Bəxtiyar Vahabzadənin Mahmud Əli Meriçə məktubu

 

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin Mahmut Əli Meriçə yazdığı, atası Cəmil Meriçi onun düşüncə dünyasını dəyərləndirən 5 yanvar 2001-ci il tarixli məktub ilk dəfədir nəşr olunur. O vaxtlar Mahmut Əli bəy Cəmil Meriçin kitablarını çapa hazırlayırdı, külliyyat demək olar ki, tamamlanmışdı. Məktubun əsli Bəxtiyar Vahabzadənin arxivində olmalıdır. Məktub Türkiyəyə faks vasitəsilə göndərilib. Faks kağızı nazik parlaq olduğundan mətndə silinmələr var idi.

Məktub Cəmil Meriçin qızı Ümit Meriçin mənə verdiyi faylların içərisində idi. O bu faylları 5-6 il qabaq "Cəmil Meriçin Türkiyəsi" adlı əsərə görə mənə vermişdi. Adi bir sənəd kimi görünən solmağa başlayan məktubun məni çox həyəcanlandırdı. Əslində, bu, "Bir millət-iki dövlət" reallığının zehni kontekstdə necə üst-üstə düşməsinin unikal nümunəsi idi.

Bu yaxınlarda Ümit Meriçlə görüşümüz zamanı məktubun dərcinin çox faydalı olacağını bildirdim o, buna icazə verdi.

Bəxtiyar Vahabzadənin fotoları internetdə var idi. Amma mən onlardan istifadə etmək istəmirdim. Buna görə yaxınları ilə əlaqə saxlamaq lazım gəlirdi. Əziz dostum, İLESAM başqanı Mehmet Nuri Barmaqsız şairin oğlu Azər Vahabzadənin koordinatlarını mənə göndərəndən sonra Azər bəylə əlaqə saxladım o mənə çoxlu fotolar göndərdi. Gözəl bir araşdırma nəticəsində Bəxtiyar Vahabzadənin bu məktubu ilk dəfə nəşr olundu. Məktubun dərcindən sonra Prof. Dr. Ümit Meriçin şərhi belə oldu: "Çox dəqiq bir vaxtdır. Türkiyə-Azərbaycan dostluğu güclənərkən, könül əhli bir-birini tanımalıdır".

Xalq şairimiz Bəxtiyar Vahabzadənin fotoşəkillərini mənə göndərən Bəxtiyar Vahabzadənin oğlu Azər bəy Vahabzadəyə bu məktubun ilk dəfə dərc olunmasına icazə verdiyi üçün Cəmil Meriçin qızı Ümit xanım Meriçə təşəkkürümü bildirirəm.Cafer VAYNİ

sosioloq, yazıçı

 Hörmətli Mahmud Əli Meriç,

İllərlə oxuduğum türk dərgilərində Cəmil Meriç adının böyük hörmətlə çəkildiyini, tez-tez fikirlərindən sitatların gətirildiyini görür bu böyük fikir adamının əsərləri ilə tanış olmağı arzulayardım.

Hətta oxuduğum yazılarda müəlliflərin Cəmil Meriçdən gətirdikləri sitatlardan ən çox bəyəndiyim iki nümunəni dəftərimə qeyd etmişdim:

1. Əgər ləkəli çirkin bu gündən möhtəşəm keçmişə qanad çalmaq gerilikdirsə, onda hər namuslu insan geridəqalmışdır.

2. Vətəninin yaşanmaz durumda olduğunu düşünənlər vətənini yaşanmaz duruma gətirənlərdir.

Böyük fikir adamının bu iki sözü onu tanımaq üçün kifayət etmişdi.

Sonralar onun haqqında yazılanları daha diqqətlə izləməyə başladım. Bəzi türk yazıçı dostlarımdan xahiş etdim ki, bu böyük Türkü dərindən oxuyub öyrənmək üçün kitablarını mənə göndərsinlər. Təəssüf ki, mümkün olmadı

Nəhayət, bu günlərdə sevimli yazıçımın sizin tərəfinizdən nəşr olunan bir neçə kitabını əldə etdim. Bu kitablarda Cəmil Meriç təfəkkürünün əsas cəhətləri, fikir dünyası, ən əsası isə Lamiyə xanıma qarşı bəslədiyi böyük, lakin mümkünsüz sevgisinin iztirab ağrıları ilə tanış oldum. Oxuduğum yazıları araşdırmazdan əvvəl atanızın qəlb fəryadını dərin təfəkkürünü bir araya gətirərək kitab halında çap etdirib oxuculara çatdırdığınıza övladlıq borcunuzu şərəflə yerinə yetirdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Mən bir qələm əhli kimi öz övladlarımın da dünyamı dəyişdikdən sonra sizin kimi əsərlərimi toplayıb gün üzünə çıxarmalarını çox istərdim.

Mənim üçün Cəmil Meriç kimdir? Hər şeydən öncə, Cəmil Meriç mənsub olduğu türk millətini bütün təzadları ilə sevən, acılarına acıyan, zəfərləri ilə öyünən böyük Türkdür.

O, sağçıdır, solçu. Amma o, həm sağçıdır, həm solçu... avropalıdır, asiyalıdır, o, avrasiyalıdır... O, hər iki mədəniyyəti sevən, hər ikisinə hörmət edən, hər ikisinin müsbət mənfi tərəflərini görən çağdaş mütəfəkkirdir. Ona görə o, hər iki mədəniyyəti özündə birləşdirən bu mədəniyyətlərin sintezini verən bir alimdir.

Onun ən üstün tərəfi isə oxucularını özünə inandırmağı bacarmasıdır. Bütün bunlarla yanaşı, mən Cəmil Meriçin dilinə, türkcəsinə aşiq oldum. O, hər kəsə bəlli olan sadə türk sözlərindən o qədər məharətlə istifadə edir ki, hər bir söz lüğətdəki mənasından uzaqlaşaraq başqa bir rəng, başqa çalar qazanır. Beləliklə, qədim türk sözü yenilənir. Ona görə Ümit Meriçin onun dili ilə bağlı söylədiyi fikirlərin altına mən imzamı qoyuram: "Cemil Meriç fırtınalı üslubu, XX əsr türkcəsinə gətirdiyi dərinliyi minillik sözlərimizə qazandırdığı təravətlə Türkiyə türkcəsinin məğrur imperatorudur".

XIX əsrin birinci rübündən etibarən təhsil üçün Şərq Asiya ölkələrindən Qərbə axınlar başlayır. Təhsilini başa vurub öz ölkələrinə qayıdan bu gənclərdə Avropa mədəniyyətinə, elminə, ədəbiyyatına, həyat tərzinə böyük bir meylin başladığını görürük. Nəticədə Hindistanda Həmdilərin, Əfqanıstanda Cəmaləddin Əfqanilərin, Türkiyədə Tənzimatçıların, daha sonra Gənc Türklərin, Krımda İsmayıl Qaspıralıların, Azərbaycanda Həsən bəy Zərdabilərin, Mirzə Fətəli Axundzadələrin, bir müddət sonra isə Əhməd bəy Ağaoğullarının, Əli bəy Hüseyinzadələrin yetişdiyi bir həqiqətdir. Sonralar Qərb mədəniyyətinin təqlidi başlayır. Bu təqlid ya meyl özünü əsasən iki istiqamətdə büruzə verir. Birincilər Qərbə heyranlıqla özlərini tamamilə inkar edir, ikincilər isə özlərini inkar etmədən Qərb mədəniyyətini düşüncə tərzini vətənə aparırlar. Təbii ki, ikinci yolu daha düzgün hesab etmək olardı. Ziyalılarımızın əsas qayəsi İslam mədəniyyətini islah etmək, yeniləşdirmək idi ki, biz bunu "maarifçilik hərəkatı" adlandırırıq. Bu maarifçilərin ilk məqsədi əlifbanı sadələşdirmək yeni əlifba ilə "üsuli-cədid" məktəbləri açmaq idi. Bu yolun ən böyük yolçusu yeni əlifbanı qəbul etmək üçün uzun illər İslam mərkəzlərini İstanbulu dolaşan böyük Azərbaycan yazıçısı, Şərqdə dramaturgiya teatr sənətinin banisi Mirzə Fətəli Axundzadə idi. Nəticədə maarifçilik dediyimiz bu hərəkat Şərqdə böyük inkişafa səbəb oldu.

İkincilər, yəni özünü öz mədəniyyətini tamamilə inkar edərək bütün varlığını Qərbə təslim etmək istəyənlər isə yanlış yolda olduqlarından gülüş obyektinə çevrilərək sadəcə xəyalpərəst kimi qaldılar. Bunlar 20-ci əsrin ortalarında Türkiyədə meydana çıxan solçuların babaları idi. Solçular millətin minillik tarixində, mədəniyyətində ədəbiyyatında müsbət heç görmürdülər. Hətta onlar bülbül səsinə bənzər gözəl türkcəmizi inkara cəhd edərək Agop Dilaçarın başçılığı ilə dil inqilabına da getdilər. Onlar ərəb fars dillərində olan, fəqət türk ruhu qazanmış, hətta formaca türkləşmiş sözləri belə dildən qovmağa cürət etdilər.

Buna qarşı çıxanlara isə geridəqalmış damğası vuraraq dilimizi məhdudlaşdırmağa başladılar. C.Meriç belələrinə sözünü söyləmişdir (həm böyük bir məntiqlə...): "Xoca öyrətmən oldu, tələbə öyrənci. Öyrətmən deməkdir? soyuq, heysiyyətsiz, çirkin bir sözdür. Xoca öyrətmir, yetişdirir, aydınladır, yaradır. Öyrənci deməkdir? Tələbə istəyəndir. İstəyən, axtaran, susayan" (səh. 99).

Buna görədir ki, Cəmil Meriçin aforizm kimi səslənən "Əgər ləkəli çirkin bu gündən möhtəşəm keçmişə qanad çalmaq gerilikdirsə, onda hər namuslu insan geridəqalmışdır" fikri ürəyimdən xəbər verdi. Mən onu ilk dəfə bu düşüncəsinə görə sevdim.

Misal çəkdiyim cümlədə "hər namuslu insan" ifadəsini xüsusilə vurğulamaq istərdim. Burada Cəmil bəy onun möhtəşəm keçmişini inkar edənləri haqlı olaraq namussuz adlandırır. Keçmişini inkar etmək özünü, öz millətini, öz tarixini nəhayət, öz mədəniyyətini inkar etməkdir. Bunun isə öz bədənini satan, bir sözlə, mənliyini inkar edən namussuz fahişədən heç bir fərqi yoxdur.

Cəmil Meriç özünü bəyənməyib Qərb qarşısında kor-koranə səcdə etməyin əsl mənasını çox gözəl izah edir: "Modernləşmə Avropanın yeni ixrac malıdır. Kokain LSD kimi... Şüuru iflic edən zəhər. Anaxronizm ittihamı ən alçaq, ən absurd böhtandır. Eyni çağda müxtəlif dövrlər olur. üçün modernləşmə xristian Qərbin büstlərinə pərəstiş olmalıdır? Bu, insanın öz dərisindən çıxması, öz varlığını inkar etməsi indidən köləliyə razı olması deyilmi?" ("Bu ölkə", səh. 97).

Özünü bəyənməyib başqalarının qarşısında kiçilənlərə bundan tutarlı cavab ola bilməz.

Bütün Qərb ədəbiyyatını, fəlsəfəsini, mədəniyyətini, ədəbi-fəlsəfi cərəyanlarını, onların tarixini, yaranma səbəblərini ən xırda detalına qədər bilən bu böyük insan onların mənalarını bir-iki cümlə ilə ümumiləşdirərək oxucularına təqdim edir. Buna görə onun qavramaq qavradığını ifadə etmək tərzinə heyran olmamaq mümkün deyil. Məsələn, o, bir neçə cümlə ilə romantizm ədəbi cərəyanının əsas ideya cəhətlərini kifayət qədər aydın bir şəkildə bədii obrazlarla ifadə edir: "Romantizm kütlənin səsidir, romantizm həm iqtidarı ələ keçirən burjuaziya, həm zəncirlərini qıran proletariatdır. Romantizm həm şüur, həm şüuraltıdır. İnsan olduğu kimi, qaba, çirkin, rəzil möhtəşəm! Romantizm qapılarını dünyaya açan Avropa düşüncəsidir".

Romantizmin bu təsvirləri onu həzm edən, bütün incəliklərinə qədər dərk edən bir filosofun ümumiləşdirmələridir.

"Romantizm qapılarını dünyaya açan Avropa düşüncəsidir" deyən müəllif onun doğulması ilə bağlı gəldiyi qənaətlə qəfildən bizi təəccübləndirir: "Avropa romantizminin doğulmasında Asiyanın böyük payını "Qərb Hind" əsərimdə göstərmişəm". Deməli, Avropa romantizmi öz varlığını Asiya Hindistana borcludur.

Bir müddət sonra Cəmil Meriçin "Bir dünyanın astanasında" əsərini oxudum kitabın "Ktesiastan Voltera" fəsli yoluma işıq saldı. Bu dəfə onun hind fəlsəfəsini, sanskrit ədəbiyyatını, hind xalqının inanclarını, buddizmin müqəddəs kitablarını, brahmanizmin məzmununu necə mükəmməl bildiyi məni heyran etdi.

Cəmil Meriçin Avropa romantizminin köklərini hind fəlsəfəsində görməsi böyük elmi kəşfdir. Onun əsərlərini oxuduqca bütün Avropa filosofları, yazıçıları, onların əsərləri gözümüzün önündə nümayiş olunur: Homer, Müqəddəs Simon, Marks, Nitsşe, Russo, Volter, Balzak, Servantes, Stendal, V.Hüqo, Şiller, Henrik Heyne, Göte, Volter Skott, Milton s. İlahi, insan bu qədər genişliyi öz içinə necə sığdıra bilib?

Bu böyük dünya dahilərini sadəcə oxuyub başa düşmək şərt deyil. Ən əsası, adını çəkdiyi dahi şəxsiyyətlərin 10-15 cildlik əsərlərinin dəyərini, tarixdəki rolunu, fərqli cəhətlərini bir-iki aforistik cümlə ilə müəyyənləşdirmək bizi buna inandırmaqdır.

Nəhayət, onun insan kimi zahiri əlilliyindən (korluğundan) doğan iztirabları... Bu iztirabların üstünə su çiləyən, onu yaşamağa, yaratmağa çağıran məşəqqətli sevgisi... Dünyanın təzadlarına baxın! Ona əlilliyindən doğan əzabları unutduran sevgi digər tərəfdən onu mənəvi əzablara məruz qoyur. Çünki bu sevgi cəmiyyətin qanunlarına zidd olan mümkünsüz bir sevgidir. Çünki hər iki aşiq evlidir. Onların uşaqları var buna görə bir-birlərini sevməyə haqları yoxdur. O, odla su arasında dayanıb - övladlarının anası Fevziyə xanmdan, dəlicəsinə sevdiyi Lamiyədən vaz keçə bilir...

Cəsarətlə deyə bilərəm ki, Cəmil Meriçin Lamiyə xanıma yazdığı məktublar bir şeir, bütövlükdə isə böyük bir romandır. Bir insan olaraq onu tam mənası ilə anladım böyük dərdinə acıdım. Çünki mən 40 il eyni həyatı yaşadım. Mümkünsüz bir sevgini yaşamayan onun "iztirablarını" anlaya bilməz.

Qardaşım Mahmud Əli Meriç!

Atanın anana xəyanətinin ifadəsi olan bu sevgiyə bir övlad kimi qısqanmadan baxdığın onu necə dəyərləndirəcəyini bildiyin üçün sənə bir daha təşəkkür edirəm.

Məktublar sevgi romanıdır dedim. Aşiq özünü yox, sevgilisini düşünür. Cəmil Meriç öz həyat yoldaşının, uşaqlarının qarşısındakı günahı ilə yanaşı, Lamiyənin öz övladlarına qarşı günahının da ağrısını çəkir. Məktubdakı bu kiçik parça əzab dolu bir eşqin xəcalət təridir: "Veysi sənin övladındır yaxşı uşaqdır. Mən ona biganə qala bilmərəm. Veysi, Ayşə Baburu alçaldacaq, bu üç nəfərin üzünü qızardacaq, onları analarından utandıracaq hər hansı bir hərəkəti cinayət hesab edirəm".

Bu məqamda Cəmil Meriçin sevgisi sevginin ən yüksək zirvəsinə çatır.

ya: "Səni tanıdığım gündən bütün insanlar mənə kiçik görünür. Mən bütün səsləri çirkin hesab edirəm. Bütün qadınlar qalaydan, taxtadan, torpaqdandır sanki".

"...Türkcənin musiqisini sənin səsində tapdım. Əgər mənim bir parçam olmasaydın, səni qısqanardım. Kəlmələr mənim ölkəmdir. Kəlmələr içində qəlbimi doldurduğum bir qədəhdir..."

"...İlk dəfədir ki, Tanrının içərisində qeyb olmuş mistikləri başa düşürəm. Biz iki alov çayı kimi bir-birimizə qarışdıq. Hələ çox yanacağıq. Ruhlaşana qədər yanacağıq. Sevgi ilahiləşməkdir. Tanrının günahı olmaz" :

"Tanrının içərisində qeyb olmuş mistiklər" deyərkən, o, şübhəsiz ki, böyük təsəvvüf şairi Mövlana Cəlaləddin Rumi, Şəms Təbrizi, Yunus Əmrə : "Xəyal ilə təsəllidir, könül meyli-vüsal etməz,

Könüldən dişrə bir yer olduğun aşiq xəyal etməz"

- deyən Füzulini onların tərənnüm etdiyi ilahi eşqi nəzərdə tuturdu.

Beləliklə, Cəmil Meriç bir alim olaraq Qərb düşüncə tərzinə dəyər verdiyi qədər, bir müsəlman türkü bir aşiq kimi Şərqin ilahi sevgisini dəyərləndirir. Hətta biz burada onun düşüncəsində Şərqlə Qərbin sintezini görürük.

Cəmil Meriç məktublarının birində (13 oktyabr 1966) yazır: "Kotildenin bütün məktublarını oxumuşam. İçində zərrə qədər eşq yox idi. Yəni sən yox idin. Qərb tanımaz eşqi... Qərbdə eşq sözdür. Özünü inandırmaq üçün danışır. ərbdə eşq ədəbiyyatdır".

Bu yerdə Viktor Hüqonu bütün qəlbi ilə sevən, ömrünün sonuna kimi ona sadiq qalan sevgilisi yadıma düşdü. V.Hüqo Cülyettanın sevgisi bir az da Cəmil Meriçlə Lamiyənin sevgisinə bənzəyir. Lakin Cülyetta Lamiyəyə qədər bənzəyirsə,V.Hüqo da bir o qədər Cəmil Meriçə bənzəmir. Çünki Hüqo bütün həyatı boyu Cülyettasına xəyanət edib. Cəmil Meriçin Fevziyyəsi Cəmil Meriçi anladığı kimi, Hüqonun xanımı Adel Cülyettanı anlasa belə, xəyanət yolunu tutur.

Bütün böyüklüyünə baxmayaraq, V.Hüqo bir qərbli olaraq Cəmil Meriçin dediyi kimi, ilahi sevgidən uzaqdır.

Hörmətli Mahmut Əli Meriç!

Sözümün sonunda atanızın əsərlərini türk oxucularına çatdırdığınız üçün sizə bir daha təşəkkür edir, Cəmil Meriç kimi bir Türk zirvəsini tam olmasa da, əsas qayəsini, fikri istiqamətlərini öyrəndiyimi bildirmək istəyirəm. Millətimizə belə böyük bir zəka bəxş etdiyi üçün Ulu Tanrıya şükür edirəm.

 

 

Dərin hörmətlə

Bəxtiyar VahabzadƏ

05.01.2001

Türkcədən Şahanə MÜŞFİQ çevirib

525-ci qəzet.- 2023.- 23 avqust.- S.10;11.