Süni intellektin pozitiv və neqativ tərəfləri
Süni intellekt bir gün
dünyanı ələ
keçirə bilərmi?
Süni intellektin yaradılması
ilə bağlı fikir və mülahizələr
uzun illərdən bəri səsləndirilsə
də, bu istiqamətdə ilk praktiki
addımlar ötən
əsrin 50-ci illərində
atılmağa başladı. Artıq bu
gün dünyada süni intellektdən tibb, maliyyə, biznesin avtomatlaşdırılması
kimi ən fərqli sahələrdə
istifadə olunur.
Müasir dövrdə süni
intellektin tətbiqi ilə ən müxtəlif cari işlərin icrasından
tutmuş, bədii əsərlər yaratmağa
qədər çoxşaxəli
və geniş spektrli vəzifələrin
öhdəsindən gəlmək
reallığa çevrilib.
Bununla belə, hazırda süni intellektlə bağlı müxtəlif
pessimist fikirlərə də
rast gəlinir. Hərbi sənaye sahəsində döyüş robotları
adlandırılan avtonom
robot sistemlərinın yaradılması
və sınaqdan keçirilməsi cəhdləri
bir çox insanlarda narahatlıq doğurur. Robottexnikanın bir çox
sənaye sahələrində
tətbiqinin dünyada
qlobal işsizlik təhlükəsi yaradacağı
və böyük sosial problemlərə yol açacağı isə son illər ən çox müzakirələrə səbəb
olan mövzulardandır.
Lakin bütün hallarda cəmiyyət belə dəyişikliklərə hazır
olmalı və yarana biləcək problemlərin öhdəsindən
gəlmək üçün
indidən lazımi tədbirlər görməyə
çalışmalıdır.
Süni
intellekt üzrə mütəxəssis Barış
Mehdiyev "525"ə açıqlamasında
süni intellektin gələcək həyatımız və
bəşəriyyət üçün
böyük töhfələr
verə biləcəyini
bildirib: "Bəşəriyyət
bu vaxta kimi həll olunmayan problemləri süni intellekt vasitəsilə həll etmək imkanı qazanacaq. Məsələn, bir neçə
aya görməli olduğumuz işi süni intellekt bir neçə günə, inkişaf etdikcə hətta bir neçə dəqiqəyə həll
edə biləcək.
İş prosesinə gəldikdə
isə, şirkətlərin
avtomatlaşdırılma sayəsində
istehsalı artırmaları,
səhvlərin azaldılması,
maliyyə xərclərinin
aşağı düşməsi
halları müşahidə
olunacaq. Amma burada
bir mənfi cəhət də var ki, süni
intellekt işsizliyin artmasına yol açacaq. Süni intellekt zamanla
bir neçə peşəni avtomatlaşdıra
biləcək və insanların həyata keçirəcəyi işlərin
sayı azalacaq. Əlavə olaraq sağlamlıq xidmətlərində süni
intellektin töhfələri
böyük olacaq, tibbi diaqnozlar daha tez və
daha dəqiq qoyulacaq. Daha tez qoyulan diaqnoz sayəsində insanların müalicəsi
də asanlaşacaq.
Eyni zamanda, müalicəsi tapılmayan bir çox xəstəliklərin
müalicəsi tapılacaq.
Çünki süni intellekt
5-10 ilə ediləcək
araşdırmanı super kompüterlər
vasitəsilə bir neçə günə araşdırır. Virusları daha
tez müəyyənləşdirə
biləcək texnologiyalar
sürətlə artmaqdadır.
Bu gün insan intellektin maşınlar tərəfindən dəqiq
simulyasiya olunması nəticəsində avtomatlaşdırılmış
naviqasiya sürətlə
inkişaf edir, bir çox firmalar bu sahəyə
böyük yatırımlar
qoyurlar. Artıq inkişaf etmiş
ölkələrdə süni
intellektlə idarə
olunan nəqliyyat vasitələrini satışa
çıxarmaq istəyirlər.
Süni intellektlə idarə olunan marşrutlarda sürücüyə ehtiyac
duyulmur. Süni intellekt insandan daha tez reaksiya
verərək, prosesi cəld həyata keçirdiyi üçün
maşın qəzaları
az olacaq
və bunu da müsbət bir hal kimi
dəyərləndir bilərik.
Maliyyə və ticarət
məsələsində də
süni intellektin töhfələri böyükdür.
Süni intellekt qurğuları, olqaritmlər daha yaxşı və səmərəli qərarlar
verməyə imkan yaradacaq. Hazırda süni intellektlə
işləyən sayt
var, biz orada öz soyuducumuzda olan məhsulların adlarını yazırıq
və o, həmin məhsullardan ən yaxşı hansı yeməyi hazırlamaq mümkün olduğunu bizə göstərir.
Bu nümunələr sadəcə başlanğıcdır.
Süni intellekt kimi dünyada heç bir sahədə böyük inkişaf olmayıb. Bu mövzuda insanlar ehtiyatlı hərəkət
edirlər. Süni
intellektdən düzgün
istifadə etməyi bacaran istənilən insan həm maddi, həm mənəvi cəhətdən
çox gözəl yerlərdə ola
bilər. Jurnalist belə məqalə
yazmaq üçün
süni intellektdən
istifadə edə bilər.
Bəzən adamlar süni intellektin dünyanı ələ keçirəcəyini düşünürlər. Amma bu, mümkünsüzdür. Çünki süni intellekt də insanlar tərəfindən kodlaşdırılır və yaradılır. Yəni onun həyatınızdakı rolu özümüzdən asılıdır".
Havar ŞƏFIYEVA
525-ci qəzet.- 2023.- 25 fevral.- S.17.