"Barmaqlar aşağı"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Həqiqət Həmzəyevadır. Onunla məşhur rəssam Jan Leon Jeromun "Barmaqlar aşağı" əsərindən danışmışıq.

Jan Leon Jeromun rəssam kimi karyerası 1847-ci ildə Salonda başlayır. Burada o, gənc ustalar arasında seçilir tez bir zamanda uğur qazanır. Onun "Qadın portreti", "Bir oğlanın portreti", "Gənc yunanlar xoruz döyüşü ilə əylənir" kimi tanınmış əsərləri var.

Akademik stilin tərəfdarı olan Jerom həm yeni cərəyanlara münasibəti ilə seçilirdi. Sirli Şərq uzaq antik dövr Jan Leon üçün ilham mənbəyi idi. Bu səbəbdən əsərlərini əsasən qədim şərq janrlarında yaradırdı. Belə qənaətə gəlmək olur ki, onun tarixi əsərləri belə dəqiqliklə yaratmasının səbəbi tarixin özünü yaxşı bilməyi idi.

1878-ci ildə təşkil olunan ümumdünya sərgisində Jerom ilk dəfə özünü heykəltaraş olaraq "Qladiatorlar" əsəri ilə sınayır. O, heykəltaraşlıq dərslərini dostu həmyaşıdı E.Fremierdən almışdı. Sonralar Jerom sərgi kataloqlarında özünü E.Fremierin tələbəsi kimi qələmə verirdi.

- Jan Leon Jeromun qladiator döyüşlərinə həsr etdiyi "Barmaqlar aşağı" ən məşhur sənət əsərlərindən sayılır. Bu əsəri şərh edərkən ilk növbədə hansı cəhətini vurğulayardınız?

- Əsər qüsursuz kompozisiyası incə rəng koloriti ilə seçilir. Burada biz döyüşlərin getdiyi arenada yeni ucaldılmış Kolizeyi, tamaşaçılar imperatorun qladiatorların döyüşünü diqqətlə izlədiklərini görürük. Əsərdə həlledici məqam da təsvir edilib. Qalib artıq müəyyənləşib, məğlub olanın taleyini isə tamaşaçılar imperator həll edir. Jerom bizə tamaşaçıların necə reaksiya verdiyini göstərir. Məhz barmağı aşağı salan bu jest uduzmuş şəxsin gələcək taleyi ilə bağlı hər şeyi deyir. Gələcəkdə Jeromun rəsmi məşhur "Qladiator" filminin süjeti üçün əsas götürüləcəkdi.

- Əsərin çəkilmə tarixçəsi bəllidirmi?

- Jerom 1869-cu ildə "Barmaqlar aşağı" rəsm əsərinin üzərində işə başladı. Fransa-Prussiya müharibəsi zamanı əsərin üzərində dayandırıldı. Bir müddət sonra Jerom işi davam etməyə başladı. Qədim Roma həyatına həsr edilmiş bu cür əsərlərin ilham mənbəyi rəssamın İtaliyaya səyahəti olub. 1843-cü ildə o, Romaya səyahət edib. Şəhər rəssama o qədər təsir edib ki, o, vaxtaşırı romalıların uzaq keçmişinə həsr olunmuş əsərlər yaratmağa başlayıb.

- Əsərin kompozisiyası necədir?

- "Barmaqlar aşağı" tablosunda qladiator döyüşünün sonu təsvir olunub. Arenada iki rəqib yox, dörd döyüşçü var. Yəqin ki, bir neçə dəqiqə əvvəl camaatın gözü önündə iki qrup arasında döyüş baş verir qladiatorlardan biri düşmən üzərində aşkar qələbə qazanır. O, tribunalara xüsusən imperatora baxır. Baş barmaqları aşağı olan insanların uzadılmış əllərini dərhal görürük. Bu, döyüşü uduzan üçün ölüm hökmü deməkdir. Şübhə yoxdur ki, bir anda qalib yaralı rəqibini öldürəcək, çünki bu, tamaşaçıların istəyidir.

Kətanın yuxarı hissəsi imperatoru onun sarayının nümayəndələrini görməyə imkan verir. Bunlar Romanın ən nüfuzlu insanlarıdır. Onların arxasında adi tamaşaçılar dayanır. Rəssam Kolizeyi bir az dəyişilmiş formada təsvir edir. Belə mülahizə irəli sürülür ki, Jerom bunu səhnəni konkret bir yerə bağlamamaq üçün edib.

Qladiatorlara fikir verək. Qarşımızdakı cütlük, şübhəsiz ki, iki frakiyalıdır. Şəklin baş qəhrəmanı qalib

 

- Döyüşçülərin silahları da fərqlənir.

- Əgər birincinin qısa qılıncı yuvarlaq qalxanı varsa, ikincisi döyüş zamanı trident tordan istifadə edir. Təəssüf ki, silahlar ona qalib gəlməyə kömək etmədi.

- Yeri gəlmişkən, tamaşaçılar arasında geyimli qadınlar görürük.

- Adətən qadınlara belə tamaşalara getməyə icazə verilmirdi, lakin onlar hər yerdə görünmək hüququna malik olan ilahə Vestanın kahinləri idilər. Maraqlıdır ki, Jerom bütün qadınların barmaqlarını aşağı tərəfdə saxlayır, amma əslində, həmin kahinlər demək olar ki, həmişə məğlub olan qladiatorların həyatını xilas edirdi. Eyni zamanda, vestalıların qərarını heç kim, hətta imperatorun özü dəyişə bilməzdi.

- Tablo hazırda harda saxlanılır?

- Əsər ABŞ-in Arizona ştatının Feniks İncəsənət Muzeyində saxlanılır. Əsərin ölçüsü 96x149 sm-dir.

- Sizcə, bu əsər bizə deyir?

- Jan Leon Jeromun "Barmaqlar aşağı" tablosu böyük populyarlıq qazanaraq, qladiator döyüşlərinin bir növ "ensiklopediyasına" çevrildi. Araşdırmaçılar belə deyirlər ki, rəssam əsərin adında səhvə yol verə bilər. "Pollice verso" tərcüməsi "Barmaqlar aşağı" kimi yox, "Gizli barmaq" kimi tərcümə edilə bilərdi. Yəni baş barmağı yumruqda gizlətməklə, məğlub olan qladiator əfv olunurdu. Bunu latın dilindəki "Pollice compresso favor iudicabatur", yəni "Mərhəməti gizli barmaq həll edir" ifadəsi təsdiq edir.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 1 fevral.- S. 11.