Ədalət Muradov: "Biz əmək bazarı üçün işçi hazırlığı ilə məşğul deyilik"

UNEC REKTORUNUN FİKRİNCƏ, İŞƏGÖTÜRƏNLƏR VƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ ARASINDA AÇIQ VƏ CİDDİ MÜZAKİRƏLƏRƏ EHTİYAC VAR

"Hamımız deyirik ki, universitet məzunları əmək bazarının tələblərinə cavab vermirlər. Sual olunur: universitet əmək bazarının tələbinə uyğunmu işini qurmalıdır? Universitet təhsilini müxtəlif kurslarla, kolleclərdə verilən təhsillə eyniləşdirmək olarmı, yoxsa burada bir fərq olmalıdır? Biz əminik ki, olmalıdır. Biz Universitet olaraq əmək bazarı üçün işçi hazırlığı ilə məşğul deyilik. Söhbət hansı bazardan gedir? Yerli, yoxsa qlobal əmək bazarından? Mən universitet rəhbəri olaraq bu gün hara fokuslanmalıyam? Bugünkü əmək bazarı bizim üçün prioritet olmalıdır, yoxsa 10-15 il sonrakı bazar bizi düşündürməlidir? Başqa sözlə, universitet əmək bazarının arxasınca sürünməlidir, yoxsa universitet əmək bazarını formalaşdıran ciddi İnstitutlardan birinə çevrilməlidir?"

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov söyləyib. Rektorun sözlərinə görə, əmək bazarının müasir tələblərə cavab verməyən seqmentlərinin mövcudluğu hamıya bəllidir "universitetlər həmin seqment üçün mütəxəssis hazırlığı həyata keçirməlidirmi?" sualı da cavab axtarır. Dövlət təşkilatları dövlət müəssisələri yanında kadr hazırlığı, ixtisas artırması, yenidən hazırlığı bu qəbildən olan tədris müəssisələrinin mövcudluğu bu sahədə bazar münasibətlərinin, yəni işəgötürənlərin sifarişi əsasında təhsil müəssisələri tərəfindən mütəxəssis hazırlığlı sisteminin formalaşmasına mane olmurmu? Bu kimi suallar çoxdur istisnasız olaraq onların hamısının cavabı var. Həmin cavabları tapmaq üçün işəgötürənlər ali təhsil müəssisələri arasında açıq ciddi müzakirələrə ehtiyac duyulur: "Digər məsələ isə, ali təhsil müəssisələrində təkcə " axtaranlar" deyil, həm bəlkə daha çox " yeri yaradanlar" yetişdirilməsidir".

Ədalət Muradov bildirib ki, "universitetlər ancaq axtaranlarmı yetişdirməlidir?" sualı müzakirə olunmalıdır: "Yeni işləri kim yaratmalıdır? Yeni keyfiyyət tələblərinə cavab verən işçi qüvvəsini kim hazırlamamlıdır? Düşünürəm ki, ümumiyyətlə universitetlə bağlı ciddi addımlar atmamışdan öncə cəmiyyətdə bu suallar müzakirə olunmalıdır".

Rektorun dediyinə görə, işəgötürənlərin ali təhsil müəssisələrini yenicə bitirmiş məzunlarını işə qəbul etmək kimi bir öhdəlikləri yoxdur. Amma işəgötürənlərin hamısı savadlı, bacarıqlı, səriştəli mütəxəssislərə ehtiyac duyduğunu bildirirlər: "Həqiqət həm ondan ibarətdir ki, ali təhsil müəssisələri öz məzunlarının işə qəbul edilməsində ən çox marağı olan tərəfdir. Axı bu, həm ali təhsil müəssisələrində təhsilin keyfiyyət göstəricilərindən ən vacibidir. Yəni işəgötürənlər onların tələblərinə cavab verən mütəxəssisləri işə qəbul etməyə hazır olduğunu, ali təhsil müəssisələri isə işəgötürənlərin tələblərinə cavab verən mütəxəssislər hazırlamaq iqtidarında olduğunu bildirirlər. Başqa sözlə, işəgötürənlərin ali təhsil müəssisələrinin maraqları üst-üstə düşür, amma reallıqda bu, problem olaraq qalır. Tələbələr üçün təcrübə təşkil etmədən dünyası hansı praktiki vərdişləri universitetlərdən gözləyir? Bir çox hallarda əmək bazarı məzunları qəbul etmədiyi kimi, məzunlar da əmək bazarındakı mövcud tələbləri qəbul etmir. Bunu nəzərə almaq lazımdır. 2015-ci ildə tələbələr üçün təcrübə müddətini 1 semestr daha uzatdıq. Biz düşündük ki, təcrübə prosesində tələbələr praktiki vərdişlərə sahib olacaqlar. Qərar verdik ki, təcrübənin nəticəsini biz deyil, təcrübə obyektindəkilər qiymətləndirsin. Nəticə ondan ibarət oldu ki, təcrübə keçən bütün tələbələrimiz əla qiymətlərlə təcrübəni başa vurdular".

Ədalət Muradovun sözlərinə əsasən, hələ ənənəvi imtahan forması davam etdirilir bu forma şifahi yazılı paradiqmaya əsaslanmaqla konkret fərdə, tələbəyə köklənib. Həmin imtahanın uğuru hər bir imtahan verən fərdin, tələbənin yaddaşında saxladığından asılıdır kimsə imtahanda uğur qazanırsa bu uğur təkcə bir fərdin, bir tələbənin uğurudur: "4K, yəni kritik düşüncə, kreativlik, kommunikasiya, komanda işi 21-ci əsrin əsas bacarıqları sayılsa da, hələ imtahanlar zamanı danışmaq yaxud digərlərilə birgə imtahanda aldatma kimi qəbul edilir buna görə cəzalar verilir. Rəqəmsal təhsil zamanı isə təhsili şifahi nitqlə, yazıyla, yaddaşla bir şəxslə eyniləşdirmək artıq mümkün deyil. Rəqəmsal təhsildə rəqəmsal platformalarda başqalarının təcrübəsindən bəhrələnmək öz bacarıqlarını paylaşmaq üçün özünəməxsus tədris şəbəkələri yaradılır. Bu zaman diqqət mərkəzində olan bir fərd, bir insan yox, sisteminnin özüdür".

Rektor vurğulayıb ki, təhsilin iqtisadiyyatın inkişaf strategiyalarının tələblərinə uyğun olaraq, 2030-cu ilə qədərki dövr üçün "UNEC 100" İnkişaf Strategiyası hazırlanıb. Bu strategiya Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası", "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" UNEC-in mövcud vəziyyətinin elmi əsaslarla hərtərəfli təhlili nəticəsində ərsəyə gəldi: "Strategiyamızın əsas istiqamətlərini isə Ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyindəki çıxışı zamanı bu ali təhsi müəssisəsinin qarşısına qoyduğu vəzifələrə görə müəyyənləşdirdik. Bu istiqamətdə 7 strateji məqsəd 31 hədəfimiz var. Həmin hədəflərə doğru inamla irəliləyirik. Deyə bilərəm ki, bir neçə strateji hədəfimizə artıq çatmışıq. UNEC ölkədə 4 dildə (Azərbaycan, türk, rus, ingilis dilləri) təhsil verən yeganə ali təhsil  müəssisəsidir burada ali təhsilin bütün pillələri üzrə tədris həyata keçirilir. Biz həm bakalavr, həm magistraturada ixtisasların sayını artırmış, əmək bazarının ən son tələblərinə uyğun yeni ixtisaslar müəyyən etmişik. Bütövlükdə, ölkədə magistraturaya qəbul olanların (13286 nəfər) 18 faizi məhz UNEC-in payına düşür. Bu rəqəm MBA proqramı üzrə 37,1 faizdir. Bir məqamı diqqətə çatdırım ki, UNEC- təkcə iqtisadçı kadrlar hazırlanmır. Burada texniki texnoloji ixtisasların tədris olunduğu ixtisaslaşmış 13 laboratoriyanın fəaliyyət göstərdiyi yeni, möhtəşəm kampusumuz var. Orada abituriyentlərin daha çox maraq göstərdiyi İnformasiya Texnologiyaları (İT) ixtisasları üzrə Rəqəmsal İqtisadiyyat Mühəndislik fakültələri var. Dizayn Məktəbində həmin sahələr üzrə peşəkar mütəxəssislər hazırlanır. Biz ingilisdilli ixtisasların sayını artırmışıq. Bu il UNEC-ə bakalavr səviyyəsində ən yüksək nəticə (675 bal) ilə qəbul da yeni yaradılmış "İnformasiya təhlükəsizliyi" (ingilis dilində) ixtisası üzrə oldu".

Ədalət Muradovun söylədiyinə görə, rəqəmsallaşma nəticəsində ayrı-ayrı ali təhsil müəssisələri, müəllimlər arasında qütbləşmə qaçılmaz görünür. Bu gün ali təhsilin fəlsəfəsi, pedaqogikası və təlim, təhsilin təşkilində ayrı-ayrı ali təhsil müəssisələri arasında ciddi fərqlər osuz da reallıqdır. Rəqəmsallaşma bu fərqləri həm gücləndirəcək, həm də sürətləndirəcək: "Bu prosesi dayandırmağa cəhd etmək yox, dəstəkləmək daha doğru yanaşmadır. Bu, həm də ona görə vacibdir ki, rəqabəti stimullaşdırmaqla bərabər, təhsil məqsədlərinə nail olmağın monitorinqi və nəzarəti baxımından rəqəmsallaşma əvəzolunmaz imkanlar yaradır".

Rektor deyir ki, təhsilin rəqəmsallaşmasının arxa plana keçirilməsi, açıq müzakirələrin aparılmaması həm də bu yeniliklə bağlı yanlış fikirlərin geniş yayılmasına şərait yaradır. Ali təhsilin gələcəyi ilə bağlı işəgötürənlərin söz sahibinə çevrilmə cəhdi də narahatlıq yaradır: "Ali təhsildə rəqəmsallaşmanın sadəcə texniki vasitə kimi, təhsilin inkişafı alətlərinin dəyişdirilməsi kimi qəbul edilməsi doğru deyil. Belə ki, dünən məqsədlərə çatmaq üçün kitab və lövhə istifadə edilirdisə və bu gün həmin məqsədlər üçün kompüterinternet istifadə edilirsə, bunun ali təhsil sisteminin dəyişdirilməsilə heç bir əlaqəsi yoxdur. Təhsilin rəqəmsallaşmasını mövcud ali təhsil sisteminə sanki bir əlavə kimi qəbul etməklə köhnə təhsil sisteminin dəyişməz saxlanması yanlış mövqedir. Bir sıra hallarda rəqəmsal alətlərdən istifadə etməklə mövcud ali təhsil sisteminin optimallaşdırılmasına cəhd edilir".

 

Sevinc QARAYEVA

525-ci qəzet .-  2023.- 2 dekabr, № 219.- S.23.