"Şükriyyə"
tamaşasının premyerası keçirilib
Akademik Milli Dram Teatrında "Şükriyyə"
tamaşasının premyerası
olub. AZƏRTAC xəbər verir ki, yazıçı
Cavid Zeynallının
“Şükriyyə” pyesi
əsasında hazırlanan
eyniadlı tamaşa
2023-cü ilin repertuar
planına uyğun olaraq təqdim edilib.
Tamaşanın quruluşçu rejissoru
Əməkdar incəsənət
xadimi Bəhram Osmanovdur.
Yeni yaradıcılıq işində
əməkdar artist Münəvvər
Əliyeva (Şükriyyə),
xalq artisti Nurəddin Mehdixanlı
(Fyodor Alekseyeviç), xalq
artisti Əli Nur (Süleyman bəy), əməkdar artistlər
Mehriban Xanlarova (Zöhrə),
Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova
(Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), əməkdar
artist Şəlalə Şahvələdqızı
(Qadın müstəntiq),
aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi),
aktrisalar Aylin Həşimova
(Lali), Lalə Süleymanova
(Nino), Nəzrin Abdullayeva
(Ayçiçək), aktyorlar
Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış
ediblər.
Tamaşanın səhnə tərtibatçısı
Samirə Həsənova,
geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov,
musiqi tərtibatçısı
Kamil İsmayılov, rejissor
assistenti Nərmin Həsənovadır.
Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.
525-ci qəzet.- 2023.- 4 iyul. S. 9.