Xankəndi-Laçın yolundakı aksiya - yüksək ekoloji
şüur və vətənpərvərlik
nümunəsi
Məlum olduğu kimi, Azərbaycanın Qarabağ
iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda
keçirilən etiraz
aksiyası artıq yetmiş üç gündür davam edir. Havanın küləkli, soyuq
və şaxtalı olmasına baxmayaraq, aksiya dayandırılmayıb.
Aksiya iştirakçılarının tələbləri ilk gündən
olduğu kimi, dəyişməz olaraq qalır.
Etirazçılar aksiyanın keçirildiyi
ilk gündən etibarən
dünya ictimaiyyətini
ekologiyanı qorumağa
çağırırlar. Belə ki,
ekofəallar və gənc könüllülər
"Azərbaycan oyaqdır,
sərvətinə dayaqdır!",
"Azərbaycan vahiddir,
sərvətinə sahibdir!",
"Ekoloji cinayətə
son!", "Stop ekoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!"
şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində
Rusiya sülhməramlılarının
nəzarətində olan
yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı
fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının
(QHT) üzvləri tərəfindən
Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və
7-də Rusiya sülhməramlı
kontingentinin komandanlığı
ilə aparılmış
müzakirələrin nəticəsi
olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət
Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin
mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı
kontingentinin müvəqqəti
yerləşdiyi Azərbaycan
ərazilərində faydalı
qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi
ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın
12-dən etibarən isə
etiraz aksiyası başlayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri,
professor Hicran Hüseynovanın
fikrincə, Azərbaycanın
təbii sərvətlərinin
qanunsuz istismarının
qarşısının alınması,
həmin ərazilərdə
monitorinq keçirilməsinə
şərait yaradılması
barədə tamamilə
qanunidir, legitimdir. Odur ki, gənclərin
tələbi qətidir:
qeyri-qanuni istismarla bağlı tələblər
yerinə yetirilməyənə
qədər aksiya davam edəcək.
Millət
vəkili bildirib ki, otuz il erməni işğalı altında
qalmış Qarabağ
və ətraf rayonlarımızda erməni
vandalları ekoloji soyqırımı, terror törədib.
Düşmən bu torpaqlarda bioloji müxtəlifliyə, meşələrə,
yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə vurub, eyni zamanda, İran
kimi qonşu dövlətlərlə birləşərək
öz hərbi məqsədləri və
narkobiznes ticarətini
həyata keçirib:
"Gənclərimiz haqq-ədalət uğrunda
mübarizə aparırlar. Bu gün Azərbaycan gənclərinin keçirdiyi
dinc aksiya Qarabağda yaşayan ermənilər üçün
heç bir təhlükə yaratmır.
Əksinə, bu aksiya bölgənin təbii sərvətlərinin qorunması
ilə yanaşı, sülhə və əmin-amanlığa çağırışdır".
H.Hüseynova qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan gənclərində
torpaq, Vətən sevgisinin nə qədər böyük olduğuna bütün dünya şahiddir:
"Bu gün isə
biz gənclərimizin yalnız
döyüş meydanında
deyil, həm də informasiya müharibəsində vətənpərvərlik
hisslərini nümayiş
etdirdiklərini görürük. Azərbaycan gəncliyi
vətənpərvər, sülh
və ekoloji tarazlıq tərəfdarı
olduğunu bir daha bütün dünyaya sübut etdi".
Demokratiya və İnsan Hüquqları Komitəsinin
sədri Çingiz Qənizadə hesab edir ki, istənilən
tələblə keçirilən
istənilən aksiya sonsuza qədər olmur. Bir müddət
aksiyalar davam edir və tələblərini
çatdırırlar, sonra
növbəti mərhələyə
hazırlaşırlar: "Laçın yolunda azərbaycanlı ekofəalların
keçirdiyi möhtəşəm
aksiya bütün dünyaya səs sala, dünyanın diqqətini poblemə yönəldə bildi. Haqlı tələblərimizi çatdırdıq,
eyni zamanda, separatçılara başa
saldıq ki, bu yol gələcəkdə
istənilən an ordumuz,
güc strukturlarımız
tərəfindən tamamilə
kəsilsə, siz nə edəcəksiniz.
Bu aksiya Azərbaycanın
humanitar hüquq normalarına ən yüksək səviyyədə
əməl etdiyini də dünyaya göstərdi. Xankəndidə yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi və istəklərinin azərbaycanlılar tərəfindən
yerinə yetirilməsi,
həmin şəxsin
məmnunluqla geri qayıtması hadisəsi
bu mənada çox ciddi bir nümunə oldu. Birincisi, baş verən
hadisə onu göstərdi ki, Xankəndi, Xocalı və Xocavənddə yaşayan mülki ermənilərə qarşı
separatçılar tərəfindən
ciddi təzyiqlər
var. Mülki əhalini
sülhə getməyə
qoymurlar. İnsanların normal yaşamaq hüquqları separatçılar tərəfindən
pozulur, insanları səfalətli vəziyyətlə
üz-üzə qoyublar.
İkincisi, görünən budur ki, azərbaycanlı
ekofəalların keçirdikləri
aksiya humanitar aksiyadır, mülki əhaliyə qarşı
hər hansı qərəzli niyyətimiz
yoxdur, azərbaycanlılar
erməni millətindən
olan mülki sakinlərə qayğı
ilə yanaşmağa
hazırdır. Bu fakt azərbaycanlıların
və Azərbaycan dövlətinin Qarabağdakı
dinc mülki erməni sakinlərinə
münasibətinin, necə
münasibət göstərəcəyinin
bir sübutu oldu. Dünya gördü ki,
Azərbaycan öz erməni mənşəli
vətəndaşlarının hüquqlarını təmin
etməyə, onlara qayğı ilə yanaşmağa hazırdır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.-23 fevral.- S.14.