"Şlyapalı
adam"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Səbinə
Məhərrəmovadır. Onunla belçikalı sürrealist rəssam Rene Maqrittenin "Şlapalı adam" əsərindən danışmışıq.
Rene Maqritte 1898-ci ildə Belçikanın Lessines şəhərində
dünyaya gəlib.
1910-cu ildən rəsmlər
çəkməyə başlayıb.
1916-cı ildən 1918-ci ilədək
Brüsseldəki İncəsənət
Akademiyasında rəssamlığın
sirlərini öyrənib.
1936-cı
ildə ilk dəfə
rəssamın əsəri
ABŞ-da sərgilənib. Maqrittenin sənət aləmində tanınması
çox gec baş verib. Rəssamın əsərlərinə
yalnız 1960-cı illərdə
maraq artıb. Bundan sonra isə
onun yaradıcılığı
sənətkarlar üçün
ilham qaynağına çevrilib.
- Səbinə xanım, əsərin yaranma tarixçəsi haqqında nə bilirik?
- Əsər 1964-cü ildə çəkilib. Bu, eyni ildə
çəkilmiş, üzləri
örtülmüş insanları
təsvir edən rəsmlər silsiləsindəndir.
"İnsan oğlu"
və "Böyük
müharibə" rəsmləri
də bu silsiləyə daxildir. Rəssamın bu günə qədər gəlib çatmış
fotoşəkillərinə baxsaq, görərik ki, "Şlyapalı adam" əksər hallarda "forma"ya üstünlük verən
Rene Maqrittenin özüdür: qara kostyum və qara papaq. Bundan
əlavə, unutmaq olmaz ki, Maqritte
sürrealist olub və sürrealist kimi o, papaqlı adam obrazını bəyənib. Bir sözlə, gizli üzlər rəssamın
bir çox əsərlərinin xarakterik
elementidir.
- Gördüklərimiz bir sürrealist oyunudur, yoxsa hansısa hadisənin izləri?
- Tənqidçilərin fikrincə, Maqrittenin gizli və ya
örtülmüş sifətə
heyran olması onun hələ 14 yaşı olanda baş vermiş çox travmatik hadisədən qaynaqlanır.
1912-ci ildə rəssamın
anası özünü
çaya ataraq intihar edib. O, anasının cəsədinin
sudan necə çıxarılmasının şahidi olmuşdu, 20-ci illərdə çəkdiyi
bir sıra əsərlərində bu
hadisənin təsiri aydınca duyulurdu. Cəsədi çıxaran
zaman bədəninin aşağı hissəsi
çılpaq idi və yuxarı dartılan paltar başını və üzünü gizlədirdi
- bu dəhşətli
mənzərəni görən
yeniyetmənin hansı
hisslər keçirdiyini
təsəvvür etmək
olar. Və şübhəsiz ki, gördükləri sonradan
onun yaradıcılığında
öz əksini tapmışdı. Bununla belə, süjetə əlavə intriqa və sirr vermək
üçün personajı
tam və ya qismən gizlətmək, ümumiyyətlə,
sürrealistlərin standart
təcrübəsidir. Öz
personajlarını bütövlükdə
və ya qismən pərdələrin
arxasında gizlətməyi
sevən Salvador Dali kimi. Bizim
gördüyümüz hər
şey başqa bir şeyi gizlədir.
Biz elə nizamlanmışıq ki, gördüklərimizin arxasında
nə gizləndiyini görmək istəyirik. Nəyin gizləndiyinə,
nəyin göründüyünə
isə daima maraq var.
- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?
- Rəsmdə rəsmi kostyumda bir kişi təsvir
edilib: ağ köynək, bej qalstuk və qara palto. Başında
papaq var. Kişinin üzü görünmür - yanından
uçan ağ göyərçin üzünü
örtür. Quşun
qanadları açıqdır
və buna görə də o, insanın üzünü
demək olar ki, tamamilə gizlədir. Tamaşaçı
yalnız qəhrəmanın
çənəsini görə
bilir. Bir qayda olaraq, bu,
avanqardizmlə əlaqələndirilir
- təkcə yeni mədəni hadisələrin
meydana çıxması
deyil, həm də birincinin qocalığının nümayişi.
Bu vəziyyətdə
qəhrəmanın üzünü,
görünüşünün və geyiminin xüsusiyyətlərini göstərmək
üçün nəzərdə
tutulmuş bir portret ideyası mübahisəlidir. Maqritte
vəziyyəti tərsinə
çevirir: şəkildə
o, ümumiyyətlə üzünü
göstərmir, ancaq qəhrəmanı gizlədən
göyərçin tam
təfərrüatı ilə
təqdim olunur.
- Sizcə, bu
rəsm bizə nə deyir?
- Şlyapalı adam obrazı Rene Maqrittenin bir çox əsərlərindən keçir.
O, ilk dəfə
1926-cı ildə "Yoldan
keçən tənhanın
düşüncələri" əsərində meydana çıxıb. Rəsmin
fonunda insanın çiyinlərinin arxasından
çətinliklə görünən
dəniz və fonun əsas hissəsini tutan səmadır. Göy və dəniz eyni tondadır, təfərrüatlı deyil.
Kişi kostyumu ilə də vəziyyət oxşardır.
Göyərçin əhəmiyyətli
dərəcədə fərqlidir
- tamaşaçı quşun
qanadlarında hər bir lələyi görə bilər.
Aytac SAHƏD
525-ci
qəzet.- 2023.- 23 avqust.- S.12.