Nostradamusun görücülüyübu günümüz  

 

 (II-ci yazı)

Ulu öndər Heydər Əliyev epoxasının, İlham Əliyev erasının reallıqlarının XVI əsrdə yaşamış dünyanın möcüzə şəxsiyyəti Mişel Nostradamusun görücülüyündə (5 k 6 4 k 87) öz əksini tapması böyük tarixi həqiqətlərdən xəbər verir.

Senturiya 5, katren 6-da (5 k 6) Nostradamus bəyan edib:

Kahin əlini krala toxunduracaq.

Gəlib İtaliyada sülh naminə ibadət edəcək.

Bu kraldan dünyaya sülhsevər hökmdar gələcək.

Hökmranlıq əsası (skipetr) sol ələ keçəcək.

(Bax: Qəzənfər Paşayev. Nostradamusun möcüzəli aləmi. Bakı, "Təhsil", 2007, səh.362-364).

Nostradamusşünaslar görücünün bu katrendə bəyan etdiklərini açmaqda çətinlik çəkiblər. Doğru qənaətə gəliblər ki, katrendə göstərilənlər gələcəkdə baş verəcək.

Məlumdur ki, Nostradamus katrenlərini kodlaşdırıb. Tədqiqat göstərir ki, bu katrendə kod "Kahin əlini krala toxunduracaqdır" sətri ilə bağlıdır. Görəsən Papanın əlini toxundurduğu hansı dövlət başçısıdır ki, özündən sonra hakimiyyətə oğlu gələcək?

Qürur duyuram ki, 6 (altı) ay tədqiqat apararaq həqiqəti üzə çıxara bildim.

Hər şeydən əvvəl onu deyim ki, Roma papaları XX əsrin 2-ci yarısına qədər İtaliya sərhəddindən kənara çıxmamışlar. Roma papaları həmin vaxtdan sonra 130-dan çox ölkədə olmuşlar. Tədqiqatlarım göstərdi ki, Roma Papalarının ziyarət etdiyi yalnız 5 (beş) ölkədə atadan sonra hakimiyyətə oğulları gəlib. ABŞ- Corc Buşdan (ata) sonra oğlu Buş hakimiyyətə gəlməyib. Oğul Buşdan əvvəl ABŞ-nin prezidenti Klinton olub. Yerdə qalan 4 (dörd) ölkədə atadan sonra hakimiyyətə oğlunun gəlməsi II İohann Pavelin vaxtında olub. Bu, Suriya, İordaniya, Mərakeş Azərbaycanda baş verib.

Doğrudur, Hafiz Əsəddən sonra hakimiyyətə oğlu Bəşər Əsəd, İordaniyada Kral Hüseyndən sonra hakimiyyətə oğlu Adulla gəlib. Lakin Hafiz Əsəd 10 iyun 2000-ci il tarixdə vəfat edib. Roma Papası II İohann Pavel isə Suriyanı 2001-ci ilin may ayında ziyarət edib.

 

Papa II Pavelin İordaniya səfəri 2000-ci ilin mart ayında olub. Kral Hüseyn isə 1999-cu ilin fevral ayının 7-də vəfat edib. Mərakeşdə isə Roma Papası hava alanında izdiham qarşısında çıxış edərək ölkəni tərk edib. Burada onu da demək yerinə düşər ki, siyasi durum ucbatından Suriya, İordaniya, Mərakeşdə yəhudi yaşamır. Beləliklə, çəkinmədən deyə bilərik ki, 5 k 6 katrenin Ümummilli lider Heydər Əliyev İlham Əliyevlə bağlı olması şübhə doğurmur. II İohann Pavelin ata sağ ikən ziyarət etdiyi (22.05-23.2002), atadan sonra oğlunun hakimiyyətə gəldiyi ölkə Azərbaycandır.

Onu da deyək ki, Roma Papasının bir xristian ölkəsinə səfəri böyük hadisə kimi Nostradamusun diqqətini cəlb etməyə bilərdi. Lakin qədim zamanlardan ərazisində indiyə kimi yəhudilərin əmin-amanlıqla, toplu halda yaşadığı, dünyaya neçə-neçə görkəmli yəhudi musiqiçisi, alim, həkim s. töhfə etmiş Azərbaycan milliyyətcə yəhudi olan görücünün diqqətini çəkməyə bilməzdi.

Roma Papası II Pavelin müsəlman ölkəsi Azərbaycana gəlişi, Azərbaycanda katolik kilsəsinin tikilməsi üçün torpaq sahəsinin ayrılması da gənclikdən katolik dinini qəbul etmiş Nostradamusun nəzərindən yayına bilməzdi. Azərbaycanda yüksək səviyyədə qarşılanan Roma Papasının ölkəmizdən çox məmnun getməsi İtaliyaya qayıdandan sonra göndərdiyi razılıq teleqramı məktubu çox mətləblərdən söz açır.

II İohann Pavel yazmışdır: "Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər Dünya Birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir dəstəkləyirəm".

2-ci sətirdən göründüyü kimi, İtaliyaya qayıtdıqdan sonra o, Azərbaycanda sülh, əmin-amanlıq naminə ibadət edib. Roma Papasının Azərbaycana ziyarətindən sonra Vatikanın nümayəndə heyətlərinin tez-tez ölkəmizə gəlməsi, dövlətimizin başçısı İlham Əliyevin II Pavelin dəfn mərasimində iştirak etməsi təməli Heydər Əliyev tərəfindən qoyulan xoşməramlı əlaqələrə xidmət edir. Nostradamusun katrendə işlətdiyi "kral" sözü "dövlət başçısı" mənasına gəlir. 4-cü sətirdən göründüyü kimi, İlham Əliyev hakimiyyətə gəldi xalqın mənafeyinə uyğun sülhsevər siyasət yeritməyə başladı.

Ulu öndərimiz Prezidentimizlə bağlı 4 k 87 katreni deyilənlərə dayaq olur:

Çox dil bilən kral oğlu

Krallıqda öz sələfindən fərqlənəcək.

Onun gözəl atası oğlunun böyüklüyünü başa düşəcək.

(Bax: Qəzənfər Paşayev. Nostradamusun möcüzəli aləmi. Bakı, "Təhsil", 2007, s.352)

Tədqiqatçılar bu katrenin fransız kralı III Henridən bəhs etdiyini qeyd edirlər.

Göstərirlər ki, III Henri sələfi olan qardaşı IX Karldan fərqlənirdi. O, bir neçə əcnəbi  dildə danışır, ölkəni guya daha yaxşı idarə edirdi.

Katrendən göründüyü kimi, söhbət ata oğuldan gedir:

"Çox dil bilən kral oğlu krallıqda öz sələfindən fərqlənəcək. Onun gözəl atası oğlunun böyüklüyünü başa düşəcək. Əsas rəqibini kənarlaşdıracaq".

Təkcə onu demək kifayətdir ki, Ali Baş Komandan kimi İlham Əliyevin dəqiq strategiyası ilə müzəffər ordumuz Qarabağı 44 gün ərzində azad etdi. Bu, onun müdrikliyindən, Nostradamusun göstərdiyi kimi böyüklüyündən xəbər verir.

Tariximizin qızıl hərflərlə yazılan ən parlaq səhifələrindən biri İlham Əliyevin adı ilə bağlıdır. O, yeni tarix yazdı və yazır.

Ümumiyyətlə, yuxarıda göstərildiyi kimi, Heydər Əliyev epoxasının, İlham Əliyev erasının reallıqlarının Nostradamusun görücülüyündə öz əksini tapması böyük tarixi həqiqətin göstəricisidir.

 

Qəzənfər PAŞAYEV

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

525-ci qəzet.- 2023.- 18 fevral.- S.11.