Xocalı soyqırımının
qurbanları Milli Kitabxanada
anılıb
Fevralın 24-də Milli Kitabxanada Xocalı soyqırımının
otuz birinci ildönümü ilə əlaqədar tədbir və Səkinə Turabqızının müəllifi
olduğu "Əsir
Xocalı" kitabının
təqdimat mərasimi
keçirilib.
525.az xəbər verir ki, əvvəlcə
Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Xocalı faciəsi tarixdə misli bərabəri olmayan, insanlığa sığmayan bir qətliamdır. Ötən
əsrin 90-cı illərində
Azərbaycan xalqına
qarşı törədilən
bu soyqırımı
aktı heç vaxt xalqımızın yaddaşından silinməyəcək:
"Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!"
kampaniyası çərçivəsində
həyata keçirdiyi
təbliğat kampaniyası
çərçivəsində keçirilən tədbirlər
nəticəsində Xocalı
soyqırımı barədə
həqiqətlər dünya
ictimaiyyətinə çatdırılır.
Bizim vəzifəmiz belə qətliamların unudulmaması
və yaddaşlarda qalması üçün
daima geniş təbliğat işləri
aparmaqdan ibarətdir.
Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından
kənarda da hər bir azərbaycanlı
tərəfindən dərin
hüznlə yad edilir. 1992-ci ilin fevralın
25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri
Xocalı şəhərinə
hücum edərək
dinc əhaliyə qarşı törədilən
qanlı qətliam nəticəsində, 613-dən artıq dinc sakin məhz azərbaycanlı olduğuna
görə qətlə
yetirilib, 150-ə yaxın
insan itkin düşüb, 1275-dən artıq
insan isə girov götürülüb.
AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun icraçı
direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev 31 il əvvəl törədilmiş Xocalı
faciəsinin tarixi faktlarından bəhs edərək bildirib ki, XX əsr bəşər tarixi iki böyük dünya müharibəsi ilə yadda qalıb. İlk dəfə XX əsrdə
soyqırımı ifadəsi
qocaların, uşaqların,
günahsız insanların
qətlini təsvir etmək üçün istifadə edilib: "Xalqımız da XX əsrdə bir neçə dəfə amansızlıqlara məruz
qalıb. 1918-ci və 1991-ci ildə iki dəfə müstəqilliyini bərpa
edib. Nəhayət, 1988-ci ildə ermənilər
Moskvanın dəstəyi
ilə Azərbaycana qarşı hərbi təcavüzlərə başlayıb.
Biz mənbələrə əsaslanaraq sübut edə bilirik ki, məhz azərbaycanlı,
türk olduğuna görə ermənilər
dinc əhalini amansızcasına qətlə
yetirib".
Təqdimatı keçirilən "Əsir Xocalı" kitabının müəllifi
Səkinə Turabqızı
bildirdi ki, kitabda Xocalı faciəsi zamanı əsirlik həyatı yaşamış Xocalı
sakinlərinin taleyindən,
onlara verilən dözülməz işgəncələrdən,
erməni vandalizmindən
söhbət açılır.
Qarabağ Regional Təhsil idarəsinin metodisti, əslən Xocalıdan olan Samirə Hüseynova çıxışı zamanı
faciənin dəhşətlərinə
necə şahid olduğundan bəhs edərək, bütün
ailə üzvlərini
də həmin faciədə itirdiyini bildirib.
Tədbirin davamında Suraxanı rayonu 232 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında
Xocalıya həsr olunmuş şeirlər səsləndi.
Tədbir zamanı "XX əsrin faciəsi - Xocalı Soyqırımı" adlı
elektron məlumat bazası
(http://anl.az/el/emb/Xocali-soyqirimi/index.html) və
Xocalı ilə bağlı hazırlanmış
sənədli film nümayiş
edilib.
Sonda tədbir iştirakçıları
və qonaqlar "Xocalı soyqırımı
- XX əsrin faciəsi"
adlı sərgi ilə tanış
oldular.
525-ci qəzet.- 2023.- 25 fevral.- S.14.