Blokada yoxdur, blokada mifi var

O MİFİ DAĞITMAQ LAZIMDIR

 

 Azərbaycanın Bosniya Herseqovinadakı  səfiri  Vilayət Quliyev Azərbaycan ekofəallarının 50 gündən bəri Laçın yolunda keçirdikləri aksiya ilə əlaqədar ölkənin dövlət informasiya agentliyinə (FENA) açıqlama verib. Açıqlamanın mətnini oxucuların diqqətinə çatdırırıq.

Öncə onu deyim ki, ən böyük yalan Qarabağda guya 30 mini uşaqlar olmaqla 120 min nəfər əhalinin yaşamasıdır. Azərbaycanın zəfəri ilə başa çatan İkinci Qarabağ savaşından sonra burada erməni əhalinin sayı heç zaman 25 min nəfərdən çox olmayıb.  Separatçılardan fərqli düşünən erməni politoloqlar da eyni fikirdədirlər. Aydın məsələdir ki,  nəinki 120 min, hətta 120 insanın da aclıqla imtahana çəkilməsi xoş bir şey deyil Azərbaycan dövləti vətəndaşına qarşı heç zaman belə addım atmaz.  Amma Avropa rəsmilərinin yorulub-usanmadan bu rəqəmi təkrarlamaları ortaya başqa haqlı bir sual çıxarır: əgər Qarabağda  gerçəkdən   120 min nəfər ayyarımdan bəri aclıqdan əziyyət çəkirsə, əcəba, indiyə qədər orada qida çatışmazlığından necə nəfər həyatını itirib? Belə hal qeydə alınmayıb. Onda bu necə blokadadır ki, 50 gün ərzində bir nəfərə ziyan toxunmayıb? Cavab aydındır -   blokada yoxdur.

Bu baxımdan tam əminliklə deyə bilərəm: Azərbaycan tərəfdən heç bir humanitar blokada mövcud deyil. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə bu günlərdə baş tutan telefon söhbəti zamanı bildirdi ki, guya Qarabağ ermənilərinin "blokadada" olduğu dövrdə oraya Rusiya sülhməramlılarının 900-ə yaxın avtomobili gedib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları da aramsız olaraq Xankəndi-Yerevan marşrutu ilə hərəkət edirlər. O zaman bu necə blokadadır?

Qarabağın ermənilər yaşayan hissəsi Azərbaycan torpağı, ölkəmizin ayrılmaz tərkib  hissəsidir. Bunu dünya qəbul edir, beynəlxalq təşkilatlar qəbul edir. Amma bir qrup erməni separatçısı həmin ərazilərdə erməni dövləti qurmaq xülyası ilə yaşayırlar.  Həmin işbazlar bölgədəki ermənilərin taleyindən daha çox Qarabağın təbii sərvətlərini Ermənistana daşıyıb böyük pullar qazanmaq barəsində düşünürlər. Qarabağdakı qızıl mis mədənləri heç bir ekoloji tələbə məhəl qoymadan vəhşicəsinə istismar olunur. Ötən ilin dekabr ayında ölkəmizin Ekologiya Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı rus sülhməramlıları ilə əldə olunmuş razılıq əsasında həmin mədənlərdə monitorinq aparmaq istəmişdilər. Lakin separatçılar onların yolunu kəsib öz vəzifə borclarını yerinə yetirməyə imkan verməmişdilər. Belə şəraitdə ekofəalların yolu yük maşınları üçün bağlamaqdan başqa çıxış yolu qalmadı. Digər tərəfdən, Azərbaycan Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin şərtlərinə əsasən Laçın yolundan yalnız humanitar yüklərin daşınması üçün istifadə oluna bilər. Amma erməni tərəfi artıq iki ildən çoxdur ki, bu marşrutdan silah, sursat, hərbi yüklər daşımaq üçün istifadə edir. Nəticədə Qarabağa gətirilmiş Ermənistan istehsalı olan minalar artıq onlarla azərbaycanlının həyatını məhv edib. Ona görə 50 gündən bəri qışın soyuğuna baxmadan Laçın yolunda dayanan azərbaycanlı gənclərin tələbi dəyişməzdir -  özbaşınalığa son qoyulmalıdır. Ermənistan ölkəmizin ərazi bütünlüyünə, sərhəd toxunulmazlığına hörmətlə yanaşmalıdır. Əks təqdirdə, qarşı tərəfi buna məcbur etmək üçün yollar var.

Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Konstitusiya ilə ölkə vətəndaşlarına verilən haqqhüquqlar onlara da şamil edilir. Kim ölkəmizin qanunlarına əməl edirsə, onların üzünə bütün qapılar açıqdır. Amma Azərbaycanın daxilində ikinci erməni dövləti yaratmaq istəyənlərə bu torpaqlarda yer yoxdur. Biz onları zorla Qarabağda saxlamaq niyyətində deyilik. Özlərinə daha yaxın saydıqları, güzəranlarının daha yaxşı keçəcəyi ölkələrə gedə bilərlər. Laçın yoluna gəldikdə isə artıq onu ermənilərin hər vasitə ilə can atdıqları nəzarətsizlik statusundan qurtarmaq vaxtıdır. Burada Azərbaycanın sərhəd və gömrük xidmətləri fəaliyyətə başlamalı, açıq qapı siyasətinə son qoyulmalıdır. Ermənilər hələ də revanş haqqında düşünürlər. Ölkəmiz isə savaşda qələbə çalsa da, danışıqlar masası arxasında oturmağın, etibarlı sülhün tərəfdarıdır. Sərhədlər delimitasiyademarkasiya olunmalı, nəqliyyat dəhlizləri açılmalı, insanlar arasında etimad mühiti yaradılmalıdır. Bu vəziyyət Azərbaycandan daha çox siyasi, hərbi, iqtisadi tənəzzülə uğrayan Ermənistana lazımdır.

Bir daha təkrar edirəm: Azərbaycan tərəfdən heç bir blokada yoxdur, erməni təbliğatının yaydığı blokada mifi varo mifi tezliklə dağıtmaq lazımdır.

 

525-ci qəzet.- 2023.- 4 fevral.- S.7.