Böyük insanlıq sınağı
Günlərdir insanlıq olaraq tərif olunmaz acılar içindəyik. Qardaş ölkədə
minlərlə insan tələfatı və böyük dağıntılara
səbəb olan təbii fəlakət nəticəsində ortaya
çıxan dəhşətli
mənzərə dünyada
insan olan hər kəsi dərindən sarsılmaqla
qalmadı, həm də insanlıq olaraq bizləri böyük bir sınağa çəkmiş
oldu.
Bəşəriyyətin çox böyük bir hissəsi bu faciə qarşısında
səssiz qalmadı, özünü insan ləyaqətinə uyğun
şəkildə apardı. "Əsrin
fəlakəti"nin baş verdiyi ilk anlardan Türkiyənin dörd bir yanından
milli həmrəylik ruhu ilə zərər
çəkənlərə kömək üçün
uzadılan əllərə
qısa zaman kəsiyində dünyanın
bir çox ölkəsindən axın-axın
dəstək gəldi.
İstər Türkiyədən,
istərsə də fərqli ölkələrdən
olan yüzlərlə
gözəl qəlbli
insan bir canı xilas etmək, bir cana məlhəm olmaq üçün öz həyatını təhlükəyə atmaqdan
çəkinmədi, əlindən
gələn hər cür maddi-mənəvi yardımı zərər
çəkən insanlara
göstərə bilmək
üçün
səfərbər oldu.İnsanlıq
əl-ələ tutaraq bu sınaqdan ən yüksək qiymət aldı.Bu duyğulandırıcı
mənzərə qarşısında
istər-istəməz "insanlar olaraq bizlərin kaş zəlzələ kimi böyük faciələr
yaşamadan da eyni taleyə sahib canlılar olduğumuz idrak edə bilsək" deyə fikirləşməmək əldə
deyil...
Heç şübhəsiz, bizim həm dövlət, həm xalq olaraq bu fəlakət qarşısında təpkimiz daha bir dəstansı idi. Başqa cür olada bilməzdi. Canımızın bir parçası olaraq gördüyümüz, sevincimizdə də, kədərimizdə də hər daim bərabər olduğumuz bir ölkə böyük bir fəlakətlə üz-üzə qalmışdı və ona uzanacaq yardım əlinə ehtiyac duymaqdaydı. Qısa zaman kəsiyində ölkəmizdə böyük bir yardım səfərbərliyi elan olundu və cəmiyyətin bütün təbəqələrindən insanlar bu səfərbərlikdə ön cərgədə yer almaq üçün bir-birilə yarışa girdi. Bu günlərdə biz həmçinin, nə qədər genişürəkli, xeyirxah, mərd insanlara sahib bir ölkə olduğumuzun da bir daha şahidi olduq. Dillərə dastan olan qırmızı jiqulisi ilə yardım daşıyan Sərvəri, borc alıb "pensiyamı alarkən geri verəcəm" deyib Türkiyəyə maddi yardım göndərən Hikmət babanı, zəlzələ anında həyatını təhlükəyə ataraq bir neçə nəfəri xilas edən İlham qardaşımızı və daha isimsiz neçə-neçə gözəl insanlarımızın olduğunu gördük. Sosial media platformalarından bu gözəl insanları hamımız artıq yaxşı tanıyırıq və xalqımızın yardımsevər hər bir üzvü ilə qürur duyuruq. İnsanlarımızın bir qismi Azərbaycanda canla-başla qardaş köməyi devizi altında əlindən gələni əsirgəməzkən, bir qismi isə bilavasitə fəlakət zonasında xilasetmə əməliyyatlarında xilasedici, həkim və könüllü olaraq öz töhfəsini verməyə çalışdılar. Günü bu gündə həm xilasedicilərimiz fəlakət zonasında qalmağa davam edir, həm də könüllü gənclərimiz fəlakətdən zərər çəkən müxtəlif ərazilərdə yardım fəaliyyətlərində fəal iştirak edirlər. Bu mənzərələrdən təsirlənən türkiyəli Şafakan Alcı adlı bir sosial media istifadəçisinin şərhi Azərbaycanın Türkiyəyə bu fəlakətdəki yardımını çox gözəl tərif edir: "Bütün dünya bu təbii fəlakətdə əlimizdən tutdu. Gözəl insanlar hamınıza sonsuz təşəkkülər... Məni tərifi mümkün olmadığı qədər duyğulandıran azərbaycanlı qardaşlarımız...siz isə, tək vücud olub sıx bir şəkildə bizə sarıldınız. Sizə minnətdaram..."
Lakin sınağın əsas hissəsi daha qabaqdadır. Xüsusilə Türkiyənin yenidən bu əraziləri bərpa edə bilməsi və yaraları sara bilməsi üçün həm daxili, həm xarici dəstəyə ehtiyacı olacaq. Heç şübhəsiz, minlərlə illik dövlətçilik ənənəsi olan Türkiyə və Türk milləti bu sınaqdan da alnının ağı ilə çıxacaq və bu prosesdə Azərbaycan və Türk Dünyasının digər ölkələri yenə bütün imkanları ilə Türkiyənin yanında olacaqdır.
Lakin bundan
sonra yenə bənzər faciələrlə
üzləşməmək üçün
bu səfər ev
tapşırığını
yaxşı yerinə yetirməliyik. Bir
həqiqəti dərk etmək lazımdır ki,
Türkiyə birinci dərəcəli zəlzələ
zonasındadır. Bu,
coğrafiyamızın dəyişməz
reallığıdır. Amma taleyimiz də kədərimizə çevrilməməlidir.
Önəmli olan zəlzələyə
davamlı binalar tikmək və zəlzələlərə
qarşı mübarizə şüurunu
qazanmaqdır. Bu prosesdə binaların və digər
qurğuların tikintisində mühəndislik elminin yeni nailiyyətlərindən
istifadə etmək, eyni zamanda,
seysmik təhlükəli olan
ərazilərdə sənaye və mülki
obyektlərin tikilməsinə mane olmaq üçün qanunvericilik bazasının gücləndirilməsi
vacib şərtlərdəndir.utmaq olmaz ki, əsl fəlakət
bədbinliyin dağıntıları altında qalmaqdır.
Əbülfəz SÜLEYMANLI
Sosioloq
suleymanli.abulfaz@gmail.com
525-ci qəzet.- 2023.- 16 fevral.- S.7.