XÜSUSİ
TƏYİNATLI ŞEİR
Yol bilən, Haqqa varan
Boz Qurduq...
Hey...
Hey... Hey...
Bu ağır məmləkəti
Biz yaradıb,
Biz qurduq...
Hey...
Hey... Hey...
Tülkü düşmən, yeri
hey,
Biz qurduq...
Hey...
Hey... Hey..
Babamız harda yatırsa,
Balamız orda şəhid,
Əkilir
bayraq ilə
Torpağa ard-arda şəhid
.
Gəlmişəm mən də olum
Burda şəhid...
Hey...
Hey... Hey...
Ocağa,
yurda şəhid...
Hey...
Hey... Hey...
Tuta bilməz
Sözümüz, söhbətimiz
Bizə
düşmən kəs
ilən,
Yaşamaz, var ola
bilməz
Bizə
düşmən kəsilən!
Yeri hey!
Hey...
Hey... Hey...
Ora Xan kəndidir ey,
Tülküyanın kəndi deyil.
Sənə çoxdan bələdik,
Tülkülüyün indi deyil.
Baxma marıqdan
Bəri,
hey!
Gəlirik, qaçma, dayan,
Biz gəlirik...
Hey...
Hey... Hey...
Bu nədir? Olmadı ki...
Qulağın kardı məgər?
Qaçma da... Yan...
Biz gəlirik....
Gə...
li... rik...
Yeri
hey...
Hey...
Hey... Hey...
AZƏRBAYCAN QORUYUR
Qoca, cavan qurur, tikir,
Yurd salır,
ünvan qoruyur.
Düşmən önündə səd
çəkir,
Yurdu mərzban
qoruyur.
Unutmadıq biz onları,
Dədəm Qorqud yazanları.
Yağmalanan qazanları
Qaraca Çoban
qoruyur.
İgiddir eli, elatı,
Beşbarmaq göyə əl
atır,
Çıraqqala məşhəl tutur,
Yolları Şabran qoruyur.
Ərənlərə dərsdir bu da,
Aman vermir namərd yada,
Mübarizlər girir oda,
Ərköyünlər can qoruyur.
Arzuların ən yaxını:
Qarabağa el axını.
Öz üçrəngli bayrağını
Mərd Azərbaycan qoruyur.
NƏ DEYİM BƏS?
O fransız deyir ki:
Laçın yolundan keçən
Eşşəyə "Hoş! Hoş!" demə.
Tez-tez keçir bu yoldan
Maşınlar beş-beş demə.
Qırt
düşən Vardanlara
Düş, sürüş, kiş-kiş
demə.
İslatmısan, geymisən
Şalvarı yaş-yaş demə.
Yalan-malan
üyütmə,
Danışma boş-boş demə.
İtini
çomaqla qovma,
Pişiyinə piş-piş demə.
Düşərsiz leş-leş demə.
O yanda bərk-bərk demə,
Bu yanda xoş-xoş
demə.
Arxa çıxır, dəm tutur
Gündə Filankəs buna...
"Hoş!" deməyim,
"Kiş!" deməyim,
"Piş..." deməyim,
Ay imansız
Fransız,
Mən nə deyim bəs buna?
KEÇMƏ NAMƏRD
KÖRPÜSÜNDƏN...
Əlləri qabarlının,
Yorğunun, üzgünündür,
Dəni
sən səpməmisən,
Günəşə gülümsəyən
Sünbülü öpməmisən,
Bu zəmi özgənindir...
Biçmə! Biçmə!
Çox
da umu-küsü var,
Deyinməyə kürsü var,
Öyünməyə kürsü var.
Çox
namərd körpüsü
var,
Daşqın çaylar üstündə
Körpülər də kürsüdür,
Ərənlər körpüsüdür,
Gəl,
keç Xudafərindən,
Küsməsin körpü səndən...
Keçmə namərd körpüsündən...
Keçmə... Keçmə...
Ağrı-acı ötəndir,
Bu torpaq ki sənin
var,
Bütün dünyaya təndir,
Vətəndir ey! Vətəndir!
Vuruş,
öl! Şəhid ol burda...
Yad diyara, özgə yurda
Köçmə... Köçmə...
AĞASƏFA
525-ci qəzet.- 2023.- 25 fevral.- S.23.