Kino dili və
üslubu haqqında ilk
tədqiqat əsərləri
Kino sənəti bəşəriyyətin
ən böyük kəşfidir, yarandığı
gündən insanların
dünyagörüşünü formalaşdırır. Mədəniyyətin bir çox sahəsini birləşdirən
incəsənət növlərindən
biri kimi kino hər bir
xalqın tarixini, adət-ənənəsini, mənəviyyatını,
mədəniyyətini özündə
yaşadır.
Statistik
məlumata görə,
Azərbaycanda 1898-ci ildən
indiyə qədər
üç mindən artıq film istehsal olunub: 300-dən çox tammetrajlı və 100-dən
artıq qısametrajlı
bədii film, 20-yə qədər
serial, 150-dən çox televiziya
və 100-dən artıq
cizgi filmi, 70-dən çox tammetrajlı sənədli film, 1700-dən artıq
qısametrajlı sənədli
film.
Azərbaycanda kino sənətinin sürətli inkişafına
baxmayaraq, bu sahəyə aid indiyə qədər dilçilik nöqteyi-nəzərindən, bir
neçə əməli
məqalə müstəsna
olmaqla, heç bir elmi araşdırma
və tədqiqat aparılmamışdı. Yeganə
elmi tədqiqat işi filologiya üzrə fəlsəfə
doktoru, AMEA Nəsimi adına Dilçilik
İnstitutunun Tətbiqi
dilçilik şöbəsinin
aparıcı elmi işçisi dosent Fizuli Nəcməddin oğlu Mustafayevə məxsusdur. O, ilk dəfə
olaraq doktorant kimi Azərbaycanda kino sənətindən bəhs edən "Asərbaycanda kino dilinin üslubi və semantik xüsusiyyətləri" mövzusunda
əsərini tamamlayıb.
Burada qrammatikanın bütün sahələri
əhatə olunur: orfoepik və fonetik normalar (vurğu, sait və samitlərin tələffüzü və
s.), morfoloji və sintaktik ele-mentlər, leksik-semantik quruluş, o cümlədən, onomastik
əsaslar, dialektologiya,
sema-siologiya, üslubi
kateqoriyalar, sərbəst
söz birləşmələri,
frazeologiya və sair.
F.Mustafayevin tədqiqatı indiki dövrdə dilçiliyimiz
üçün böyük
əhəmiyyət daşıyır. Bu araşdırma xüsusilə
də kino sənəti ilə məşğul olan aktyorlar üçün çox lazımlı, vacib bir əsərdir.
Əsəri oxuduqca hər
bir rejissor, aktyor, hətta operator çəkiliş zamanı
gözəçarpan səhvlərini
açıq-aydın anlayacaq
və dərhal yerindəcə düzəltməyə
çalışacaqlar.
Həcmi min səhifədən artıq
olduğu üçün
müəllif əsəri
dörd hissəyə
bölüb. Birinci hissə "Azərbaycan kinosunun dili", ikinci hissə "Azərbaycan kinosunun üslubu", üçüncü
hissə "Kino dilində
söz və söz birləşmələri",
dördüncü hissə
isə "Azərbaycan
onomastikası kino dilində" adlanır.
Əsərin birinci və ikinci hissəsi artıq nəfis şəkildə işıq
üzü görüb:
"Azərbaycan kinosunun
dili" kitabı 342,
"Azərbaycan kinosunun
üslubu" kitabı
isə 336 səhifədən
ibarətdir. Hər iki kitabın
elmi rəhbəri professor
Nadir Məmmədli, redaktoru
professor İsmayıl Məmmədlidir.
Rəyçilər isə filologiya
elmləri doktorları
Nəriman Seyidəliyev
və Astan Bayramovdur. Üçüncü və dördüncü
cildlər də artıq çapdadır.
"Azərbaycan
kinosunun dili" əsərində, ilk olaraq,
səssiz kinoda mövzu, struktur, janr, səsli kinoda isə dil və üslub
məsələləri araşdırılıb.
Müəllif bu haqda məlumat verdikdən sonra Azərbaycan kinosunun səsli dövrünə müraciət
edir və onun dil-üslub məsələlərindən söhbət
açır. Bundan sonra
müstəqillik illərində
Azərbaycan kinosunun dil, üslub və janr xüsusiyyətlərindən
ətraflı danışılır.
Əsərdə kino dilində vurğu, intonasiya məsələləri, orfoepiyanın
əhəmiyyəti, orfoqrafik
norma, ədəbi dil normalarının hüdudları və bu barədə mülahizələr, qarşıya
çıxan problemlər,
sait və samitlərin tələffüzü,
nitq mədəniyyəti
məsələləri, aktyorların
peşəkarlığı, ahəng qanununa tabe olan və
tabe olmayan şəkilçilərin deyiliş
qaydaları və sair ən mühüm
məsələlər elmi
cəhətdən ətraflı
şəkildə araşdırılıb,
bu haqda müəllif öz fikirlərini irəli sürüb. Bu hissədə
kino dilinin tədqiqi, bütövlükdə
şifahi nitqin ifadə imkanlarının
üzə çıxarılmasına,
onun struktur-funksional xüsusiyyətlərinin qrammatik
(fonetik, morfoloji, sintaktik) cəhətləri
və üslubları
çağdaş vəziyyətin
öyrənilməsinə imkan
verir.
Kitabda iki məsələ qoyulub: birinci, kino-aktyor nitqinin struktur-funksional xüsusiyyətləri,
ikincisi isə şifahi nitqin ekran təzahürünün
spesifikasını araşdırmaq.
Müəllif məqsədini
məhz bu yola yönəldib.
F.Mustafayev əsərdə aktyor nitqinin əsas cəhətlərini təhlil
edərkən, ilk növbədə,
kinonun sözlü-səsli
təbiətindən çıxış
edib, həm də onun ictimai-kommunikativ
funksiyasından irəli
gələn ünsiyyətə
əsaslanıb və
sair.
"Azərbaycan kinosunun üslubu" kitabında isə kino dilinin üslubi problemlərindən bəhs edilir. Tələffüz üslubu, ədəbi danışıq üslubu, qrammatik formaların üslub mövqeyi, mövzu, janr, sözün üslubi və semantik izahı və hələ də bir çox məlum olmayan mühüm məsələlər araşdırılıb. Ona gərə də F.Mustafayev kino sənətində C.Cabbarlı mərhələsinə daha geniş yer verib. Əsərdə, həmçinin M.P.Vaqif, İ.Nəsimi, Ə.Vahid haqqında çəkilmiş filmlər və bunlarla yanaşı, "O olmasın, bu olsun", "Arşın mal alan", "Nizami" və başqa filmlərinin dil-üslub xüsusiyyətləri araşdırılıb.
Hər iki kitabın bugünümüz üçün nəzəri və pkaktik əhəmiyyəti vardır. Xüsusən də kino sahəsində çalışan aktyor, rejissor və operatorların fəaliyyətləri üçün. Bir əsas məsələni də qeyd etmək yerinə düşür. Yeni fəaliyyətə başlamış kinoaktyorların bəziləri ədəbi dil normalarına kifayət qədər riayət etmir, həddən artıq nitq qüsurlarına yol verir, saysız-hesabsız vulqar sözlərdən istifadə edirlər. Ona görə də kino işçilərinin adıçəkilən kitablardan istifadə etmələri məsləhər görülür. Həmin kitablar həm nəzəri, həm də praktik cəhətdən kifayət qədər onların köməyinə çatar. Deyə bilərik ki, hər iki kitab bəzi ali məktəblərın uyğun fakültələrində dərslik kimi tədris oluna bilər.
40 ildən artıqdır ki,
Fizuli Mustafayev Azərbaycan
Respublikası Dövlət Teleradio
Verilişləri Şirkətində (hazırda Qapalı Səhmdar
Cəmiyyəti) fəaliyyət göstərir. Bu müddət ərzində o,
yüzlərlə telessenari və
kinossenarilərin müəllifi olub,
müxtəlif kinoçəkilişlərdə iştirak edib. Odur ki, iddiaçı bu sahənin
əsl mütəxəssisidir. Əgər, belə bir mövzunu qeyri-ixtisas sahədə kino
sənətindən anlayışı olmayan,
təcrübəsiz tədqiqatçı qələmə
alsaydı, bəlkə də, belə bir
keyfiyyətli iş alınmazdı.
Xatırladaq ki, Azərbaycan filmlərində
dil-üslub məsələləri ilk dəfə burada ətraflı
şəkildə, fundamental prinsiplər əsasında
araşdırılıb. Əsərdə müəllif kino sahəsinə dair
fikirlərə, yanaşmalara da münasibətini bildirməklə, orijinal mülahizələr irəli sürüb.
Nəriman SEYİDƏLİYEV,
Filologiya elmləri doktoru
525-ci qəzet .- 2023.- 5 dekabr, № 220.- S.11.