Münhen Təhlükəsizlik Konfransının nəticələri  

 

 

Münhen Təhlükəsizlik Konfransı (Münchner Sicherheitskonferenz) siyasət biznes təmsilçilərinin, təhlükəsizlik ekspertlərinin diplomatik protokol tələblərin olmadığı bir şəraitdə müzakirələr aparmaq üçün illik beynəlxalq tədbiri kimi yaradılsa da, soyuq müharibənin başa çatmasından sonra beynəlxalq münasibətlər sisteminin formalaşmasına təsir edən qlobal foruma çevrilib.

Sovet İttifaqının dağılmasından 16 il sonra Moskvanın xarici siyasətində dəyişikliyin baş verməsi ilk dəfə 2007-ci ildə məhz Münhen Təhlükəsizlik Konfransının kürsüsündən Rusiya prezidenti Vladimir Putin tərəfindən bəyan edilmişdi. Beynəlxalq münasibətlər, xüsusilə postsovet məkanında proseslər son 16 ildə məhz həmin çıxışın təsiri ilə formalaşıb. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı hərbi müdaxiləsi, 2014-cü ildə Ukraynaya qarşı hibrid müharibəsi, Krımın ilhaqı ən nəhayət, Ukraynaya qarşı ötən ilin fevralın 24-də başlayan genişmiqyaslı müharibə 2007-ci ildə elan edilən siyasətin nəticəsi idi.

Yeni dünya düzəninin rəsmiləşməsi

Fevralın 17-dən 19-dək tarixdə keçirilən 59-cu Münhen Təhlükəsizlik Konfransı 2007-ci ildən sonra yaranmış beynəlxalq münasibətlər sisteminin başa çatdığını, yeni dünya düzənin formalaşdığını nümayiş etdirdi. Bu qənaəti yaradan bir neçə məqamı qeyd etmək yerinə düşər. Konfransa Rusiyanın rəsmi dairələrinin təmsilçiləri dəvət edilməmişdi. Əvəzində isə tədbirə Rusiyanın hərbsizləşdirilməsini dekolonizasiyasını dəstəkləyən müxalifətçilər, şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov Putinin şəxsi əleyhdarı kimi tanınan Mixail Xodorkovski dəvət almışdılar. Konfransdan bir neçə gün öncə H.Kasparov M.Xodorkovskinin birgə imzası ilə yayılan "Putinin ölümündən qorxmayın!" başlıqlı məqalədə müəlliflər Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarını son qarşına kimi boşaltmalı olduğu, müharibə nəticəsində Ukraynaya dəyən zərəri qarşılamaq üçün Moskvanın ədalətli təzminat ödəməsi məsələsi öz əksini tapmışdı. Proqram xarakterli məqalədə Rusiyanın gələcəyi ilə bağlı önəmli mesajlar da var. Məqalə müəllifləri bəyan edirlər ki, onların əsas ideyası ondan ibarətdir ki, Rusiya məhdud səlahiyyətlərə malik mərkəzi daha güclü regional hökumətlərə malik parlamentli respublikaya federal dövlətə çevrilməlidir. "Rusiyanın demilitarizasiyası (hərbsizləşdirilməsi), silahlı qüvvələrinin sayı onların saxlanma xərcləri azaldılmalı, Federal Təhlükəsizlik Xidməti Ekstremizmlə Mübarizə Mərkəzi, eləcə Putinin hakimiyyəti dövründə qəbul edilmiş bütün repressiv qanunlar ləğv edilməli, Putin rejiminin cinayətlərinə görə məsuliyyət daşıyanların lüstrasiyası həyata keçirilməlidir". Bu fikirlərin müəlliflərinin konfransa dəvət edilməsi Rusiyanın hərbsizləşdirilməsi dekolonizasiyası ideyasının ligitimləşdirilməsi deməkdir.

 

Çox maraqlıdır ki, Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnı da Krım da daxil olmaqla işğal edilmiş Ukrayna torpaqlarının son qarışına kimi azad edilməsini, Kiyevə təzminat ödənilməsini Rusiyanın Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərin araşdırılması təklifini müdafiə edib. Müxalifət liderinin yaydığı 15 bənddən ibarət mətndə Rusiyanın Avropanın bir parçasına çevrilməli olduğu da öz əksini tapıb.

Yeni dünya düzəninin rəsmiləşməsinin əsas göstəricilərindən biri 59-cu Münhen Təhlükəsizlik Konfransının açılış nitqinin Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən edilməsidir. Bu məqam Ukraynanın beynəlxalq münasibətlər sistemindəki yerini mövqeyini nümayiş etdirir. Aydın görünür ki, Ukrayna rəsmən NATO Avropa İttifaqının üzvü olmasa da, Avro-Atlantik təhlükəsizlik sisteminin bir hissəsinə çevrilib. Münhen Təhlükəsizlik Konfransının 59-cu toplantısı aydın göstərdi ki, Ukrayna artıq beynəlxalq münasibətləri müəyyən edən tərəflərdən biridir. Buna görə Ukrayna prezidentinin Əhdi-Ətiqdəki gənc döyüşçü Davudun nəhəng Qoliatı öldürüb xalqını məhv olmaqdan xilas etməsindən bəhs edərək Qərb dünyasının liderlərinə ünvanlanmış, "Biz birləşmiş Davudlarık, dünyaya səpələnmiş Putinləri məğlub edəcəyik" fikri söz birləşməsindən daha çox hökm xarakteri daşıyırdı. Volodimir Zelenskinin çıxışı konfransın istiqamətini müəyyən etməklə bərabər, həm yeni dünya düzəninin rəsmiləşdirilməsi prosesinə start vermiş oldu. Yeni dünya düzənin cizgiləri ABŞ-ın vitse-prezidenti Kamala Harisın çıxışında da öz əksini tapmışdı. Rusiyanın Ukraynada mülki əhaliyə qarşı "geniş sistemli" hücumlar həyata keçirməklə insanlıq əleyhinə cinayət törətdiyini rəsmən təsdiqlədyini bəyan edən xanım Kamala Haris  bu cinayətləri törədənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb. İlk dəfədir ki, ABŞ rəsmi şəkildə Rusiyanı insanlıq əleyhinə cinayət törətməkdə ittiham edir ki, bu da Rusiyanın siyasi hərbi rəhbərliyinin beynəlxalq münasibətlər sistemindən kənarlaşdırılması anlamına gəlir.

Rusiyaya loyal münasibətlərinə Putinlə mütəmadi təmaslarına görə tənqid edilən Fransa prezidenti Emmanuel Makronun "İndi dialoq zamanı deyil" bəyanatı müttəfiqlərini Ukraynaya dəstəyi artırmağa çağırması da konfransın Volodimir Zelenskinin çıxışının təsiri altında keçdiyini göstərir. ABŞ Fransa ilə yanaşı Almaniya Böyük Britaniyanın liderlərinin çıxışlarında çox açıq mətnlə bu fikir ifadə olunurdu ki, Putin bu müharibədə qalib gəlməməlidir. İnsanlıq əleyhinə cinayət törədənlərin mühakimə olunmasının vacibliyi siyasətçilərlə yanaşı Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Əhməd Xan, Nobel Sülh Mükafatı laureatları Nadia Murad Leima Qbovi tərəfindən vurğulanıb.

Yeni dünya düzəninin rəsmiləşməsinin digər bir göstəricisi isə ABŞ dövlət katibi Entoni Blinkenin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İni Rusiyaya dəstək göstərməsinin nəticələri ilə bağlı hədələridir. Entoni Blinken bəyan edib ki, Çin Rusiyaya Ukraynaya qarşı müharibə hərbi yardım göstərsə ya sanksiyalardan sistemli şəkildə yan keçməsinə kömək etsə, bunun ağır nəticələri olacaq.

Rusiyasız Cənubi Qafqaz

Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclas da yeni düzənin rəsmiləşdirilməsinin bariz nümunəsi idi. Sovet İttifaqının dağılmasından ötən 32 il ərzində ilk dəfə idi ki, Cənubi Qafqazın üç ölkəsinin liderləri bir araya gəlmişdilər. Bu, həqiqətən tarixi bir görüş idi. Bu görüşü tarixi hadisə edən Cənubi Qafqazın üç ölkəsinin liderinin bir araya gəlməsi ilə yanaşı, bu coğrafiyanın problemlərinin Rusiyasız müzakirə olunması idi. Son zamanlara kimi Cənubi Qafqazdakı problemlərin həllinin müzakirəsi Rusiyasız təsəvvür edilmirdi. İndi isə Cənubi Qafqazın problemlərinin müzakirə olunduğu masada Rusiyaya yer yoxdur. Bu o deməkdir ki, Qərb Şərqi Avropa ilə yanaşı Cənubi Qafqazı da artıq Rusiyanın təsir dairəsi kimi tanımır. Əksinə, bu coğrafiyanın da Avro-Atlantik məkana intiqrasiyası gündəmə gəlməkdədir.

Münhen Təhlükəsizlik Konfransına, yəni dünya düzənin formalaşmasına təsir imkanlarını itirən Rusiya isə yenidən nüvə təhdidinə əl atıb. Rusiya nüvə təlimlərinə başlayıb Strateji Nüvə Qüvvələrini ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. İlk dəfədir ki, Rusiya Silahlı Qüvvələri dəniz quru ballistik raketlərinin, eləcə havadan buraxılan qanadlı raketlərin işə salınması üçün strateji nüvə qüvvələrinin komponentlərini hazırlıq vəziyyətinə gətirib. Bu, nüvə müharibəsi öncəsi son hazırlıq hesab olunur. Rusiyanın bu addımları Ukraynanın tərəfdaşlarına təzyiq etmək üçün Moskvanın son şantajı hesab olunur.

ABŞ prezidenti Co Baydenin fevralın 20-də Kiyevə gözlənilməz səfərini Rusiyanın nüvə təhdidinə cavab kimi dəyərləndirmək olar. Ukrayna prezidenti Volodimir Zelenskinin qeyd etdiyi kimi Co Baydenin Kiyevə səfəri ABŞ-ın ukraynalılara dəstəyinin son dərəcə mühüm təzahürüdür. Məlumatlara görə, ABŞ rəsmiləri son ana kimi prezidentin Kiyevə səfər etməsinin əleyhinə olub. Lakin prezident təhlükəsizlik xidmətinin etirazına baxmayaraq, Kiyevə səfər edərək Ukraynaya güclü dəstəyini ifadə edib.

İranın gələcəyi ilə bağlı mesaj

Münhen Təhlükəsizlik Konfransında İranla bağlı məsələlər ayrıca müzakirə olunmasa da, İranın keçmiş şahının oğlu Rza Pəhləvinin Konfransda iştirakı müxtəlif söz-söhbətlərə yol açıb. Rza Pəhləvinin konfransda iştirakını İranın keçmiş şahının oğlunun yenidən Tehranda iqtidara gətirilməsi kimi dəyərləndirənlər də olub. Harri Kasparovun konfransda iştirakı hansı mənanı daşıyırsa, Rza Pəhləvinin də səfəri eyni mənanı kəsb edir. Yəni İrandakı mövcud teokratik rejimin beynəlxalq münasibətlərin tərkib hissəsi olmadığı nümayiş etdirilirbu zaman rejimin tam əksi olan şəxs üzərindən dünyaya mesaj verilir. Unutmaq olmaz ki, Ukrayna prezidenti Volodimir Zelenskinin "Biz birləşmiş Davudlarık, dünyaya səpələnmiş Putinləri məğlub edəcəyik" fikri Rusiya ilə yanaşı həm də İran rejiminə qarşı da yönəlib.

Özünü şahzadə kimi təqdim edən Rza Pəhləvinin hakimiyyətə gəlməsi isə mümkün deyil. Rusiya ilə yanaşı İranın da hərbsizləşdirilməsi və dekolonizasiyası beynəlxalq aləmin gündəmdədir. İranda baş verən proseslər isə teokratik rejimi şah mütləqiyyəti ilə əvəz etməyə yönəlməyib. Əksinə, İranda bütün növ mütləqiyyət rejimlərini rədd edən bir proses başlayıb. Bu prosesin hədəfi isə xalqların öz müqəddəratını təyin etməsi və insan  haqlarının təmin olunmasıdır.

 

Xaqani CƏFƏRLİ

525-ci qəzet.- 2023.- 22 fevral.- S.7.