Böyük Qayıdış yolunda yeni addımlar:
Kəlbəcər sürətlə
abadlaşır
Azərbaycanın dilbər guşələrindən
olan Kəlbəcər
rayonu Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladıqları
birgə Bəyanata əsasən, 2020-ci il noyabrın
25-də Ermənistan ordusu
tərəfindən boşaldılıb.
Beləliklə, Kəlbəcər
şəhəri də
daxil olmaqla, rayonun 147 yaşayış
məntəqəsi işğaldan
azad edilib.
Kəlbəcər rayonu 1993-cü il aprelin
2-də işğal olunmuşdu.
İşğal nəticəsində
511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və
itkin düşmüşdü.
Nəticədə, 60 min kəlbəcərli
ölkənin 56 rayonunun
770 yaşayış məntəqəsində
müvəqqəti məskunlaşmağa
məcbur olub. İşğal nəticəsində
onlarla tarixi-mədəniyyət
abidəsi, 97 məktəb,
9 uşaq bağçası,
116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi,
9 xəstəxana, 75 tibbi
məntəqə, 23 ambulatoriya,
9 aptek, yüzlərlə
inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın,
texnika və sair talan edilib,
dağıdılıb və
rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
İşğaldan azad olunduqdan sonra Kəlbəcərə
səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: "Baxın, görün, şəhər ermənilər
tərəfindən tamamilə
dağıdılmışdır. Vəhşi ermənilər
başqa şəhər
və kəndlərimiz
kimi, Kəlbəcəri
də dağıdıblar.
Bütün binalar dağıdılıb. Bəzi
binalarda ermənilər
qanunsuz yaşayırdılar.
Buradan çıxanda
o binaları da yandırıb,
sökdülər. Vaxt
dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin
əvvəllərində bu
torpaqları işğal
edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar.
2020-ci ildə biz bunları
buradan qovanda da gedə-getdə ağacları
kəsib, yandırıb,
binaları dağıdıblar".
Kəlbəcər zəngin təbii
sərvətlərə və
əsrarəngiz gözəlliyə
malik diyardır. Relyefi
dağlıq olan rayon
ərazisi faydalı qazıntılarla zəngindir.
Rayonun gözəl təbiəti, əlverişli
relyefi, saf dağ iqlimi, zəngin mineral suları,
o cümlədən, Yuxarı
İstisu, Aşağı
İstisu kimi müalicəvi təsirə
malik mineral su yataqları
burada turizmin inkişafını şərtləndirir.
Kəlbəcər rayonu
həm də turistlərdə maraq yaradacaq bir çox
tarixi abidələrlə
zəngindir. Kəlbəcər
ərazisində 30 min ildən
çox tarixi olan qədim yaşayış məskənləri,
6 min il yaşı olan
qaya təsvirləri, çöp şəkilli
qədim türk əlifbası nümunələri
aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün,
atəşpərəstliyin, xristianlığın, VII əsrdən
isə İslamın yayıldığı dövrlərdə
yaradılıb.
Prezident
İlham Əliyevin rəhbərliyi
ilə ordumuzun düşmən üzərində
qazandığı şanlı
Qələbə nəticəsində
işğaldan azad edilən digər ərazilərimizdə olduğu
kimi, Kəlbəcərə
də həyat yenidən qayıdır. Kəlbəcər rayonunda
həyata keçirilən
layihələr sırasında
Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb
edir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər
rayonuna səfər ediblər. Səfər zamanı Prezident və Birinci xanım "AzərEnerji"
Açıq Səhmdar
Cəmiyyətinin "Soyuqbulaq"
Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak
ediblər, "İstisu"
Mineral sudoldurma zavodunun
tikintisi ilə tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin
İşlər müdiri
Ramin Quluzadə Prezidentə və birinci xanıma görülən işlər
barədə məlumat
verib. Bildirilib ki, Kəlbəcər "İstisu"
mineral sudoldurma zavodu
1981-ci ildə inşa
edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb.
Yeni tikiləcək "İstisu"
zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Müəssisədə
ikinövbəli əsasda
təxminən 100 nəfər
işlə təmin olunacaq. Zavodda Almaniya şirkəti tərəfindən təchiz
olunan şüşə
və plastik qablaşdırma istehsal xətləri fəaliyyət
göstərəcək. Şüşə
dolum xəttinin nominal
gücü saatda 16
min, plastik dolum xəttinin nominal gücü
isə saatda 8 min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaq. "İstisu" Müalicə-İstirahət Kompleksinin
layihəsi barədə
məlumat verilərkən
bildirilib ki, 1927-ci ildə
fəaliyyətə başlayan
bu sanatoriya keçmiş Azərbaycan
SSR-də müttəfiq
əhəmiyyətli ikinci
böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi
vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi.
Sovet dönəmində
bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən
həzm sistemi xəstəliklərinin müalicəsi
üçün müraciətlər
edilirdi. Bərpa ediləcək "İstisu"
Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.
Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən,
müxtəlif müalicəvi
hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz
otaqları, istirahət
zonaları, gözəllik
salonu mövcud olacaq. Burada müxtəlif iaşə
obyektləri - restoranlar,
uşaq əyləncə
mərkəzi, oyun otağı, sportskafe,
karaoke otağı, kafeteriya
da qonaqlara xidmət göstərəcək.
Prezident
"AzərEnerji" ASC-nin
"Çıraq-1" və
"Çıraq-2" Kiçik Su Elektrik stansiyalarının
açılışında iştirak edib. Bildirilib ki, hazırda Kəlbəcər rayonunda
beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik
su elektrik stansiyalarının tikintisinə
başlanılıb. Bununla
da 2024-cü ilin birinci
rübündə Kəlbəcər
rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal
potensialı 230 milyon kilovat/saat olan
10 kiçik su elektrik stansiyası mövcud olacaq.
"Çıraq-1",
"Çıraq-2" və "Soyuqbulaq" Kiçik Su Elektrik stansiyalarından
əlavə, bu günə kimi Kəlbəcər rayonunda
4,4 meqavat gücündə
"Kəlbəcər-1", 6,3 meqavat gücündə "Qamışlı"
və 3,4 meqavat gücündə "Meydan" Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib.
İlham Əliyev və Mehriban Əliyeva Zar kəndinin təməlqoyma
mərasimində də
iştirak ediblər. Zar kəndində ümumilikdə 855 ailənin
məskunlaşması planlaşdırılıb.
Yaşayış məntəqəsinin
salınması üçün
20 illik perspektiv və həmin müddətdən sonrakı
inkişaf nəzərə
alınmaqla 243 hektardan
çox torpaq sahəsinin ayrılması
nəzərdə tutulub.
Birinci mərhələdə
kəndə 547 ailənin
köçürülməsi üçün birmərtəbəli
fərdi evlərin inşası planlaşdırılır.
Tikiləcək 547 evin
131-i ikiotaqlı, 289-u üçotaqlı,
92-si dördotaqlı, 35-i beşotaqlı
olacaq. Burada, həmçinin 528 şagird
yerlik məktəb,
100 yerlik uşaq bağçası tikiləcək.
Zar kəndində
əhalinin məşğulluğunun
və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri
görüləcək. Burada
evlərin və küçələrin işıqlandırılmasında
"yaşıl enerji"dən
istifadə olunacaq. Dövlətimizin başçısının
tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə
yetiriləcək.
Millət vəkili
Kamran Bayramov qeyd edib ki,
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri bir daha sübut etdi ki, işğaldan
azad edilən ərazilərimiz diqqət
mərkəzindədir və
sürətli inkişaf
mərhələsinə qədəm
qoyub. Deputatın sözlərinə görə,
dövlət başçısının
bu rayonlara səfəri zamanı bəzi müəssisələrin
açılışında, habelə obyektlərin təməlqoyma mərasimində
iştirakı o deməkdir
ki, həmin rayonların sosial-iqtisadi həyatında çox böyük dirçəliş
baş verir: "Bu, bölgəmizdə həyatın sürətli
qayıdışından, inkişafından
xəbər verir. Prezidentin bu yaxınlarda imzaladığı
sərəncama əsasən,
Kəlbəcər rayonunun
yenidən qurulması,
sosial-iqtisadi inkişafının
təmin edilməsi üçün vəsaitin
ayrılması diqqətçəkən
məqamdır. Qısa
zamanda böyük sənaye müəssisələrinin,
turizm və kənd təsərrüfatı
obyektlərinin, hotel və mehmanxanaların, məktəb və xəstəxanaların inşası
bu rayonların, dövlətimizin iqtisadi gücünün göstəricisidir".
K.Bayramovun dediyinə
görə, işğaldan
azad edilən ərazilərin yenidən
qurulması Prezident İlham Əliyevin imzaladığı "Böyük
Qayıdışa dair
I Dövlət Proqramı"
çərçivəsində həyata keçirilir. Deputat həmin proqram çərçivəsində
işlərin kortəbii
yox, planlı şəkildə həyata
keçirildiyini xatırladıb:
"Prezident söz sahibidir, verdiyi vədlərin üstündə
durur. 44 günlük Vətən müharibəsindən
sonra ilk sözləri o olmuşdu ki, biz işğaldan
azad edilmiş ərazilərə həyatın
və soydaşlarımızın
qayıtmasına çalışmalıyıq.
Biz indi həmin sözlərin nəticəsini görürük.
İnsanlarımızın əlverişli şəraitdə
yaşaması üçün
bütün addımlar
atılır. Ümumiyyətlə,
bu işlər regional siyasət çərçivəsində həyata keçirilir. Yəni işğaldan azad olunmuş ərazilərlə yanaşı,
bütün bölgələrdə
bu işlər görülür. Prezidentin
digər rayonlarımıza
səfəri göstərir
ki, bu işlər
ölkə üzrə
tarazlı şəkildə
həyata keçirilir".
Millət vəkili
Vüqar İskəndərov
bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına
səfəri mühüm
tarixi və strateji əhəmiyyətə
malikdir. 44 günlük
Vətən müharibəsindən
sonra quruculuq və abadlıq işlərinin aparıldığı
qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri
tikinti, quruculuq, abadlıq meydanına çevrilib.
Böyük Qayıdışın başladığını
xatırladan millət
vəkili bu prosesin uğurla davam etdiyini söyləyib: "Prezident-xalq
birliyi sayəsində
müharibədə qalib
gəldik, eləcə
də postmüharibə
dövründə də
uğurlu addımlar atırıq. Qeyd edim ki, dağıdıcılığı,
vəhşiliyi həyat
tərzi seçən
Ermənistandan fərqli
olaraq Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib. İşğaldan azad edilmiş ərazilərdə
postmüharibə dövründə
görülən işlər
bizim qurucu xalq olduğumuzu, həm də bu torpaqların gerçək sahibləri
olduğumuzu təsdiqləyir".
V.İskəndərov qeyd edib ki,
elə Prezident İlham Əliyevin Kəlbəcərə son
səfərinə də
bu kontekstdən yanaşmaq lazımdır:
"Bu səfərlər
zamanı istifadəyə
verilən yeni infrastruktur layihələri,
Kəlbəcərdə Zar
kəndinin təməlinin
qoyulması, həmçinin,
bəzi yerlərdə
davam etdirilən işlərlə tanışlıq
onu deməyə əsas verir ki, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycan
işğaldan azad edilmiş şəhər,
rayon və kəndləri yenidən qurur, dirçəldir. Bir sözlə, bu yerlərin yenidən cənnətə
çevrilməsi üçün
inamlı addımlar atılır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, artıq dirçələn Laçın,
Qarabağ, Şərqi
Zəngəzur bizim gücümüzü, istədiyimizə
hər zaman nail ola biləcəyimizi
göstərir".
Sevinc QARAYEVA
525-ci
qəzet.- 2023.- 30 avqust.- S.15.