Nələr çəkdi başın, türküm,
Türkiyəm!
Önündən sürüşüb axdı torpaqlar,
Bir göz qırpımında
uçdu yuvalar,
Qum tək səpələndi
uca divarlar.
Əlləri əlindən qopan
həyatlar
Ağrısıyla vidalaşdı "can" deyə.
Nələr gördü gözün,
türküm,Türkiyəm!
Dön həyata, yaşa, yaşat, Türkiyəm!
Ayaqlar altında oynadı torpaq,
Ağac
budağından qırıldı
yarpaq,
Yer oynadı,
silkələndi hər
yataq.
Ana qucağından, ana canından
Ayrılıb, "enkaz"da yuxuya
enən
Mələklərə aman, məsum körpələr...
Nələr gördü gözün,
türküm... Türkiyəm!
Dön həyata, yaşa, yaşat, Türkiyəm!
Qaraymış o gecə, qaraymış
o qar...
Fələkdən gəlirmiş bu tərs oyunlar.
Çarəsiz atalar, nalan analar,
Amansız saatlar, bitməyən
anlar,
Yuxuda haqladı fəlakət, heyhat!
Bəlkə, gecə qiyaməti
yaşadın,
Nələr gördü gözün,
türküm,Türkiyəm!
Dön həyata, yaşa, yaşat, Türkiyəm!
Mərhəmətlə dolu könülləriylə,
"Enkaz"ın altından çıxdın, bəbəyim,
Aç gözünü, oyan, həyat səninlə"-
Söyləyən şəfqətli xilaskarlara
Dikilib gör neçə ümidli gözlər.
Ürək parçalanır sönən canlara,
Nə təsəlli yetir, nə şirin sözlər.
Nələr gördü gözün, türküm, Türkiyəm!
Dön həyata, yaşa, yaşat, Türkiyəm!
Lətifə
TALİB
525-ci qəzet.- 2023.- 16 fevral.- S.15.