Böyük Qayıdış yolunda atılan addımlar: ekoloji
mənzərə də canlanır
Azərbaycanın işğaldan azad
edilən ərazilərinə
Böyük Qayıdışa
dair Dövlət Proqramına uyğun olaraq həmin ərazilərdə bu ildən yerli mütəxəssislər işləri
davam etdirəcək və 2026-cı ilin sonuna qədər proses yekunlaşdırılacaq.
2021-ci ildə qəbul edilən Azərbaycan-Türkiyə Qarabağ
Tədbirlər Planına
uyğun şəkildə,
sözügedən ərazilərdə
bir sıra ikitərəfli işlərin
həyata keçirilməsinə
başlanılıb. Ümumilikdə
105 ha ərazi ANAMA mütəxəssisləri
tərəfindən mina va partlamamış sursatdan təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Meşələrin İnkişafı
Xidmətinin rəis əvəzi Cabbar Qəribovun sözlərinə
görə, Cəbrayılda
"Ağıllı tingçilik"
ərazisində meşə
park kompleksinin salınması
məqsədilə 200-dən artıq şam ağacı əkilib. Tinglikdə
qabaqcıl texnologiyalar
əsasında istixanalar,
toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, kölgələndirmə, soyuducu,
qablaşdırma və
gübrə anbarları,
ting tədarük mərkəzi,
təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcək: "Burada il ərzində ümumilikdə yerli iqlim şəraitində uyğunlaşdırılmış 2 milyon müxtəlif tingin yetişdirilərək
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi regionunun meşə fondu torpaqlarında meşələrin
salınmasına və
yaşıllaşdırılmasına dəstək məqsədilə
istifadə edilməsi
planlaşdırılıb".
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
Bioloji Müxtəlifliyin
Qorunması Xidmətinin
rəisi Firuddin Əliyev deyib ki, Cəbrayıl rayonunda ceyranların təbiətə buraxılması
bu il
də planlaşdırılır.
Məqsəd ərazilərdə
tarixən mövcud olmuş və yaxud düşmən tərəfindən nəsli
kəsilmiş bəzi
heyvan növlərinin
ərazidə bərpasıdır:
"Bu kimi tədbirlərin
davamı olaraq, bezoar keçiləri,
"Qırmızı kitab"a
düşən nəcib
maralların buraxılması
nəzərdə tutulub.
Hazırda olduğumuz ərazilərdə
buraxılmış ceyranlar
Füzuli rayonu ərazisində də artıq müşahidə
olunur. Bu da ondan xəbər verir ki, əraziyə
tam adaptasiya ola
biliblər. Həmin ceyranlar Şirvan
Milli Parkı ərazisindən gətirilib.
Həm iqlimə, həm də qidaya öyrəşiblər".
F.Əliyev onu da qeyd
edib ki, əlavə olaraq balıq buraxılışı
tədbirləri davam etdirilir.
Xidmət
rəisi söyləyib
ki, 2023-cü ildə
"Qırmızı kitab"a aid edilən qızıl xallı farelin, həm də çəki balıqlarının təbii
su hövzələrinə
buraxılması nəzərdə
tutulur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Aparatının şöbə
müdiri Raqub Mirzəyevin dediyinə görə, azad olunan ərazilərdə
2021-ci ildən başlayaraq
10 çay üzərində
11 avtomat hidroloji stansiyalar quraşdırılıb. Artıq o stansiyalar
2022-ci ildən fəaliyyətə
başlayıb. Bu stansiyaların
əsas məqsədi
çaylar üzərində
su sərfi, suyun səviyyəsinin və keyfiyyətinin, temperaturunun ölçülməsidir:
"Məlumatlar bizim
Milli Hidrometeorologiya Departamentinə göndərilir
və orada təhlil olunur. Qeyd edim ki bunların
hamısı müasir
standartlara cavab verən yeni bir tipli stansiyalardır.
Burda avtomat hidroloji stansiyalarla yanaşı radioekoloji stansiyalar da quraşdırılıb.
Bunun da əsas məqsədi
radiasiya məlumatlarının
erkən olaraq mərkəzə ötürülərək
təhlil olunmasıdır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
əməkdaşı Azər
Şükürov qeyd
edib ki, Laçında 40 faydalı
qazıntı yatağı
mövcuddur və faydalı qazıntıların
istismarı zamanı təbiətə dəyən
ziyanın minimumlaşdırılması
üçün monitorinqlər
aparılır. Aprel ayının 5-də növbəti
hərracın keçiriləcəyini
qeyd edən qurum rəsmisi əlavə edib ki, işğaldan azad edilən ərazilərdə olan yataqların koordinatları
ANAMA-ya təqdim edilib ki, həmin
ərazilərə giriş
icazəsi verilsin:
"Yeni istehsal sahəsi qurmaq istəyən hər bir sahibkara qapımız
açıqdır. Faydalı yataqları
koordinatları, onların
kimyəvi tərkibi və bir sıra
başqa detallarla bağlı sahibkarları
məlumatlandıra bilərik.
Laçında əsasən, tikinti
materialları, əhəng
daşı, üzlük
daşı, yarımqiymətli
daş yataqları, eyni zamanda, civə
yataqları ilə zəngindir".
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
(ETSN) nümayəndəsi Elşad
Əhmədov vurğulayıb
ki, Laçın rayonunun Sus kəndi
ərazisində Həkəri
çayına 1 500 ədəd
Azərbaycanın "Qırmızı
kitab" növü olan qızılxallı forel balıqları buraxılıb.
Həmçinin, Zəngilan, Qubadlı
və Füzuli rayonlarının ərazisindən
axan Bəsitçay, Həkəriçay, Bərgüşad
və Köndələnçay
çaylarına 408 000, eləcə
də Suqovuşan və Xaçınçay
su anbarlarına 400 000
fərd qızılxallı
forel və çəki cinsli (ağ amur,
ağ qalın alın) balıq körpələri buraxılıb.
Ötən ildən bəri,
təxminən, yarım
milyon balıq işğaldan azad olunmuş ərazilərdəki
su hövzələrinə
buraxılıb.
Onun sözlərinə
görə, bundan sonra da mütəmadi
olaraq balıqların
su hövzələrinə
buraxılması prosesi
davam edəcək.
Qeyd edək
ki, işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin
reintroduksiyası ilə
bağlı dayanıqlı
populiyasiyasının öyrənilməsi
məqsədilə həmin
ərazilərdə monitorinqlər
keçirilir.
A.Şükürovun sözlərinə
əsasən, işğaldan
azad edilmiş ərazilərə Böyük
Qayıdışa dair
Dövlət Proqramının
tədbirlər planında
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi 16 tədbirin əsas, 25 tədbirin digər icraçı qurumu kimi müəyyən
olunub. Nazirlik bu tədbirlərin icrası istiqamətində
azad edilən ərazilərin torpaq-iqlim
şəraitinə uyğun
olaraq ümumilikdə
66 hektara yaxın sahədə 46 mindən çox ağac tingi əkilmiş, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi
məqsədilə 10 çay
üzərində 11 hidroloji
avtomat stansiyanın quraşdırılması işləri,
eləcə də Zəngilan rayonunda "Ağıllı kənd"
ərazisində avtomat
aqrometeoroloji stansiya quraşdırılıb.
İşğaldan azad edilən ərazilərdə ekosistemin
bərpası məqsədilə
meşəbərpa, yeni
yaşıllıq sahələrinin
salınması, xüsusi
mühafizə olunan təbiət ərazilərində
infrastrukturun bərpası
tədbirləri ilə
yanaşı fauna növlərinin
reintroduksiyası layihələri
də həyata keçirilir. Bu məqsədlə
2022-ci ilin 19-20 oktyabr tarixlərində 33 baş
ceyranın Cəbrayıl
rayonu ərazisinə buraxılması tədbiri
həyata keçirilib.
Həmçinin 2022-ci il ərzində
Zəngilan, Qubadlı
və Füzuli rayonlarının ərazisindən
axan Bəsitçay, Həkəriçay, Köndələnçay
və Bərgüşad
çaylarına 408 000, eləcə
də Suqovuşan və Xaçınçay
su anbarlarına 400 000
fərd qızılxallı
forel və çəki cinsli (ağ amur, ağ
qalın alın) balıq körpələri
buraxılıb. Nazirlik tərəfindən
reintroduksiya və su bioresurlarının artırılması layihələrinin
davamlı olaraq həyata keçirilməsi
nəzərdə tutulub.
"Təmiz Şəhər" ASC-nin şöbə müdiri Səbuhi Babayevin dediyinə görə, Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satınalınmasına dair müqavilə imzalanıb. Artıq müqavilənin icrasına başlanılıb və nümunə olaraq yeraltı konteynerlər təqdim olunub:
"Hazırda "Şuşa istismar təmizlik sahəsi"də 14 nəfər işlə təmin edilib. 2022-ci il ərzində 5475 kubmetr tullantı müvəqqəti poliqon ərazisinə daşınıb. İşğaldan azad edilən ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanması və "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya"ya inteqrasiyası ilə bağlı hazırlanmış yekun hesabat Nazirlər Kabinetinə təqdim edilib. Bundan başqa 9 rayonda - Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli (Füzuli rayonu və Hadrut qəsəbəsi üçün) Ağdam, Tərtər, Qubadlı, Cabrayıl, Laçın və Kəlbəcərdə poliqon əraziləri müəyyənləşdirilib".
Ekologiya va Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis əvəzi Cabbar Qəribov deyib ki, Cəbrayıl rayonu ərazisində yandırılmış, məhv edilmiş, qırılmış meşələrin bərpası Türkiyə ilə Azərbaycanın müvafiq qurumları tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, ərazidə terasların salınması işləri aparılır: "Dostluq meşəsi" və teraslarla yanaşı digər ərazidə də ağıllı tinglik sahəsi yaradılır. Burada 8 hektarlıq ərazidə müasir stnadartlara uyğun tinglik sahəsi yaradılacaq. Tinglik sahəsi Türkiyənin ting yetişdirmə metodları ilə yetişdiriləcək. Bunun illik dövriyyəsi 2 milyon ting olacaq ki, bunlar da yüksək keyfiyyətli olacaq".
C.Qəribov vurğulayıb ki, həmin tinglər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda meşəsalma və meşəbərpa işlərində istifadə olunacaq: "Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi yaradılacaq. Mərkəzdə həm Türkiyə, həm də Azərbaycanın meşəçilik, ekoloq mütəxəssisləri yerli mütəxəssislərə təlim, treninqlər keçiriləcək. Eləcə də qonşu və Asiya ölkələrinin meşəçilik, ekoloq mütəxəssisləri burada tədris, təlim keçəcək və öz təcrübələrini bölüşəcəklər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 25 fevral.- S.20.