Xocalı soyqırımının dəhşətləri
şahidlərin ifadələrində
Azərbaycan tarixinin ən ağrılı, ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümü
ərəfəsindəyik.
Ermənilərin törətdiyi
bu qətliam təkcə bir xalqa qarşı deyil, bəşəriyyətə,
insanlığa yönəlmiş
amansız cinayət idi. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə ermənilər
Rusiyanın 366-cı alayının
köməyi ilə Xocalını istila etdilər, bu qanlı faciədə yüzlərlə azərbaycanlı
kütləvi şəkildə
qətlə yetirildi və ya əsir
götürüldü, şəhər
isə yerlə-yeksan edildi.
Həmin
qanlı gecədə
106 qadın, 63 uşaq
və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü,
150 nəfərin taleyi
isə bugünədək
naməlum qalıb. Faciə zamanı 487 nəfər Xocalı sakini ağır bədən zədələri
alaraq, sağlamlığını
itirdi, onların arasında olan 76 uşağın isə hələ bir yaşı belə tamam olmamışdı. 6 ailə tamamilə
məhv edildi, 26 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan
56 nəfəri xüsusi
qəddarlıqla - diri-diri
yandırılaraq, başının
dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq,
hamilə qadınların
isə qarın boşluğuna süngü
ilə vuraraq öldürüldü.
Qeyd edək ki, Ulu
öndər Heydər
Əliyevin təşəbbüsü
ilə 1994-cü il fevralın 24-də
Milli Məclis "Xocalı Soyqırımı
Günü haqqında"
qərar qəbul edib. Qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları
tərəfindən törədilmiş,
Azərbaycan xalqının
milli faciələrindən
və bəşər
tarixinin qanlı səhifələrindən biri
olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı
Günü kimi qeyd olunur. Heydər
Əliyevin "Xocalı
soyqırımı qurbanlarının
xatirəsinə sükut
dəqiqəsi elan edilməsi haqqında"
1997-ci il fevralın 25-də imzaladığı
sərəncamla hər
il fevral ayının 26-sı saat
17:00-da ölkəmizdə Xocalı
soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Ermənistanın törətdiyi bu amansız cinayətin bütün detalları Xocalı soyqırımı
şahidlərinin ifadələrində
yer alıb.
"Girovların qızıl dişlərini ucu əyilmiş yüzlük
mismarla dartıb çıxarırdılar"
28 fevral 1992-ci il
tarixində girov götürülüb, 12 aprel
1992-ci ildə azad edilən Qədim Abbasov: "25 fevral 1992-ci il tarixdə Xocalı şəhəri
Ermənistan Hərbi Qüvvələri tərəfindən
işğal edilən
vaxt bütün sakinlər kimi mən də şəhəri tərk etməyə məcbur qaldım. Əsgəran rayonunun Dərələr
kəndinin yaxınlığında
yerləşən meşəyə
doğru hərəkət
edən bir dəstə sakinə qoşularaq gecəni meşədə qaldıqdan
sonra növbəti gün, fevral ayının 27-dən 28-nə keçən
gecə Ağdam istiqamətində getməyi
qərara aldıq.
Ancaq bir az getdikdən
sonra qəfildən Ermənistan ordusunun hərbçiləri tərəfindən
mühasirəyə alındıq.
Mühasirə zamanı ermənilərin
atdığı güllə
Vəliyev Şahmarın
bacısının ağzından
dəyib beyin hissəsindən çıxdı
və o, vəfat etdi. Qonşumuz Aslan kişinin
oğlu Oruc və digər sakin Mehti də
qətlə yetirildilər.
Girov götürüldükləri zaman
dəstədə təxminən
120 nəfər var idi. Girovları oradan Dəhraz
kəndinə gətirib
tövləyə saldılar.
Növbəti gün səhər
tezdən erməni hərbçi, polkovnik Qariginyan Razmik Ralaisoviç saxlanma yerinə gələrək,
"Əvvəl qardaş
idik, indi düşmənik. Mən
heç nə edə bilmərəm",
- dedi".
Q. Abbasov deyib ki,
Qariginyanı 1969-cu ildən
tanıyıb: "O, Xankəndidə
dövlət yol milisinin rəisi işləyirdi və azərbaycanlıların evində
çoxlu çörək
kəsmiş, qonaq olmuşdu. İndi isə üzü
dönmüşdü. Saxlanıldığımız tövlədə xeyli sayda girov
var idi. Cavanları nə qədər çox döyürdülərsə,
yaşlılara və
qadınlara da bir o qədər zülm edirdilər. Uşaqlar acından və qorxudan qışqırıb
ağlayırdılar. Ermənistan hərbçiləri girovların
arasında olan 13 nəfər yeniyetmə və gənc oğlanı seçib zorla doğmalarından ayıraraq naməlum istiqamətdə apardılar.
Həmin
şəxslər barədə
bu vaxta qədər heç bir məlumat verilmir. Onları tövlədən çıxararkən aralarında
olan Usubəlinin balaca qızı qaçaraq atasının
boynuna sarıldı.
Ermənistan hərbçiləri isə zorla və vəhşicəsinə
uşağı onun boynundan ayırıb yerə atıb, Usubəlini apardılar.
Onları aparandan sonra
güllə səsləri
eşitdik, eyni zamanda, "UAZ" markalı
maşının kənd
istiqamətində hərəkətə
başladığını da gördük".
Elə həmin gün Q.Abbasovu 18 nəfər kişi ilə
birlikdə digər girovlardan ayıraraq, Xankəndi şəhərindəki
təcridxanaya aparıblar.
Orada bir kamerada 9 nəfər saxlanılırdı.
Əsir-girovlara qarşı qeyri-insani
rəftar isə davam edirdi. Sol çiynindən və hər iki ayağından yaralı olan İlqarın qızıl
dişlərini mismarla
çıxardılar. Yaralı olmasına baxmayaraq, onu dəyənək, təpik, əllərinə
keçən nə varsa onunla döydülər.
Girovlara hətta bir içim su da vermədilər. İlqar mart ayının 16-da ac-susuz, taqətsizlikdən və döyülməkdən öldü.
Ermənilər Nəbiyev Niftalı
İbad oğlu, Ağayev Səttar Muxtar oğlu, Aslanov Qəyyum Bəhram oğlu və Əlinin qızıl dişlərini
ucu əyilmiş yüzlük mismarla dartıb çıxarmışlar.
Q.Abbasovun və Hacıyev
Qənahət Məmmədəli
oğlunun əl-qollarını
bağlayıb, dəfələrlə
yuxarı qaldırıb
yerə çırpıblar.
"Ayaqlarımı o qədər təpikləmişdilər
ki, keyləşmiş
və hissiyyatını
itirmişdi. Qədimin sinəsini təpikləyərək
döş qəfəsini
və qabırğalarını
qırmışdılar. Novruz bayramı günlərində,
martın 21-22-də girovları
o qədər döymüş
və işgəncə
vermişdilər ki, üç gün yerlərindən qalxa bilmədilər. Bizi ağacla,
bel sapı ilə, avtomat qundağı ilə döymüşdülər. İş gəncələr Xankəndi
milisinin əməkdaşı
Roma adlı erməninin
rəhbərliyi ilə
verilirdi. 1992-ci il mart ayının 26-da
BQXK girovları qeydiyyata
aldı, 1992-ci il aprelin 12-də 11 nəfər
girovla birlikdə Ağdam rayonu ilə Əsgəran rayonu arasındakı məntəqədə azad
edildik".
"Girovların başını
kəsib, meyitini bizə daşıtdıraraq
quyuya atdırırdılar"
Yunus Ağayarov 26 fevral 1992-ci ildə girov götürülüb, 30 mart 1992-ci ildə azad edilib. İfadəsində bildirib: "Həmin gün mən, həyat yoldaşım Kübra və ruhi xəstə olan qızım Züleyxa ilə evdə idik. Bu zaman oğlum İsaq evə gələrək "Niyə oturmusunuz? Ermənilər şəhərə dolublar", - dedi. Bu xəbəri eşidən kimi evdən çıxaraq çaylağa (suyu qurumuş çay yatağı) tərəf gedib, oraya yığışmış şəhər sakinlərinə qoşulduq. Bu vaxt ailə üzvlərimin yanımda olmadığını gördüm, geriyə baxarkən oğlumun anasını gətirdiyini gördüm. İsaq nə qədər israr etsə də, bacısı Züleyxa gəlməyib və onu gətirmək üçün təkrar evə qayıtdı".
Ancaq İsaq
evə qayıdarkən Ermənistan hərbçilərinin
bacısı Züleyxanı həyətə
çıxarıb tut ağacının
altında üstünə benzin tökərək
yandırdıqlarını görüb. Bu barədə atasına bir
söz deməyib, nə qədər yalvarsa da,
bacısının gəlməkdən imtina
etdiyini bildirib. Bir qədər çaylaqda
qaldıqdan sonra camaat
oradan çıxıb təzə tikilmiş "fin" evlərinə
yığışıb. Səhər açılanda yenidən
atışma düşüb, hərə
bir tərəfə qaçıb. Bu vaxt Y.Ağayarov
oğlu ilə həyat
yoldaşını itirib:
"Yanındakı oğlanı ayağından vurmuşdular. Yaralı oğlan
onu qoyub
qaçmasınlar deyə qışqırırmış. Mən
onun yanına qayıtdım, elə bu vaxt Ermənistan hərbçiləri
bizi girov
götürdülər. Meşəyə qaçan
zaman ermənilər bizi
tutub, pulları, zinət əşyalarını,
sənədlərimizi aldılar. Əsgəran rayon Milis İdarəsinə
apararaq zirzəmiyə saldılar". Y.Ağayarovu Əsgərana aparıblar.
Əsgəran milisində qonşu Noraguh kəndində yaşayan,
milliyyətcə erməni Bahaduru görüb. Bahadur onun üçün öz evindən çörək və paltar gətirərkən, oğlu
paltarları ondan alıb və
"Görsələr, səni də, onu
da öldürəcəklər.
Çıx get evə, axşam
mən özüm ona
verərəm", - deyib. Bahadurun
adını unutduğu nəzarətçinin
oğlu gecə Y.Ağayarova
kartof, paltar və
isinmək üçün otla dolu küp
verib. Bahadurun oğlu səhər tezdən ermənilərin
girovlara soyuqdəymə adı ilə
vuracaqları iynədən imtina etməyi
ona tapşırıb. O, həmin dərmanın
sonradan zəhərləyib öldürəcəyini
də bildirib. Bu söhbətdən az vaxt keçdikdən sonra kameraya daxil olmuş 2 həkim
İbrahimə (Xocalının Qaçqınkənd kənd sakini, girovluqdan azad olunduqdan 6 ay sonra ölüb),
Hüseyn Nəriman oğluna
və Osmanov Cüməli Bahadur
oğluna iynə vurublar.
Orada girovlara iynə vuran ermənilərdən birinin
əvvəllər Sumqayıt şəhərində
yaşadığını eşidiblər. Nəfəslikdən
baxan bir erməni Hüseyn Nəriman oğlunu
tanıdığını bildirərək içəri girib, yumruqla vurub ağzını partladıb, aldığı
zərbədən onu qan
aparıb. Sonra isə ermənilər bütün girovları kameradan
bayıra çıxarıb, Əsgəran milis
rəisinin göstərişi ilə 25-26 yaşlarında olan ucaboylu, dolubədənli
erməni əsgər Hüseyn Nəriman oğlunun başını xəncərlə
kəsib. Hüseynin kəsilmiş
başını və bədənini isə girovlara
daşıtdıraraq quyuya
atdırıblar. Hüseynin qanına
bulaşmış paltarlarını isə ermənilər Yunusa və İbrahimə yudurdublar.
Bu hadisədən sonra
əvvəllər Sumqayıtda yaşamış nəzarətçi
Y.Ağayarovu, İbrahimi
və Xankəndində yaşamış, sonradan
Xocalıya köçmüş
adını bilmədiyi bir nəfəri milis rəisinin otağına aparıbdır. Otaqda təqribən 20 yaşlı girov bir qız və 15-16
yaşlı bir oğlan
da var idi.
Qız çılpaq vəziyyətdə çarpayıda
uzanmış, oğlan isə geyimdə onun yanında əyləşmişdi.
Qızı girovlara göstərən erməni
nəzarətçi "Ara, deyirdiniz ki, biz namusluyuq, qeyrətliyik",
- deyərək qızı zorladığını bildirib. Bunu eşidən
Xankəndidən Xocalıya köçmüş
girov "Biz namuslu gəlmişik, namuslu
da öləcəyik, onu
apar posta və
barmağınla toxun, səni dişləri
ilə didər", - cavabını verib.
Girovun bu cavabından sonra milis rəisinin
göstərişi ilə ermənilər onu
stolun ayağı və rezin
dəyənəklə döyərək yerə yıxıb
və xəncərlə başını kəsiblər. Onun da meyitini
girovlara daşıtdırıb quyuya atdırıblar. Dəhlizə tökülmüş qanı isə Y.Ağayarova və İbrahimə yudurtdurublar. Əsgəran Milis
İdarəsində saxlanarkən girovlara əvvəlki
2 gündə azacıq çörək və su versələr də, sonradan
heç nə verməyiblər. Hamı kimi, Y.Ağayarovu da soyuqda üst
paltarsız, ac-susuz saxlayıblar. Bir tikə çörək verəndə də
üstünə tüpürüb
verirmişlər. Girovları hər gün
taxta parçaları və rezin dəyənəklərlə
döyürdülər. Həmkəndlisi Allahverdiyev
Mirzənin qızıl dişlərini çəngəllə
çıxarıb, qalan dişlərini
isə yumruqla vurub
sındırıblar. Yunus Ağayarov
30 mart 1992-ci il tarixində
girovluqdan azad edilib.
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2023.- 21 fevral.- S.5.