Əbədi sənət missiyası
Görkəmli pedaqoq və pianoçu professor Aytəkin
Həsənovanın əziz
xatirəsinə həsr
olunur
Bir əsrdən artıqdır
ki, bəşəriyyət insanların müxtəlif
qabiliyyətlərində və
nailiyyətlərində ifadə
olunan fərqli xüsusiyyətləri, onların
təzahürlərinin səbəbləri
ilə bağlı problemləri tədqiq-təşviq
edir. İstedad, bəzən səmərəli
təşkil olunmuş
mühit və tərbiyənin "məhsulu"
olması ilə, bəzən ilahi vergi, bəzən isə irsi amillə
əlaqələndirilir.
Maraqlısı odur ki, həyatda
rastlaşdığımız bəzi insanlar özlərində bu üç amili təcəssüm edərək,
bizim üçün
az qala dahilik
zirvəsinə qədər
ucala bilir.
Bunun mahiyyətini dərk etmək hər nə qədər çətin və məsuliyyətli olsa da, bir o qədər bizi ali insani
dəyərlərə asanlıqla
yaxınlaşdıran bir
fenomendir. Ən görkəmli elm adamları
hələ də dünyada fövqəlbəşər
qabiliyyətlərinə malik olan insanlara bəxş edilən istedad və genlərin incəliklərini
kəşf edə bilmirlər. Odur ki, bir çox təhlillərin nəticəsi
olaraq, belə bir qənaətə gəlirik ki, dahilik istedadın öz yaradıcılığı ilə
əldə etmək istədiyi məzmun üçün real obraz kimi inkişaf etdirdiyi məhsuldar yaradıcı fəaliyyətdir.
Bu nöqteyi-nəzərdən həmin bu fenomen
nəinki əsl sənət əsərləri
yaratmaq istedadı, eləcə də mövcud əsərləri
ifa etmək qabiliyyətini təcəssüm
edən ən ali yaradıcı enerjidir.
Bu baxımdan insan qabiliyyətlərindən ən
mükəmməli musiqi
yaradıcılığıdır. Eyni zamanda qeyd
etmək vacibdir ki, eşitdiyimiz musiqi ancaq mahiyyətinə və məzmununa görə kamil, insanın ruhuna yol tapan səmavi
musiqisinin əks-sədasıdır,
çünki insan özü də kainatın bir parçasıdır.
Bu düşüncələr və
qənaətlər şübhəsiz
ki, həm də görkəmli pedaqoq və pianoçu, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
Musiqi fənləri və dirijorluq kafedrasının müdiri,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq
namizədi mərhum Aytəkin Həsənovanın
(1958-2012) həyat və
yaradıcılığını nəzərdən keçirərkən
meydana gəlir.
Yaşasaydı dahilik zirvəsini
də asanlıqla fəth edərdi, amma fələk imkan vermədi, deməli, taleyin də öz hökmü varmış.
Düşünürəm ki, Aytəkinlə
11 il məktəbdə, 5 il musiqiçilərin
Alma-Materi olan indiki Bakı Musiqi Akademiyasında təhsil almağımız,
daha sonra uzun illər Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
çalışıb həmkar
olmağımız mənə
obyektiv olaraq, onun psixoloji portretinin bir çox incə cizgilərini ifadə etməyə imkan verir.
Yeri gəlmişkən, bəzən
ətrafımızda elə
insanlar olur ki, dünya və həyatımıza xüsusi
məna verməklə
onları daha da nurlandırır. Aytəkin
də elə o insanlardan idi. Taleyimə minnətdaram
ki, mənə onunla nəinki tanış olmaq, həm də dost olmaq imkanı verdi. O, mənim həyatımda həqiqətən də parlaq bir xeyirxahlıq
mücəssəməsi idi.
Ən yaxın rəfiqəm, məsləkdaşım və
həmkarım olan Aytəkin həmçinin
öz parlaq musiqiçi fəaliyyəti
və yaradıcılığında
peşəkar şəxsiyyəti
ilə estetikanın bütün kateqoriyalarını
sintez edərək, ifa etdiyi əsərlərin
səslənməsində təcəssüm
olunan emosional və rasional, eyni zamanda unikal
melo-informasiya sistemi yaratmışdı. Aytəkin
ifa etdiyi hər bir əsərdə
şüur və hisslərin harmoniyasını
qoruyub saxlaya və ifadə etməyə qadir nadir sənətkar idi. O, musiqini həyatı qədər sevirdi, hətta şirin və mənalı söhbətlərində qeyd
edirdi ki, musiqisiz yaşaya bilmir.
Aytəkin şəxsi keyfiyyətlərinə
görə lider olaraq, insanları hər hansı bir ideya və
ya təşəbbüs
ətrafında məharətlə
toplaya bilirdi. Daxilən nizam-intizamlı,
dostluqda isə olduqca sədaqətli biri idi. Bununla
yanaşı, Aytəkin
kifayət qədər
istedadlı şəxsiyyət,
pedaqoq və sənətkar idi, məhz buna görə də onun haqqında
yazanda onu təkcə dost, rəfiqə,
sirdaş kimi deyil, işini mükəmməl bilən,
peşəsini sevən
və onun qeydinə qalan, bir qədər mühafizəkar sənət
adamı, peşəkar
musiqiçi və pianoçu simasında çıxış edən
Aytəkin xanım obrazında qəbul edirəm.
Onun üçün yeni təfəkkür
növü, mədəniyyətin
yeni səviyyəsi, musiqi
dünyasının yeni mexanizmləri,
müasir, daim transformasiyaya uğrayan sosial-mədəni konteksti
əks etdirən musiqi reallığı həmişə mühüm
əhəmiyyət kəsb
edib. O, öz pedaqoji fəaliyyəti və ifaçılıq
sənəti ilə əldə etdiyi güclü emosional qüvvəni mövcud sənət problemlərinin
həllinə, onlara təsir göstərməsinə
yönəldə bilirdi.
Məncə, dahi Mir-Cəlalın ilk nəvəsi
missiyasına layiq görülən bir insan başqa cür ola da bilməzdi.
Yaradıcılıq fəaliyyəti
boyu peşəkar musiqiçi kimi Aytəkin xanım musiqi-mənəviyyat, sənətkar-ətraf
mühit, məntiq-intuisiya,
keçmiş-müasirlik və
sənətə təsir
edə biləcək digər mühüm problemlərlə yaxından
maraqlansa da, onun üçün ən doğma olan pianoçu ilə mədəniyyət arasında
qarşılıqlı təsir
mövzusu idi.
Dərin
nəzəri biliyə,
zəngin əməli
təcrübəyə malik Aytəkin xanım əməyini, məharətini
və nailiyyətlərini
tələbələrinə sərf edən sözün əsl mənasında həqiqi müəllim, peşəkar
rəhbər, görkəmli
Azərbaycan bəstəkarlarının
və dünya klassiklərinin yaradıcılığının
mükəmməl bilicisi
kimi tanınmışdı.
Onun öz peşəsinə və tələbələrinə sevgisi,
qarşılıqlıq üzərində
qurulmuş hörmət
və etimad, etik mədəniyyət, davranış mədəniyyəti,
yüksək mənəvi
dəyərlərə sadiqlik,
tələbkarlıq və
həssaslıq Aytəkin
xanımın şəxsiyyətinin
ən ali keyfiyyətlərindən idi.
Onun
fortepiano ifaçılığı üzrə tədris metodikasının təkmilləşdirilməsindəki
xidmətləri, Azərbaycan
və dünya klassiklərinin əsərlərinin
yer aldığı
30-dan çox dərslik
və antologiyanın nəşr etməsi Azərbaycan professional fortepiano ifaçılıq
sənətinə əvəzsiz
töhfədir.
Qeyd etmək vacibdir ki, ifaçı dinləyicinin
diqqətini yalnız bəstənin dərin mənalı məzmununa təfsirlər verməklə
cəlb edə bilər. Əlbəttə,
musiqinin özü təsir effektinə malikdir, lakin ifaçı bəstəyə
faktiki məna vermirsə, onda tamaşaçı tədricən
passiv dinləyiciyə
çevrilir: ifa olunan musiqi arxa
plana keçir, dinləyici
isə öz düşüncə və
xəyallarına dalaraq,
yüksək sənət
prosesindən kənarlaşır.
Bu danılmaz həqiqəti
əsas tutaraq, Aytəkin xanım böyük konsert salonlarındakı möhtəşəm
ifaları ilə bütün tamaşaçıların
şüuru və qəlbinə yol tapa bilirdi.
Bununla belə, Aytəkin xanım Həsənovanın
yaradıcılığının mühüm bir hissəsini konsertmeysterlik fəaliyyəti təşkil
edirdi.
Aytəkin Həsənova uzun
illər Ramiz Quliyev, Gülnaz İsmayılova,
Nərgiz Kərimova, Gülağa Zeynalov və başqaları kimi tanınmış azərbaycanlı ifaçıları
müşayiət edib.
Bu ifaların videoyazıları
Azərbaycan Musiqisinin
Qızıl Fondunda saxlanılır. Aytəkin
xanım özünün
solo yaradıcılığı çərçivəsində Kapelhaus, Kirxa, Bakı Musiqi Akademiyasının Böyük
Zalı və s. kimi yüksək sənət və mədəniyyət ocaqlarının
mötəbər səhnələrində
çıxış edib.
Aytəkin xanım Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində işlədiyi
müddətdə bir
çox konsert proqramlarında və dövlət səviyyəli
tədbirlərdə məharətlə
çıxış etmiş,
bu gün də adları bir çox musiqisevərlərə tanış
olan istedadlı ifaçılara dərs demişdir.
O, çox parlaq və pozitiv insan, öz işinin əsl peşəkarı və sənətini, işini dərindən bilən və sevən bir pedaqoq idi.
Eyni zamanda Aytəkin xanım tələbələrinə və
həmkarlarına qarşı
həmişə tələbkar
və eyni zamanda həssas olub, tələbələrinin
hər zaman zirvəyə
doğru irəliləməsinə
səy göstərib.
Odur ki, Aytəkin xanım tələbələrinə
nəinki zəruri ifaçılıq vərdişlərini
aşılamağa, həm
də gənc ansambl üzvlərinin dünya musiqisinin ən gözəl və qiymətli nümunələri ilə
tanış olmasına,
bununla da onların bilik və bacarıqlarını
formalaşdırmağa, dünyagörüşlərini
genişləndirməyə nail olmuş nadir pedaqoqlardan olmuşdur.
Lakin atalar demiş, sən saydığını
say, gör fələk
nə sayır. Aytəkinin xəstəlik
xəbəri bizi, onun rəfiqələrini çox sarsıtdı. O,
ağır xəstə
olmasına rəğmən,
heç vaxt şikayət etmir, ona məxsus optimizm və ruh yüksəkliyi ilə pedaqoji fəaliyyətinə davam
edirdi. Həyatsevərliyi,
yüksək mədəniyyəti
və kübarlığının
təcəssüm etdiyi
şəxsiyyəti ilə
Aytəkin bizlərə
həqiqi insan nümunəsi nümayiş
etdirmiş, fiziki yoxluğundan sonra isə onu bizə
miras qoymuşdur.
Hər
il 17 avqust Aytəkinin
mövlud gününü
qeyd edirik. Hər ilin bu
günü onun ruhu qarşısında bir növ hesabat
verərək, bizə
ərmağan etdiyi insanlıq nümunəsini
və yaradıcılıq
irsini necə qoruduğumuzu bir daha ifadə edirik. Bu, hər zaman da belə olacaq. Allah rəhmət eləsin...
Sevda
AXUNDOVA
Bakı Xoreoqrafiya Akademiyasının müəllimi
525-ci qəzet.- 2023.- 17 avqust.- S.7.