Molla rejimi:
riyakarlıq və düşməncəsinə
davranış
İran
molla rejiminin son vaxtlar Azərbaycan Respublikasında din pərdəsi
altında xüsusi siyasi qruplaşmalar yaratmaq, casus şəbəkəsi
formalaşdırmaq və
bütün bunları
Azərbaycan dövlətçiliyinə
qarşı yönəltmək
cəhdləri bir çox faktlarla təsdiqini tapır və düşməncəsinə
münasibətdən xəbər
verir.
Azərbaycan torpaqlarının 20 faizini 30 il işğal
altında saxlayan, zəbt etdiyi ərazilərdə tarixi abidələri, məscidləri,
pirləri, qəbiristanlıqları
dağıdan erməni
daşnaklarına hər
cür siyasi, hərbi, iqtisadi dəstək verdiyi halda, oturub-durub islam adından danışması, özünü
əzilən müsəlmanların
himayədarı kimi qələmə verməsi
molla rejiminin riyakar mövqeyini bütün çılpaqlığı
ilə ortaya qoyur.
Adı beynəlxalq terroru dəstələməkdə hallandırılan,
islamı başdan-ayağa
qara fonda təqdim edən İran İslam Respublikasından fərqli
olaraq, Azərbaycan Respublikası hər zaman müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı
və əməkdaşlığı
gücləndirmək, Qərb
ölkələrində bəzi
bəlli səbəblərdən
islama olan xoşagəlməz münasibəti
dəyişmək məqsədi
güdən qlobal miqyaslı tədbirlər
həyata keçirir.
2011-ci ildən başlayaraq
mütəmadi təşkil
edilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumlarının,
2016-cı ildə BMT-nin
Sivilizasiyalar Alyansının
VII Qlobal Forumunun ölkəmizin paytaxtında
keçirilməsi və
həmin ilin Azərbaycanda Multikulturalizm
ili elan edilməsi, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması,
2015-ci ildə Avropa Oyunlarının, iki il sonra isə
İslam Həmrəyliyi
Oyunlarının Bakıda
təşkil olunması
Azərbaycanın artıq
müxtəlif sivilizasiyaların,
xalqların və dinlərin qovuşa, anlaşa biləcəyi bir mərkəz halına gəlməsini sübut edir.
Bütün bunlara qısqanclıqla
yanaşan İran
hakim dairələri, gülməlidir
ki, hətta 2012-ci ildə "Eurovision" mahnı
müsabiqəsinin Bakıda
keçirilməsinə etiraz
əlaməti olaraq, Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfirini geri çağırmış, Təbrizdəki
Azərbaycan konsulluğu
qarşısında, Azərbaycanda
dini hissiyatın tapdalanması adı altında etiraz aksiyaları təşkil etmişdi. İranın bu və buna bənzər çoxsaylı addımları
göstərir ki, İran molla rejimi öz ətrafında inkişaf etmiş, dünyəvi, demokratik, həm də regionda söz sahibi olan sivil bir
müsəlman ölkəsi
görmək istəmir.
İran
hakim dairələri hələ
də Şimali Azərbaycana, eləcə
də bir çox qonşu ölkələrə imperiya
xəyallarının "işığında"
baxır. Halbuki son min ildə
indiki İran ərazisində yaranan imperiyaları (Böyük
Səlcuqlu, Hülakülər,
Ağqoyunlu, Səfəvilər,
Afşarlar, Qacarlar) quranlar və idarə edənlər heç də farslar olmamış və onlar şovinst
siyasət yürütməmişlər.
Molla rejimi bu gün, təəssüflər
olsun ki, Pəhləvilərin İranda
türk varlığını
danmaq, türk kimliyini yox etmək
siyasətini davam etdirməkdədir. Aydındır ki, 40 milyonluq
xalqın varlığını
danmaq, onun ana dilində belə ibtidai təhsil almasına imkan verməmək siyasəti gec-tez öz əks-təsirini göstərməli idi və göstərir də. Türk dünyasının gündən-günə güclənməkdə
olan siyasi, iqtisadi, mədəni birliyi bu gün
İranın şovinist
qüvvələrinin qorxunc
kabusuna çevrilməkdədir.
Müstəqil türk dövlətləri
arasında dostluq və qardaşlıq ideyasının yüksəlişi,
siyasi müstəvidə
həmrəylik və
birliyin aşkar nümayişi, sözsüz
ki, cənubdakı azərbaycanlı əhalinin
öz milli kimliyini daha artıq dərk etməsinə, öz milli hüquqlarının
bərpası yönündə
fəaliyyətlərini genişləndirməsinə
təkan verir. Azərbaycanın beynəlxalq müstəvidə
nüfuzunun artması,
ölkədəki hakimiyyət
və xalq birliyi bizə cənublu soydaşlarımızın
hüquqlarının qorunması
ilə bağlı tələbləri daha yüksək tribunalardan səsləndirmək imkanı
yaradır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Səmərqənddə Türk
Dövlətləri Təşkilatının
IX Zirvə Görüşündəki
çıxışı zamanı
açıq şəkildə
bildirmişdir ki,
"Türk dünyası
təkcə müstəqil
türk dövlətlərindən
ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki,
Türk Dövlətləri
Təşkilatının üzvləri
olan ölkələrdən
kənarda yaşayan soydaşlarımızın hüquqlarının,
təhlükəsizliyinin, milli
kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq
təşkilat çərçivəsində
daimi əsasda diqqətdə saxlamağın
vaxtı gəlib çatmışdır. Türk dünyasında
gənc nəslin yaşadıqları ölkələrdə
məktəblərdə öz
ana dilində təhsil almaq imkanı olmalıdır.
Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından
kənarda yaşayan
40 milyon azərbaycanlının
əksəriyyəti bu
imkanlardan məhrumdur"
(Səmərqənddə Türk
Dövlətləri Təşkilatının
IX Zirvə Görüşündə
İlham Əliyevin nitqi. 11 noyabr 2022-ci il).
44 günlük Vətən müharibəsi dövründə
Azərbaycan Ordusunun hərbi əməliyyatlarına
İranın əngəl
törətmək cəhdləri,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş
naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən
imzalanan üçtərəfli
bəyanatın müddəalarının
həyata keçirilməsinə
imkan verməmək üçün İranın
atdığı addımlar,
ötən ilin oktyabr-noyabr aylarında İranın Azərbaycanla
sərhəddə gerçəkləşdirdiyi
hərbi təlimlər
və s. bu ölkənin hakim dairələrinin
məkrli siyasətini
bir daha açıq-aydın aşkara
çıxarır. Bu ilin yanvar ayında
Azərbaycanın Tehrandakı
səfirliyinə silahlı
basqın, səfirlikdə
çalışan Azərbaycan
vətəndaşlarından birinin öldürülməsi
və bir neçəsinin yaralanması
ilə nəticələnən
terror hadisəsi İran
rejiminin Azərbaycana qarşı qərəzli
və düşməncəsinə
münasibətinin növbəti
təzahürü kimi
ciddi narahatlıq doğurur. Terrorçunun
həbs olunandan az sonra
əlini-qolunu sallayaraq
İran dövlət televiziyalarına müsahibələr
verməsi İran dövləti üçün
utancverici hadisə olmaqdan əlavə, hakimiyyətin terror faktını
ört-basdır etmək
təşəbbüsü güdən təbliğatının
eybəcər xarakterini
də ortaya qoyur.
Sözsüz ki, Azərbaycan dövləti, Azərbaycan
xalqı qonşuları
ilə sülh şəraitində yaşamağa,
qonşu dövlətlərə
münasibətdə qarşılıqlı
hörmət və ehtiramı gözləməyə
xüsusi önəm verir. Amma qonşulardan hər
hansı birinin ölkəmizdə daxili sabitliyi pozmaq üçün atılmış
addımları, siyasi
müstəqilliyimizə, ərazi
bütövlüyümüzə xələl gətirmək
cəhdləri heç
vaxt cavabsız qalmır və bundan sonra da
qalmayacaqdır.
Mən bu
yığcam yazını ölkə Prezidentinin
bugünkü İran
hakimiyyətinin Azərbaycana qarşı yürütdüyü
siyasətə qiymət verərkən səsləndirdiyi
fikirlərlə yekunlaşdırmaq istəyirəm: "İran rəsmiləri, o
cümlədən, çox yüksək
vəzifəli şəxslər Ermənistanın ərazi
bütövlüyünün İran üçün
qırmızı xətt olduğunu
bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il
işğal altında olub.
İran rəsmilərindən Azərbaycanın
ərazi bütövlüyünün
qırmızı xətt olduğunu
eşidən oldumu? Xeyr.
Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu
sualı təkcə mən vermirəm. Ancaq
hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu
sualı verir və cavab
tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim
tərəfimizdən yaranmayıb. Biz yalnız cavab
veririk və istər sözlə olsun, istərsə də əməllə, hər
cür antiazərbaycan addımına cavab verəcəyik" (ADA Universitetində
keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və
iqtisadiyyat" mövzusunda
beynəlxalq konfransda İlham
Əliyevin çıxışı. 25 noyabr
2022-ci il). Ölkə başçısının səsləndirdiyi "hər cür antiazərbaycan addımına cavab verəcəyik" fikri,
heç şübhəsiz, hansı sahədə
çalışmasından asılı olmayaraq,
ərazi bütövlüyümüzü
və siyasi müstəqilliyimizi qorumağa hazır olan hər
bir azərbaycanlının iradəsini
ifadə edir.
Muxtar
KAZIMOĞLU
525 ci qəzet-.- 2023.- 15 fevral.- S.8.