Şöhrət və əxlaq
arasında: "Oppenheymer"
SSRİ və Amerika arasındakı
"soyuq müharibə"
İkinci Dünya müharibəsindən əvvəl
başlamışdı. Elm sahəsində bir-biri ilə yarışan iki supergüc üçün müharibə
bütün potensiallarını
göstərəcək bir
fürsət idi. Texnologiya, silah, elmi araşdırmalar,
"ilk"lər yarışı
bu iki nəhəng
ölkəni bilgi,
alim, ixtiraçı ovuna
çıxarmışdı. Amerikadan küsən alimlərə SSRİ şərtsiz
qucaq açırdı,
Sovetlərdən yaxasını
qurtarmaq istəyənlərin
yeri isə ya Avropa, ya
da Amerika idi. Fizika sahəsində Tesla-Eynşteyn
"dəyiş-düyüşü"
məhz həmin ovun nəticələri idi. Və əlbəttə,
bu gün Teslanın ölümündə
Amerika Xarici Kəşfiyyat
İdarəsinin adı
təsadüfi çəkilmir.
Fizika sahəsində sadəcə
nəzəriyyələri və
teoremləri ilə ad çıxarmış
Culius Robert Oppenheymer cameədə praktika və laboratoriyada uğursuz biri kimi tanınırdı. O,
laboratoriyalarda kağız
üzərində olduğu
kimi ağıllı deyildi. İkinci Dünya müharibəsi ona böyük bir laboratoriya verdi: Yaponiya.
Oppenheymer
tarixdə ilk dəfə
"Qara dəliklər"in
olması iddiasını
ortaya atmış fizikdir. 1939-cu ildə tələbəsi ilə yazdığı bir məqalədə səmada
kütlə çəkimi
olan ölü ulduzlardan bəhs edirdi. Həmin dövrdə bunu araşdırmaq priotet olmadığı üçün
məqalə bir o qədər maraqla qarşılanmamışdı.
Oppenheymer
qatı kommunist idi. O, 1930-larda Amerikadakı
kommunist və digər solçu təşkilatlara 300 min dollar maliyyə
dəstəyi vermişdi.
Daha sonra bu böyük qəlbli kommunist Amerikanın ən böyük hərbi əməliyyatlarından birinə
- Manhettın layihəsinə
rəhbərlik edəcəkdi.
Oppenheymer
müəllimini zəhərləmək
istəyən, depressiv,
intim həyatı çalxantılı, dostunun
həyat yoldaşına
onunla bərabər qaçmağı təklif
edəcək qədər
şorgöz və əxlaqsız biri kimi qalıb xatirələrdə. Onun üstün cəhətlərindən
biri natiq olması idi. Tələbələri xatirələrində
yazır ki, onun səsi, seçdiyi ifadələr bütün
zalı hipnoz edirdi. Oppenheymer ədəbiyyat sevdalısı
idi və qədim şərq mətnlərini əzbər
bilirdi. Altı dildə danışırdı.
Bu dillər arasında
qədim hind dili olan sanskrit dili
də var idi.
İkinci
Dünya müharibəsindən
sonra Amerika prezidenti Trumanla görüşdə
ona belə demişdi: "Əllərim
qana batıb. Özümü günahkar
hiss edirəm". Truman onu
otağından çıxartmış
və köməkçisinə
demişdi: "Bu həssas
qorxağı bir də görmək istəmirəm".
1946-cı
ildən 1967-ci ilə
kimi üç dəfə Nobelə namizəd göstərilsə
də, bu mükafatı heç vaxt qazanmadı.
Kommunist
damğası ilə sürgün edildi və ömrünün sonuna qədər müəllim kimi fəaliyyət göstərdi.
Və ən əsası Oppenheymer atom bombasının
ixtiraçısı idi.
lll
Bu ilin ən böyük
film hadisəsi Kristofer Nolanın
"Oppenheymer" filmi oldu.
Nolan filmləri ilə
həmişə diqqət
mərkəzində olmağı
bacaran və öz üslubunda (elmi-fantastik) ən böyük rejissordur. Çəkdiyi bütün
filmlər istər keyfiyyət, istərsə
də reytinq baxımından həmişə
ən yaxşılardan
olub. "The Prestige", "The Dark
Knight", "İnterstellar", "İnception",
"Dunkirk", "Tenet" kimi böyük büdcəli
və səs-küylü
filmlərin rejissoru ikinci dəfə İkinci Dünya müharibəsi mövzusuna
("Dunkirk" də eyni
mövzuda idi) müraciət etdi.
Cəmi
əlli yeddi günə çəkilmiş
"Oppenheymer" filminin
ssenarisi Pulitzer mükafatı
qazanmış Kay Bördün
"Amerikalı Prometey"
romanı əsasında
yazılıb. Silian Mörfinin baş rolda oynadığı
film üç saat davam edir. Film şərti olaraq iki hissədən ibarətdir.
Birinci hissə Oppenheymerin Avropada doktorantura təhsili aldığı
illərdən və
yeni dostlar tapdığı
vaxtlardan bəhs edir. Birinci hissənin
sonunda məşhur Manhettın layihəsinin hazırlığı başlayır.
Fizikin şəxsi həyatını, siyasi ideologiyasını, qadınlarla
münasibətini, uğurlarını
və uğursuzluqlarını
Mörfinin özünəməxsus
aktyorluğu ilə izləyirik.
Nolan filmin birinci hissəsində Oppenheymerin
atom bombasını ixtira
edən zaman yaşadığı
həyəcanı, sevinci
göstərsə də,
fləşbəklərlə məhkəmə zalındakı
peşman vəziyyəti
ilə tamaşaçını
finala hazırlayır.
Qeyd edim ki, filmin texniki məsələləri,
xüsusən, səs
effektləri və uzlaşması uğurludur.
Film tənqidçiləri indidən filmin məhz bu nominasiyada
Oskar mükafatına layiq
görüləcəyini proqnozlaşdırırlar.
Birinci hissənin müəyyən
qədər durğun
axışı ikinci
hissədə gərgin
musiqi sədaları altında sürətlənir.
Artıq Manhettın layihəsi başlayıb.
Filmdə bu layihə barəsində bir dənə də olsa təhrifə
yol verilməyib. Məkanlar, fəsillər,
hətta laboratoriyaların
dizaynına qədər
hər şey reallıqda baş verənlər kimidir. Layihənin sonuna yaxın Oppenheymer peşmanlıq hissi duyur. İndi o, beyni, idrakı ilə deyil, vicdanı ilə düşünür.
Bir anda necə nəhəng bir günah işlədiyinin fərqinə varır.
Filmin ən həyəcanlı anları bombanın atılması üçün
sayılan son on altı
saniyədir. Musiqi tamaşaçını bir
az da gərginləşdirir.
Mörfinin baxışlarında
vicdanı və şöhrətpərəstliyi arasındakı müharibəni
izləyirik (Mənim
filmi izlədiyim kinozalda
bu saniyələrdə
hamı irəli gərilmiş və əlləri ilə üzünü tutmuşdu,
kimisi də saniyələri sayırdı).
Bomba havaya uçur. Səslər kəsilir. Musiqi dayanır. Nəhəng bir işıq topası bütün ekranı örtür. Aktyorların təəccüblü
simaları bir-bir göstərilir. Səs yoxdur. Amerika prezidenti Trumanın üzü. Xrosimadakı insanlar. Və böyük partlayış səsi bütün zalı bürüyür. Hamı
sevinir, Oppenheymerdən
başqa.
Nolan bu müdhiş partlayış səhnəsində
həqiqi bombalardan istifadə edib. Ümumiyyətlə, filmdə
bir dənə də olsa, kompüter
effektinə müraciət
olunmayıb. Bütün
partlayışlar, yanğınlar,
səslər təbiidir.
Nolan bundan öncəki
"Tenet" filmində də
həqiqi təyyarəni
havaya uçurtmuşdu,
"İnception"da isə
xüsusi qəsəbə
tikilmiş və darmadağın edilmişdi.
Film növbəti səhnələri
Oppenheymerin məhkəməsi,
sürgün qərarı,
əfvi və sona qədər çəkdiyi vicdan əzabı, tez-tez gözünün qabağında
dayanan yaponların qorxusu haqqındadır.
Nolan şöhrət və əxlaq arasında didilib tökülən bir idrakın vicdana məğlubiyyəti
haqqında film çəkib.
Müharibənin sadəcə
məğlublara deyil,
əsl qaliblərə
də vurduğu zərbələrdən bəhs
edir. Elmin, gücün Şərin əlində olmasından və bir gün
elmin özünün
də vəhşiyə
çevrilməsindən və
Şərə xidmət
etməsindən danışır.
Film amerikan eqosunun qırılması, gücün
nəhayət əxlaqa
boyun əyməsi haqqındadır. Oppenheymer
özü peşmanlığını
ən ağır cümlə ilə ifadə edir: "Mən ölüm oldum!"
Rəvan CAVİD
525-ci qəzet.-
2023.- 19 avqust.- S.16.