Nəsimi irsinin və Hürufiliyin tədqiqinə mühüm
töhfə
Azərbaycan ədəbiyyatının klassik
dövrünün öyrənilməsi,
bu sahədə yeni tədqiqatların aparılması, klassik şairlərin əsərlərinin
yenidən tərcümə
oluması, təbii ki, ədəbiyyatşünaslıq
elmimizdə həmişə
müsbət qarşılanıb. Bu gün klassik ədəbiyyatımızın daha yaxşı öyrənilməsi üçün
bəzi tədbirlər
planı həyata keçirilir; klassiklərin
yubileyləri ilə bağlı konfranslar, simpoziumlar, seminarlar təşkil edilir, əsərləri çap
olunur. Həm həyatı, həm əsərləri, həm
də fəlsəfi fikirləri ilə ən çox elmi müzakirə və mübahisə obyektinə çevrilmiş
klassik şairlərdən
olan İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə
2019-cu il də “Nəsimi İli” elan olundu və
həmin il elm aləmində dahi mütəfəkkirin həyat
və yaradıcılığı
ilə bağlı tədbirlərin keçirilməsi,
tədqiqatların işıq
üzü görməsi
ilə yadda qaldı. Həm "Nəsimi İli"nə,
həm də Azərbaycan ədəbiyyatşünaslıq
elminə mühüm
töhfə olan belə əsərlərdən
biri də ideyası o ilin təsiri altında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində yaranan, özü isə professor
Aida Qasımovanın tərcüməsi
və şərhi ilə 2022-ci ildə "Savad" nəşriyyatında
reallaşan "Nəsimi
və Hürufilik Qərb şərqşünaslığında"
kitabıdır.
Məlum
olduğu kimi, Şərqin, o cümlədən,
Azərbaycanın klassik
şairləri Qərb
alimlərinin də daim diqqət mərkəzində olmuş
və Qərbin E.Braun, Xanıkov, Y.Rıpka, E.Gibb kimi dünyaca məşhur alimləri bu sahədə maraqlı tədqiqatlar aparmışlar. Onların
tədqiqatları ilə
tanış olmaq, müqayisələr,
paralellər aparmaq çox vacibdir. Bu, həm bizə Qərb alimlərinin fikirləri ilə tanış olmaq imkanı qazandırır, həm də tədqiq olunan mövzuya fərqli yanaşma tərzi aşılayır.
Məlum
məsələdir ki,
bəzən əcnəbi
dil problemi belə tədqiqatları
tam mənasında anlamaqda,
oradakı fikirlərin
mahiyyətinə varmaqda
bizə müəyyən
əngəllər yaradır.
Çünki klassik dövrə
aid elmi əsərləri
tam anlamaq, tərcümə
etmək üçün
əcnəbi dillə
yanaşı, həmin
sahəyə də yaxşı bələd olmağı tələb edir. Buna görə
də, xarici tədqiqatçıların klassik
ədəbiyyatımızla bağlı əsərlərinin
məhz həmin sahəni gözəl bilən mütəxəssislər
tərəfindən dilimizə
tərcümə olunması
vacib şərtlərdəndir.
"Nəsimi və
Hürufilik Qərb şərqşünaslığında" kitabı məhz bu cəhətdən çox aktualdır.
Bu kitab vasitəsilə
XX əsrin əvvəllərindən
çağdaş dövrümüzədək
Hürufiliyin, Fəzlullah
Astarabadinin, İmadəddin
Nəsiminin Qərb şərqşünaslığında necə öyrənilməsi
ilə ətraflı şəkildə tanış
olmaq olar. Elias Gibb, Edvard Braun, Luis Massinyon, Reynold Nikolson, Kathleen Brull, eləcə də müasir dövr alimlərindən Orxan Mirqasımov, Mixael Hess, Şahzad Bəşir kimi alimlərin məqalə və monoqrafiyalarından nümunələrin yer aldığı kitab xüsusi qaydada tərtib olunub. Əvvəlcə məqalə müəllifi
haqqında qısa biblioqrafik məlumatın verilməsi, məqalənin
adının, çap
olunduğu mətbu orqanın orijinalda olduğu kimi göstərilməsi, xüsusən
də, tərtibçinin
(A.Qasımovanın) tərcümələrə
münasibət bildirməsi
kitabın əhəmiyyətini
artıran cəhətlərdir.
Yəni A.Qasımova kitabda ancaq tərcüməçi
kimi yox, həm də alim kimi, tənqidçi
kimi iştirak edir və tərcümə
olunan mətnlərin,
deyilən fikirlərin
oxucu tərəfindən
daha yaxşı anlaşılması üçün
müəyyən şərhlər
verir. Verdiyi şərhlərdə də özünəməxsusluq
nümayiş etdirən
alim müəlliflə
razılaşmadığı məqamlara da öz şəxsi münasibətini bildirmişdir.
Belə bir yanaşma təbii ki, müəllifdən xarici dillə yanaşı, həm də hürufilik təriqətinin
əsaslarına, Nəsiminin
yaradıcılığına dərindən bələd
olma, elmi səriştə tələb
edir.
Öz qeydlərini
müəllifin qeydlərindən
kursivlə fərqləndirən
alimin mülahizələriən
azı müəllifin
fikirləri qədər
maraq doğurur. Məsələn, Massinyonun Nəsiminin əvvəl boynunun vurulub, sonra dərisinin soyulması fikri ilə razılaşmayan A.Qasımova
onun bu fikri
Əl-Asqalaninin təsiri
altında söylədiyin
göstərir, daha sonra ərəb dilinin qrammatik qaydalarına əsaslanaraq
öz mövqeyini açıqlayır. Belə bir
metod, yəni Qərb tədqiqatçılarının
Nəsimi və Hürufiliklə bağlı
söylədikləri fikirlərin
tərcüməsi ilə
yanaşı, həm də şərh olunması, təbii ki, oxucuya mövzunu
daha yaxşı anlamağa kömək edir.
Kitabın sonunda verilən Ad və termin göstəricisi onun elmi dəyərini daha da artırır.
Kitabın girişində A.Qasımova
yazır: "E.Gibb, L.Massinyon, R.Nikolson, E.Braun kimi nəhəng klassiklərin
Nəsimiyə və Hürufiliyə marağı,
həqiqətən də,
qürurvericidir".
Həqiqətən də, bu gün Xaqani, Nizami, Nəsimi, Füzuli və digər klassik şairlərimizin yaradıcılığına
xarici tədqiqatçıların
maraq göstərməsi,
onların əsərlərinin
əlyazmalarının dünya
kitabxanalarında qiymətli
eksponatlar kimi qorunması qürurverici haldır. Zənnimcə, digər qürurverici
hal isə Azərbaycan tədqiqatçısının
E.Gibb, L.Massinyon, R.Nikolson, E.Braun kimi nəhəng Qərb klassik alimlərinin tədqiqatlarını
tərcümə və
şərh etmək bacarığı ilə bağlıdır. Buna görə
də, Aida xanım, keçmiş tələbəniz
olaraq, Sizinlə qürur duyuram, bugünkü
oxucunuz olaraq isə Sizə Azərbaycan klassik ədəbiyyatının öyrənilməsi
sahəsindəki fəaliyyətinizə
görə təşəkkür
edirəm!
Elnarə ZEYNALOVA
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2023.- 24 fevral.-S.10.