"Ulduzlu gecə"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Aytac Əhmədovadır. Onunla Vinsent van Qoqun dünyaca məşhur "Ulduzlu gecə" əsəri haqqında danışmışıq.

Hollandiyalı post-impersionist rəssam Vinsent van Qoq 30 mart 1853-cü ildə Niderlandda anadan olub. O, bir sənətçi kimi daim özünü axtarırdı, ağır xəstəliklə mübarizə aparırdı, yemək üçün pulu yox idi olan bütün pullarını da boyalara, fırçalara tuvallara xərcləyirdi. Vinsent həyatının son yeddi ilində intensiv şəkildə yaradıcılıqla məşğul oldu dünya rəssamlıq tarixinə nəhəng Van Qoq yaradıcılığını miras qoydu - iki mindən çox rəsm qrafik əsər. Van Qoqun ən məşhur yaddaqalan rəsmləri "Kartof yeyənlər","Çiçəkləyən badam budaqları", "Günəbaxanlar"  "Ulduzlu gecə" əsərləridir. Haqqında danışacağımız "Ulduzlu gecə" əsəri Van Qoqun şah əsərlərindən biri hesab edilir. Bu gün onun əsərləri on milyonlarla dollara satılır dünyanın dörd bir yanında rəssamın hər əsərinin öz pərəstişkarları var. Ancaq təəssüflər olsun ki, bütün bunlar sənətçinin ölümündən sonra baş verir.

- Aytac xanım, "Ulduzlu gecə"nin dillər əzbəri olan yaranma tarixçəsi. Söhbətimizə elə burdan başlayaq.

- Van Qoq "Ulduzlu gecə" əsərini 1889-cu ildə Fransada sığınacaqda olarkən, ölümündən 1 il əvvəl çəkmişdi. Bundan başqa, Van Qoq elə həmin il dostu Qoqenlə yaşadığı problemlərə görə könüllü şəkildə "Saint-R?my-de-Provence"də ruhi xəstələrin müalicə olunduğu sanatoriyaya gəlir. Burada şərait yaxşı idi, həkim sanitarlar pasiyentləri ilə xeyirxah davranırdılar. Bir gün səhərə yaxın o, oyanır yatağından qalxaraq pəncərəyə yaxınlaşır. Pəncərənin önündə sərv ağacı yüksəlirdi, səmada lələkli buludların arasında ay üzür ulduzlar sayrışırdı. Güclü küləyin təsiri ilə sərv ağacı əyilir, düzəlir, yenidən əyilir, yerində yırğalanırdı. "Bu səhər gündoğumundan öncə uzun müddət pəncərəmdən kəndə baxdım. Səmada yalnız böyük, parlaq dan ulduzu vardı, başqa heç ..." - rəssam tablonun necə ərsəyə gəldiyini qardaşı Teoya yazdığı məktubda belə təsvir etmişdi.

- Bəs Niderland necə? Görəsən, həmin dövrdə o, doğma vətən haqqında da düşünürdümü?

- Səmaya baxarkən Van Qoq özünü ora daha yaxın hiss etdi, nəinki ayaqlarının altındakı döşəməyə. İndidənsə keçmişə daha yaxın idi. İndi uzaqlarda var? Niderlanddakı doğma şəhərində kiçik kilsə? Əlbəttə ki, yox. O, indi Fransadır, Niderland isə keçmişdə qalıb. Ulduzlar sanki onun beyninə uçaraq düşüncələr kimi sayrışırdı. O, həmin gecə hiss etdiklərini ulduzlara baxaraq sözlərlə ifadə etməyə çalışırdı. Ancaq sözlərin duyğuları ifadə etməyə gücü çatarmı? Yox, yaxşısı budur bütün bunların kətan boyanın üzərinə çəksin. Qərara gəlmişdi - o, sabah "Ulduzlu gecə"ni çəkəcəkdi. Beləliklə, Vinsent Van Qoqun ən məşhur əsərlərindən biri yaranır.

- Əsərin rəng koloriti necədir?

- Əsərdə izləyicini rəng sxemi heyran edir, bu, dərin tünd mavi, mavi, göy, yaşıl (demək olar ki, qara), qəhvəyi bəzən dəniz rəngləri sarı rəngin müxtəlif çalarlarının (burada "günəbaxan", "yağ" "yumurta sarısı") nadir birləşməsidir.

Landşaft yağı janrında boyanan post-impressionizm üslubu ilə əlaqəli olan əsər bu gün yaradıcı insanları ilhamlandırmaqda davam edir. Bu yaradılışı canlı görənlər bilirlər ki, "Ulduzlu gecə"ni normal qəbul etmək qısa müddətdə mümkün deyildi: bu, yalnız Van Qoq üçün xarakterik olan, lakin cəlbedici bir texnikadır.

Hafizə, duyğu, müşahidə təxəyyülün harmoniyasından yaranmış bu əsərdə çox təsirli cazibəli gecə səması, əsas planda həyat ölüm arasındakı körpünü təmsil etdiyi düşünülən, böyük alova bənzər bir sərv ağacı yatmış kənd kətan üzərində yağlı boya ilə mükəmməl şəkildə təsvir olunub. Ümumi olaraq onu deyə bilərəm ki, Van Qoq bütün əsərlərində işıq-kölgə, rəng koloriti, simmetriyanın dəqiq olması kimi detallara çox önəm verən rəssamlardan idi.

- Bəs kompozisiya haqqında deyə bilərsiniz?

- Kompozisiya - sərvlər, ay, öndəki ulduzlar, şəhər arxadakı dağlar - dərinliyi kontrastı vurğulayır ki, bu da gözə inanılmaz dərəcədə cəlbedici sinə titrəyərkən həyəcan verir.

Kompozisiyanın əsas "sütunları" təpədəki zahiri nəhəng sərv ağacları (ön tərəfdə), pulsasiya edən aypara "parlayan" ulduzlar, parlaq sarı rənglərdir. Vadidə uzanan bir şəhər əvvəlcə hətta gözdən qaça bilər, çünki vurğu kainatın böyüklüyünə yönəldilib.

- Əsərdə İsa Məsihin hekayəsindən də detallar olduğu deyilir.

- Bəli. Göydəki bir fırtına, Samanyolunu, qalaktikaları, kosmik harmoniyanı xatırladır, tünd mavi məkanda bütün cisimlərin həm ecazkar, həm də xoşbəxt bir şəkildə hərəkət etməsi ilə ifadə olunur. Əsərdə bunlar on inanılmaz nəhəng ulduzdur, Məsihin və 12 həvarinin Bibliya hekayəsini xatırladan böyük, lakin sönən bir aydır.

- Əsər hazırda harda saxlanılır?

- "Ulduzlu gecə" əsəri (3,7 ? 92,1 sm.) hazırda Nyu-York Müasir İncəsənət Muzeyində saxlanılır və sərgilənir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Van Qoq dərin emosional ağrılar keçirsə də, təsirli bir əsər yaratdı. Onun bəzi rəsmləri əhval-ruhiyyəsi və ümumiyyətlə, şəxsiyyəti haqqında çox şey deyir. Rəssamın həm əzabını, həm də dahiliyini ifadə edən ikonik rəsm əsəridir "Ulduzlu gecə". Rəngin təsvir edilməsi Vinsent üçün böyük əhəmiyyətə malik idi. Van Qoqun tablolarının başlıca cəlbedici xüsusiyyəti ehtiraslılıq, parlaqlıq və emosionallıq idi. Əsərə baxdıqca insanda düşüncə çoxluğu, duyğusallıq, sakitliyə və hüzura qarşı darıxmaq hissləri yaranır. Mənim düşüncəmə görə, bütün bunlardan sonra ulduzlara baxmaq ümid doğuranhüzur gətirən hissdir.

 

Aytac SAHƏD

525 ci qəzet-.- 2023.- 15 fevral.- S.11.