Çingiz Abdullayevin
"Azğın ruhların şəhəri" işıq özü görüb
Azərbaycanın Xalq yazıçısı
Çingiz Abdullayevin
"Azğın ruhların
şəhəri" romanı
Azərbaycan dilində
işıq üzü
görüb. Əsəri rus dilindən
Məlahət Qənbərova
tərcümə edib.
"Azğın ruhların
şəhəri" romanı
90-cı illərin sonunda
hüquq-mühafizə orqanlarının
üzləşdiyi çətinliklərdən
bəhs edir. Hadisələr Rusiyanın qonşu dövlətlə sərhəddə
yerləşən şəhərində
cərəyan edir.
Kiçik Qafqaz
şəhərinin dinc həyatı qəflətən,
gözlənilmədən dəyişdi: başkəsənlər
bandası dağlardan endi.
Sakinlər hədsiz dərəcədə qəddarlıqlar
qarşısında köməksiz qaldılar: qətllər, soyğunçuluq, zorakılıq. Quldur dəstəsinin qarşısını kim alacaq? Şəhərdə
cəmi üç milis
işçisi var,
onların da əli rüşvətə,
oğurluğa və cinayətə
batıb. Kömək çağırmaq mümkün
deyil - telefonla əlaqə
kəsilib... Nəhayət, başkəsənlərin yolunu kəsən bir nəfər
tapıldı və bandanı planlı şəkildə məhv
etməyə başladı - azğın ruhların şəhərində
insan kimi qalan yeganə bir nəfər...
525-ci qəzet.- 2023.- 11 fevral.- S.18.