Qərbi azərbaycanlıların deportasiyası: assimilyasiyaizolyasiya kontekstində

 

44 günlük Vətən Müharibəsindən sonra, Şərqi Zəngəzur iqtisadi regionun yaradılması ilə Qərbi Azərbaycan məsələsi daha çox gündəmə gəlməyə başladı. Azərbaycanın polietnik, Ermənistanın isə monoetnik dövlət olması, multikulturalizm aspektindən bu mövzunu daha dəyərli hala gətirir.

Müasir elmi ədəbiyyatda cəmiyyətdə müxtəliflik birliyin izahında, o cümlədən, multikultural situasiyanın tənzimləməsində assimilyasiya izolyasiya məfhumları aktuallıq kəsb edir. Məhz multikulturalizm siyasət modeli kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini mədəni müxtəlifliklərin qorunması durur. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdılar: assimilyasiya izolyasiya. Assimilyasiya siyasəti milli azlıqların etnik-mədəni dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli azlıqların etnik-mədəni dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir. Azərbaycan dilində assimilyasiya ərimə əritmə, izolyasiya isə təcrid etmə anlayışları olaraq bilinir.    

Qərbi Azərbaycan indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlılarının sıx şəkildə yaşadıqları coğrafi məkandır. XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmayıb.

Son iki əsr ərzində Qərbi Azərbaycan adlanan Azərbaycanın tarixi torpaqlarında ermənilər soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə siyasəti aparıb. Məhz bu ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi, azərbaycanlıların ermənilər tərəfindən assimilyasiya izolyasiyaya məruz qalması tarixi reallıqdır.

Azərbaycan multikulturalizm tolerantlıq strategiyasını dövlət siyasəti olaraq həyata keçirir. Belə ki, ölkə daxilində yaşayan etnik qruplar dini icmalar bu siyasəti o cümlədən, azərbaycançılıq məfkurəsini əsas alaraq öz inkişaf dinamikalarını təmin edirlər. Dövlət bütün imkanlarından istifadə edərək milli dini icmaların mədəniyyət adət-ənənələrinin qorunmasını, inkişaf etdirilməsini öz öhdəliyi hesab edir. Prezident İlham Əliyevin bu fikirləri tam mənada qeyd olunan dövlət siyasətinin əsas arqumentlərini təşkil edir: "Hər bir cəmiyyətin gücü onun dini milli müxtəlifliyindədir... Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur".

Təsadüfi deyil ki, Ermənistanda azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə baş vermişdi. Bu proses 1905-06, 1918-21, 1948-53 1988-91-ci illərdə xüsusilə şiddətli amansız olub. Zəngəzur daxil olmaqla azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələr Ermənistana verilmiş yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atılmışdı.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, eyni zamanda, multikulturalizm aspektindən mühüm nəticələrə gətirib çıxaracaq. Belə ki, ermənilər, Azərbaycanda yaşayan digər dini milli icmalar kimi bərabərhüquqluluq prinsipinə müvafiq olaraq yaşamalarını, buna müqabil azərbaycanlıların Ermənistan ərazisindəki Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin edəcək. Məhz bu yaxın günlərdə cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması orda söylədiyi fikirlər qeyd etdiyimiz məqamların əsasını təşkil edir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Tarixi məlumatlara istinadən deyə bilərik ki, bolşevik işğalından öncə Çar Rusiyası zamanında İrəvan xanlığı ərazisində müsəlmanlar-azərbaycanlılar əksəriyyəti təşkil edirdi. Hətta daha əvəllər, Gülüstan Türkmənçay sülh müqavilələrinə müvafiq olaraq ermənilərin bu qədim Azərbaycan torpaqlarına köçürülməsi bilinməkdədir. Bu mənada Rusiyanın 1920-ci il işğalına qədər İrəvan ərazisində müsəlman kimliyi əsas alınırdı. Ümmət anlayışının bir nəticəsi olaraq ermənilərlə toqquşmalarda deportasiyada müsəlman kimliyi önə çıxırdı. Məhz tarix kitablarında bu çərçivədə cərəyan edən hadisələr erməni-müsəlman davası olaraq bilinir. Bunlara dəlil olaraq, 1905 1918-ci illər hadisələrinin erməni-müsəlman davası adlandırılmasını göstərmək olar.

Müsəlman kimliyi altında bir çox etnoslar qədimdən bu torpaqlarda yaşayırdılar. Qədim İrəvan ərazisində multikultural mühit mövcud idi. Məhz bolşevik işğalına qədər aparılan deportasiya, assimilyasiya izolyasiya siyasəti ümumən müsəlman kimliyinə yönəlmişdi. Əlbəttə ki, burada ən çox zərər çəkən isə azərbaycan türkləri idi. Ümumiyyətlə, dövrün qlobal siyasi durumu da bu yöndə idi. Alt qatlarda dini kimlik milli kimliyi üstələyir, aparılan mübarizə müharibələr bu istiqamətdə irəliləyirdi. Ermənilərə dəstək verən böyük dövlətlər onların müsəlmanlara qarşı zor tətbiq edərək deportasiya siyasəti aparmalarına kömək edirdi. Bu tendensiya çar Rusiyası süqut etdikdən sonra bolşeviklər vasitəsilə davam etdi. Beləliklə, mahiyyət dəyişmədi, əksinə daha geniş vüsət aldı. Hazırda Ermənistan-İran Fransa üçlüyünün Zəngəzur koridoruna qarşı çıxmaları bu tarixi düşüncələri səbəbindəndir. Bu üçlük müsəlman-azərbaycanlı varlığına bu torpaqlarda nifrət bəslədikləri üçün tarixdə olduğu kimi, müasir dövrdə özlərinin assimilyasiya izolyasiya siyasətlərini tətbiq etmək istəyirlər. Bu baxımdan tarixdən ibrət alınmadığı zaman, təkrar hadisələr baş verir.

Azərbaycan tərəfi 44 günlük Vətən Müharibəsindən sonra beynəlxalq hüquq normalar çərçivəsində bu kimi məsələlərin həll olunması üçün beş prinsipə əsaslanan təkliflərini təqdim edib. Qarabağda ermənilərin digər dinimilli icmalar kimi birgəyaşayış dəyərlərinə mənsub olaraq mövcudiyyətləri Azərbaycanın multikultural dövlət siyasətinin tərkib hissəsidir. Yaxın zamanda təqdim olunan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da bu kontekstdə əhəmiyyət qazanır. Qayıdış konsepsiyasının məzmun və mahiyyətinə diqqət etdikdə görmək mümkündür ki, orada ermənilərin azərbaycanlılara qarşı deporasiya, assimilyasiyaizolyasiya siyasətləri tarixi arqumentlərə əsaslanaraq açıq şəkildə verilib.

Ümumiyyətlə, Cənubi Qafqazda sülhünmultikultural mühitin stabil olması üçün qərbi azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaları təmin olunmalıdır. Bu, hər iki tərəf üçün multikultural inteqrasiya prosesini ehtiva edir. Ermənistan tərəfinin bu tarixi reallığı fürsəti qaçırması özləri üçün çox böyük uğursuzluqlara aparıb çıxaracaq.

 

Anar OSMANLI

İqtisad üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2023.- 21 fevral.- S.7.