"Lənkəran qızlarının rəqsi"
"Bir rəsmin dedikləri" rublikasının budəfəki qonağı sənətşünas Cəmilə Məmmədovadır.
Onunla Xalq rəssamı Maral Rəhmanzadənin "Lənkəran
qızlarının rəqsi"
əsərindən danışmışıq.
Professional
rəssamlıq təhsili
almış ilk azərbaycanlı
qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M.F.Axundov
adına Azərbaycan
SSR Dövlət mükafatı
laureatı Maral Rəhmanzadə 1916-cı il
iyulun 23-də Bakının
Mərdəkan qəsəbəsində
dünyaya gəlib. Babası şüşəçi,
atası zərgər,
nənəsi xalçaçı
olan M.Rəhmanzadə
1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda
(indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbi) oxuyub,
1934-1940-cı illərdə təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda
davam etdirib. Azərbaycan qadınlarına həsr etdiyi "Azərbaycan qadını keçmişdə
və bu gün" adlı diplom işini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun
rektoru, tanınmış
rəssam və sənətşünas İqor
Qrabarın yüksək
dəyərləndirib.
- Cəmilə xanım, əsərin yaranma tarixçəsi haqqında nə deyə bilərik?
- "Lənkəran qızlarının rəqsi" əsəri "Azərbaycan
qadınları" silsiləsinə
daxil olan əsərlərdən biridir.
Bu əsər ilk qadın
rəssamımız, professional rəssamlıq
təhsili görmüş
ilk azərbaycanlı qadın,
qrafika ustası, milli qadın obrazının kamil yaradıcısı
Maral Rəhmanzadə tərəfindən
1970-ci ildə yaradılıb.
Burada rəssam Azərbaycanın
adət-ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən
bəhs edir. Əsərdə rəqs edən
qızların incəliyi
və zərifliyi canlanır.
Tabloda rəqs edən üç qız təsvir olunub. Qızlar əllərini yuxarı qaldıraraq rəqs edirlər. Onların
geyim eskizləri Maral Rəhmanzadənin möhtəşəm fırça ustası olduğunu sübut edir.
- Rəssamın yaradıcılığına
xas xüsusiyyətlər
bu əsərdə özünü necə göstərirdi?
- Maral Rəhmanzadə əsərində sənətimizin
zəngin adət-ənənələrini
özündə birləşdirmişdi.
Dinamika, mimika və jestlər, naxışların
ritmik təkrarlanması
əsərə canlılıq
gətirir. Azərbaycan
qadınına xas gözəlliyin, zərifliyin
və zəngin mənəvi aləmin rənglərin
əlvan diliylə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən
idi.
- Əsərin rəng
koloriti necədir?
- Əsərin rəg
koloriti həllində
axromatik rənglərdən istifadə olunub. Rənglərin uğurlu seçimi
nəticəsində əsər
tamaşaçını yormur.
Sanki rənglər də qızların zərifliyi ilə səsləşir.
- Əsərdə daha
çox qara rəng görünür.
- Qara geyimlərin
üzərində müxtəlif
naxışların göstərilməsində
isə ağ rəngin rolu çoxdur.
- Sizcə, bu əsər bizə nə deyir?
- Rəsmdə rəqs edən qızlar təsvir edilir, Lənkəran rayonuna aid geyim eskizləri göstərilir. Geyimlərin də üzərində
müxtəlif naxışlar
var ki, onlar
Azərbaycanda adət-ənənələrin
qorunub saxlanılmasının
göstəricisidir. Ümumiyyətlə, Azərbaycan qadınları Maral Rəhmanzadənin əsərlərində
çinar qamətli, məğrur, azad, əzəmətli qadınlar
kimi təsvir olunub. Rəssamın
yaradıcılığının erkən dövründə çəkdiyi
dəzgah rəsmləri
silsiləsindən olan
"Azərbaycan qadını
keçmişdə və
bu gün", "Qadınlar müharibə illərində" və
başqa əsərlərində
qoçaq, ağıllı,
gözəl, mərd Azərbaycan qadınlarının
həyatı, məişəti,
qəhrəmanlığı öz əksini tapıb.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 22 fevral.- S.16.