Muğam irsimizin yeni səhifələri aşkarlanır
Son dövrdə Gallica
(gallica.bnf.fr) Fransa Milli
Kitabxanasının və
onun tərəfdaşlarının
rəqəmsal kitabxanasında
Azərbaycan xanəndələrinin
PATE firmasının 20-ci əsrin
əvvəllərində yazdığı
qrammofon vallarını
axtardıq. Onu qeyd edək
ki, Gallica 1997-ci ildən onlayn rejimdə fəaliyyət göstərir və müəyyən sənəd,
yazılara onlayn baxmaq, dinləmək imkanı verir. Düzdür ki, kitabxananın səs yazıları bölməsində
Azərbaycan xanəndələrinin
səhvən başqa
ölkələrə aid olduğu
yazıldığı, adların,
yazıların dilinin
(fars, erməni, tacik) düzgün qeyd edilməməsi səbəbindən onların
axtarışında böyük
çətinliklər yaşanır.
Məlumdur ki, PATE firması
Məşədi Məhəmməd
Fərzəliyev Şuşalı,
Keçəçi oğlu
Məhəmməd, Cabbar
Qaryağdı oğlu,
Məşədi Hilal
Zeynalov, Aslan Səfərov, Məşədi
Qafar kimi bir çox məhşur xanəndələrimizin
səs yazılarını
1907-ci ildə qrammofon
vallarına yazıb.
Gallicanın səs yazılarını
onlayn dinləmək imkanı verən hissəsinə cədvəldə
verilmiş 16 qeydə
rast gəldik. Bunlardan sıra
nömrəsi 1 və
12-ci səs yazıları
Azərbaycan Respublikası
Dövlət Səs Yazıları Arxivində
mövcuddur. Qalan 14 səs
yazısı bizim arxivlərdə yoxdur.
Bəzi dəqiqləşdirmələrə də ehtiyac duyulur. Məsələn, Mamud Behbudov
Şuşinski kimi qeyd edilən səs yazılarının
Məcid Behbudova, Kasım Abdulov kimi qeyd edilmişin
isə Qasım Abdullayevə aid olduğunu
düşünürük. Cədvəldə 9-cu sırada yazılmış
Məhəmməd Zeynal
"Şikəstə" səs yazısının
əvvəlində "oxuyur
Məhəmməd, tarda
çalır Zeynal"
kimi səs yazısı olduğu üçün oxuyanın
Keçəçi oğlu
Məhəmməd, tarzənin
Məşədi Zeynal
Haqverdiyev olduğu qənaətinə gəldik
və ona görə cədvəldə
yuxarıda qeyd etdiyimiz adları dəyişdirdik.
Cədvəldən göründüyü kimi, Gallica səhifələrində
onlayn dinləmək imkanı olan 16 yazıdan dördü Aslan Səfərova, dördü Məcid Behbudov Şuşalıya,
biri Keçəçi
oğlu Məhəmmədə,
beşi Məşədi
Hilal Zeynalova, ikisi Məşədi Qafara (qəzəlləri farsca oxuyur) və biri Qasım
Abdullayevə aiddir. Məcid Behbudov və Keçəçi oğlu
Məhəmməd muğam
tədqiqatçılarımız tərəfindən geniş
tədqiq edilib. Qasım Abdullayev haqqında Savalan Fərəcovun
"Elə bil
"Zabul" muğamı
ilə əkiz yaranmışdı..." adlı
məqaləsi var. Çox
maraqlıdır ki, səsi xarici formalar tərəfindən
yazılıb saxlanlılan,
yəni dövrünün
məşhur xanədəsi
olmuş yuxarıda adı çəkilənlərdən
Aslan Səfərov, Məşədi Hilal Zeynalov, Məşədi Qafarın bioqrafiyaları haqqında məlumat, demək olar ki, yoxdur. Bu sahədə məlumatı
olanlardan xahiş edərdik ki, bizə bildirsinlər.
Son dövrlədə Məşədi Qafarla bağlı müəyyən
ipucularımız mövcuddur.
Hazırda həmin faktları
arxivlərlə dəqiqləşdirmək
üçün səy
göstəririk.
Bu tapdıqlarımız Fransa Milli Kitabxanasında
saxlanılan PATE firmasının
qrammofon vallarının
ancaq onlayn baxmağa imkan verilən hissəsidir, əminik ki, bu, fondda olanların
kiçicik bir hissəsidir. Qalan valları Fransa
Milli Kitabxanasına gedib orada işləyib
tapmaq olar.
Sıra
¹-si
Arxivin adı
Arxiv
¹
İstehsal ¹-si
Fono sənədin adı
İfaçı və müşaiyət
edən
1
Fransa Milli Kitabxanası
AP-1796
25323,
25324
Mənsuriyyə, Söylə bir
görək
Aslan Səfərov, tar, kamança
2
Fransa Milli Kitabxanası
AP-1792
25360,
25361
Rəhab
hindi, Üzzal
Aslan Səfərov, tar, kamança
3
Fransa Milli Kitabxanası
AP-1795
25326,
25327
Rəhab,
Hicaz
Aslan Səfərov, tar, kamança
4
Fransa Milli Kitabxanası
AP-1797
25320,
25321
Zabul, Şüştər
Aslan Səfərov, tar, kamança
5
Fransa Milli Kitabxanası
AP-853
25374,
25375
Dəsmalın yar, Vay bir incəbel
Məcid
Behbudov Şuşalı6
Fransa Milli Kitabxanası
AP-858
25364,
25366
Məndən oldu (təsnif),
Şəkər oğlu
şikəstə
Məcid
Behbudov Şuşalı
7
Fransa Milli Kitabxanası
AP-849
25367
Yetim segah
Məcid
Behbudov Şuşalı
8
Fransa Milli Kitabxanası
AP-1790
25376,
25377
Abı yaşla bürünmüsən,
Su üstündə qamışəm
Məcid
Behbudov Şuşalı
9
Fransa Milli Kitabxanası
AP-851
25805
Şikəstə
Keçəçi oğlu Məhəmməd, tar Məşədi
Zeynal
10
Fransa Milli Kitabxanası
AP-850
25341,
25342
O xal nə xaldır,
Leyli Məcnun
Məşədi Hilal Zeynalov,
tar, kamança
11
Fransa Milli Kitabxanası
AP-849
25343
Maç-maç (təsnif)
Məşədi Hilal Zeynalov,
tar, kamança
12
Fransa Milli Kitabxanası
AP-1794
25332,
25333
Zabul Seygah, Bayatı Qacar
Məşədi Hilal Zeynalov,
tar, kamança
13
Fransa Milli Kitabxanası
AP-547
25337,
25340
Sarəng
(təsnif), Axşam oldu (təsnif)
Məşədi Hilal Zeynalov,
tar, kamança
14
Fransa Milli Kitabxanası
AP-1785
25828,
25829
Məsnəvi, Şüştər
Məşədi Qafar / tar / kamança
15
Fransa Milli Kitabxanası
AP-1786
25822,
25823
Rast Arağ, Zəminxarə
Məşədi Qafar / tar / kamança 16
Fransa Milli Kitabxanası
AP-1791
25368,
25369
Dəşti, Mahur
Qasım
Abdullayev
Məşədi Hilal Zeynalovun qrammofon valı (PATE, 1907)
Məşədi Qafarın qrammofon
valı (PATE, 1907)
Məcid
(Mamud?) Behbudov Şuşalının qrammofon
valı (PATE, 1907)
Aslan Səfərovun qrammofon valı (PATE, 1907)
Qasım
Abdullayevin qrammofon valı (PATE, 1907)
Keçəçi oğlu Məhəmmədin tarizən
Meşədi Zeynalla yazdırdığı qrammofon
valı (PATE, 1907)
Gülhüseyn KAZIMLI,
Turan İBRAHİMOV
525-ci qəzet.- 2023.- 1 fevral.- S.11.