Sevmirsən
Demirəm uzaqlaş, çəkil yolumdan,
Mən sənə sevməyi öyrədəcəyəm.
Məhəbbət güclüdür gələn ölümdən,
Mən sənə sevməyi öyrədəcəyəm.
Ardımca baxarsan - qanın qaynayar,
Bu donmuş hisslərin
qəfil oynayar.
Qəlbin
təlaşlanar, ruhun
boylanar,
Mən sənə
sevməyi öyrədəcəyəm.
Sən də çəkəcəksən
sevgi yükünü,
Gecikmə, Simurğun yandır tükünü.
Nura qərq edəcəm könül mülkünü,
Mən sənə
sevməyi öyrədəcəyəm.
Qəfildən sevməyin çox
asan olar,
Sevgidən doğulan pak insan olar.
Dünyamız sevgidən gülüstan
olar,
Mən sənə
sevməyi öyrədəcəyəm.
Olanda
Gözlərimə nur dolur
Sən yanımda
olanda.
Bu dünya mənim olur
Sən yanımda
olanda.
Qəm bürüməz çöhrəni,
Külək əyməz pöhrəni.
Kədər, qüssə köhnəlir
Sən
yanımda olanda.
Gül ömürlü yaz adam,
Bunu duyar az
adam.
Hər qayğıdan azadam
Sən yanımda
olanda.
Aydın olsun
Aydın
olsun səhərin,
Aşıb-daşsın bəhərin.
Mübarəkdir qələbən,
Mübarəkdir Zəfərin.
Həqiqətə, paklığa
Heç bir ləkə düşməsin.
Budaq üstə meyvələr
Saralıb büzüşməsin.
Ədalətə səs verək,
Qələbəni tez çalaq.
Həqiqətin yanında
Bayraq kimi ucalaq.
Üzlərdə sevinc, şadlıq,
Hamı azad yaşasın.
Silah yüklü qatarlar
Daha beşik
daşısın!
Əziz KƏRİM
525-ci qəzet.- 2023.- 23 fevral.- S.15.