da qala bilərdi. O, dünya şöhrəti qazanacağını ağlına da gətirə bilməzdi. Lakin dahiyanə əsərləri ona ölməzlik bəxş etdi, burada ölümündən sonra onun dostlarının fədakar xidmətlərini qeyd etməmək ədalətsizlik olardı.

Latın dilindən tərcümə edilmiş "Ulduz məşuq ulduz" kimi sonetlər çap edilmişdi. Şekspirin soneti nəticədə üç əsas qrupa bölündü. Birinci 126 sonet "dost" kimi seçilən gənc adama ünvanlanmışdı. 127-dən 152-yə qədər olan sonetlər "qaranlıq ledi" adlanan qadına, 153-154-cü sonetlər isə məhəbbət allahı Kupidona həsr olunmuşdu. 154 sonetdən ilk 17-si gənc oğlanı evlənməyə uşağa malik olmağa sövq edirdi. 126 ilk sonetdə isə güman ki, hər şey elə həmin adamlara ünvanlanırdı. Şekspir gənc adamlara nəsihətində onların ləyaqətlərinin saxlanması üçün bioloji nəsli artırmanı əvvəlcədən vacib bir borc hesab edirdi. Birinci sonetin ilk sətirində mövzu hərəkətə gətirilirdi: "Yaxşı məxluqlardan biz onları çoxaltmaq istəyirik / Çünki gözəl gül heç vaxt ölə bilməz". Sonrakı sonetlərdə belə bir ideya irəli sürülür ki, poeziya özü uşaqlar kimi gənc adamın gözəlliyini saxlayır. 17-ci sonetin son kupletində sakinlər, nəhayət, bioloji poetik varlıq kimi gənc oğlanın ləyaqətlərini gələcəkdə "yaşa dolduqca" genişləndirməyi vəd edir, gələcək isə odur ki, "Həmin vaxt sənin uşaqlarından bəziləri sağ qalacaqdır / Sən onlarda mənim rədifimdə iki dəfə yaşayacaqsan". Təbiətin özü kimi lirika sonra ölməzlik forması bəxş edir.

Şekspirin real həyatla əlaqədar olan sonetlərin əksərində mərkəzi diqqəti əsir edənlər, Poeziya ilə Zaman arasında olanları həmin janr vasitəsilə təsvir edir. Sonetlər təkrar-təkrar gənc oğlana ünvanlanaraq, təkid edir ki, poeziya, həqiqət işığını başqa yolla qoruyub saxlamaqla, ölümə tabe olmur. Bu sonetlər poeziyanın qeyri-adi gücünü göstərir. Poetik müqayisə sevənlər başqa yolla da tərcümə oluna bilər: "Mən səni yay günü ilə müqayisə edəcəyəm. / Sən daha sevimlisən daha hərarətlisən". Sonet davam edir ki, "Sənin əbədi yayın solmayacaqdır" təsdiq edir ki, lirika öz dostuna ölçü statusu verir. Poemalar hər şeyə dözür, çünki onlar, həqiqəti əsir götürürlər.

Son kuplet iddia edir ki, "Belə uzun müddətdə insanlar nəfəs ala gözləri ilə görə bilirlər./ Belə bir uzun müddətdə yaşamaq budur bu həyatı sənə verir". Beləliklə, sonetlərin əsas subyekti Şekspir poeziyasının özüdür.

Bəziləri inanır ki, sonetlər Şekspirin ünvanladığı dostuna bir homoseksualist tək özünün kim olduğunu tanıdır. Lakin sonetlər seksuallığa daxil olan heç bir təcrübəni açmır. Poemanın özündə dost üç il ərzində sonet dostu kimi qalır. Şairin səsi bəzi hallarda adamı heyran edir, hətta ibadət təsiri bağışlayır, digər vaxtlarda isə adamı utandırır, heyrətliliyini dayandırır, bəzən isə döyüşə səsləyənə çevrilir.      

 

Bütöv dramatik hadisələrin təkrar olunması içərisində kişinin qaşqabağını sallayan qadına tərəf dost kimi əyildiyi üzə çıxır. Bəzi sonetlər gənc oğlanı başqa işlə məşğul olduğuna görə məhkum edir. Məhəbbət üçbucaq xarakteri daşıyanda, başqa bir adam loyallığı qarışdırmaq mənzərəsi yaradır.

Rəqib, şair tərəfindən danışmaqda ittiham ediləndə, yaxşı süjet səslənməyə başlayır. Belə ziddiyyətli ittihama sonetlərdə dəfələrlə rast gəlinir. Sonet formalarının bəzi xüsusiyyətləri, məhəbbət mövzuları birinci adamın səsi ilə verilir ki, yaxşı təəssürat yaratsın.

Şekspir olduqca vətənpərvər bir insan idi. O, Qərb dünyasında məşhur dramaturq, universal bir dahi olmaqla yanaşı, psixoloji nüfuz etmədə, xarakterlərin dəyişilməsini tədqiq etməkdə, təsəvvür qabiliyyətində həm çoxtərəflilik cəhətinə görə digər yazıçılardan çox yüksəkdə dayanırdı. Onun tarixi pyesləri Elizabet erasındakı ingilis xalqının vətənpərvərlik entuziazmını ifadə edirdi. Onun doğma İngiltərəyə vurğunluğu da maksimal xarakter daşıyır. Bunu "II Riçard" pyesindən götürülən parçadakı illustriasiya daha aydın nümayiş etdirir

 

"Bu kralların royal tacı, skipetrli ada,

Bu əlahəzrət yeri, Marsın oturduğu taxt

Bu digər bir Edem, Cənnəti salır yada.

Təbiətin özünə tikdiyi bir istehkam,

Qarşı durur müharibə yoluxmasına, oduna.

Xoşbəxt insanların bu kiçik dünyası

Əsl  cəvahirat tək düşmüş gümüş dənizə.  

İngiltərəyə sarınmışdır zəfərli dənizlər,

Qayalı sahilini döyür paxıl ləpələr.

Arından dillənmir bu Neptunun suları.

İngiltərə zəbt etməyib heç başqalarını

Zəbt edibdir özünü utancaq bir qaydada.

Ey, şayiəyə görə itmiş həyatım mənim,

Necə gözəl olacaq, həqiqətən ölməyim".

Epitafiyalar

Şekspir tərəfindən hansısa bir epitafiyanın yazılması sübut edilməmişdir. Lakin onun 1616-cı ildəki ölümündən sonra epitafiyaların böyük şair tərəfindən yazıldığı ilə razılaşıldı. Şronşeyeada Stenli ailəsinin sərdabəsində oxunulmuşdu: "Sorun, burada kim yatmışdır, lakin ağlama / O, ölü deyildir, ancaq yatmışdır". Lakin sələmçi üçün olan sətirdə Con Kombi zarafat etmişdi: "Ona qarşı yüz verərəm, onun ruhu xilas edilməmişdir".

Ben Conson epitafiya yazmışdı ki, o, ədəbiyyat kimi oxunsun. 1650-ci ildə Nikolas Bos məlumat vermişdi ki, xalqın inamı belədir ki, Şekspir Conson tavernada içki içəndə, bu vaxt Conson özünün qəbir daşı üçün epitafiyanın birinci sətrini yazır:

"Burada yatır Ben Conson, sağlığında sayılardı".

Şekspir Consonun epitafiyasının tamamlamaq üçün bir beyt əlavə edir: "Sağlığında o, yavaş tərpənən bir adam idi. İndi isə ölməklə, çevrilmişdir heç nəyə".

Lakin Şekspirin ən məşhur epitafiyası Eyvon üstündəki Stratforddakı qəbrinin üstündə tapıla bilərdi bəlkə , başqası bunu özü üçün qoşmuşdu.

"Əziz dost! İisus xatirinə özünü saxla / burada hasarlanmış torpağı qazmaqdan / xoşbəxt olsun o kəs ki, toxunmur bu daşlara / Lənət olsun çox, sümüklərimi tərpədənə".

Şekspir lakonik qaydada xatirəsinə hörmətlə yanaşmağı xahiş edir, bu heç kəsdən nəsə bir əziyyət çəkməyi nəzərdə tutmur. Bunu anlamayanlara isə lənət yağdırmaqdan da çəkinmir.

Bu epitafiya tarixdə ilk Persiya dövlətini Əhəməni sülaləsinin yaratmaqla, Aralıq dənizinin sahillərindən Pers körfəzinə qədər uzanan ərazidə meydana gələn nəhəng imperiyanın banisi olan Böyük Kirin (b.e.ə. VI əsr) qəbri üzərində olan müdrik sözləri yada salır. Kirin Parsaqadadakı qəbrinin sinə daşında bu sözlər yazılmışdı: "Ey insan, kim olursansa ol, haradan gəlirsənsə gəl, mən bilirəm ki, sən hökmən gələcəksən. Mən Persiya dövlətini yaradan Kirəm. Bədənimi örtən bir ovuc torpaqdan məni məhrum etmə". Olduqca təsirli sözlərdir. Təsadüfi deyildir ki, bu dərin məzmunlu ifadə dahi sərkərdə Böyük Aleksandra da güclü təsir göstərmiş, onu insan talaeyinin dolambacları barədə fikirə dalmağa məcbur etmişdi.

Perslərin Midiya üzərində çaldığı qələbədən sonra qalib Persiya çarı II Kir (perslər onu "çoban" mənasını verən "kuruş" adlandırırlar, qədim yunanlar isə onu Cyrus - Sirus kimi tanıyırlar) dövlətini ədalətlə idarə edirdi, buna görə perslər ona ata kimi baxırdılar. O, işğallarında imperiyasını yaratmaqda da müdriklik mərhəmət nümayiş etdirirdi. B.e.ə. 529-cu ildə massagetlərlə apardığı döyüşlərin birində həlak olmuş vətənində dəfn edilmişdi.

Epiloq

Göründüyü kimi, Şekspir yaradıcılığı adlanan planetlə azacıq da olsa tanışlıq, onun mahiyyətinə nüfuz etmək, hər bir adama həzz verməklə yanaşı, ona mənəvi zənginlik bəxş edir. Onun pyeslərinə, poemalarına sonetlərinə hansısa bir laqeydlik, çox güman ki, zövqun primitivliyindən xəbər verir. Şekspirin əsərlərinin hətta bir hissəsi ilə tanışlıq belə, onun kəşf etdiyi dünyanın böyüklüyünü, heyrətlənməkdə davam etdirdiyi insanlara güclü təsiri ilə özünün genişliyini nümayiş etdirməklə, həqiqi təəccübə səbəb olur. Onun yaradıcılığında yüksək mənəviyyatdan xəbər vermək rəmzi kimi, Yer kürəsində olduğu tək çox hündür zirvələri ilə seçilən dağ silsiləsini , qüsurları təmsil edən dərin uçurumları da seyr etmək mümkündür. Şekspirin pyeslərində insan könülün nəhayətsizliyinin mahiyyətini əks etdirən mövzular hətta bizim təxəyyülümüzdən geniş çoxcəhətlidir, bu, əslində, hisslər səltənətini təcəssüm etdirir. Ona görə minnətdar oxucu tamaşaçı daim onlara qürur hissi ilə müraciət edir.

Öz dövründə Şekspiri anlamalayanlar sevməyənlər olmuşdu, dörd əsr keçdikdən sonra bəşəriyyətin əksər hissəsində, ən azı mədəni arealında onun adı müqəddəsliyə çatmış bir insan kimi anılır, onun əsərləri yüksək təhsil verən universitet xarakteri daşıyır. İnsanların ona olan bu hisslərindən yaranan möcüzəyə bənzər bir abidəni çox yerlərdə görmək mümkündür.

 

SON

 

01.10.2022

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 9 avqust.- S.14.