"Mirzə Kazımbəy-220" beynəlxalq
elmi konfransının tezisləri nəşr
edilib
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda keçirilmiş
"Mirzə Kazımbəy-220" beynəlxalq elmi konfransında səslənmiş
məruzələrin tezisləri
çapdan çıxıb.
Topluda Azərbaycan, Misir, Qazaxıstan, Rusiya və Belarusdan 34 alimin məruzəsinin tezisi dərc olunub. İlk olaraq AMEA-nın vitse-prezidenti vəzifəsini
icra edən, akademik Ziya Bünyadov
adına Şərqşünaslıq İnstitutunun
baş direktoru, akademik Gövhər Baxşəliyevanın konfransda
giriş nitqinin mətni təqdim edilir.
Məruzələrin tezisləri sırasında xarici alimlərdən Qazaxıstanın
R.B.Süleymenov adına
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjanın
"Mirzə Məhəmməd
Əli Kazımbəy
və Şokan Ualixanov: türk dünyasının görkəmli
intellektualları", Sankt-Peterburq Dövlət Universitetinin kafedra müdiri, professor Oleq Redkinin "Mirzə Kazımbəy və SPbDU-nun Şərq fakültəsi", həmin
Universitetin professoru Olqa Bernikovanın "Dayanıqlı inkişaf perspektivləri baxımından
şərqşünaslıq elmi", Belarus Dövlət
Rabitə Akademiyasının
əməkdaşı Dmitri Naumovun "Mədəniyyətin
mənimsənilməsinin çətinlikləri
və riskləri"
və Misir Humanitar Araşdırmalar və Elmlər üzrə Dialoq Müəssisəsinin əməkdaşı
Əmir Əhməd Camal Əbdülhəkimin
"Rusiyada ərəbləşmə
məktəbi: rol və nailiyyət" mövzusunda tezisləri yer alıb.
Azərbaycan alimlərindən ölkəmizin
Bosniya və Herseqovinadakı fövqəladə
və səlahiyyətli
səfiri professor Vilayət
Quliyevin "Mirzə Kazımbəy və tatar maarifçiləri",
AMEA-nın Şərqşünaslıq
İnstitutunun əməkdaşlarından
Rafiq Abbasovun "Mirzə Kazımbəy və Avropa çinşünaslığı", Günay Verdiyevanın
"Görkəmli alim
Mirzə Kazımbəyin
iranşünaslığın inkişafında rolu",
Xanımzər Kərimovanın
"Mirzə Kazımbəy
yaradıcılığında şərq ədəbiyyatı",
Aybəniz Həsənovanın
"Mirzə Kazımbəyin
həyat və yaradıcılığı", Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin müəllimlərindən
Əsmətxanım Məmmədovanın
"Azərbaycan xalqının
tanınmış türkoloq,
şərqşünas alimi
Mirzə Kazımbəy",
Leyla Mahmudovanın
"Mirzə Kazımbəyin
fars dilçiliyinə
dair tədqiqatları",
Cavanşir Məmmədzadənin
"Mirzə Kazımbəy
və İran filologiyası", Memarlıq
və İncəsənət
Universitetinin dosenti Tamilla Əhmədovanın
"Mirzə Kazımbəyin
mədəni-tarixi inkişaf
konsepsiyasının tədqiqinə
komparativist yanaşma"
mövzularında məruzələrinin
tezislərini qeyd etmək olar.
525-ci qəzet.- 2023.- 11 fevral.- S.18.