Xocalını gözləyən təhlükə
MƏN
BU BARƏDƏ BİR AY ƏVVƏL XƏBƏRDARLIQ
ETMİŞDİM
(Əvvəli ötən sayımızda)
31 il əvvəl baş vermiş və bütövlükdə Qarabağın itirilməsinin başlanğıcını qoyan Xocalı qətliamı nədən baş verdi, günahkarlar kimdir, faciənin qarşısını almaq olardımı? Bütün bu suallara cavab
tapmaq üçün 30 ildə saysız-hesabsız məqalələr,
kitablar yazılıb, təhlillər aparılıb,
mülahizələr irəli sürülüb, faktlar
araşdırılıb. Qan yaddaşımızda dərin izlər
qoymuş faciəyə aparan yol, başvermə səbəbləri,
dəhşətləri, düşmənə layiqli cavab verə
bilməməyimizin səbəbləri həmin dövrdə mətbuatda
- əsasən də cəbhə müxbiri işlədiyim
"Ədalət" qəzetində dərc etdirdiyim
materiallarda aydınlığı, tutarlı faktlarla tam əksini
tapmışdı. İndiki nəsildə Xocalı müsibətinin
baş vermə səbəbləri və nəticələri
barədə aydın təsəvvür olsun deyə 31 il əvvəl dərc olunmuş həmin
materialların bir qismini oxuculara təqdim edirəm.
Ermənilər
böyük qüvvə ilə
Xocalı şəhərinə basqın
etmişlər. Xocalı milis
şöbəsinin əməkdaşları və
Milli Ordunun əsgərləri
düşməni geri
oturtmuşlar. Xocalı şəhər sakini
Qamboy Həsənov ağır yaralanmışdır.
9 yanvar
1992-ci il.
Son 4 ildə ermənilərin Şuşaya ən
böyük basqını olmuşdur. Təxminən 10 nəfər həlak
olmuş, 35 nəfər yaralanmış, xeyli adam
itkin düşmüşdür.
lll
Bir gün əvvəl isə ermənilər ağır
tanklarla Malıbəyli kəndinə hücum ediblər. Xocalıda da
vəziyyət ağır olaraq qalır. Şəhər
neçə müddətdir ki, mühasirədədir.
Respublikanın rəhbərliyi tezliklə Əsgəran yolunu
açmasa xocalıların taleyinin necə
olacağını bilmək üçün peyğəmbər
olmaq lazım deyil!
28 yanvar
1992-ci il.
Malıbəyli və
Quşçular ermənilər tərəfindən işğal olundu. Şuşanın yolu
ermənilər üçün açıldı. Şuşa və Xocalı
təhlükədədir!!!
14 fevral
1992-ci il.
XOCALI
FACİƏSİ: ölən kimdi, qalan kim?
... Məlum deyil. Xocalı faciəsi
barədə, mətbuatımız, radio və televiziyamız
demək olar ki, heç nə demədi. Elə
bir jurnalist həmkarlarımızın dili-ağzı
bağlanmışdı. Elə bil qələmlər
tilsimə düşmüşdü. Biz də
gecikmişik. Amma gec də olsa, həqiqəti
- əsl həqiqəti xalqa çatdırmaq lazımdır.
Qarabağın başı üzərini qara
buludlar alandan faciələr içindəyik. Amma
onların heç biri Xocalı müsibəti ilə
müqayisə oluna bilməz...
Bu faciəni bütün detalları ilə yazmağa qələm
acizdir.
Ağdam rayon xəstəxanasının
qarşısındakı mənzərəni tarix görməyib
- bu sözləri bütün məsuliyyəti ilə deyirəm!
İnsanların ah-naləsi ərşə dirənib.
Bu sazaqlı gündə qocaların,
qadınların, uşaqların ayaqlarının
yalınlığı, paltarlarının nazikliyi, günlərdi
ac qalmaları yadlarına düşmür. İtənlərini soraqlayırlar. Sel kimi axan göz yaşları içində faciə
gecəsi şəhid şəhərdə olmuş
doğmalarının, əzizlərinin ölüsündən,
ya dirisindən xəbər gözləyirlər. Nə qədər
məşəqqətli və əzablı olsa da onları
dinləyib itirdikləri doğmalarının adlarını
bir-bir dəftərçəmə qeyd edirəm...
Bakı Pedaqoji Universitetinin tələbəsi Mehriban Məmmədovanın
ağlamaqdan gözlərində yaş donub. Üç
gündür atası Məmmədin, əmisi Cəmilin, əmisi
oğlu Kamilin yolunu gözləyir. Binəva
qız bu gündən sonra ata ocağı deyib, hansı
ünvana üz tutacaq?!
18
yaşlı Dürdanə Cabbarovanı, 25 yaşlı Səidə
Məmmədovanı, 5 yaşlı Siracı ilə birlikdə
quldurların sürüyüb apardığını
gözləri ilə görən olub...
Zahid
balasını və ömür - gün yoldaşı
Yelmarı itirmiş Qənirə ana ağı deyir... Düşmən caynağından təsadüfən
çıxmış Baxşeyiş İsmayılov deyir ki,
onun həmyerlilərindən 150 nəfərin Dəhraz kəndindəki
toyuq fermasında girov saxlandığını dəqiq bilir.
Həsənova Tofiqə öldürülüb. 2 aylıq
körpəsi bir gecə inləyə-inləyə
anasının ağuşunda qalıb. Sonra
üstünə qar yağıb. Xəstəxanaya gətirilsə
də keçinib...
Ömrünün ixtiyar çağını yaşayan
Qaryağdı Quliyev quldurlar şəhərə basqın edərkən
9 nəfər ailə üzvü ilə birlikdə Abdal
Gülablıya üz tutub. Yolda
qardaşının ayaqları tutulub. Ailə
üzvlərini meşəyə ötürüb,
qardaşını çiyninə alıb. Səhər Ağdama gəlib çıxıb.
Ailəsi isə həmin gecə Harov və Dəhraz erməniləri
ilə qarşılaşıb... və indi hardadırlar, bir
Allah bilir...
Bakıdan gəlmiş Bəkir Məmmədov bircə
qardaşı Vaqifin öldüyünü bilir. Qalan 30 nəfər qohum - əqrəbasından
birini də tapmır...
Araz və Mikayıl Səlimov
qardaşlarını analarının gözü
qarşısında güllələyiblər...
Tələbə
Almaz Həsənovanı heç kim ovuda
bilmir. Şahidlərin dediyinə görə
onun atası, şəhər sovetinin katibi Şöhrət Həsənov
Xocalını sonuncular arasında tərk edib. Qadın və uşaqları meşəyə qədər
müdafiə edib. Son gülləsinə qədər
döyüşüb, yaralanıb və orada qalıb...
Emin Cəfərovun
babası Məhəmməd və nənəsi Bağdad
öldürülüb, atası Cəfər itib...
Şahin Cəfərov : "Meyidlərimiz şumun
ortasında qaldı!. "
Bütün
varlığı ilə Qarabağa bağlı oğlanlar -
Əlif Hacıyev və Əbülfət Əliyev
öldürülüb...
Çoxlu qadın və qız girov
götürülüb. Aparıldıqları istiqamət məlum
deyil. Onlardan 2-si qayıdıb - Elza Həmidova və Nəsimə
Həbibullina . Sonuncu milliyyətcə tatardı . Güclə danışa bilir:
Yaqubun
oğlu Canpolad da həlak olub...
Eldar
İsbəndiyarov anasının qucağında canını
tapşırıb...
Eldar
Abdullayev və Əsgər Əliyev də
öldürülüblər...
...Və
"ermənilərin Xocalıya hücumu zamanı vur-tut 2 nəfərin
həlak olduğu, şəhərin isə dərhal erməni
quldurlarından təmizləndiyi" barədə ilkin məlumat
verən rəsmilərə xatırlatmaq istəyirəm ki,
bunlar hələlik adları məlum olan şəhidlərdir.
Amma inanmaq istəməsək də acı həqiqət etiraf
olunmalıdır - onların sayı çoxdur! Lap
çoxdur!!!
Sevinc və Elnarə Aslanovalar.
Sabir, Zemfira və Sadiq Xudayarovlar.
Qulu, İqbal, Qəim Aslanovlar.
Sevindik,
Reyhan, Elşad, Tünzalə, Təranə, Yeganə, Kamilə,
Mehdi, Ələddin Paşayevlər.
Sara, Şəhla, Rəvanə, Nuranə,
Şükür, Paket, Nəbi, Rövşən, Sevinc
Paşayevlər.
Azər,
Ceyhun, Niyaməddin, Afiqə Məmmədovlar.
Adil,
Natiq, Nazim Rəşidovlar.
Vidadi Əliyevin qaynatasının 6 nəfər ailə
üzvü.
Əşrəf, Gümüş Sehranə, Zəminə,
Əminə Vəliyevlər.
Zərəfşan və Vüqar Hüseynovlar.
Tamara və Mübariz Orucovlar.
Elxan, Cəlalə,
Günay Qəhrəmanovlar.
Səadət və Qədir Zeynalovlar.
Kamilə,
Azad, Vüqar Nəsibovlar.
Şahlar, Afət, Kamal Vəliyevlər.
Zəhra və Məhəmməd Salahovlar.
Fatma və Novruz Zamanovlar.
Əli və Hidayət Eyvazovlar.
Vaqif,
Güllü, Sadiq Ağalarovlar.
Xasay Xəlilov qohumları Qaçay və Zərifə
ilə birlikdə.
Əsgər, Bilman, Nərmin, Ramil Ələkbərovlar.
Zöhrə və Zakir Quliyevlər.
Bəsti,
Reyhan, Hümbət Abdullayevlər.
David və Şahin Haqverdiyevlər.
Kifayət və Mübariz Həmidovlar.
Qədim,
Mələk, Qaraş, Elbrus, Səfurə Abbasovlar.
Hüseyn,
Zinyət, Rəşid Hüseynovlar.
Canan, Gülayə, Aybəniz, Leyla, Xaqani Orucovlar.
Samuran,
Firuz, Soltan, Firəngül Kərikovlar.
Əli, Ziba, Vüqar, Etibar, Adilə, Nəcəfovlar.
Mobil və Etibar Abışovlar.
Tofiq,
Nübar, Rafiq Süleymanovlar.
Hümbət,
Bəsti, Raqiyyə İsbəndiyarovlar.
Ağayar,
Sona, Malik İmanovlar.
Bəsrə və Vaqif Məhərrəmovlar.
Səlim,
Məhluqə, Ramin, Teymur, İntiqam Musayevlər.
Həsən,
Fitat, Gülçöhrə, Elgün Həsənovlar.
Nazir və Telmar Əbdülovlar.
Sadiq və Sahid Həsənovlar.
Elxan,
Günüay, Vüqar Rəcəbovlar.
Cəmil,
Lalə, Məmməd Məmmədovlar.
Yaşar,
Faiq, Namiq, Sirac Əlməmmədovlar.
Həsən,
Göyçək, Xədicə, Təzəgül Həsənovlar.
Səmən,
Vüsalə, Xəyalə Abdullayevalar.
Kamran,
Matan Zakir, Elşad, Əlyar Usubovlar.
Aydın,
Mehman, Mahirə, İradə, Salman, Usubəli Narxanım Əliyevlər .
Suğra və Həmayıl Abbasovalar.
Sürəyya və Süleyman Abdullayevlər.
Əli, Zaur, Niftalı Nəbiyevlər.
Tofiq ,
Eldar , Telman Zeynalovlar.
Mehriban, Növrəstə, Rəcəb, Şəbnəm,
Məzhər Hüseynovlar.
Məhəmməd,
Aydın, Şeyda, Füzuli Məmmədovlar.
Zair, Nazilə,
Ağasif Vəliyevlər.
Sürəyya və Nüseyn Əliyevlər.
Tofiq, Məxmər,
Mirsiyab, Minəş, Bakir Hüseynovlar .
Məhbubə
Abışova - 2 uşağı ilə birlikdə.
Sara
Quliyeva - 4 uşağı ilə birlikdə.
Sevil Əbdülova - 3 uşağı ilə birlikdə.
Muradxan
Əliyev, Azad Cabbarov, Abbasəli Sevdimalıyev, Səlim Həşimov,
Şiraslan Nəcəfov, Zülfü Süleymanov,
Gülalı Mehrəliyev, Əzizağa Mahmudov, Abbas Novruzov,
Natiq Quliyev, Nadir Hümbətov, Kamal Xudayarov, Dilarə Nurəliyeva,
Məmməd Nağıyev, Razəndə Namazova, Yaqut
Əliyeva, Cəlalət Həsənova, Davud Haqverdiyev, Səidə
Məmmədova, Ruslan Orucov, Lətafət Həsənova,
Əli Cavadov, Arif Əliyev, Asif Cəfərov, Elmira Məmmədova,
Vəlyəddin Abbasov, Cəfər Cəfərov, Əhliman
Mahmudov, Zakir Əliyev, Vaqif Məmmədov, Əliş Quliyev,
Mərizə Məmmədaova, Çiçək
Sadıqova...
Mən Ağdamda bitmək bilməyən bu
siyahını tutanda faciədən 3 gün keçirdi. Faciənin
ağlasığmazlığı bu siyahının hələ
uzanacağına şübhə yeri qoymurdu. Yalnız Ağdamdakı özünümüdafiə
qüvvələrinin gücü ilə müəyyən
işlər görülsə də meyitlərin
götürülməsi, itkinlərin axtarılması
üçün dövlət səviyyəsində tutarlı
bir tədbir görülməsi hiss olunmur.
... İçindən korun - korun yanıb,
tüstüsü təpəsindən çıxan bu millət
kimsəsiz görünür. Ümidi
Allaha qalıb. Elə bil, Tanrı da görmür bu
xalqın müsibətini...
Deyəsən,
Qarabağda tökülən qanlar yerdə qalacaq, axı!..
3 mart 1992 - ci il.
XOCALI "DÜYÜNÜ"
Əsrin
faciəsindən 1 il ötdü...
XOCALI ... Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələri kimi uzun illər diqqətdən kənarda qalmış bir qəsəbəsi... Erməni xəyanəti bütün çılpaqlığı ilə özünü biruzə verdikdən sonra respublika rəhbərliyinin gecdən də gec ayılıb Xankəndi ilə Əsgəran arasında qala-şəhərə çevirmək istədiyi Xocalıya Azərbaycanın müxtəlif yerlərindən inşaatçılar gəlir, külli miqdarda inşaat materialları gətirilirdi. Xocalı az vaxtda öz görkəmini dəyişmişdi. Xocalıda təzə sakinlər görünməyə başlamışdı. O vaxt bu şəhərə təkcə Xankəndindən 5 min qaçqın gəlmişdi. Üçcə il əvvəl buraxılmış "Azərbaycanın fiziki xəritəsi"nə adı belə düşməyən bu şəhərin strateji əhəmiyyətini Bakı duymuşdu. Amma gec idi. Çox gec idi... Qəribədi, Xocalı tikilirdi, amma onun müdafiəsi unudulmuşdu. Şəhərin müqəddəratı bir Allahın, bir də xocalıların öz ümidinə qalmışdı. Faciə ərəfəsində dəfələrlə bu şəhərdə olmuşduq və dəfələrlə bu şəhərin başı üzərini qara buludlar aldığı barədə xəbərdarlıq etmişdik. Fəqət...
...Erməni bizi dişinə vurub sınayırdı. Birinci sınaq düz 4 il əvvəl - ilk şəhidlərimiz Bəxtiyar və Əli qətlə yetiriləndən başladı. Ağsaqqal və ağbirçəklər araya girdilər, dəli - dolu cavanlarımızın qabağına durub intiqam almağa qoymadılar. İki günahsız gəncin nahaq qanı töküldüyü halda bizi intiqam almaqdan çəkindirdilər. Ermənilərin ilk "manevri" onlar üçün uğurlu oldu və bu hadisə onları daha da quduzlaşdırdı. Qərbi azərbaycanlı soydaşlarımız bir göz qırpımında dədə-baba torpaqlarından qovuldular.
(Ardı var)
Faiq
SADIQOV
Əməkdar
jurnalist
525-ci qəzet.- 2023.-23 fevral.- S.6.