Florensiya şəhəri və Mediçi
sülaləsi
(Əvvəli
ötən çərşənbə sayımızda)
O, təkid
edirdi ki, imperator ona məhz krala olan bir münasibət göstərsin
və gözlənilmədən də buna nail
ola bildi. O, ilk Mediçi idi ki, "Ali Kral həzrətləri"
titulunu qazanmışdı.
III Kozimo ciddi siyasi problemlər ilə üz-üzə gəldikdə,
bədbəxtlikdən qardaşı Ferdinandonun və onun
özünün uşaqları yox idi. O, cəhd etdi ki, sülalənin
faktiki başa çatması ittihamından uzaqlaşsın,
arqumentlər axtardı ki, ən azı dövlətin müstəqilliyinin
və formasının davam etdirilməsi kimi ona bir qarantiya
verilsin. O, ailəyə varis seçməyə borclu idi ki,
onun nüfuzu öz məğrurluğunu saxlasın və
yaxşı gələcəyi vəd etsin. Bu,
varisliyə əməl edilməsi niyyətini
güdürdü.
Utrext
Konqresində (1713-cü il) III Kozimo öz niyyətini ifadə
etdi, qızı Palatin Elektressi Anna Mariya Luizanı, Cian Qaston
ondan əvvəl ölsə, özünün varisi olması
planını cızmışdı.
Razılaşma 1714-cü ildə imzalandı, həmin
vaxt mövcud hakimiyyətlər belə yüksəlməni
müdafiə etmədilər. Buna baxmayaraq, 1718-ci ildə
İmperiya, Fransa, İngiltərə və Hollandiya London
müqaviləsini imzaladı. Buna görə
Toskana Böyük Hersoqluğunun irsən ötürülməsi
Şarl Burbona həvalə edildi. Şarl,
ancaq Neapolu işğal etməyi seçdi ki, III Karlo burada
krala çevrilsin. Beləliklə,
çox sayda xaricdə baş tutan danışıqlardan
sonra, bu danışıqlara ailə də cəlb
edilmişdi, lotaringiyalı Fransisk Stefen, Cian Qaston öləndə
hakimiyyəti ələ keçirdi.
Kozimonun niyyəti Toskananın muxtariyyətini və
müstəqilliyini qoruyub saxlamaq idi. Lotaringiyalıların
hökmranlığı ilə Toskana müstəqil qaldı,
heç vaxt imperial ərazisinin bir hissəsi olmadı. Beləliklə, öz yüksək qiyməti olan
özgürlüyünü qoruyub saxladı.
Rəssamlığa və elmlərə diqqət verilməsi
ilə Florensiya müəyyən üstünlüyə malik
idi. Romadan buraya Kozimo əla heykəllər gətirmişdi,
orada da Böyük Hersoq Florensiya Akademiyasını
qurmuşdu, onda gənc Florensiya rəssamları təcrübə
keçirdilər. III Kozimo Rafaelin
"Madonna uşaqla və müqəddəslərlə
birlikdə" tablosuna sahib olmuşdu.
O, həmçinin,
musiqidən və ədəbiyyatdan baş çıxarmaqla,
onların vurğunu, əsl pərəstişkarı idi. Bununla o, ölkənin ən yaxşı ənənələrinə
müvafiq olaraq adamları tərbiyə edirdi.
Böyük
Hersoq Cian Qaston
Cian Qastonun 25 yaşı olanda hakimiyyətə yüksəlmişdi. O, tam başqa bir şəxsiyyət
idi, onun xarakterini təsvir etmək də çətin idi.
O, hakimiyyətdə
olanda cəhd etdi ki, vəzifəni bacısı və
baldızı ilə bölüşsün. Bununla
yanaşı, öz işini əla bilirdi. Özünə
isə ona çox yaraşan qapalı həyat keçirən
adam rolunu saxlamışdı. Onu homoseksualizmdə ittiham edirdilər və yataq
otağında onun tək və ya çox adamla bir yerdə
qalması, daim vaxtını kef çəkməyə sərf
etməsi bu iddiaların ciddi əsasa malik olması
düşüncəsini yaradırdı.
Bu, həm də ondan irəli gəlirdi ki, onun əsl
meyli inadkarlığından doğurdu. Arvadı da
Bavariyada yaşamasını təkid edirdi, bu yolla ərini və
özünü atasının və papanın təzyiqindən
qorumağa çalışırdı. Onlar
isə qızı Florensiyaya qayıtmağa məcbur edirdilər.
Cian Qaston çox əziyyət çəkdikdən
sonra 1737-ci ildə öldü.
Cian Qaston Mediçilər ailəsinə də müəyyən
jestlər edirdi. Qalileonun heykəli Santa Kroçe kilsəsində
qoyulmuşdu. Lakin onun həyatı çox az işıqlanmışdı.
O,
Mediçi ailəsinin axırıncı nümayəndəsi
idi. Bu ailə XIV əsrin erkən illərində
Covanni Biktsinin Florensiyadakı həyatı ilə öz
başlanğıcını görmüşdü. Ailənin hakimiyyətdə olması, əsasən,
fasiləsiz olaraq 1737-ci ilə qədər davam etdi, Florensiya
dövlətinin taleyini müəyyən etdi, faktiki olaraq ona
hökumət yaratdı və sonra isə Konstitusiya bəxş
etdi. Bu sənədə görə
onların qanuni hökumət xətti təsdiq edildi. Şərəfli, işıqlanmış bir dairə
kədərli şəkildə bağlanmalı oldu.
Sülalənin
sonu
Florensiya
naminə axırıncı Mediçi aktı, güman ki, ailənin
üzvü tərəfindən icra edilən çox
mühüm və daha əhəmiyyətli olmaqla, Cian Qastonun
bacısı, Palatin Elektressi Anna Mariya Luizanın üstünə
düşmüşdü. Ona Böyük Hersoq
səviyyəsində və onların varislərində olan
kimi Toskana Böyük Hersoqluğu hədiyyə kimi
verilmişdi. Həm də ona rəssamlıq əsərləri,
rəsmlər, heykəllər və ailənin villaları və
sarayları ilə olan qiymətli obyektlər şəklində
nəhəng irs qalmışdı. Bu bəxşiş sənədlərindəki maddələr
xəzinə barədə söhbət üçün
fundamental şərait rolunu oynayırdı. Florensiyaya xidmət etmək bütün Mediçilərin
borcu hesab olunurdu. Çatan ümumi mülkiyyətdən
heç nə uzaqlaşdırıla bilməzdi və
kolleksiyalar tamamlanmış şəkildə dünyanın
bütün xalqlarına çatdı, beləliklə, hər
bir adam onlara valeh olmaq imkanı əldə
etdi.
Əsas
elementlər
Mariya
Luizadan Toskanaya nəhəng məbləğdə irs çatmışdı. Bəxşiş
mədəni, tarixi və kommersial dəyərə malik
olmaqla, aşağıdakı qeyri-adi elementləri əhatə
edirdi. Onlara Uffitsi Qalereyasındakı, Pitti
sarayındakı, Romada yerləşən Mediçi
villasındakı və digər ailə villalarındakı,
indiki Florensiya muzey kompleksinə məxsus olan bütün rəsmlər
və heykəllər daxildir.
Böyük və müstəsna əhəmiyyət kəsb
edən Etrusk və Misir antik əşyaları Arxeoloji muzeyin əsas
özəyini təşkil edir.
Mediçilərin qeyri-adi ailə var-dövləti əvvəlcə
Florensiyaya, sonra İtaliyaya və daha sonra isə bütün
bəşəriyyətə məxsus olmağa qadir idi.
Mediçilər Toskanada üç əsr yarıma
yaxın hökmdarlılıq etdilər və onlardan olduqca
azı ixtisasca həkim idi. Lakin hər biri faktiki
olaraq fəlsəfəyə, elmlərə, incəsənətə,
poeziyaya, musiqiyə güclü maraq göstərirdi, müəyyən
kolleksiyalar yaradırdı. Hətta əgər onlardan
çoxu həqiqətən və ya şişirdilmiş
qaydada qanlı və dözülməz tiran
kimi qiymətləndirilsə də, ümumiyyətlə,
mübaliğəsiz olaraq, onların hamısında gözəlliyə
bir pərəstiş var idi.
Mediçi ailəsinin bir sıra üzvləri əsrlər
ərzində Avropa və Qərb sivilizasiyasına
ölçüyə gəlməz bir təsir göstərmişdilər. Üç
yüz ildən artıq bir müddət ərzində onlar elə
dövlət qurdular ki, onun liderliyi beynəlxalq cəhətdən
etiraf edildi və onlar qüdrətli gücə malik oldular.
Onlar incəsənətə, poeziyaya,
arxitekturaya, estetik zövqə və elmlərə
bütövlükdə müəyyən təsir göstərdilər.
Onların şərait yaratdığı Renessans humanizmindən Maarifçiliyə
keçildi və beləliklə, bizim indi
anladığımız müasir era meydana gəldi.
Florensiyanın inkişafı, heç şübhəsiz,
Mediçilərin fəaliyyətləri,
davranışları və siyasətləri ilə
bağlı idi, həm də onların əhval-ruhiyyəsindən
və maraqlarından irəli gəlirdi.
Bu ailə ziddiyyətli və narahatlıq yaradan parlaq və
pozğun, fantastik və hiyləgər, alicənab və
alçaq, işıqlı və qaranlıq olan fərdlərin
mövcudluğu ilə seçilirdi. Möhtəşəm
Lorentso kimi unikal hökmdarın hətta şəxsiyyətindən
asılı olmayaraq, fəaliyyətini qiymətləndirirdilər,
o isə işığın və kölgənin pozulması
olmadan bu ailənin bütün üzvlərinə təsir
göstərmişdi. Şəhərin,
dövlətin bu modelinin yüksəlməsində onun rolu
prinsipial əhəmiyyət daşıyırdı. Onsuz Florensiyanın tarixi sönük görünərdi
və bu qaydada yazıla bilməzdi.
Möhtəşəm Lorentso Renessans konsepsiyasını
sintez etmişdi. Piko della Mirandola yeretiklikdə ittiham
ediləndə, Lorentso onu xilas etmişdi. Real qəribəlik
onda idi ki, Lorentso başqa adamlara inanırdı, onları az qala mütləq qaydada qiymətləndirirdi,
qanunu pozmalarına baxmayaraq, onlara ali imkanlar təklif edirdi. O,
hətta ümidsiz rəssamlar üçün də çətin
situasiyalarda yaşamaq və işləmək
üçün əlindən gələni edirdi.
Mediçilər ailəsinin ehtirasla iştirak etdikləri
hadisələrdə onlar həm də təbii olaraq öz
imiclərinin inkişafına da xüsusi qaydada meyl edirdilər.
Mediçi
- xatirə abidələri
İtaliya
qeyri-real olmaqla yanaşı, şərəfli olan xırda
dövlətlərə bölünməklə unikal, üzvi
qaydada və Roma kilsəsinin ali mərkəzi
gücü vasitəsilə şəraitə
uyğunlaşırdı.
Mediçilər isə Orta əsrlərdə, Renessans
dövründə və müasir erada daha əhəmiyyətli
hökmranlıq etməyi bacarmışdılar.
Florensiya bu dövrdə Mediçi ailəsinin şərəfini
bölüşdürürdü. Şəhərin
özü Mediçilərin bütün məşhur nailiyyətlərinə
sahib olmuşdu, ondan kənarda isə Mediçi pontifikləri
Romada yaşamış, əsrlər ərzində orada
işləməyə qalmışdılar. Florensiya isə Mediçilər üçün
ideal bir yer idi.
Florensiya və Mediçilər, özlərinin məhəbbət
- nifrət əlaqələrinin
qarışıqlığı ilə xarakterizə olunurdular
və xatirələr də bu gözəl şəhərə
məxsus olmanın nəticəsi idi. Florensiyalılar
Mediçilərin özlərininki olduğunu iddia edirlər.
Ailə isə özünün varlığını
bütün Avropaya hiss etdirmişdi
Ağıl
metodu
Ailənin əhvalatlar illüstrasiyası çox cəhətlərlə
yekunlaşır. Ona görə də onun tərcümeyi-halını
yazmaq çətin bir işdir. Filosof Monteqyu bunu daha
yaxşı ifadə etmişdir: "Personal
reallığın əsl hərəkətində insan
düşüncəsi mümkün olduğu qədər
yaxından müşahidə edilir. Bu, fərdin
qazandığı, zəfər növü kimi
axtarılır, o, yalnız diqqətin mərkəzində
olması faktına görə Renessans adamına
çevrilmişdi". Ailə abidəsi əgər
Mediçiləri tanıdırsa, unitar bir ruhu ifadə etməklə,
bu qədər məşhurlaşmışdır.
Sülalənin üzvlərinin çoxu bakirə məxluqları
andırırdılar, ancaq bəziləri vəhşi instinklərdən
də xali deyildi. Lakin Mediçilər uzun müddət
hakimiyyətdə olduqlarından, onların böyük
uğuruna kölgə salan cəhətlər də yox deyildi.
Ailənin bəzi üzvləri qisas naminə
qan axıtmaqdan da çəkinməmişdi. Hətta ən böyük nöqsanları belə,
onların doğma şəhərlərini inkişaf etdirmək,
gözəlləşdirmək sahəsindəki fəaliyyətlərini
heç cür azalda bilməz. Onlar ideal
olmasalar da, özlərinin həyata baxışları ilə
görkəmli şəxsiyyətlər səviyyəsinə
yüksəlmişdilər.
Mediçilər
sülaləsi nə İngiltərənin Styuartlar, nə
Avstriynın Habsburqlar, nə də Rusiyanın Romanovlar
sülaləsi deyildi, onlardan tam və bütünlüklə
fəeqlənirdi. İngiltərədəki və
Rusiyadakı sülalənin hər ikisini az
müddətdə təkrar olunan iki inqilab məhv etmişdi. Avstriya imperiyasındakı sülalə XIX əsrdə
təlatümlə üzləşsə də, davam gətirə
bilmiş, I Dünya müharibəsindəki məğlubiyyəti
ilə tarixin arxivinə verilməli olmuşdu. İmperiyalarla
heç cür müqayisə edilə bilməyən adi bir
şəhəri onlar üç əsr ərzində idarə
edərək, ona dünta şöhrəti bəxş
etmişdilər. Məhz onların
uzaqgörən siyasəti və qayğısı ilə
Florensiyada tarixin dönüş mərhələlərindən
biri olan Renessans meydana gəlmiş, bu şəhərdə
dahi rəssamlar, heykəltaraşlar və arxitektorlar
yetişmişdi. Yuxarıda xatırlanan
kralların və imperatorların heç biri Mediçilərlə
bu sahədə yarışa girə bilməzdi.
Bunları nəzərə alaraq demək olar ki, bu sülalənin
bəzi üzvlərinin fəaliyyətindəki ləkələr,
onların ümumən nailiyyətləri qarşısında
o qədər də nəzərə çarpmır, diqqəti
cəlb etmir, çünki onların töhfələri,
getdikcə solan və yaddan çıxan həmin ləkələrdən
fərqli olaraq, zamana da tabe olmur, solmaq bilmir, yoxa
çıxmır.
Böyük
rus filosofu Nikolay Berdyayev yazırdı: "Dövlət Yer
üzündə cənnət qurmaq üçün deyildir. Dövlət ona görə mövcuddur ki, Yer
üzündə cəhənnəmin meydana gəlməsinə
yol verməsin". Mediçilər də
florensiyalılara cənnət bəxş etməsələr
də, onları, bütülükdə idarə etdikləri
şəhəri cəhənnəm əzablarından
mümkün olduğu qədər uzaqlaşdırmağı
bacarmışdılar. Müasir minnətdar
şəhər sakinləri, bu sülalədən onları əsrlərə
bərabər zaman məsafəsi ayırsa da, Florensiyanı
dünyanın möhtəşəm şəhərlərindən
birinə və hətta bir sıra imperiya paytaxtlarını
da tarixi abidələrinin zənginliyi ilə geridə qoyana
çevirən Mediçilərə sitayişə bərabər
münasibət bəsləyirlər. Axı Florensiya
imperiyalarla qətiyyən müqayisə oluna bilməzdi, o,
özü kiçik bir şəhər olmaqla hansısa elə
böyük bir ərazi də işğal etməmişdi, əksinə,
özü dəfələrlə işğallara məruz
qalmışdı, lakin onun iradə gücünü, ruh
qüdrətini zərbələrə məruz qoysalar da,
sındıra bilməmişdilər, mifik feniks quşu kimi
daim dirçəlmiş, öz mənəvi
böyüklüyünü və özünəməxsus
heyrətamiz gözəlliyini qoruyub saxlaya bilmişdi. Ona görə də bu şəhərə
başqaları, tam yad adamlar da tam haqlı olaraq hörmət
dolu hisslərlə yanaşır, onu sevməyə
başlayırlar.
SON
24 avqust 2022-ci il
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 1 fevral.- S.14.