Taleyi sözə çevrilən adam  

 

Şeirin metafizik gücü müəllifin dialektik düşüncələrindən yol alır. Əgər şeirin aurasında adi təsir imkanları yoxdursa, oxucu bir şeirlə bütün poeziya haqqında fikir yaratmağa çalışacaq. Ona görə müəlliflər diqqətli olmalı, şeirin mistikasına nəzər salmalı, onu "cilalanmamış" söz tədarükçülərinə təqdim etməməlidir. Qulu Ağsəsin şeirləri həmin o "cilalanma" mərhələsinə qədər bir neçə təfəkkür qəlibindən keçir. Burada əsas qəlib "insan" faktorudur. Şairin yaradıcılığının nüvəsi insandırsa, materiyası isə təbiət-insan qarşıdurmasıdır. Bu qarşıdurmada həm təbiət, həm insan çulğalaşır, biri-birindən qopmadan, ayrılmadan təsvir olunur. Bu baxımdan demək olar ki, şair dünyaya natur-fəlsəfi prizmadan baxır.

Təbiət haqqında qaydalar yazılı olmasa da, şeirdə sanki təbiətin bir qaydası var. O qaydanın birinci müddəası "yaşamaq"dır. Qulu Ağsəs yaşamağın, daha doğrusu necə yaşamağın tablosunu çəkir. Bu tabloda ağrı da var, sevinc var, qələbə var, ancaq məğlubiyyət yoxdur. Şair insanı təbiətdə məğlub yox, qalib kimi təqdim edir. Bu bir halda baş verir: "İnsan təbiətlə vəhdət təşkil edəndə..." Bu o deməkdir ki, insan vaxtsa təbiətdən yarı düşsə, məğlub olacaq. Bu məğlubiyyət təkcə fiziki anlamda deyil, həm mənəvi anlamda başa düşülməlidir...

 

Dan yeri - gecənin göydə od tutan

bağrıdı.

Xəbərin varmı? -

Bilmirəm.

Bir yarpaq salma külək poçtuna.

Bağlıdı.

Xəbərin varmı? -

Bilmirəm.

Ürəyin - içəri qapındı Sənin,

görək, nəyin var

qabında Sənin?!

 

Qulu Ağsəs ənənəvi şeir bütünü sındıran şairlərdəndi. Bu bütün vaxtı keçib, bunu hamı görmür, bu bütə inananlar hələ var. Qulu Ağsəs belə şeir bütlərinə inanmayan, yeni sözün mexanizmini quran, onu sistemli şəkildə formalaşdıran şairdi. Söz canlı orqanizm kimidir. Şairin sözə canlı orqanizm kimi yanaşması vacibdir. Yoxsa şeirin hüceyrələri olan "hisslər" ötürülməz, qarşı tərəfə maraqlı gəlməz... Sadə dillə desək, mayasında səmimiyyət gerçəklik olmayan şeir ölü döl kimidir. O, nəfəs ala bilmir, öncə qeyd etdiyim təbiət qaydasında yer alan birinci müddəaya, yəni "yaşamaq" müddəasına tabe olmur. Qulu Ağsəs şeirin mayasına səmimiyyət qatır, gerçəklik onun həyatında olduğu kimi yaradıcılığına da hopur. Hopur ona görə ki, kənar təsirləri, ən əsası təqlidçiliyi onda görmürük. Qulu Ağsəs küləyi təqlid edir, yağışı təqlid edir, bir sözlə təbiəti təqlid edir, ancaq kiminsə intonasiyasını etmir...

 

Bu dünyada heç kəsə demədim...

O dünyada soruşsalar:

sən kimsən? -

gözümü yumub, ağzımı açacam!

Deyəcəm ki:

altındakı skamyada

bir yol özü oturmayan

yorğun ağacam...

 

Təbiətə bu cür baxışın olması üçün insanın təbiəti uzun müddət öyrənməsi, nəzəri baxımından yox, təcrübə baxımından bilməsindən qaynaqlana bilər. Şeirin "sirri" ondadır ki, zaman məkan anlayışları dəqiqliklə ifadə olunub. Bu dünyanın zamanı ilə o dünyanın zamanı müqayisə olunur. Həm bu müqayisədə yenə "insan" faktoru var. Şair bu dünyada heç kimə demədiyini, o dünyada deyəcəyini bildirir, məsələ burada yeni məzmun alır: "Şair deyəcək?" Bu sualın cavabı oxucunu təəccübləndirir: "Altındakı skamyada bir yol oturmayan yorğun ağacam..." Məncə, bu cavaba heç o dünyadakılar da hazır deyil. bu cavaba o dünyada məsul olanlar hazır deyil. Şairin taleyi sözə çevriləndə belə olur... Söz isə müqəddəsdi.

Poeziyada təbii xassələrə diqqət yetirsək, ilk olaraq qarşımıza "dərketmə", "anlama" ya "qavrama" kimi nəsnələr çıxacaq. Bu nəsnələr kosmoqonik hipotezdə-kainatın mənşəyini müəyyən etmədə açar rolunu oynamış olur. qədər qəribə səslənsə , poeziyada kainatın mənşəyi haqqında nümunələrə az rast gəlinmir. , onda demək olar: şair həm filosofluq edir. Bəli, bu belədir. Mən belə şair filosofları müasir dünyanın "hikmət texnoloqları" ya "söz mühəndisləri" adlandırardım. Qulu Ağsəs müasir dünyanın "söz mühəndisi" kimi həm gənclərin zövqünü oxşayır, həm yaşlı nəsillərin. Bu məsələ şairi daha aktual edir. Məsələ bütün yaş qruplarında, lap uşaqlar üçün yaza bilməkdir. Qulu Ağsəs uşaqları da nəzərə alır. Şeiri hamı üçün əlçatan edir...

 

 

Canım-gözüm, şükür de ki,

Ölsən başın üstdəki -

Pəmbə buluddu, daş deyil...

Sevməyi var, sancmağı var,

Baxma hərdən uçmağı var -

Ürək yuvadı, quş deyil...

 

İfadələrin axıcılığı təsvir imkanları göz önündən kino lenti kimi keçir. Hər kadrda stop deyirsən, təkrar-təkrar baxmaq istəyirsən. Ölümün bu cür pozitiv qarşılanması, ancaq yaşamağın əsl mənasını anlayanda mümkündür. Qulu Ağsəs yaşamağın mənasını bilir. Bəlkə o mənada spesifik nəsə var, bilmirəm. Onu bilirəm ki, şair ölümün arxasınca su atmaqla, bunun uğura işarə etdiyini bildirir. Ölümün uğuru nədir bəs? Bəlkə qurtulmaqdı, bəlkə yenidən doğulmaqdı, bəlkə elə hər şeydi ölüm?! Ürək ali prinsip olduğuna görə, başlanğıc da, son da ona aiddir. Ürək həm bütün başlanğıcların, həm bütün sonların özüdü...  Şair ürəyini yuva kimi təsvir edir. Həqiqətən belədir. Sözün alt qatında ilişməmək üçün bir məqama diqqət edək: "Aqnostiklər mövcud biliklərin dərkini inkar edirlər, ancaq ürəklə bağlı fikirlərində hissi önə çəkən idealistlər bu məsələdə sentimental olduqları üçün həm bir az həssas görünürlər. Düşünürəm ki, Qulu Ağsəs mövcudatla bağlı sentimental deyil, ancaq hissləri düşüncələrdə ələnir, rasional fikirlərində yeni forma məzmun alır.

 

Səssiz gecədir... Çox var

Hələ sübh azanına.

Qələmim balta kimi

yenə doğrayıb tökür

gönüqalın gecəni

hecanın qazanına...

 

"Qələmim balta kimi" birləşməsinə başqa şeirlərdə rast gəlmədim. Bəlkə də bu birləşmədən də güclü ifadələr var, ancaq bu misranın davamında gələn "yenə doğrayıb tökür gönüqalın gecəni hecanın qazanına" birləşməsi fizika qanunlarına ziddir, şair bütün varlığı ilə assosiativ yanaşır. Bu yanaşma həm də ortaya maraqlı bir estetik nümunə təqdim edir. Bu təqdimatda xüsusi bir tərənnüm olmasa da, hadisələrin canlanması, fərqli məcrada inkişafı, yaşamağın yeni simasını görə bilərik.

Qulu Ağsəs lakonik ifadələrlə, bir az da obrazları sadələşdirməklə uğurlu dialoqlar qurur. Bu dialoqlarda hamı özünü görə bilər. Sevən də, sevməyən də, duyan da, duymayan da, inanan da, inanmayan da...

Şair ruhunda daşıdığı "dərviş" missiyasını layiqincə yerinə yetirir. Həm də dünyanın faniliyini, onun bağışlamadığı günahları yaxşı görür. Şairlərin isə bir günahı var: "O da günahlarının olmamağıdı..."

 

Tural CƏFƏRLİ

525-ci qəzet.- 2023.- 11 fevral.- S.20.