Zəlzələnin oyatdığı suallar

 

Esse

 

Zəlzələnin dağıntıları altında qalıb can verən uşaqları düşünəndə istər-istəməz adamın ağlına bu fikir gəlir ki, görəsən, Allah niyə bütün bunlara imkan verir?

Bu suala cavab olaraq bəzi adamlar deyir ki, Allah bu cür dəhşətli zəlzələlərlə öz bəndələrinə xəbərdarlıq edir, onları imtahana çəkir, yaxud qəzəbini göstərərək günahkar insanları cəzalandırır. Amma çox maraqlıdır, gəlin, hesab eləyək ki, bu deyilən doğrudur, o zaman, görəsən, nəyə görə Allah, cəzalandırmaq üçün, yaxud imtahana çəkmək üçün məhz ona ibadət eləyən, müsəlman olan, sakit, kasıb, dinc həyat tərzi sürən adamları seçir? Görəsən, Allah üçün haram işlərlə, çirkin əməllərlə məşğul olan, heç Allah haqqında düşünmək ehtiyacı duymayan, onun qadağaları barəsində indiyəcən bircə dəfə fikirləşməyən, gecə-gündüz barlarda, diskotekalarda, klublarda içki içən, qumar oynayan, heç bir sərhəd olmadan hər gün istədiyi şəxslərlə yatıb-qalxan, hətta öz həmcinslərinin "dadına baxmaq"dan çəkinməyən insanlara, toplumlara yox, məhz kasıb, sadə, təmiz həyat tərzi sürən,səhərlər uşaqlarını məktəbə aparan, yaxud yeni doğulacaq körpələrini gözləyən ailələlərə xəbərdarlıq edir, onları cəzalandırır? Niyə?

 Dağıntılar altında qalıb can verən həyatın hələ nədən ibarət olduğunu anlamayan uşaq, görəsən, nəyin cəzasını çəkir? Bir gün əvvəl dərsə hazırlıqsız getdiyi üçün, yaxud karandaşını sinif yoldaşı ilə paylaşmadığı üçün heç kəsə belə cəza verilmir.

Görəsən üçün o uşaqların cəzası, məsələn, başqa ölkələrin torpağına on minlərlə insanın həyatına qənim kəsilən işğalçı liderlərdən daha tez veriləsi oldu? Niyə?

Ateistlər üçün bütün bu sualların çox sadə rahat bir cavabı var:

"Çünki Allah yoxdur".

Allahın varlığını hiss edən, bilən, duyan ona inanan adamlar isə, zənnimcə, bu suallara cavab verərkən böyük bir çətinliklə üzləşəcəklər.

Lakin illər ərzində davam edən düşüncə mütaliələrimdən sonra hiss edirəm ki, mənim bu suallara veriləcək məntiqli cavablarım var. Amma onu da hiss edirəm ki, ağlımdakı cavabları ətraflı izah etsəm, bundan ötrü kitab yazmalı olaram hər hansı kitab da tezliklə ərsəyə gələcək bir şey deyil.

Sadəcə çox qısa şəkildə bir-iki məqamı qeyd edəsi olsam, onu demək lazımdır ki, Allahın prinsipi heç insanların düşündüyü şəkildə deyil. Quranı diqqətlə oxuduqda, həyatı diqqətlə müşahidə etdikdə, yara tökmüş bədəninin ağrısıyla yaşamağa məcbur qalan Eyyubun, illərlə zindanda yatan Yusifin, çarmıxa çəkilən İsanın, uşaqkən ölən oğlunu öz əliylə torpağa verən Məhəmmədin məhz peyğəmbər olduqlarını, lakin həyatdakı səbəb-nəticə əlaqələrinin, fiziki qanunların onlara da bərabər şəkildə tətbiq edildiyini dərk edəndə Allahın prinsipinin necə olduğunu təxminən anlamaq mümkündür.

Tanrının kainatı idarəetmə tərzi (əksər hallarda) fiziki qanunlara səbəb-nəticə əlaqələrinə əsaslanır elə buna görə , məsələn, Bill Qeyts hər hansı biznes sahəsində fəaliyyət göstərərkən Tanrı onun ateist olmağına baxıb işini uğursuz etmək haqqında düşünmür, Tanrı onun uğurunu, gördüyü işin dəqiqliyinə, tədbirliliyinə görə müəyyənləşdirir.

Yəni Tanrının cəzavermə prinsipi bir qanunauyğunluq üzrə işləyir. sırf bu nöqteyi-nəzərdən baxdıqda, olduqca sərt təhlükəli səslənən aşağıdakı fikri demək yanlış olmaz:

Bəli, Tanrı zəlzələ ilə insanları cəzalandırdı.

Amma bu cəza o insanların namaz qılıb-qılmamağına, oruc tutub-tutmamağına, yaxud hicab bağlayıb-bağlamamağına görə verilməmişdi. Bu cəza, o insanların binaları keyfiyyətsiz bərbad şəkildə tikməyinə görə verilmişdi. Bu cəza, artıq polislər tərəfindən həbs edilmiş neçə-neçə podratçının rüşvətxor qanunsuz fəaliyyətlərini bildikləri halda hər kəsin buna laqeyd qalmağına, bununla mübarizə aparmamağına, buna göz yummağına görə verilmişdi. Bu cəza, binaları inşa edən zəruri tikinti materiallarının azlığını görsə , buna məhəl qoymayan fəhlələrin ustaların vecsizliyinə görə verilmişdi.

Əgər Tanrının cəza prinsipi məhz bu şəkildə olmasaydı, o zaman Yaponiyada 9 ballıq zəlzələlərə tab gətirən göydələnlər yerlə-yeksan olmalı altında qalan hər kəsi öldürməliydi.

Göründüyü kimi Tanrı, insanı ateistliyinə görə yox, vicdanına gördüyü işi dərəcədə ləyaqətlə icra etməsinə əsasən cəzalandırır.

İnsanın üçün yaradıldığını izah edən, Mülk surəsinin 2-ci ayəsindəki bu cümləni dərindən anlamağa cəhd etdikdə məsələ bizim üçün bir qədər aydınlaşmış olar:

"Hansınızın daha yaxşı görəcəyini yoxlamaq üçün həyatı ölümü yaradan Odur".

Bəli, qənaətimcə, bu ayədə yer alan "yaxşı görmək" ifadəsi, təkcə xeyirxahlıq etməyi yox, məhz elə gördüyü işi vicdanla gözəl şəkildə yerinə yetirməyi vurğulayır. Bunun belə olduğuna inanmağınız üçün hər hansı bir işi bütün diqqətinizlə gördükdən istədiyiniz nəticəyə nail olduqdan sonra içinizdə duyduğunuz o xoşbəxtlik rahatlıq hissini xatırlamağınız o hissin Allahdan bir növ mükafat olduğunu dərk etməyiniz yetərli olar.

Yaxud uçmuş binalardakı betonların adi əllə rahatca ovulduğunu göstərən televiziya ekranlarındakı səhnələri yada sala-sala Quranın bir ayəsinə nəzər yetirək:

"Başınıza gələn hər hansı müsibət öz əllərinizlə gördüyünüz işlərin nəticəsidir" (Şura surəsi 30).

Başqa bir məqam:

İlk baxışdan kasıb çətin həyat yaşadığını gördüyümüz bədbəxt olduğunu düşündüyümüz bir adamın əslində zəngin xoşbəxt görsənən birindən daha rahat, daha xoşbəxt olması mümkün olduğu üçün, ağır pis durumda qalan birinə Allahın necə yardım göstərdiyini, qəlbini hansı hisslərlə dəstəklədiyini, çəkdiyi əzabı necə yüngülləşdirdiyini heç kəs bilə bilməz. Qısa izah etdiyim üçün, çox oxucunun anlamaqda çətinlik çəkəcəyi bu məqamı daha yaxşı başa düşməyə Enbiya surəsinin 69-cu ayəsi, bəlkə, müəyyən qədər faydalı ola bilər:

"Biz : "Ey atəş! İbrahimə qarşı sərin zərərsiz ol!" - deyə buyurduq".

Bu məsələylə bağlı digər məqam da ondan ibarətdir ki, heç kəs həyatın ölümdən daha yaxşı olduğunu, ölümün həyatdan daha pis olduğunu isbat edəcək bilgi təcrübəyə malik deyil kliniki ölüm yaşayan adamların hiss etdiyi duyğular da məşhur Vanqanın aşağıdakı iki cümləsiylə üst-üstə düşür:

"Əgər ölüm anında insanın nələr hiss etdiyini bilsəydiniz, hamınız elə bu dəqiqə ölmək istəyərdiniz".

Yaxud:

"Ruhların hara gedəcəyini bilsəydiniz, bir gün artıq yaşamaq istəməzdiniz".

 

7 fevral, 2023

Təvəkkül BOYSUNAR

525-ci qəzet.- 2023.-23 fevral.- S.7.