Sahibsiz heyvanlarla
necə rəftar etməli?
Sahibsiz heyvanlara şəhərin
ən müxtəlif məkanlarında
demək olar, hər gün rast gəlirik. Və tez-tez sosial mediada sahibsiz heyvanlarla amansız rəftar, onlara işgəncələr verilməsinə
dair videogörüntülərlə
qarşılaşırıq.
Dünyanın inkişaf etmiş ölkələrində olduğu
kimi Azərbaycanda yerli icra hakimiyyətlərinin
sahibsiz heyvanları xüsusi sığınacaqlara
yerləşdirmək, onlara
quduzluğa qarşı
xüsusi preparatların
vurulmasını təmin
etməklə bağlı
səlahiyyətləri və
öhdəlikləri var. Amma
bu məsələlərdə
müəyyən problemlər
yaranır. Küçələrdə gəzib dolaşan
kimsəsiz heyvanlar qulluqsuz qaldıqca müxtəlif xəstəliklərə
yoluxur və təbii ki, insanları da bu xəstəliklərə
yoluxdurur.
Dermatoloq
Aqil Kəməndli
"525"ə açıqlamasında ev heyvanlarının yoluxa və insanları yoluxdura biləcəkləri xəstəliklərdən
söz açıb:
"Ev heyvanları insanları dişləyəndə
yara yerlərini çox az görə bilərik. Həmin nahiyədə
nazik yara görünür və bəzi hallarda isə pis qoxulu,
irinli, axıntılı
yaralar müşahidə
olunur. Məsələn, bortanella hensiale
dediyimiz bir bakteriya var ki,
pişiklərin dırnaqlarından
keçərək insan
orqanizmində inkişaf
edə bilir. Pişik cırmağından sonra həmin yerdə qabartılı papil deyilən leyzon əmələ gəlir, daha sonra bu
bölgədəki limfa
düyünlərinə yayılır
və limfa düyünlərinin böyüməsi
müşahidə olunur.
Əgər hansısa
heyvan tərəfindən dişləmə
varsa, ilk olaraq yaranın
ölçüsünə, dərinliyinə diqqət
yetirmək lazımdır.
Heyvanın peyvənd olub-olmadığını yoxlamaq
vacibdir. Əgər lazım gələrsə,
10 günə qədər
nəzarət olunmalıdır.
Dişlənilən adamın hansısa
xəstəliyinin, hansısa
dərmana allergiyasının
olub-olmadığı da
yoxlanılmalıdır. Öncə quduzluq əleyhinə iynə vurulur, daha sonra fiziki
müayinə, yəni
dişləmənin tipinə,
dərinliyinə, əzələnin
necə zədələnməsinə
baxmaq vacibdir. Müdaxilə zamanı yara
öncə təmizlənməlidir.
Burada ən vacib məqam
yaralanma yerinin bol su və
sabunla təmizlənməsidir. Bəzən yanlış olaraq hidrogen
peroksid kimi dezenfektorlardan istifadə edirlər ki, bu da yanlışdır.
Çünki həmin
dərman vasitələri belə
yaralara effektli təsir göstərmir. Daha sonra antibiotik
terapiyasına başlamaq lazımdır.
Bu müalicənin ilk 8-12 saat ərzində başlanılması məsləhətdir.
Bu zaman ən çox betalaktamoz qrup antibiotiklərdən başlanılır və
profilaktik olaraq xəstələrə verilir. Sonra peyvənd vəziyyətinə
baxıb, onun təsirini mütləq şəkildə
soruşmaq lazımdır.
Əgər 5 il ərzində ikinci doza qəbul
etməyibsə, doza
tetanus peyvəndi edilməlidir.
Daha sonra quduzluq profilaktikasına baxılmalıdır
ki, əvvəllər
quduzluq əleyhinə
peyvənd vurulub, ya yox? Bizim dövlət müəssisələrində
bu proseslər çox vaxt həyata keçirilir".
Dünya Heyvanları Mühafizə
Cəmiyyətinin açıqlamasına
görə heyvan sığınacaqları ildə
təxminən 100.000 dollara
başa gəlir.
Bir
çox ölkələrdə
evsiz heyvanlara qulluq etməklə məşğul olan agentliklər mövcuddur.
Məsələn, Çexiya kimi
dövlətin vətəndaşları
yiyəsiz it, pişik
görəndə evsiz
heyvanlar üçün
xidmətdə olan
"Qaynar xətt"ə
zəng edirlər.
Əgər onlardan cavab
yoxdursa, itə yeni sahib tapmaq üçün polis saytlarında
fotoşəkillər yerləşdirilir.
Heyvanlara
şiddət ailədaxili
tərbiyədən də
irəli gəlir.
Valideynlər diqqətli olmalıdırlar
ki, uşaqları gigiyenik tərəfdən
qorumaq istəyərkən
onlara heyvanları pis murdar bir
canlı kimi təbliğ etməsinlər.
Tam əksinə onlara heyvanlara qarşı sevgi hissini aşılamalıdırlar.
Heyvanlara
təhlükə yaratmasan
onlarda insanlara toxunmazlar. Valideynlər uşaqları heyvanlara
müdafiə etməyi
aşılamalıdırlar ki uşaqlarda yetişkin olduqda nəinki heyvanları eləcə də köməksizlərə müdafiə
duyğusu güclənsin.
Bir çox
heyvanlar şəhərdəki
sıxlıq səbəbindən
hər şeydən qorxurlar. Onların üzərinə
gələn nəqliyyat
vasitələri, onlara
qarşı pis rəftar edən insanlar və s. Sahibsiz heyvanların ən az su
və yemək qədər sevgi və məhəbbətə
ehtiyacları var. Bu reallığı
uşaqlara erkən yaşlarından aşılamaqla,
böyüdükdə yaxşı
heyvansevər bir fərd olmalarını təmin etmək lazımdır.
"Canlı aləmin mühafizəsi" İctimai Birliyin müavini Mənsurə Rəsulzadə açıqlamasında qeyd edir: "Mütəmadi olaraq nəzarət olmadığı üçün küçə heyvanlarına qarşı daim işgəncələr olunur. Doğrudur, onlara şiddət göstərənlərə qarşı tədbirlər görülür, amma həbs cəzası yoxdur. Heyvanlara şiddət göstərən, onlara zərər verəcək nələrisə edən, öldürən insanları 500-1000 manat cərimə gözləyir. Qeyd olunan cərimələrində yerinə yetirib-yetirilmədiyi məlum deyil. Əslində heyvanlara qarşı belə amansız işgəncələr verənlərə daha ağır cəzalar tətbiq etməlidirlər ki, daima belə hallarla rastlaşmayaq. Bu işgəncələr təkcə küçə heyvanlara qarşı yox, eyni zamanda "Qırmızı kitab"a düşən canlılara da tətbiq edilir. Bu kimi halların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir".
Şəhərin müxtəlif yerlərində dolaşan sahibsiz və vəhşi itlərin keçmişdə olduğu kimi, indi də məhv edilməsi ilə bağlı tez-tez müxtəlif təkliflər səslənir. Bu təkliflə çıxış edənlər öz fikirlərini sahibsiz heyvanlar üçün sığınacaq və poliqonların yaradılması, onların vaksinasiya və sterilizasiya edilməsi, xüsusi qidalara öyrəşdirilməsi, vaxtlı-vaxtında vitaminlərin verilməsi, gigiyenik qaydalara əsasən, qulluğun olunmasının böyük və davamlı vəsait tələb etməsilə əsaslandırırlar. Sahibsiz heyvanların aqressiv olmamaları üçün ilk növbədə həyətlərdə, yol kənarlarında yemək və su qabları quraşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qismən də olsa, bunu edib. Ac heyvan insana yaxınlaşıb yemək istəyir, aqressiv heyvan isə bunu hücuma keçərək edir. Bu halların qarşısının alınması üçün heyvanlara ildə bir dəfə quduzluq və xəstəliklər əleyhinə vaksin vurulmalıdır.
Onu da qeyd edək ki, hələlik bizdə ev heyvanlarının qidalanması, gəzdirilməsi, saxlanması, satışı, daşınması, müalicəsi, evtanaziyası, çoxaldılması kimi məsələlərin də nəzərə alındığı, heyvanlara qarşı humanist rəftarla bağlı hansısa hüquqi sənəd yoxdur. Buna görə də sahibsiz vəhşi heyvanlarla mübarizə forması qanunla tənzimlənməli olduğundan hüquqi sənədin hazırlanmasına ehtiyac var.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 18 fevral.- S.16.