Yolumuzun
ümid çırağı
DÖRDÜNCÜ
RESPUBLİKANIN BİRİNCİ PREZİDENTİ İLHAM
ƏLİYEVƏ AÇIQ MƏKTUB
Çox
hörmətli və əziz Prezident! Mən Sizə 30 illik erməni
işğalından azad etdiyiniz bir kəndin – Ağdamın
Novruzlu kəndinin bir sakini kimi müraciət edirəm. Mən
Sizə 30 il yollarına həsrət qaldığımız
və bu gün Sizin sayənizdə yenidən qurulmaqda olan
Ağdamın uca minarəsindən müraciət edirəm. Mən
Sizə uşaqlıq illərimi çılğın pioner
düşərgələrində, tələbəlik illərimin
yay günlərini Sizin tonqal yandırdığınız
Cıdır düzündə keçirdiyim o xoşbəxt
çağlarımın gəncliyindən müraciət edirəm.
Mən Sizə Müzəffər Ordumuzla birlikdə
düşməndən azad etdiyiniz müqəddəs
Qarabağdan müraciət edirəm. Mən Sizə 44
günlük Vətən müharibəsilə əzmini,
inamını, milli qürurunu özünə
qaytardığınız Böyük Azərbaycanın adi
bir vətəndaşı kimi müraciət edirəm. Mən
Sizə Ulu öndərimiz Heydər Əliyevin məzunu
olması ilə fəxr etdiyi 25 min nəfərlik Bakı
Dövlət Universitetinin adi bir müəllimi kimi müraciət
edirəm. Mən Sizə Ulu öndərimizin
xalqımızın tarixinə əbədi bir sevgi rəmzi
kimi yazılmış “Mən həmişə faxr etmişəm,
bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
nidasından fərəh hissi keçirən bir azərbaycanlı
kimi müraciət edirəm. Mən Sizə 5 övladı, 12
nəvəsi, 2 nəticəsi olan bir ailənin
başçısı kimi müraciət edirəm. Və nəhayət,
mən Sizə Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsini bitirmiş, Zəfərimizin
reallaşmasında xüsusi xidmətləri olan, Azərbaycanın
haqq səsini dünyaya çatdıran, bu gün bir informasiya
ordusu olaraq sizin yanınızda dayanmış jurnalistlər
ordusunun sıradan bir müəllimi kimi müraciət edirəm.
Cənab
Prezident! Mən adi bir insan, sadə bir vətəndaş kimi hər
gün camaat içərisindəyəm: metro qatarında,
avtobusda, Bakının küçələrində, öz
avtomobilimlə tez-tez səfərlərə -
doğmalarımı, tələbə məzunlarımızı
görməyə üz tutduğum Qarabağ, Quba, Tovuz, Lənkəran...
yollarında rast gəldiyim hər kəs sizin haqqınızda
qürur hissi ilə danışır. Sizin 44 günlük Vətən
müharibəsi günlərində Qarabağın
işğaldan azad edilməkdə olan hər nöqtəsi ilə
bağlı telekanallarla xalqa fərəh və qürur dolu xəbərləriniz,
xarici jurnalistlərə verdiyiniz saysız-hesabsız
müsahibələriniz ziyalı zümrəmiz bir yana, sadə
camaatın gündən bu günə dəyişilməz
mövzusu – söhbət dünyasıdır. Bu sadə
insanlar Sizin Vətən müharibəsindən əvvəl
Qarabağ söhbətlərinizi qürurla
xatırlayırlar. Bir zaman Ağcabədidə qaçqın
və köçkünlər üçün inşa
edilmiş evlərin açarlarını onlara təqdim edəndə
dediyiniz kövrək fikirləri heç kim unuda bilmir. Həmin
gün Sizin doğum gününüz idi. Siz o qaçqın
və köçkünlərin qarşısında, əlinizdə
onlara verdiyiniz mənzillərin açarları yuxarı
qaldıraraq dediniz: “Bu gün mənim ad günümdür.
Amma mən ad günümü öz evimdə deyil, sizinlə
bir yerdə keçirməyi üstün tutdum”. Mən
özüm də, cənab Prezident, o kövrək səhnəni
televiziya efirində izləyirdim. Sizin o sözlərinizin
yurduna, yuvasına həsrət qalan o qaçqın və
köçkünlərə necə təsir etdiyinin hər kəs
şahidi oldu.
Cənab
Prezident! Qələbəmizdən sonra Sizin hər həftə,
bəzən hər gün azad olunmuş torpaqlarımıza səfərlərinizin
hər biri haçansa dastanlara çevriləcək. O yerlərdə
qaldırdığınız bayraqlarımız, şəhid
ata-anaları qarşısında keçirdiyiniz kövrək
hisslər və bu hisslərdən sonra düşmənə
mesajlarınız xalqımızın Sizə inamını
birə beş artırdı. Sizin Bakı Dövlət
Universitetinin 100 illiyi münasibətilə bu müqəddəs
elm və təhsil ocağına gəlməyiniz, Universitetin
kürsüsündəki çıxışınız da
xalqımızın yaddaşına yazıldı. Siz o
tribunadan bizə - müəllimlərə
çağırış etdiniz; Gənc nəslə təkcə
elm, bilik vermək bəs deyil, onları bir vətəndaş
kimi, Vətənə bağlı nəsil kimi yetişdirmək
lazımdır! Sizin bu
çağırışınızdan cəmi iki il
keçdi və 44 günlük Vətən müharibəsində
güvəndiyiniz Azərbaycan gəncliyinin qəhrəmanlığı
hər nitqinizin əzbəri oldu. Sizin dövrünüzdə
- 30 ildə yetişmiş bu gənclik Şuşanın
qarlı qayalarını aşıb o müqəddəs
torpaqdan düşməni “iti qovan kimi” qovdu.
Cənab
Prezident! Müharibə bitdi, həm 44 gündəki qələbəmizlə,
həm də 23 saatlıq antiterror tədbiri ilə. Bu qələbənin
başında Ali Baş Komandan, məğlubedilməz ordumuz və
dövlət-xalq birliyi dayandı. Amma tanıdığım,
münasibətdə olduğum səmimi camaatın belə bir
səmimi fikri var: Hər şey İlham Əliyevin diplomatik
bacarığına bağlı oldu. İndi sadə xalqdan
tutmuş səviyyəli politoloqlara qədər hər kəsin
dilə gətirdiyi bu fikri - Sizin həm Vətən müharibəsindən,
həm də o vaxtdan bu günə gələn fəaliyyətinizdə
öz təsdiqini tapmış və tapmaqdadır.
Qardaşınız Rəcəb Təyyub Ərdoğana
münasibətiniz, Türk Dövlətləri Təşkilatının
rəhbərləri ilə səmimi dostluğunuz, Avropa
dövlət başçıları ilə görüşləriniz
Sizin nə qədər yüksək səviyyəli bir
dövlət Lideri olduğunuzu sübut etməkdədir. 44
günlük Vətən müharibəsindən dərhal
sonra Rusiyanın “Íàöèîíàëüíàÿ
îáîðîíà” jurnalının baş redaktoru, dünyaca məşhur
jurnalist İqor Korotçenkonun Sizdən müsahibə alarkən
sonda dediyi bu cümlə hər kəsin yaxşı
yadındadır. İ.Korotçenko sonda Sizə müraciətlə
dedi: “Cənab Prezident, Siz dünya Liderləri içərisində
ulduz kimi parladınız!” Sizin haqqınızda buna bənzər
fikirləri biz dünya şöhrətli qazax şairi və
yazıçısı Oljas Süleymenovun, İTAR-TASS kimi
beynəlxalq səviyyəli bir təşkilatın Baş
direktorunun 1-ci müavini Y.Qusmanın, Türkiyə Prezidenti Rəcəb
Təyyub Ərdoğanın, Özbəkistan Prezidenti
Şavkat Mirzoyevin və bir çox başqalarının
dilindən eşitmişik. 2008-ci ildə Türkiyənin
Antalya şəhərində keçirilən Türkdilli
Xalqların Qurultayında R.Ərdoğanın tribunadan
ehtiraslı açılış nitqi anında Siz qurultaq
salonuna daxil oldunuz və bu anda Ərdoğan nitqinə ara verib
“Sayın Başkanım!” nidası ilə Sizi
qarşıladı. Onda mən də o salondaydım və
Ərdoğanın Sizin gəlişinizə necə sevindiyinin
canlı şahidi oldum. Serbiya Respublikasının Lideri
Vuçiçin Avropadakı böyük bir tədbirdə
çıxışı zamanı üzünü Sizə
tutub Avropanın Sizə ayrıca sevgisini dilə gətirməsi
də ürəyimizi qürur hissi ilə doldurdu və s.
Cənab
Prezident! Sizin diplomatik görüşlərdəki nitqinizə
heyran qalmamaq mümkün deyil. Sizin doğma dilə sevginiz,
heç bir kağıza baxmadan göstərdiyiniz şifahi
nitq üslubunuz şəxsən mənə bir dərs təsiri
bağışlayır. Əlbəttə, deyə bilərik
ki, bir azərbaycanlı adamın öz dilinə belə
münasibətində nə təəccüb var? Amma axı,
biz hamımız onu da bilirik ki, Siz bütün təhsilinizi –
orta məktəbdən tutmuş Moskva Dövlət Beynəlxalq
Münasibətlər Akademiyasına qədər
hamısını rus dilində bitirmisiniz. Bəli,
bütün təhsilini başqa dildə alıb öz dilində
yaxşı danışıb yazanlar çoxdur. Amma
bütün səmimiyyətimlə deyirəm ki, belə məzunlar
içərisində mənim Prezidentim qədər səviyyəli
bir kəsə rast gəlməmişəm. Siz, cənab
Prezident, eyni aydın üsluba və nitqə, xarici dillərdəki
çıxışlarınızda da sahibsiniz. Sizin xarici
jurnalistlərlə apardığınız brifinqlərdə
hər kəsin sualına onun öz dilində səlis
cavabınız həmin jurnalistlərin reportajlarında, bir
qayda olaraq, ayrıca yer alır.
Cənab
Prezident! Bizim Bakı Dövlət Universitetində struktur
otaqlarının hər birində Ulu öndərin və Sizin
özünüz qədər yaraşıqlı və
qürurlu portretiniz asılıb. Mən hər dəfə
iş otağımdakı divarda Sizin portretinizə baxanda Qələbədən
sonrakı çıxışlarınızın birində
dediyiniz bir fikrinizi xatırlayıram. Siz o zaman dediniz ki, “işğaldan
ötən uzun illərin sonlarında artıq
köçkünlərimizin doğma yurdlarına qayıtmaq
ümidləri sönməyə başlamışdı. Biz
bu ümidi yenidən onlara qaytardıq və 44 gün ərzində
torpaqlarımızı düşməndən azad etdik”. Cənab
Prezident! Siz təkcə qaçqın və
köçkünlərimizi deyil, bütöv bir xalqın,
milyonların ümid çırağı oldunuz. Bu ümid
çırağının gur şöləsi Zəfər yolunu
işıqlandırdı və bu işıq əbədi bir
məşəl kimi bu gün daha əzəmətlə
yolumuza işıq saçmaqdadır. Və bir də, cənab Prezident, yəqin
hamı bilir ki, hər bir müəllim şagirdindən, tələbəsindən
yaşca mütləq böyük olur. Mən Sizin
çoxistiqamətli fəaliyyətinizdən, diplomatik
görüşlərinizdən, Vətənə, xalqa sonsuz
sevginizdən, Zəfər yolundakı qəhrəmanlığınızdan,
şəhid sözü qarşısında keçirdiyiniz
kövrək duyğularınızdan, gənc nəslə
qayğılarınızdan, yaşlı nəslə intəhasız
hörmətinizdən, çoxsaylı dil öyrənmək
bacarığınızdan, səlis və aydın nitq qabiliyyətinizdən,
ən çətin suallar qarşısındakı
hazırcavablığınızdan ... dərs almaqdayam. Bu
hesabla Siz mənim ən çox öyrəndiyim
MÜƏLLİMİMSİNİZ!
Tələbəsindən nə az, nə çox –
düz 20 yaş cavan bir MÜƏLLİMİM! Mən
2024-cü il fevralın 7-də Dördüncü
Respubilkamızın Prezidentliyinə namizəd MÜƏLLİMİMƏ 82
yaşlı bir tələbəsi kimi ürəyimin
bütün hərarəti ilə səs verəcəyəm.
Sizi Dördüncü Respubilkanın ilk Prezidenti kimi elə bu
yazını qələmə aldığım andan təbrik
edirəm, əziz MÜƏLLİMİM!
Cahangir
MƏMMƏDLİ
BDU
Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri
doktoru, professor
525-ci qəzet.- 2023.- 13 dekabr, ¹ 226.- S.6.