Qlobal iqlim dəyişmələri
ilə mübarizədə Azərbaycan modeli
ÖLKƏMİZ COP29-a EV SAHİBLİYİ
ETMƏKLƏ DÜNYADA EKOLOJİ PROBLEMLƏRİN
HƏLLİNƏ ÖNƏMLİ TÖHFƏLƏR
VERƏCƏK
Azərbaycan Prezidenti tərəfindən aparılan məqsədyönlü
siyasət nəticəsində Azərbaycan yüksək
sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə
nail olub. Vətən müharibəsində
qazandığımız şanlı zəfər ölkəmizi
dünyada daha güclü dövlət kimi tanıdıb.
Dövlət başçısının uğurlu xarici siyasəti
nəticəsində ölkəmizin beynəlxalq səviyyədə
nüfuzu günbəgün artmaqdadır.
Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən
böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına
müvəffəqiyyətlə sədrlik edib və növbəti
sədrliklərə uğurlu miras buraxıb.
Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri
yüksək səviyyədə təşkil etmək
bacarığını dəfələrlə nümayiş
etdirib. Yüksək inkişaf göstəricilərinə nail
olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil
etmək üçün müasir infrastruktura malik olması və
təhlükəsizlik baxımından sabit ölkə
olması bütün dünya ictimaiyyətinə məlumdur.
Azərbaycanın dünyanın ən böyük və
mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi
üçün seçilməsi Azərbaycan Prezidentinin
növbəti parlaq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına
sədrliyimiz və Təhlükəsizlik Şurasına
üzvlüyümüzdən sonra xarici siyasətimizin daha bir
böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana
qarşı çirkin kampaniya aparan bəzi dairələrə
tutarlı cavabdır. Dövlət başçısı bir
daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın
müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini
sübuta yetirdi. Prezident İlham Əliyev bu təşəbbüsü
ilə Azərbaycanın qüdrətini bir daha dünyaya
göstərdi və beynəlxalq aləmdə böyük
etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz
qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə
qarşı səyləri səfərbər etmək və bu
mübarizəyə töhfə verməklə dünyanın
diqqət mərkəzində olacaq.
Millət vəkili Fatma Yıldırım bildirib ki, Azərbaycanın
mötəbər beynəlxalq tədbirlərə uğurla ev
sahibliyi etməsi artıq bir ənənəyə
çevrilib. Paytaxt Bakı şəhəri növbəti il
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəf Dövlətlərin 29-cu
Konfransına (COP29) ev sahibliyi edəcək. Bu, çox
mühüm hadisədir. Millət vəkilinin sözlərinə
görə, BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin
keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi
ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəflərin Konfransı - COP
Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Hər
il dünyanın bütün yerlərindən hökumət
nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin
qarşısının alınması və fəsadlarının
aradan qaldırılması istiqamətində birgə səylər
göstərmək üçün
çağırışlar edirlər. Sonuncu COP28 cari il
dekabrın əvvəlində Dubayda keçirilib. 100 minə
yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin
tarixində ən genişmiqyaslı tədbir kimi yadda
qalıb. Konfrans çərçivəsində təşkil
edilmiş Zirvə toplantısına 120-dən artıq
dövlət və hökumət başçısı
qatılıb. Sözügedən tədbirdə ilk dəfə
olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak
edib.
Fatma Yıldırım qeyd edib ki, COP-a ev sahibliyi bir
qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya olunur. Hər
regional qrup öz üzvlərindən bu konfransı təşkil
edəcək bir ölkəni irəli sürmək
üçün konsensusla qərar qəbul etməlidir.
2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi
Avropa regional qrupuna düşüb: "Xatırladım ki, Azərbaycanla
yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini
irəli sürmüşdülər. 2023-cü il dekabrın
7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
və Ermənistan Baş nazirinin Ofisi arasında
aparılmış birbaşa danışıqların nəticəsi
olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın
xeyrinə öz namizədliyini geri çəkdiyi bildirilib.
Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib
və nəticədə dekabrın 9-da Şərqi Avropa
regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev
sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib".
Millət vəkilinin dediyinə görə, Prezident
İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində
Azərbaycan yüksək sosial-iqtisadi inkişafa və
möhkəm ictimai-siyasi sabitliyə nail olub: "Vətən
müharibəsində qazandığımız şanlı Zəfər
ölkəmizi dünyada daha güclü dövlət kimi
tanıdıb. Eyni zamanda, dövlət
başçısının uğurlu xarici siyasəti nəticəsində
ölkəmizin beynəlxalq səviyyədə nüfuzu
günbəgün artmaqdadır. Ölkə son 4 il ərzində
BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan
Qoşulmama Hərəkatına müvəffəqiyyətlə
sədrlik edib və növbəti sədrliklərə
uğurlu miras buraxıb. Ölkəmiz qlobal xarakterli mötəbər
tədbirləri yüksək səviyyədə təşkil
etmək bacarığını dəfələrlə
nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə
nail olan Azərbaycanın belə nəhəng tədbirləri
təşkil etmək üçün müasir infrastruktura
malik olması və təhlükəsizlik baxımından
sabit ölkə kimi fərqlənməsi bütün dünya
ictimaiyyətinə məlumdur. Ölkənin dünyanın ən
böyük və mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi
üçün seçilməsi Prezidentin növbəti qələbəsidir.
İlham Əliyev bu təşəbbüsü ilə Azərbaycanın
qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq
aləmdə böyük etimad qazandığını
nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən
biri olan iqlim dəyişmələrinə qarşı səyləri
səfərbər etmək və bu mübarizəyə
töhfə verməklə dünyanın diqqət mərkəzində
olacaq".
Fatma Yıldırım vurğulayıb ki, Azərbaycan
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə
qarşı mübarizəyə qoşulub. Ölkəmiz
1990-cı illə müqayisədə 2030-cu ilə qədər
istixana qazlarının miqdarını 35 faiz
azaldılmasını hədəfləyir. 2030-cu ildən
sonra isə daha iddialı hədəf müəyyən edilib
ki, bu da 2050-ci ilə qədər istixana qazlarının
miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan
başqa, Azərbaycan Prezidenti ölkəmizin işğaldan
azad edilmiş torpaqlarını "Yaşıl enerji"
zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək
"Netto sıfır emissiya" zonasına çevrilməsi
nəzərdə tutulur. Bütün bunlar dövlətimizin ətraf
mühitin qorunmasına verdiyi töhfələrin göstəriciləridir.
Növbəti il COP29 bu mövqeyini bir daha ifadə edəcək.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə
İctimai Birliyinin sədri Elman Cəfərli bildirir ki, Azərbaycan
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə
qarşı mübarizəyə qoşulub: "BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəflərin Konfransı - COP
Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Hər
il dünyanın hər yerindən hökumət nümayəndələri
COP-da toplaşaraq iqlim dəyişmələrinin
qarşısının alınması və fəsadlarının
aradan qaldırılması istiqamətində birgə səylər
göstərmək üçün
çağırışlar edir. COP-un ilk toplantısı
1995-ci ildə Berlin şəhərində keçirilib. Bu tədbirin
keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi
ilə mübarizəni gücləndirməkdir". E.Cəfərlinin
sözlərinə əsasən, bu qərar Azərbaycanın
qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq
səylərə dəstək verməsi ilə əlaqədardır:
"1990-cı illərin ortalarından başlayaraq
sözügedən konfrans çərçivəsində
inkişaf etmiş ölkələrdə istixana
qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması
ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva
edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə
keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə
mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd
hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə
qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən,
Azərbaycan bu razılaşmaya qoşulub. Bu cür nüfuzlu
tədbirlərə ev sahibliyinin Bakıya
tapşırılması onu göstərir ki, yaşıl
enerjini təşviq edən, istixana qazı
emissiyalarını azaldan və xarici siyasətdə ölkənin
dayanıqlı inkişaf yollarına diqqət çəkən
Azərbaycan qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə
qarşı səyləri səfərbər etmək və bu
mübarizəyə töhfə verməklə dünyanın
diqqət mərkəzində olacaq. Qeyd edim ki, Azərbaycan
1990-cı illə müqayisədə 2030-cu ilə qədər
istixana qazlarının miqdarını 35 faiz
azaldılmasını hədəfləyir. 2030-cu ildən
sonra isə daha iddialı hədəf müəyyən
edilmişdir ki, bu da 2050-ci ilə qədər istixana
qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
İşğaldan azad edilmiş Şərqi Zəngəzur və
Qarabağ torpaqları "Yaşıl enerji" zonası
elan edilib. Bu ərazilərin 2050-ci ilədək "Netto
sıfır emissiya" zonasına çevrilməsi nəzərdə
tutulur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2023.- 16 dekabr, №229.- S.23.