İnsanlığın iki qütbü  

 

 

Nadir hallarda olar ki, xarici ədəbiyyatdan danışasan, dahi ispan yazıçısı Servantesdən , onun Don Kixotundan söz açmayasan. O Don Kixotdan ki, öz müəllifinə ölməzlik bəxş etdi, özüdə ədəbi personaj kimi əbədiyyət dünyasında layiqli yerini tutdu. Əlbəttə, bu sözləri əksinə, personajın yox, müəllifinin nailiyyəti kimi demək olar. Hər iki halda həqiqət dəyişməz.

Belə düşünürəm ki, Don Kixotdan bəhs edib onun ədəbi antonimini - Hamleti unutmaq, haqqında Don Kixotla müqayisəli şəkildə olsa da, söz açmamaq ədalətsizlik olardı.

olsun ki, ədəbi tipaj kimi bizim üçün Don Kixot Don Kixotçuluq daha məqbuldur. Bu, heç demir, Hamlet yenə öz zirvəsində qalır.

Etiraf etməliyəm ki, neçə il öncə radioda eşidəndə ki, tarixdə ilk dəfə sivil dünyada ədəbi qəhraman ili elan olunaraq, 2001-ci il "Hamlet ili" elan edilib, sözün düzü, ürəyimdən bir etiraz hissi keçdi.O an fikirləşdim: ədəbi qəhraman ili elan edilirsə, ədalət naminə, ilk növbədə Don Kixot ili elan edilməli idi. Zənnimcə, dünya ədəbiyyatının personajları sırasında belə bir şərəfə hər kəsdən öncə Don Kixot layiqdir.

Ümumiyyətlə, mənə belə gəlirki, Şekspirin Hamleti Servantesin Don Kixotu ədəbi obrazlar kimi insan varlığının iki qütbüdür, amma Don Kixot - güney, Hamlet isə güzey qütbüdür.

Hamlet deyəndə ilk növbədə onun sonsuz tərəddüdü yada düşür. O bütün planlarını, arzu istəklərini "olum, ya ölüm" arasında güdaza verir. Son nəticədə Hamlet tipli adamlar ola, nədə ölə bilirlər. Bir həyat boyu bu sualın cavabını axtarırlar.Ulu Tanrı tərəfindən onlar üçün ayrılan zaman "olum , ya ölüm?" tərəddüdü arasında keçir. Sadəcə, həmin klassik sual həyatın ayrı-ayrı kəsiyində konkret vəziyyətə uyğunlaşaraq məzmununu dəyişir: "gedim, ya qalım?", "edim, ya etməyim?"  "deyim, ya deməyim?" "alım, ya almayım?" sair...

Don Kixot isə (bu tip adamların hamısı) tərəddüd olan şeydir, bilmir, həmişə hərəkətdədir. Onun qərarı ilə hərəkəti arasında demək olar ki, vaxt-zaman məsafəsi yoxdur. Don Kixot Tanrının ona verdiyi vaxtın bircə dəqiqəsini belə tərəddüd içində itirmir. O, öz əks qütbündən - Hamletdən fərqli olaraq, həyat gerçəkliyindən xeyli yuxarı qalxıb müqəddəs məhəbbəti adından yalnız xoş məramlı işlər görmək əzmindədir. Müqəddəs, pak, təmiz məhəbbətin bir ucu gedib Allaha çıxır. Buna görə Don Kixot öz varlığı ilə bir növ qədim peyğəmbərləri xatırladır. Onlar da keçdikləri yol boyu ulu Tanrıya olan eşqlərinin naminə Allah xatirinə darda qalanların dadına çatır, panahsıza pənah, dərdlərə çarə olur, xəstələri şəfa verir, imansızı dinə-imana çağırırdılar. Peyğəmbərlər gerçəkliyin fövqünə qalxmşdılar, amma bircə fərqlə, onların yüksəkliyi Don Kixotun yüksəkliyindən çox-çox uca idi.

Hamlet məhz bu ucalıqdan, bu yüksəkilikdən xəbərsiz idi. O, adi insani gerçəkliyin fövqünə belə qalxa bilmirdi, onun yaşadığı reallıqdan ucada duran ali reallıqla işi yox idi. Hamlet oranı tanımırdı. Buna görə də onun üçün buranın əhəmiyyəti də tərə

 

İmir MƏMMƏDLİ

 525-ci qəzet.- 2023.- 14 fevral.- S.13.