İncəsənətimizin ağır itkisi

 

SİZİ DÜNYALAR QƏDƏR SEVİRDİK, RAMİZ NOVRUZ!

 

 

Az qala, hər həftə bir ulduz sönür Azərbaycan incəsənətinin səmasında, az qala, hər həftə bir qocaman çinar devrilir qədimdən qədim mədəniyyətimizdə. Bizsə, itirdiklərimizin hüznüylə bir az daha təlaşlanırıq incəsənətimizin gələcəyilə bağlı. Axı Həsən Turabovlar, Həsən Məmmədovlar, Nəsibə Zeynalovalar, Səyavuş Aslanlar, Fuad Poladovlar, Ramiz Novruzlar heç asan yetişmir...

Milyonların içindən seçilən gur səsi, xarizmatik duruşu, özünəməxsus ifası sənətinə olan sonsuz hörməti, ehtiramıyla yaddaşlarda kök salan, dünənə qədər səhnəmizdəki varlığıyla itirdiyimiz qocaman çinarlardan sonra axırıncı təsəllilərimizdən biri olan Xalq artisti Ramiz Novruz da bu cərgədəki yerini aldı. yazıq ki, amansız əcəl onu da alıb apardı səhnəmizdən...

lll

Azərbaycanın teatr kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Beynəlxalq Teatr festivallarının mükafatçısı Ramiz Novruz fevralın 21-də, müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.

Ramiz Novruzov (Ramiz Novruz) 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən teatrda hazırlanan tamaşalarda ona irihəcmli mürəkkəb xarakterli rollar tapşırılıb. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

R.Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov başqa rollara çəkilib. H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni Kleopatra" (Antonio), O.Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) əsərlərinin tamalarında maraqlı rollar oynayıb.

Ramiz Novruz həm bir neçə pyes yazıb bunlardan ikisi tamaşaya qoyulub.

lll

Hər zaman kimsəyə qarışmayan, yalnız öz sənəti, rolları ilə məşğul olan, sənətindən başqa heç bir qayğısını dilə gətirməyən bir insan, bir aktyor idi Ramiz Novruz. Bu gün bir şeyə sevinirəm ki, zamanında onunla uzun-uzun söhbət etmək imkanı əldə etmişəm. Müsahibə üçün deyil, qeyri-rəsmi şəkildə keçən bu görüşümüzdə məni həm onun yaradıcılığı, həyatı, həm ümumən Azərbaycan teatr, kino aləmi haqqında düşündürən suallarımı ünvanlayıb, səmimi, bəzək-düzəksiz cavablar almışam. Onda anladım ki, Ramiz Novruzu ad, mükafat, titul maraqlandırır. Onu maraqlandıran əsas cəhət keyfiyyətli obrazlar canlandırmaq, öz sənətiylə mədəniyyətimizə layiqincə xidmət etmək tamaşaçısının yaddaşında əbədi qalmaq idi. O bilirdi ki, insan sevdiyi, könül verdiyi, təəssübünü çəkdiyi sənətinə vicdanla xidmət edərsə, onda mütləq qarşılığını da alacaq.

Belə olmuşdu. Həm teatr səhnəsində, həm televiziya ekranlarında neçə-neçə bir-birindən maraqlı obrazların yaradıcısı, unudulmaz rolların ifaçısı, Xalq artisti Ramiz Novruz özü dediyi kimi sevdiyi işi görə-görə hər şeyə nail oldu. Qazandığı ən böyük, ən ülvi mükafat isə bu gün onun yoxluğuna dərindən sarsılan, rollarını əzbərdən deyib yad edən onunla vida mərasiminə tələsən tamaşaçılarının sevgisidir. bu gün dünyanı saran bu qulaqbatırıcı xaosun, dörd tərəfimizi çuğlayan qeyri-müəyyənliyin içərisində parlayan tək həqiqət isə odur ki, xalqın öz sənətkarına qarşı sevgisi heç bir zaman solmur, tükənmir, bitmir. Daha bir sənət fədaisini itirməyin ağrısı ilə açdığımız bu səhərdə tək təsəllimiz isə odur ki, Ramiz Novruz Azərbaycan xalqı durduqca öz rolları, obrazları ilə yaddaşlarda dipdiri qalacaq əsl sənətkar ömrü yaşadı.

Nur içində uyuyun, sənətkar! Sizi dünyalar qədər sevirdik!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 22 fevral.- S.9.