Səni Allaha həvalə
edirəm
Esse
Düşüncələr ipsiz-sapsız olduğu üçün azaddır,
deyirlər, məncə,
dəlidir.
- Sizcə, bu, alqışdırmı, yoxsa
qarğış?
- Qarğış.
- Niyə?
- Səni Allaha tapşırıram - deməkdir.
- Bunun Allahın
nəzəri üstündə
olsunla nə fərqi var ki?
- Birincidə Allahın
ədalətinə buraxıram
deməkdir.
- Aha. O zaman haqlısansa, bunu da alqış
saymalısan, düz demirəmmi?
- Axı, qarşındakının
qarğışına görə
haqsız olduğuna inanırlar.
- Sən də Allahın ədalətinə
inanırsan.
- Amma onun ədalətinin
də yerdə təcəlli tapdığı
az olur.
- Yaratdığı dünya
ədalətsizdirmi, deyirsən?
- Dünyanı yönəldənləri
ədalətsizdir - deyirəm.
- Siz ədalətlisinizmi?
- Mən Adiləm.
- Adınız Adil. Adil olmasaydı nə olurdu?
- Arif.
- İşarədən qanan deyirsiniz. Və nəyə
işarə etdiyinizi anlatmaq istəyirsiniz.
Ya Arif olmasaydınız.
O zaman da Alim olurdunuz.
- Bilmirəm. Alim olmaqla arif və adil olmaq
arasında fərq
var.
- Fərqi nədir? Alim adil və arif
olmaya bilər, yəni?
- Nisbidir. Yəni mütləq deyil.
- O zaman o alim...
- Alim elmə bir şey verir,
elə verməsə də.
- Elmin tərəqqisi elə-millətə, insanlığa
xidmət üçündür
demirikmi?
- İnsan üçündür. İnsanlıq bir başqadır. Bir üstüdür insanın.
- Bir altı nədir,
zaman?
- Köləlik, mütilik, ya da istibdad,
qəddarlıq.
- Qəddarsınızmı?
- Baxır kimə və nəyə qarşı.
- İstibdada, köləliyə,
haqsızl
ığa...
- Qəddarlıq hər iki halda səsləndiyi
kimi qəddar kəlmədir. İnsan olan və insanlığı olan qəddar olmaz. Barışmaz olar.
- Barışmazsınızmı?
- Sizə bir şey
deyimmi? İnsanlar və insanlıq
bir yerdən sonra təəssübdən
təəssüfə keçir.
- Hansı yerdən sonra?
- Qənimətdən sənə
də pay düşən
yerdən...
- Yəni oğruluğuna səni şərik edərlərsə, bütün
prinsiplər sıfırlanır
deyirsiniz. Hansı təəssübə təəssüf etmisiniz?
- Vətən təəssübündən
başqa bir çox şeyə.
- Ana sevgisinə, məsələn.
- Xeyr! Əsla. O da Vətəndir.
Doğulduğun qucaqla doğulduğun
ocaq ayrılmazındır
sənin.
-Amma bəzən doğulduğuna təəssüf
edirsən.
O da ətrafın münasibətindən doğandır.
Adilliyin,
arifliyin, alimliyin... ucuzlaşdırıldığı mühitə üsyanındır.
- Bəs çıxış
yolu?
- Allaha həvalə etmək!
- Amma onun da
ədalətinin təcəllisi...
- Onun ədaləti bəzən gecikər, amma...
- ...Amma mütləqdir
deyə bilmirsiniz.
Çünki fani olan bizik. Onun mütləq
olduğunu belə anlamayan cahil olan da.
- Hər kəsmi?
- Xeyr. Dünya Adil, Arif və
Alimlərdə sərhədlənmir.
A-dan Z-yə nə qədər hərf var... O hərflərdən yaranan
nə qədər söz. O sözlərdən
yaranan nə qədər cümlə-cahan.
- Ümumiyyətlə...
- Xüsusi ilə...
- Mücərrəd.
- Təəssüblə təəssüf
arasındakı bir hərf dəyişikliyi ilə mənanı bu qədər uçuruma aparan sözü yaradan siz deyilsinizmi?
- Siz?
- Yəni siz, biz, insanlar. Madam insan yarada bilirsiniz,
insanlıq da qatın içinə bir az.
- Dünyanı xilas edəcək gözəlliyə
nə deyirsiniz?
- Bunu da hərfi
mənada anladıblar,
ya da anlayıblar.
Bəzən dağıntını gözəl təsvir edən rəssam fırçasından çıxan
tabloya da gözəl deyirik. Sənətin gözəlliyi. İçində nə faciələr daşıyır,
amma kim
bilir.
- Paradoks.
- Bayaqdan anlatmaq istədiyim də budur. Dünyanı dualizm fəlsəfəsi
ilə yaradan - ağ-qaraya gecə-gündüzü
assosiasiya edən mən deyiləm.
- Bu qədər sadə, yəni.
- Xeyr. Bu qədər qarışıq və mücərrəd olmasına
rəğmən, bəsit...
Tünzalə
VƏLİQIZI
Moskva
525-ci qəzet.- 2023.- 16 fevral.- S.11.