Nostradamusun görücülüyü və bu
günümüz
(III yazı)
"HƏR ŞEYİ MƏHV EDƏCƏK, SONRA MƏHƏBBƏTDƏN DƏM VURACAQ"
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor
Mişel
Nostradamus Mixail Qorbaçovun hakimiyyətinə 2 k 5, 2 k 89, 2 k
98, 9 k 51, 12 k 55 kimi 5 (beş) maraqlı
katren həsr etmişdir. Bu, təsadüfi
deyildir. Qorbaçov Sovet İttifaqı
kimi qüdrətli bir dövləti və ictimai formasiyanı
məhv etmişdir. Həmin katrenlər
haqqında ayrı-ayrılıqda danışmağı
münasib bildik.
9 k 51
katrendə görücü bəyan etmişdir:
Qırmızı təriqətlərə qarşı
sui-qəsd düzəldəcəklər.
Od, su, dəmir,
kəndir sülh yolu ilə zəifləyəcək.
Ölüm
ayağında olanlar işi elə quracaqlar ki,
Bir nəfər hamıdan əvvəl dünyanı məhv
edəcək.
Əcnəbi tədqiqatçılar Leoni, R.Velş, rus
tədqiqatçıları Avdyayeva və Zdanoviç katrendə
söhbətin Sovet İttifaqından, qırmızılardan,
kommunistlərdən getdiyini bəyan edirlər. 2-ci sətirdə
silahlanmanın sülh yolu ilə zəifləyəcəyi göstərilir.
3-cü sətirdə söhbət Brejnev,
Çernenko, Andropov, Suslov, Qromıko kimi qocalığın
zirvəsində olanlardan bəhs edilir.
Katrenin 4-cü sətrində söhbət sovetlərin
ilk və son prezidenti Mixail Qorbaçovdan gedir. Tədqiqatçılar
qeyd edirlər ki, xarici ölkələrin xüsusi xidmət
orqanları Qorbaçovu ələ alandan sonra o, "yenidənqurma"
pərdəsi altında Sovet İttifaqını
dağıtmaqla dünyanı fəlakətə saldı.
Nəticədə
bəşəriyyət görünməmiş bəlalara
düçar olmuş, III Dünya müharibəsi ilə
üzləşmişdir (Bax: 12 k 55).
Katren 2 k
5-də isə söhbət Reyqan və M.Qorbaçovun
Aralıq dənizində, sualtı qayıqda təkbətək
görüşü və Sovet İttifaqının
dağılmasına gətirib çıxaran sazişin
imzalanmasından gedir.
Nostradamus
dördlükdə yazır:
Balığa
bənzər gəmidə silah və planlar (gələcək
planlar)
haqqında saziş imzalananda
Bir nəfər üzə çıxacaq və
müharibəni başlayacaq.
Onun hərbi dəniz qüvvələri uzun müddət
dənizdə üzəcək.
Nəhayət
latın torpaqlarının (İtaliya) yaxınlığında
görünəcək.
Nostradamusun sualtı hərbi qayıqları tam dəqiqliyi
ilə görməsi və təsvir etməsi adamı heyrətləndirir.
Bu katren
barədə yalnız Nostradamusşünas Erika Çiçəm
ağlabatan mülahizələrini irəli sürmüş,
1973-cü ildə çap etdirdiyi kitabının təkmilləşdirilmiş
1991-ci il çapında söz
açmışdır. Lakin tədqiqatçı
söhbətin hansı dövlətdən getdiyini, Adriatik və
Aralıq dənizinə kimin sualtı qayıqlarının gəldiyini
deyə bilməzdi. Onda bu hadisələr
baş verməmişdi.
Çəkinmədən
deyə bilərik ki, bu katrendə söhbət ilk və son
Sovet prezidenti Mixail Qorbaçovla ABŞ prezidenti Ronald
Reyqanın Afrika və Avropanın sərhədi Malta
yaxınlığında, Aralıq dənizində, sualtı
qayıqda təkbətək görüşündən və
həmin həlledici görüşdən sonra Sovet
quruluşunun get-gedə zəifləməsi nəticəsində
Rusiyanın Şimal Buzlu okeanına çıxan dənizdən
başqa su hövzələrini əldən verməsindən,
həmin su hövzələrində ABŞ-nin hərbi dəniz
qüvvələrinin hegemonluğundan, onun
İraqa, Yuqoslaviya və Əfqanıstana və s.
qarşı müharibəsindən gedir. Balkan
hadisələrində ABŞ gəmiləri İtaliya sahillərinə,
Aralıq və Adriatik dənizləri sularına gəlib
çıxdılar. İndi Aralıq və
Adriatik dənizlərində ABŞ-ın sualtı
qayıqları keşik çəkir.
Görücü
Qorbaçovdan bəhs edən 2 k 89 katrenini belə bəyan
edir:
Bir vaxt gələcək
iki böyük hökmdar dost olacaq.
Onlar görəcəklər ki, qüdrətləri necə
də artır.
Yeni dünya (ABŞ) hakimiyyətin zirvəsində
duracaq.
Qanlıya (qan xalı olana) onların sayı barədə
xəbər verilib.
Bu katren
bizim zəmanəmizdən, XX əsrin sonu XXI əsrin əvvəlində
baş verən hadisələrdən bəhs edir. Sovet İttifaqının ABŞ ilə dostluq
münasibəti bütün aləmdə tarazlığı
pozmuşdu. Sovet İttifaqının
birinci və sonuncu prezidenti Mixail Qorbaçovun Qərb dövlətlərinin
rəhbərləri Ronald Reyqan, Marqaret Tetçer, Fransua
Mitteran və başqaları ilə görüşlərindən
sonra Sovet İttifaqı dağılmağa başladı.
Mixail Qorbaçovun Malta
yaxınlığında Aralıq dənizində, sualtı hərbi
gəmidə Ronald Reyqanla təkbətək
görüşündən sonra bir çox məsələlər
aydın oldu. Sovet İttifaqı
dağılandan sonra ABŞ Yuqoslaviyanı darmadağın edəndə
Rusiya susdu. 7 oktyabr 2001-ci ildə ABŞ
Əfqanıstana və 20 mart 2003-cü ildə İraqa
qarşı müharibəyə başlayanda Rusiya
özünü ABŞ-ın müttəfiqi kimi apardı.
Bütün bunlar bir yana, ən təəccüblüsü
odur ki, Varşava hərbi blokunu dağıdan Rusiya NATO-ya
üzv olmağa can atdı.
Bu katrenin əvvəlinci üç sətri barədə
söz açmağa, şərhə lüzum yoxdur. Bunlar artıq
hamının dərk edə biləcəyi, gün kimi
aydın həqiqətə çevrilmişdir. 4-cü sətirdə
söhbət Qorbaçovun alnındakı qan xalından (bax:
2 k 98) gedir. Fransız dilində bu söz həm
"qan xalı" (krovavoe pətno), həm də
"qanlı" mənasında işlənir. İkinci mənada da bu söz Qorbaçova uyğun
gəlir. 20 yanvar 1990-cı ildə onun əmri ilə
Sovet qoşununun Bakıya daxil olaraq tökdüyü qan,
Qarabağda, Tiflisdə, Çeçenistanda, Moldovada, Pribaltikada,
Orta Asiyada tökülən qanlar hamısı birbaşa o
qanlının - Qorbaçovun adı ilə
bağlıdır.
Katrenin
"Bir vaxt gələcək, iki böyük hökmdar dost
olacaq" adlanan 1-ci misrasını əllərində bayraq
edərək rus tədqiqatçıları A.Morok və
K.Razumovskaya sevinc hisslərini cilovlaya bilməyərək
yazırlar: "Katrendə söhbət gedən iki
böyük hökmdar Rusiya və ABŞ-ın prezidentləridir.
Bu ölkələrin dünya siyasətindəki
yerini nəzərə alsaq, yalnız bu iki dövləti
"Böyük" adlandırmaq olar. Çox
mümkündür ki, XXI əsrin ortalarına yaxın onlar
bütün güclərini birləşdirəcəklər
ki, daha güclü olsunlar. Bütün dünyanı
özlərinə tabe etsinlər (bax: A.Morok, K.Razumovskaə. Novaə rasşifrovka predskazaniy Nostradamusa. Moskva, 2000, str.58-59)".
Lakin onların arzuları çin olmadı və sonralar
ürəkağrısı ilə yazdılar ki, bu dostluq uzun
sürmədi.
ABŞ və Rusiya arasında dünyanı
bölmək ucbatından nifaq düşdü. Bu dostluq
cəmisi 13 il çəkdi (bax: Göstərilən
əsər, səh.61).
Katrendə
söhbət çox maraqlı bir məsələdən
gedir: "Qanlıya - alnında qan xalı olana onların
sayı barədə məlumat verilib" misrasının
açmasını Peter Lorie aşkarlamışdır. Tədqiqatçı
göstərir ki, Amerika kəşfiyyatı Qorbaçova
qarşı qiyam qaldıracaq, hətta onu oğurlamağa cəhd
göstərəcək QKÇP üzvləri və
onların sayı barədə məlumat verib (bax: Peter Lorie.
Nostradamus. Nyu York, 1993, səh.83; Əsərin
türkcə çapı. İstanbul,
1999, səh.84).
M.Moren isə
göstərir ki, bundan sonra "Qanlı"nın
hakimiyyətinin sonuna az qalacaqdır.
Həqiqətən
də az sonra, 1991-ci il dekabr ayının
25-də Mixail Qorbaçov televiziya ilə
çıxış edərək, istefaya
çıxdığını elan etdi. Ancaq o,
görəcəyi işi görmüşdü. Sovet İttifaqını
dağıtmışdı. Bununla belə,
Sovet İttifaqının məhvini təkcə onun
ayağına yazmaq doğru olmazdı. Bu
sistemin axırına çıxmaqla "Rusiyanın
özünü özündən müstəqil" elan edən
içki düşkünü Boris Yeltsinin də "xidmətləri"
böyük olmuşdur.
Nostradamus
Mixail Qorbaçovdan bəhs etdiyi
düşündürücü 12 k 55 dördlüyündə
bəyan edib:
Acınacaqlı
Sovetlər, xəyanətkar, hiyləgər,
Qərəzli
məsləhət, Mor (Tomas Mor) qanununa xəyanət,
Xalq qəzəblənəcək, həyəcanlanacaq,
çaxnaşma düşəcək.
Kənddə də, şəhərdə də,
dünyada sülhə nifrət edəcəklər.
Katrendə Sovet İttifaqının süquta
uğradığı son illərdən bəhs edilir.
Bu katren barədə görkəmli Nostradamusşünas
alim Con Houqun bəyan etdiklərini verməklə nəticə
çıxarmağı oxucuların ixtiyarına
buraxırıq. Nostradamusun görücülüyünün ən
etibarlı tədqiqatçısı yazır: "Katren
Mixail Qorbaçovun Sovet İttifaqını
dağıtmasının nəticələrini təsvir edir. Soyuq müharibənin bitməsi və Sovet
İttifaqının süqut etməsi, sinifsiz cəmiyyət
xülyasına son qoydu (2-ci sətirdə görücü
buna işarə edir) və Rusiyada cəmiyyətin təbəqələşməsinə
gətirib çıxardı. Ola bilsin ki,
gələcəkdə Rusiyada azğın monarxist, bəlkə
ondan daha pis diktator peyda oldu. Birinci Dünya müharibəsindən
sonra Hitler meydana gəldiyi kimi, Rusiyada da müharibə
qızışdıran diktator siyasi meydana gələ bilər...
Kommunist sistemini dağıtmaq barədə öz qərəzli
məsləhətləri ilə Qorbaçovu şirnikləndirən
ABŞ prezidentləri Ronald Reyqan və Corc Buş (ata)
olmuşlar. Qorbaçovda rəhbərlik keyfiyyətlərinin
olmaması sovet sisteminin süqutuna gətirib
çıxardı.
Qorbaçovun ucbatından nisbətən sakit keçən
soyuq müharibə hərc-mərcliklə və faciə ilə
əvəz olundu. İnanmıram ki, bu "xidmətlərinə" görə ona təşəkkür
etmək olar" (Bax: Con Houq. Nostradamus. Külliyatı.
Uels, 2001, səh.846; Qəzənfər
Paşayev. Nostradamusun möcüzəli aləmi.
Bakı, "Təhsil", səh.699-700).
Təəssüflə
qeyd etməliyəm ki, Con Houqun mülahizə kimi irəli
sürdüklərini Nostradamus 450 il bundan əvvəl
bəyan edibmiş. Görücü 2 k 9 katrenini
bütövlükdə bu məsələyə həsr edib:
Arıq hökmdarın hakimiyyəti doqquz il
əmin-amanlıqla keçəcək. Sonra onda
qan tökməyə şiddətli hərislik baş
qaldıracaq. Qanunsuzluq və inamsızlıq
ucbatından böyük xalq məhv olacaq.
Tədqiqatlar
göstərir ki, görücünün 10 k 72
dördlüyünə arxalanaraq rus tədqiqatçıları
Dmitri və Nadejda Zimalar hələ 1998-ci ildə yazıblar:
"1933-cü ildə Hitler demokratik seçki yolu ilə
hakimiyyətə gəldiyi kimi, 1999-cu ildə yeni bir qüdrətli
hökmdar Antixris hakimiyyətə gələcək" (bax:
Dmitriə i Nadejda Zima. Rasşifrovannıy Nostradamus. M., 1998, str.185).
Nostradamus 2 k 98 katrenini də Mixail Qorbaçova həsr etmişdir. Burada təəccüblü bir şey yoxdur. Cəmiyyətin taleyində rol oynayan güclü bir ictimai formasiyanın və qüdrətli dövlətin məhvinə bais olan Qorbaçovun bütün əməlləri görücünün diqqətini cəlb etmişdir.
Dördlük belədir:
Alnına qan çilənən (qan xalı olan adam),
Az
qalacaqdı ki, qurban getsin.
İldırım
saçan Yupiter Şir bürcündə olanda,
Peyğəmbərlik əlaməti görünəcək.
O, hər
şeyi məhv edəcək, sonra məhəbbətdən dəm
vuracaq.
Sovet dövlətinin son illərinin şahidi olmuş hər bir şəxs bu katreni oxuyan kimi söhbətin Sovetlər İttifaqının ilk və son prezidenti Mixail Qorbaçovdan getdiyini yəqin edəcəklər. Üzünə qan çilənən, alnında qan xalı olan M.Qorbaçov 2-ci sətirdə göstərildiyi kimi Yupiter Şir bürcündə olanda (19 avqust 1991, 11 sentyabr 1991) az qalmışdı ki, qurban getsin. Moskvada QKÇP adlanan qrup dövlət çevrilişi etmişdi (12-19 avqust 1991). Krımda istirahətdə olan M.Qorbaçov Boris Yeltsinin səyi nəticəsində ailəsi ilə birgə Moskvaya qayıda bilir. Qiyamçıların siyahısını ABŞ kəşfiyyatı ona təqdim edibmiş (bax: 2 k 89), 4-cü sətirdə göstərilir ki, "Qanlıya" (qan xalı olana) onların sayı barədə xəbər verilib).
Qiyamçıları həbs edirlər. 1991-ci il sentyabrın 5-də Qorbaçov Xalq Deputatları Sovetinin Qurultayının işinə xitam verdi. Buna qədər artıq B.Yeltsin Kommunist Partiyasının fəaliyyətini qadağan etmişdi (24 avqust). Əvvəllər Qərbi və Şərqi Almaniyanın birləşməsinə xeyir-dua verən M.Qorbaçov Yupiterin Şir bürcünə keçməsinə 5 gün qalmış (11 sentyabr 1991-ci ilə qədər) Pribaltika Respublikalarının müstəqilliyini elan edib.
O, 1991-ci il dekabrın 25-də özü istefaya gedib. Lakin buna qədər Sovet İttifaqını dağıtmaq üçün əlindən gələni etmiş və bunu xalqa məhəbbətindən etdiyini xüsusi vurğulamışdı.
Maraqlıdır ki, 2001-ci ilin dekabrında istefasının 10 (on) illiyi münasibətilə BBC-yə verdiyi müsahibəsində Qorbaçov bu məsələdən qürur hissi ilə danışırdı. O, müsahibəsində B.Yeltsindən də danışıb və onu "ağlasığmaz, inanmaq mümkün olmayan yalançı" adlandırıb (bax: Yeni Musavat, 26.12.2001, səh.16).
M.Qorbaçovun B.Yeltsin haqqında dediklərini
tərəddüd etmədən onun özünə aid etmək
olar. Bunu Nostradamus 450 il zəmanəmizdən əvvəl
görmüş və poetik dillə bəyan etmişdir:
"O, hər şeyi məhv edəcək, sonra məhəbbətdən
dəm vuracaq".
Qəzənfər
PAŞAYEV
525-ci qəzet.- 2023.- 25 fevral.- S.16.