Aktrisanın şirin-acı həyat
hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Özümü aktrisa
kimi təqdim eləməyə gəldikdə, mən
fiquramdakı gözəçarpan qadın ləyaqətləri
ilə o qədər də öyünə bilmərəm,
axı onlar səhnədə heç də az rol
oynamırlar. Nisbətən böyük olmayan, paltar
altında azacıq özünü hiss etdirməyə müvəffəq
olan döşlərə və heç də iri olmayan budlara
malikəm. Axı məşhur amerikan kinoaktrisası Elizabet
Teylor öz fiqurasının qabarıq hissələri ilə
öyünür, qadın ləyaqətlərini gözə
çarpdırmanın aktrisa üçün başlıca
amil olduğunu qeyd edirdi. Böyük fransız rəssamı
Ogyüst Renuar isə qadın döşünün vurğunu
idi, deyirdi ki, qadın döşləri olmasaydı, mən rəssam
olmazdım. Parisdə XVIII əsrdə şampan şərabının
qədəhinin forması müəyyən edilməsi
axtarılanda, məhz kral XVI Luinin arvadı kraliça Mariya
Antuanettanın döşləri ən yaxşı nümunə
kimi götürülmüşdü.
Deməli, qadın üçün, xüsusən səhnəni
bir neçə saat işğal edən aktrisadan ötəri
göz oxşayan döşlər heç də kiçik məsələ
deyildir və sinəsi qabarıqsız olan, taxta səthini
andıran aktrisalar buna görə müəyyən
natamamlıq kompleksinə malikdirlər. Ancaq
tamaşaçı gözü, xüsusən kişilərin
nəzəri mənim bədənimin simmetriyasını əsas
götürərək, fiquramdakı zəif cəhətləri
diqqətdən yayındırır və məni hətta lap
gözəllik ilahəsi, bu aləmin şahzadəsi hesab
edirdilər. Əlbəttə ki, bu, məni olduqca sevindirirdi,
deməli, təşvişimə baxmayaraq, bədənim də
tamaşaçıların, xüsusən kişilərin
xoşuna gəlirdi. Axı zövqlər də dəyişmişdir,
küçədə gedən gombul arvadlara əvvəlki tək
heyranlıqla baxanlara olduqca az, bəzən hətta heç
rast gəlmirsən. XXI əsr arıqlığı ilə,
fiqurası burula-burula hərəkət edən, ilana bənzər
qadınların əsridir. Qızlar isə bitki aləmi ilə
müqayisə edildikdə, dayağa söykənməklə
böyüyən və çiçək açan, həm də
gözəllik simvolu olan orxideya timsallı olmalıdırlar.
Mən gülüşün səhnəni
canlandırmasına, nikbin əhvali-ruhiyyəni şiddətləndirdiyinə
görə onu xərcləməkdə də xəsislik
göstərmirəm. Əsasən bu gülüşə və
səhnə oyunuma görə çoxları məni
dünyanın ən xoşbəxt qadını hesab edirlər.
Sinəmin başqalarına toxunan şəkildəki çox
qabarıq görünməməsi də məni o qədər
narahat etmirdi, çünki fiquramda çoxlarının qeyd
etdiyi kimi, bir uğurlu proporsiya, qadın bədəni
üçün vacib olan bir simmetriya vardır. Çünki
mən məşhur rus aktrisası Tatyana Doronina (30 ildən
artıq müddətdə o, M.Qorki adına MXAT-ın - Moskva
Akademik Bədii Teatrının direktoru və bədii rəhbəri
olmuşdu, Oleq Yefremovun lazımsız material kimi A,P.Çexov
adına MXAT-dan qovduğu böyük bədbəxt aktyor
kütləsini cəsarətlə himayə edərək,
onlar üçün bu teatrı yaratmışdı)
cavanlıqda döşlərinin iri olmasından xəcalət
çəkirdi, bunu aktrisanı gözdən salan, çox
sayda obraza uyğun gəlməyən bir zərərli cəhət
hesab edirdi. Qocaman aktrisa Faina Ranevskaya ona ürək-dirək
vermiş, üzgün hisslərdən
uzaqlaşdırmışdı ki, səhnədəki
ilhamlı oyun bədənin kiçik qüsurlarını
asanlıqla kölgədə qoya, gizlədə bilir. Axı
o, özü də bir qadın kimi daha çox kişilərinkinə
bənzər kobud sifətə malik idi, lakin nadir istedadı və
iti ağlı ilə seçilirdi. Ona görə də
kiçik bədənə malik olduğuma, ilk andan gözlərə
sataşan iri döşlərim olmadığına görə
mən özümü qınayıb, üzülmürdüm,
əksinə, bununla öyünürdüm də.
Fiqurada hansısa kiçik də olsa, qüsurun
olmasına baxmayaraq, tamaşaçı gözləri sevimli
aktrisaya xüsusi mərhəmət nümayiş etdirib, onu
sevir. Olduqca balaca boylu rus aktrisası Marina Neelova səhnədəki
və ekrandakı oyununun hesabına heç də karlik kimi
görünmürdü, tamaşaçılar, xüsusən
kişilər az qala bu xırda bədənli qadını
gözəllik simvolu hesab edirdi. Mən də əvvəllər
bədənimdə ləyaqət nişanəsinin kiçik
ölçülü olmasından qorxurdum. Sonra onlar
böyüməyə başladı və çar Solomonun
"Şərqilər şərqisi" kitabında Salamitin
döşləri barədə dediyi tərifli sözləri mənim
sinəmi bəzəyənlərə də cəsarətlə
aid etmək olardı. Bütün bunların cəmi mənim
xoşbəxt olmağım barədəki rəyin kütlə
arasında geniş yayılmasına səbəb olmuşdu.
Əslində isə sonralardakı haylı-küylü səhnə
həyatıma baxmayaraq, yeniyetməliyimdə bəlkə də,
mən bir qəribə hadisə hesabına təsadüfən
müəmmalı düşüncələrin təsiri
altına düşən qızlardan birinə
çevrilmişdim.
Həyatımdakı təəccüb doğuran ilk
öpüş
Yeniyetmə qız kimi mən tez-tez dəyişməyə
məcbur olduğum növbəti orta məktəbin səkkizinci
sinfində oxuyurdum, 14 yaşım tamam olmuşdu. Biz paytaxta
yenicə köçmüşdük, qədim yəhudilər
Sinay yarımadasında 40 il dolaşdığı kimi, ailəmiz
də əvvəlcə atamın sənəti ilə əlaqədar
olaraq, sonra isə anamın himayəsində əslində
köçəriliyin əlaməti olan sərgərdan həyat
keçirirdi. Başqa qızlardan fərqli olaraq sinfin
oğlanlarından heç kəs mənə bu vaxta qədər
eşq elan etməmişdi, mənə qarşı
anlamadığım bir laqeydlik hökm sürürdü. Bir
dəfə Bakıda nadir peyda olan qar yağmışdı və
küçədə uşaqlar hay-küylə qartopu
oynayır, xüsusən qızları qar topası ilə
daşlayırdılar. Bir içində iri buz
parçası olan ağır qar topası mənim sifətimə
dəydi və ağrıdan yerə yıxıldım. Qəddi-qamətli,
yaşlı bir kişi mənim qolumdan tutub qaldırdı,
paltomu çırpıb, qarını sildi, sonra
yaralanıb-yaralanmadığımla maraqlandı. Mən
özümə gəldim, ona "yox" cavabı verdikdə,
kişini xeyli süzdüm. Ondan mənim üşüyən
bədənimə bir mehribanlıq nişanəsi olan
qayğıkeşlik dalğası yayılırdı.
Həmin gün axşamtərəfi olduğundan mən
həyətdə gəzməyə
çıxmışdım. Lakin gəzintimə belə bir zərbə
hesabına son qoyulmuşdu. Kişi mənə tərəf əyilib
dedi ki, yəqin, sənə soyuqdur. Ona görə də bir
isti yerdə qızınmalısan, həm də bu vaxt kobud
oğlanın qar atəşindən incikliyin də yoxa
çıxar. O, məni yaxınlıqdakı restorana dəvət
etdi. Mən heç vaxt belə yerlərdə
olmamışdım, susmağım mənim razılıq qərarı
verməyimin əlaməti idi. Kişi əlimdən tutub, məni
restorana apardı, paltomu soyundurub, özününkü ilə
birlikdə qarderoba təhvil verdi. Yüngül, bədənimin
xüsusiyyətlərini nümayiş etdirən paltarımda
kişi məni müştəri gözü ilə seyr etməyə
başladı və nəzərlərini yenicə
özünü büruzə verib, koftamın sinəsini
qaldıran hissəsinə dikdi. Onun baxışı məni
utandırdı və hiss etdirdi ki, mən artıq heç də
kiçik qız uşağı deyiləm. Qızlar
bulağından hətta az da olsa su içməyi də
bacarmışam.
Sifariş verdiyi çox sayda yeməklər süfrəni
bəzədi, o, mənim qədəhimə də şərab
süzüb, tanışlığımızın şərəfinə
sağlıq dedi. Mən həyatımda ilk dəfə bir
qurtum şərab içdim və elə hesab etdim ki, mən
artıq sərxoşam. Bu kişi mənim üstümə
olduqca xoş sözlər yağdırırdı, guya ki, mən
çox gözələm və
tanşılığımıza da o, olduqca şaddır. Təklifini
rədd etmədiyimə görə də mənə
razılığını bildirdi və birdən söhbəti
yaxşı anlamadığım bir müəmmalı səmtə
yönəltdi.
O, tam açıq şəkildə dedi ki, mən onun
xoşuna gəlirəm və mənimlə evlənməyə
şad olardı. Qulaqlarıma inana bilmirdim, yaşlı
kişi yeniyetmə qıza izdivac təklifi edir.
Mən azyaşlı olduğumu bildirdikdə dedi ki, məhz
ona görə o, belə bir təkliflə
çıxış edir. Onun atası da yaşlı kişi
olanda 14 yaşlı qıza evlənmiş, bir il sonra o,
özü dünyaya gəlmişdir. Təəccüblənməyə
ehtiyac yoxdur, məşhur aktrisa Lyudmila Qurçenkonun 7-ci sinfi
bitirmiş anasını pioner düşərgəsində bayan
çalan yaşlı kişi götürüb
qaçmışdı. Axı Romeo ilə fiziki
yaxınlığın şirin ləzzətini dadmış
Culyettanın da 14 yaşı vardı, anası isə hətta
bir yaş cavan olanda ərə getmişdi. Bu izdivaclardan isə
Culyetta və rus aktrisası meydana gəlmişdi.
Culyettanın hekayətini biz Şekspirin məşhur əsərindən
biliriksə, Qurçenko yaşlı atası və yeniyetmə
anası barədə özünün "Mənim
yaşlı uşaqlığım" adlı əsərində
geniş söhbət açır. Axı islam dininin müqəddəsləri
də yeniyetmə qızlara evlənirdilər və bunda elə
bir qəbahət görmürdülər. Məhəmməd
peyğəmbər axırıncı arvadı olan Aişəyə,
birinci xəlifə olacaq Əbubəkrin bu qızının 9
yaşı olanda evlənmişdi. Peyğəmbər, birinci
arvadı Xədicədən olan yeganə qızı Fatiməni
də öz əmisi oğlu, gələcək beşinci xəlifə
olacaq imam Əliyə yeniyetmə olarkən ərə
vermişdi. İnan ki, mən bunları uydurmuram, ciddi mənbələrə
arxalanıb, deyirəm. Müqəddəslər barədə
isə yalan danışmaq asi düşmək deməkdir.
O, davam etdi ki, mənim təklifim hansısa
şıltaqlığın təzahürü deyildir,
başqa ciddi səbəblərə də əsaslanır. Təbiət
canlılar yaranandan onların nəslinin kəsilməməsi,
davam etməsi üçün də böyük qayğı
göstərmişdir. Hər ay davam edən mensturasiya yeniyetmə
qızlarda böyük dəyişikliyin əmələ gəldiyindən,
onları uşaq doğmağa, ana olmağa hazır
olduqlarından xəbər verir. Bu vaxt qızların özləri
üçün ağır xəstəlik kimi qəbul etdikləri
qan itirməsi, ağrılar, həm də onları uşaq
doğmağın ağır əzablarına,
ağrılarına dözməyə hazırlayır. Adətən
qızlarda, bizdə aybaşı adlandırılan bu proses
13-14 yaşında, bəzən bir qədər tez başlayır.
Heyvanlarda və quşlarda isə cinsi yetkinlik daha tez meydana gəlir,
çünki onlar daha az özmür sürürlər. Ona
görə də onlarda nəsl artırmağa qayğı və
istək daha güclüdür. Əgər canlılarda, o
cümlədən insanlarda da nəsil artırılması belə
nizamlanmasaydı, onların növü az keçməmiş
sıradan çıxardı. Bu təbiətin sarsılmaz
qanunudur.
Qədim dövrlərdə pis qidalanma, ağır zəhmət,
müharibələr və təbii fəlakətlər
hesabına insanlar az yaşıyırdı. Qadınların
reproduktiv bacarığı da zəif idi, məsələn,
belə ki, başqa qida növləri olmadlğından
köçəri xalqların qadınları
uşaqlarını 4-5 yaşına qədər əmizdirirdilər
və bu, yeni hamiləliyin baş verməsinə mane olurdu. Ona
görə də əhalinin artımı çox yavaş
gedirdi. Lakin bütün çətinliklərə baxmayaraq, bəşər
nəsli davam edirdi. Təbiət nəslin
artırılması üçün imkanında olan
bütün vasitələrdən istifadə edirdi, süni məhdudiyyətlərə
yol vermirdi. Bu məhdudiyyətlər dövlətlərin
qanunlarında meydana gəldi. Bu da heç də səbəbsiz
deyildi. Yeniyetmə qızın bədəni lazımınca
inkişaf etmirdi, bətnində uşaq gəzdirmək
üçün vacib möhkəmliyə yiyələnmirdi.
Lakin qədim qanunlarda pozulmaz təbii qanunlar hökmən nəzərə
alınırdı.
Biz restorandan çıxanda qar yağırdı, o,
guya məni soyuqdan qorumaq üçün qucaqlayıb,
dodaqlarımdan öpdü. Bəlkə də, uşaq
olmağımla bağlı hansısa bir dad hiss etməsəm
də, mane olmadım, ancaq buna qarşı elə bir ehtiras da
hiss etməmişdim. Siniflərimizdəki oğlan və
qızların utanmadan, çəkinmədən ləzzətlə
öpüşdüklərini də görmüşdüm.
Ancaq bu könülə yatan cismani sevgi mübadiləsi məndən
daim yan keçmişdi, heç bir oğlan məni öpməyə
cəhd etməmişdi. Özümün də təşəbbüsümün
cavabsız qalacağı məni qorxudurdu və buna da
heç vaxt cəsarət etməmişdim. Sinfimizdəki bir
qız isə bir neçə oğlanla
öpüşürdü, lakin onları öz dodaqlarına
yaxın buraxmırdı. Həmişə deyirdi ki, ancaq mənim
yanaqlarımdan öpə bilərsiniz. Onun dodaqları
Avropadakı Orta əsrlərə məxsus olan qəsrləri
andırırdı, onların sakitliyinə toxunmaq olmazdı.
Qız da bu yolla nümayiş etdirdiyi müstəqilliyi ilə
öyünürdü.
Mən başqalarının təcrübəsinə
qısqanclıq edirdim, bir gün yaşlı bir kişinin məni
bərk-bərk öpəcəyi isə heç ağlıma
da gəlməzdi. O, elə bil ki, uzun illər xərcləmədiyi
ehtirasını bir daşqına çevirib, mənim kimi
yeniyetmə, təcrübəsiz bir qızın dodaqlarına
yönəltmişdi. Mən özümü itirmişdim,
ancaq dodaqlarımdan ağzıma axan mayenin şirinliyini hiss
edir və özümdən asılı olmayaraq bundan ləzzət
alırdım, daxilimdən gələn bir səs mənə
bu öpüşün və ondan aldığım həzzin
davam etməsini deyirdi. Mənim istəyimdən asılı olmayaraq,
mənə evlənmək təklif edən kişi də bu
fağır yeniyetməni ağuşundan buraxmaq istəmirdi,
ist nəfəsi ilə həmişə soyuqdan qorxan bir
qızcığaza, əslində ətcəbala
quşcuğaza hərarət cərəyanı
ötürürdü. Nəhayət, körpə göyərçin
kimi mənim çırpındığımı
görüb, çarpazlaşmış qollarını bədənimdən
çəkib, məni azad etdi.
Mən baş verən təsadüfün
yaratdığı ağlasığmayan reallıqla gələcək
məchulluq arasında qalmışdım, özümü səssiz
də olsa danlayırdım ki, gərək bu kişinin nəvazişinə
boyun əyməyəydim, heç əvvəldən təklifinə
razılıq verməyəydim. Mən bu qəribə hadisə
hesabına elə bil ki, zamandan və məkandan
ayrılmışdım, nağıllar aləmində məskən
salmışdım. Lakin hadisə baş vermişdi,
özümü qınamağım da artıq gecikmiş
olmaqla, yersiz idi. Dodaqlarım gözlənilmədən bərk
sıxılmağa məruz qaldığından, elə bil
ki, daxilən isti qan axınına məruz qalmışdı,
yaxşı ki, kişinin dişləri onları qanatmamaqla, mənə
anlaşılmayan rəhm göstərmişdi. Çünki
sərt təbiətli anam bunu görüb, mərəkə
qaldıra, məni söyüşlərə qərq edə
bilərdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 13 dekabr, № 226.- S.14.