Zəlzələ

 

 

 

Dağ saxlamaz onun körpə sinəsi...

...qara lenti qara gecə bağlayır.

Dodağında bir "Zəlzələ" surəsi!? -

bu körpənin dərdi türkcə ağlayır.

 

Bu səhəri zəlzələylə açılıb...

...dağların da ağrıları çənnəndi.

Günahları bağışlayan Allahım! -

beton altda duaları Sənnəndi!

 

Göy üzünə nələr yazır gözləri

aşağıdan yuxarıya "yağış"la!

Dodağında bir "Zəlzələ" surəsi!

...söz tutmayan dodaqlara bağışla;

bir o boş otaqlara, Allahım;

bir donmuş yarpaqlara, Allahım!

 

İBRAHİMXƏLİL

525-ci qəzet.- 2023- 10 fevral.- S.9.