Milli dəyərləri aşılayan araşdırıcı

 

(Əvvəli ötən sayımızda)

 

Naxçıvandakı "Şərq qapısı" qəzetində kiçik vəzifədə, yəni müxbir işləyirdim. Vəzifəm təsərrüfatlardan yazmaq, partiyanın siyasətini təbliğ etmək idi. Rəhmətlik Hüseynqulu Məmmədov zəng vurdu, tezliklə bir bəhanə tapıb Bakıya gəlməyimi, Kamil müəllimlə görüşməyimi tapşırdı. Yazıçılar Birliyinin binasında görüşdük. Kamil bəy "Kitabi-Dədə Qorqud" adlı ensiklopediyanın sözlüyünü hazırladıqlarını, orada mənim iştirak etməmi, "Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk araşdırıcısı Əmin Abid, eləcə İran İslam Respublikasında yaşayan qorqudşünaslar haqqında məqalələr yazmağımı tapşırdı. Onun bu tapşırığı sanki məni göylərə qaldırdı. Bakıda qorqudşünaslıqla məşğul olan, ensiklopediya üçün məqalə yazmaq istəyən alimlərə deyil, bölgədə işləyən, çoxlarının da qəbul etmədiyi birisinə belə tapşırıq verməsi böyük məsuliyyət idi.

2013-cü il aprelin 18-22-də Türküstandakı Xoca Əhməd Yəsəvi Ulus¬lararası Türk-Qazax Universitetində elmi toplantıya getmişdik.

Toplantı iştirakçılarından bir qrupu: Kamil Vəli Nərimanoğlu, AMEA Şərq¬şü¬naslıq İnstitutundan Elmira Fikrətqızı (Məmmədova), Kəmalə Ələkbərova mən, İran İslam Respublikasından gəlmiş azərbaycanlılardan Bəhruz İmani, Mirəli Rezai, İsa Yılmaz vardı. Gürcüstanlı şərqşünas Mzisa Buskvadzeni.

Mən tapşırığı yerinə yetirməyə çalışdım. Heyif ki, ensiklopediyanın nəşri yubadıldı. 1993-cü il hadisələrindən sonra mən Bakıya köçməli Azərbaycan ensiklopediyasında işləməli oldum. Bir gün tələbəlik dostum, ensiklopediyanın direktoru İsmayıl Vəliyev məni otağına çağırtdırdı. Dedi ki, bilirsən, "Kitabi-Dədə Qorqud" ensiklopediyasının nəşri neçə vaxtdır dayandırılıb. Prezidentin göstərişi ilə yeni qrup yaradılır ki, materiallar üzərində işlənsin, yeni əlavələr edilsin nəşr olunsun. Sən həm mövzu ilə yaxından tanışsan, həm neçə ildir ensiklopediyada işləyirsən, qaydalara bələdsən. Bilirəm, sənin üçün çətin olacaq, amma xahişim budur, səbirli dözümlü ol. Söz verdim ki, bütün gücümlə ensiklopediyanın nəşrinə kömək edəcəm. Lakin dostum müdirimə verdiyim sözə əməl edə bilmədim. Elə ilk toplantıdaca Fatma Abdullazadəyə üsyan bayrağı qaldırdım. Onunla eyni illərdə Azərbaycan Dövlət Universitetində oxumuşduq. O, Tələbə Elmi Cəmiyyətinin sədri olanda mən onun müavini olmuşdum. Savadına, biliyinə böyük hörmətim vardı. Mexanika riyaziyyat fakültəsində oxusa da, bədii ədəbiyyatı ədəbiyyat fakültəsində oxuyanlardan çox oxuyurdu. Ən çox söhbətimiz repressiyadan olurdu.

"Kitabi-Dədə Qorqud" ensiklopediyasını hazırlayacaq qrupun ilk toplantısında eşitdim ki, kitabı hazırlayan qrupun, xüsusən baş redaktor Kamil Vəli Nərimanoğlunun adını verməyəcəklər. Bu söz məni bərk əsəbləşdirdi Fatma Abdullazadəyə təxminən belə dedim: "Fatma xanım, 1937-ci ildə güllələnlərin əsərlərini sonradan öz adına çap etdirən alimlərin əleyhinə qədər danışmışıq. Onları necə qınamışıq. Repressiya qurbanlarını güdaza verənləri birlikdə qədər yamanlamışıq. İndi oldu, 1937-ci il davammı edir? Mən bu işə qol qoya bilmərəm. Siz məni eşitməyib Kamil Vəli Nərimanoğlunun adını çıxarsanız, mətbuatda məsələni ictimailəşdirəcəm bu işə qol qoyanları məhkəməyə verəcəm".

Mənim bu sözüm Fatma Abdullazadəni bərk əsəbləşdirdi. Tanıdığım illərdə onu heç vaxt belə görməmişdim. Fatma xanımın belə bir xasiyyəti olduğunu kimsə desəydi, heç cür inanmazdım. İsrafil Abbasov bizim mübahisəmizə sakitcə qulaq asırdı. Bəhlul Abdullayev isə məni sakitləşdirməyə çalışırdı. Səhərisi gün İsrafil müəllim Folklor institutunda mənə öyüd-nəsihət verməyə, danlamağa başladı ki, rəhbər işçilərlə belə danışmaq olmaz. Bir neçə gün sonra Bəhlul Abdullayev zəng vurdu. Gülə-gülə dedi: "Qonaqlığımı hazırla, Kamil müəllimin adı qalacaq. Xahişim budur, məsələni mətbuata çıxarma Fatma xanımın adını hallandırma, tələbə yoldaşı olubsunuz". Razılaşdıq. Sonralar görüşəndə Bəhlul Abdullayev mənim Fatma xanıma etirazıma haqq qazandırdığını bildirdi.

Həmin hadisədən sonra mən bir daha "Kitabi-Dədə Qorqud" ensiklopediya qrupunun otağına getmədim. Amma məndən soruşdularsa dedim, əlimdən gələni əsirgəmədim.

Kamil bəy İzmirdə dərs deyəndə (1991-1992), Azərbaycan Respublikası Baş nazirinin müavini olanda (1992-1993) görüşmədik. Sonrakı görüşlərimiz isə elmi toplantılarda oldu. Quzey Kıbrıs Türk Cümhuriyyətində, Aşqabadda (Türkmənistan), Türküstanda (Qazaxıstan) Türkiyənin neçə-neçə şəhərində keçirilən elmi toplantılarda birlikdə iştirak etdik. Əslində bu toplantıların hər birində Kamil bəyin iştirakı, məruzəsi, davranışı, yol yoldaşlığı ayrıca bir məqalə mövzusudur. Bunlardan bəzilərinə yol qeydlərimdə, kitablarımda ötəri olsa toxunmuşam.

2000-ci ilin oktyabrın 10-13-də Aşqabadda "Türkmənistanın mədəni mirası..." mövzusunda elmi konfrans keçirilirdi. Kamil Vəli Nərimanoğlunun "Kitabi-Dədə Qorqud" Azərbaycan Türkmən xalqlarının qiymətli ədəbi qaynağı kimi" mövzusunda məruzəsi maraqla dinləndi. Bir axşam Elmlər Akademiyasının Ədəbiyyat Dil İnstitutunun direktoru Kasım Nurbatovun təşkilatçılığı ilə Konservatoriyanın prorektoru Yaylım Orazovun evinə qonaq gedəsi olduq. Qonaqları vəzifəsinə, elmi dərəcəsinə görə deyil, şəxsi münasibətlərə görə  dəvət etmişdilər. Sayımız da o qədər çox deyildi. Çünki 80-100 dollar maaş alan bir alimin çox adama qonaqlıq verməyə imkanı, üç otaqlı "xruşşovka" evində yeri yox idi.

Yaylım bəy qonaqların xatirini xoş etmək üçün musiqiçilər dəvət etmişdi. Yemək süfrəyə gətirilənədək, eləcə yediyimiz xörəklərin qabları yığışdırılıb meyvə, çay gətirilənədək arada yaranan fasilədə üçlük türkmən xalq musiqisindən ürək oxşayan parçalar çalırdılar. Hərdən fikir mübadiləsi edirdik. Türkiyəli qonaqlar türkmən musiqisinin ibtidailiyindən söz açanda gördüm ki, Ahmet Bican Ercilasun pərt oldu. Çünki onları Ahmed Bican Erculasına görə çağırmışdılar.

Kamil Vəli Nərimanoğlu isə ifaçıları öyməyə başladı son musiqi parçası haqqında təxminən belə dedi: "Bu musiqini dinləyəndə gözlərim önünə geniş bir çöl, o çöldə otlayıb dinlənən qoyun sürüsü gəldi. Çoban çomağına söykənib, köpəyi onun yanında başını əlləri üzərinə qoyub dincəlir. Hərdən başını qaldırıb havanı qoxlayaraq aramla hürür. Sanki qurda "mən bura-dayam sayığam" deyə xəbərdarlıq edir. Həzin yel isə onun səsini ətrafa yayır. Musiqidə sanki mehi hiss edirdim".

Yaylım Orazov gülümsəyərək Kamil müəllimdən musiqi təhsilini harada aldığı ilə maraqlandı. Kamil müəllim gülərək: "Mən qarabağlıyam. Qarabağlıların əksəriyyətinin anadangəlmə musiqi duyumu olur. Azərbaycan Dövlət Universitetinin filo-logiya fakültəsini bitirsəm , radio televiziyada hazırladığım verilişlərdə musiqiyə geniş yer verirdim" dedi. Beləcə o, ev sahibinə sayğısızlıqdan doğan pərtliyi aradan qaldırmış oldu.

Kamil Vəlinin Azərbaycan-Türkiyə elmi əlaqələrində böyük xidmətləri var, buna görə dəfələrlə mükafatlandırılıb da. Mənim nəzərimdə onun ən böyük xidmətlərindən biri Rusiyanın kitabxana arxivlərindəki türkologiyaya dair sənədlərin, məqalə kitabların surətini Türkiyəyə gətirməsi, onları türk aydınlarının ixtiyarına verməsi oldu.

Türk dünyası ilə ilgili yazdığım məqalə kitabların təbliğində Kamil bəyin zəhmətini heç vaxt unutmayacam. Avtoqraf yazıb ona bağışladığım kitabların sorağını gah İzmirdən, gah Kayseridən, gah Ankaradan, bir sözlə, ölkənin müxtəlif şəhərlərindən alırdım. O, kitabı oxuduqdan sonra bərk-bərk özündə saxlamır. Mövzu ilə bağlı araşdırmalar aparan professorlara, dokturantlara verirdi ki, ondan yararlansınlar.

Onun Türkologiya sahəsindəki xidmətləri təkcə mənə deyil, Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın, bir sözlə, türk xalqlarının topluluqlarının millətsevərlərinə bir örnək oldu. Yalnız Azərbaycanın deyil, Türk dünyasının gənc araşdırıcılarının tanınmasında, önə çıxmasında əlindən gələni əsirgəmədi. Onunla səfərlərdə olmaq, elmi toplantılarda iştirak etmək, hətta qonaqlıqda, çay süfrəsi arxasında oturmaq özü bir məktəbdir. Bu məktəbdən onlarla, bəlkə yüzlərlə gənc yararlanaraq türkoloq kimi məşhurlaşıb. Bəziləri Kamil bəyin onlara neçə təsir etdiyini sonralar anlayıb.

İlk baxşıda sakit, mülayim görünsə , elmi məsələlərdə həmişə sərtliyi ilə seçilir. Lakin bu sərtliyini səsini ucaltmaqla, köntöy, gobud, qəlbədəyər sözlər işlətməklə etmir. Sakit, məntiqli danışığı ilə qarşısındakına təsir edir. Onun bu metodla neçə-neçə özündən razı professoru, yüksək vəzifə sahibini ram etdiyini gördüm. Bir sözlə, ömrünü nəzakət xatirinə boş şeylərə həsr etmədi, savadını, biliyini qarşısındakının gözünə soxmağa çalışmadı. Çünki məqsədi yüksək insani dəyərləri ətrafındakılara aşılamaq oldu. Tələbəsinin uğuru ilə qürur duymalı olan müəllimlərinin bəzilərinin, yerlilərinin, yaxınları, yaşıdlarının onun arxasınca qısqanclıq edərək çox danışdıqlarını eşitdim. Amma bir dəfə olsun Kamil bəyin onların əleyinə hər hansı bir sərt fikir söylədiyini görmədim.

Diqqətcilliyinə, qayğıkeşliyinə, insansevərliyinə söz ola bilməz. Türkiyədə simpoziumda olarkən Füzuli Bayat mənə bir bağlama verdi dedi: "Kamil müəllimin işi çox olduğundan tələsik getdi. Gedərkən bağlamanı verdi ki, sənə çatdırım. Boğazı rezinsiz corablardır. Kamil müəllim baldırını qaşıdığını görüb. Ona görə bu corabları alıb sənə göndərdi. Dedi: "Adam yaşlananda boğazı rezinli corablar dəridə qaşınma yaradır. Əli yaşlanıb. Baldırının qaşınmasının səbəbini görünür, ondandır". Bu, sadəcə olaraq Kamil bəyin diqqətcilliyi deyildi. Həm öyrətməsi idi.

Ad gününüz mübarək, Kamil Vəli Nərimanoğlu! Yüz yaşayın. Millətimizə vətənimizə deyil, Türk dünyasına sizin kimi aydınlar gərəkdir.

 

19.07.2023

Əli ŞAMİL

ali-shamil@yahoo.com

525-ci qəzet.- 2023.- 11 avqust.- S.7.