Günel İmranın yeni
kitabı çıxıb
Yazıçı Günel İmranın
"Maya və beşbaşlı
ilan" adlı yeni kitabı nəşr olunub. Kitab müəllifin 2016-cı ildə
çap olunan "Maya
və ifritənin büllur ürəyi"
fantastik nağılının
davamıdır...
...Bataqlıq ifritəsinin tilsimindən xilas olmaq üçün elflərlə (insanabənzər
mifik varlıqlar) birgə mübarizə aparan balaca Mayanın
həyatı evlərinə
qayıtdıqdan sonra
dəyişir, sehrli hadisələr bir-birini əvəz edir. O, bu dəfə pərilər aləmində
beşbaşlı ilanın
təbiəti məhv
etməsinin qarşısını
almaq üçün
onlara yardım edir. Bir zamanlar pəri
olmuş beşbaşlı
ilanın timsalında
şərlə mübarizə
aparır. Balaca Maya bunu
bacaracaqmı? Kitabı oxuduqda
bu suala cavab tapacaqsınız.
Günel İmran Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür. 2017-ci ildə Prezident təqaüdünə layiq
görülüb. "Məni kim öldürdü?!"
(2014), "Qapqara günəş"
(2015), "Maya və ifritənin büllur ürəyi" (2016), "Ömər"
(2018) adlı nəsr kitablarının müəllifidir.
525-ci qəzet.- 2023.- 17 fevral.- S.9.