Şərəfli ömür yolu
Allahın bəxş etdiyi
ömrü doğru-düzgün
yaşamaq, ədalətli,
xeyirxah, el-oba, cəmiyyət üçün
lazımlı, gərəkli
olmaq, haqqı nahaqqa verməmək, başqalarının haqqını
tapdamamaq kimi dəyərlərə sadiq
qalmağı bacarmaq hər kəsə nəsib olmur. Nə qədər çətin olsa da, dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Müdriklər demişkən,
"xalq üçün,
vətən üçün
yaşanan ömür
əsl insan ömrüdür".
Belə
insanların ömrü
çətin, mənalı
və şərəfli
olur, başı həmişə el içində uca olur. Onlar öz
xoşbəxtliyini, səadətini,
varlığını vətənə,
xalqa ləyaqətlə
xidmətdə görürlər.
Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Tezekend
KFT" MMC-nin təsisçisi
Aqil Magerramovun keçdiyi
mənalı ömür
yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Aqil Məmmədəli oğlu
Magerramov 1973-cü il avqust
ayının 25-də Qərbi
Azərbaycanda ziyalı
ailəsində anadan olub. Müəyyən səbəblərdən ailə
80-cı illərdə Bakı
şəhərinə köçür
və Aqil Magerramov orta təhsilini Bakı şəhəri
54 nömrəli tam orta
məktəbdə davam
etdirir.
1990-cı
ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olur. Təhsilini bitirdikdən sonra uzun müddət Rusiya Federasiyasında yaşayır.
Ötən əsrin 80-90-cı illərinin
gəncliyində valideynlərdən,
dövlətdən və
başqalarından gözləntilər
çox idi. Lakin o, öz ayaqları üzərində müstəqil
dayanmağa can atır
və buna nail olur. İş dünyasına
ilk qədəmlərini qoyan
gənc sahibkar Rusiyada kiçik biznesdə (meyvə-tərəvəz
ticarəti) özünü
sınayır və nəticədə böyük
uğurlar əldə
edir. Bu uğurun nəticəsi olaraq hazırda Aqil Magerramov Azərbaycanın seçilən
sahibkarlarındandır. Sahibkar
müxtəlif illərdə
ölkə daxilində
və xaricdə bir çox şirkətlər təsis
edib.
2008-2011-ci
illərdə Rusiya Federasiyasının Soçi
şəhərində
"Naqornaya-11" şirkətinin səhmdarlarından olub və "Morskoy dvorets" yaşayış
kompleksinin tikintisini həyata keçirib.
2008-2013-cü illərdə Rusiya Federasiyasının Soçi şəhərində
"Fidan" restoranının
sahibi olub.
2016-2018-ci illərdə Azərbaycan Respublikasında
iki "Lukoyl" yanacaqdoldurma məntəqəsinə
rəhbərlik edib.
2019-cu ildə "Göyüm"
(Hindistan markası) yağ və toyuq yemində istifadə olunan ymıx istehsalı fabrikini Azərbaycanda təsis edib.
2018-2023-cü illərdə
Azərbaycanda "Tezekend
KFT" MMC-nin təsisçisi
olub.
2023-cü
ildən "MAYS Express servise"
MMC-nin səhmdarıdır.
Aqil Magerramov bir çox şirkətlərin
baş məsləhətçisi
və ya baş texnoloqudur
("KLASS MMC" kirəmit, kərpic və qlinker divar üzlükləri
fabrikinin istehsal üzrə baş texnoloq, "Şabran meyvələri" MMC-nin
baş məsləhətçi,
"Sultan Seramic"ABŞ-dakı baş distributorudur).
Həmçinin Aqil müəllim bir
çox ictimai birliklərin də üzvüdür ("Azərbaycan
Quş əti, Yumurta İstehsalçıları
və İxracatçıları
Assosiasiyası" İctimai
Birliyinin üzvü, Azərbaycan Sahikarlar Cəmiyyətinin fəxri
üzvü).
2023-cü
ildən "Ceramic" GROUP
İNTERNATİONAL-ın ABŞ-da təsisçisidir (50% payla).
Hazırda Azərbaycanda 39 quşçuluq
fabriki fəaliyyət
göstərir. Onların
əksəriyyəti sovet
dövründə tikilmiş
və köhnəlmiş
avadanlıqlarla təchiz
edilib. Aqil müəllim "Tezekend"
MMC quşçuluq fabrikini
Abşeron rayonunun boş, yararsız torpaqlarında tikib istifadəyə verib. Fabrikin əksər avadanlıqlarını Türkiyənin
"Kutlusan" şirkətindən
alıb və fabrik müasir avadanlıqlarla təchiz olunub. Yüksək idarəçilik qabiliyyəti
nəticəsində fabrikdə
istehsal kəskin artıb. O, uğurlu ideyanı intuitiv hiss edir, yeniliklər
yaratmağa can atır, qeyri-standart yanaşma və həll yolunu heç kəsin ağlına gəlməyən
bir yerdə axtarır. Bununla da iş dünyasında
seçilən sahibkarlardan
birinə çevrilib.
Aqil müəllim
gənclərin də
dostudur. Universitetlərdə
gənclər arasında
keçirilən bilik
yarışlarına tez-tez
münsiflər heyətinin
üzvü kimi dəvət olunur, onlarla ayrılıqda görüşlər keçirdir,
iş dünyasında
uğur qazanmağın
yollarını izah edir, gənclərə tövsiyələrini verir.
Sahibkar öz
şirkətlərinin idarə
edilməsi ilə kifayətlənməyib, münasibəti
olduğu bir çox şirkətlərə
səmərəli məsləhət
və tövsiyələr
də verir. Bu şirkətlərə
verdiyi səmərəyə
görə Aqil müəllimə təşəkkürnamələr
təqdim edilib.
"KLASS" MMC, "Aqro-Trade" MMC və "Net Elektrik"
MMC-nin rəhbərliyi
tərəfindən verilən
təşəkkürnamədə Aqil müəllimin tövsiyələri nəticəsində
əldə edilən uğurlar qeyd edilib.
Məsələn, Aqil Magerramovun məsləhətləri sayəsində
"KLASS" MMC-də işçilərin
sayı azalıb, məhsuldarlıq çoxalıb,
yeni məhsul istehlı artıb, istehsala yeni texnologiyalar tətbiq olunub. Aqil Magerramovun
məsləhəti nəticəsində
"Aqro-Trade" MMC böyük
səmərə əldə
edib. Məsələn,
sahibkar daima məsləhət görür
ki, biznesdə düzgün informasiyanın
toplanmasına önəm
verilməlidir: satış
rəqəmləri, anbar
hərəkətləri, marketinq
və reklam işləri, maliyyə hesabatları, işçilərin
problemləri və sair. Bu informasiyanı
düzgün idarə
etmək, vacib informasiyanı öz səviyyəsinə çıxarmaq
biznesin normal işləməsi üçün
çox vacibdir.
Aqil müəllimin
ən önəmli məsləhətlərindən biri müştəriyə
düzgün xidmətin
göstərilməsidir. Onun
fikrincə, biznesin məqsədi məhsul və ya xidmət
satmaq deyil. Biznesin məqsədi müştəriyə onun
arzuladığından da
üstün xidmət
göstərməkdir. Biznesi
xidmət olaraq görmək sahibkarın başlıca vəzifəsi
olmalıdır. Müştərinin
istəyi, ehtiyacı,
arzusu sahibkar üçün əsasdır.
Aqil Magerramovun daima işlətdiyi cümlə şirkətimizin
şüarına çevrilib:
Sizə pul qazandırdığı müddətcə
müştəri hər
zaman haqqlıdır.
Aqil Magerramovun
şirkətə verdiyi
ən önəmli məsləhətlərdən biri
də strateji düşünmək bacarığının
olmasıdır. Biznesinin
sabahını görmək,
sabah atılacaq addımları bilmək biznesin davamlı olması üçün
çox vacibdir. Bazar necə olacaq? Rəqiblər hansı sürpriz yaşadacaq? Texnoloji inkişaf bizə hansı təhlükə
və ya fürsət verəcək?
Müştərinin istəyi
hansı səmtə dəyişəcək? Bəli,
məhz dəyişəcək,
dəyişə bilər
yox. Bazar inkişaf edir, bu inkişafdan geri qalmamaq üçün
isə strateji düşünməyi bacarmaq
lazımdır.
Uzun müddət
şirkət buğdanı
Qazaxıstandan, soyanı
isə Braziliyadan idxal edirdi. Aqil
müəllim daha ucuz qiymətə bu məhsulların əldə edilməsini məsləhət gördü:
buğdanı Rusiya Federasiyasından, soyanı
Argentinadan. Nəticə
olaraq şirkət çox böyük səmərə əldə
etdi.
Aqil Magerramov
"Net Elektrik" MMC-nin
fəaliyyəti ilə
bağlı bir çox müsbət tövsiyələr verib, onun təklifləri nəticəsində yüksək
səmərə əldə
edilib. Aqil müəllimin ilkin tövsiyələri bunlar
idi: sahədəki rəqiblərin sayı və onların nisbi ölçüləri,
alıcıların sayı
və onların maliyyə imkanları, istehsal prosesləri və yeni məhsulların
yaradılması üzrə
texnologiyaların inkişaf
istiqamətləri, rəqiblərin
istehsal etdikləri məhsulların fərqli
və oxşar cəhətləri, istehsal
miqyası, nəqliyyat
və marketinq xərcləri üzrə
qənaət imkanları
və s. Aqil müəllimin düzgün
bazar araşdırması
nəticəsində təklif
etmişdi ki, Türkiyə malları ilə bərabər, daha keyfiyyətli Avropa və nisbətən ucuz Çin mallarının idxalı şirkət üçün daha səmərəli olacaq.
Aqil Magerranovun
sahibkar kimi ən üstün cəhəti sahibkara xas bir çox
xüsusiyyətlərin olmasıdır.
Bu xüsusiyyətləri
sayəsində o, illərdir
iş dünyasında
uğur qazanıb, ölkə daxilində və xaricdə seçilən sahibkarlardan
birinə çevrilib.
Aqil müəllim çalışdığı müddətdə bacarıqlı
və əməksevər
rəhbər kimi daima özünü göstərməyi bacarıb,
kollektivin hörmətini
qazanıb. O, əsl rəhbər, əsl liderdir. Bu bacarığı
ilə şirkət və müəssisələri
düzgün idarə
etməyi, işçilər
qarşısında qarşısına
məqsəd qoymağı,
səlahiyyət verib tələb etməyi peşəkar şəkildə
bacarır.
Aqil Magerramov
rəqibini tanıyan,
onun güclü və zəif cəhətlərini bilən
sahibkardır.
Aqil müəllimdə
sahibkara xas xüsusiyyətlərdən biri
də hər hansı bir işdə qətiyyətli
olmasıdır. Biznes
sahibi çətin qərarlar üçün
məsuliyyəti öz
üzərinə götürə
bilməlidir. Başqalarının
fikirlərini dinləmək
vacibdir, amma son qərar yenə də sahibkarındır və bu xüsusiyyətlər Aqil müəllimdə özünü tam və aydın şəkildə göstərir.
Bir sözlə,
Aqil Magerramov təmsilçisi olduğu
dövlətin, xalqın
təəssübünü çəkən, etimadını
yüksək səviyyədə
doğrulda bilən vətəndaş və rəhbərdir.
Kəmalə XƏLİLQIZI
525- ci qəzet.- 2023- cü il.- 1 dekabr.- № 218.-
S. 14.