Heydər Əliyev irsinin tədqiq və təbliğinə qiymətli töhfə
Ölkəmizdə xalqımızın xilaskar
oğlu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi böyük təntənə
ilə qeyd edilir. 2023-cü ilin ölkəmizdə "Heydər
Əliyev İli" elan olunması
haqqında Azərbaycan
Respublikası Prezidenti
cənab İlham Əliyevin
Sərəncamında deyilir:
"Heydər Əliyev
öz xalqını zamanın mürəkkəb
tarixi-siyasi sınaqlarından
uğurla çıxarmış
və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli
şəxsiyyətdir. Azərbaycan
xalqı yeni əsrə
və yeni minilliyə
məhz Heydər Əliyev zəkasının
işığında qədəm
qoymuşdur. Davamlı
yüksəliş yolunda
inamla irəliləyən
müasir Azərbaycan
Heydər Əliyevin həyat amalının təntənəsidir". Sərəncamdan
irəli gələrək,
Heydər Əliyev ideyaları və əməlləri yenidən
öyrənilir və
təbliğ olunur. Bununla əlaqədar AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin Ulu öndərin
siyasi irsindən bəhs edən "Heydər Əliyev siyasəti: tarix və müasirlik" monoqrafiyası işıq
üzü görüb.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, rəyçisi
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Əliyevşünaslıq"
şöbəsinin müdiri,
tarix elmləri doktoru Ədalət Qasımovdur. Əsər
2023-cü ildə "Elm" nəşriyyatında çap
edilib.
Qeyd edək ki, akademik İsmayıl Hacıyevin dahi lider Heydər
Əliyevə həsr
edilən çoxsaylı
əsərləri var. Alim həm
də özünün
sanballı tədqiqatları
ilə Əliyevşünaslığa
qiymətli töhfə
verən elm adamlarındandır.
Hörmətli akademikin
Heydər Əliyev şəxsiyyəti və
siyasətinə həsr
edilən "Heydər
Əliyev və milli-tarixi yaddaşın bərpası" (Bakı,
2003, 164 s.), "Heydər Əliyev
siyasəti: tarixdə
və günümüzdə"
(Naxçıvan, 2013, 296 s.) kimi monoqrafiyaları Əliyevşünaslıq və
ümumən Azərbaycanın
tarixi inkişaf yolu və problemləri
istiqamətində ərsəyə
gətirdiyi mühüm
elmi nailiyyətlərdən
hesab edilə bilər. Alimin yenicə çapdan çıxan "Heydər
Əliyev siyasəti: tarix və müasirlik"
monoqrafiyası da yeni elmi
dəlillərlə zəngin
qiymətli mənbələrdən
biridir.
Monoqrafiyanın ilk səhifələri dahi lider Heydər
Əliyevin məşhur
bir kəlamı ilə açılır:
"Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq
böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti,
yüksək mənəviyyatı
olan ölkəmizin həm dünəninə,
həm bu gününə, həm də gələcəyinə
dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".
Müəllif müdrik
liderin siyasətinə
tarix və müasirlik konseptindən yanaşaraq bütün tarix boyu başlıca
keyfiyyətini səciyyələndirməklə
onun məhz xalqına, millətinə,
vətəninə bağlılığı
və milliliyini diqqət mərkəzinə
çatdırır, hər
bir vətəndaş
üçün buraxdığı
qiymətli tarixi miras olduğunu bildirir.
Əsərin sonrakı səhifələrində
2023-cü ilin ölkəmizdə
"Heydər Əliyev
İli" elan olunması haqqında
Azərbaycan Respublikasının
Prezidentinin Sərəncamı
yer alıb. Müəllifin yorulmaz fəaliyyətinin nəticəsi
olan bu elmi
əsər də
"Heydər Əliyev
İli"nə, dahi
liderin anadan olmasının 100 illiyinə
bir töhfə, qarşıya qoyulan vəzifələrin düzgün
icrası baxımından
mühüm bir fakt kimi dəyərləndirilə
bilər.
Əsərin "Ön söz"ündə
müəllif kitabın
yazılma səbəbləri
və dahi liderin şəxsiyyət əzəməti haqqında
dolğun fikirlər səsləndirir. Ulu öndər
Heydər Əliyevin həyatı və fəaliyyətinə Azərbaycan
xalqının milli inkişaf
və tale konseptindən
yanaşan müəllif,
Ümummilli liderin xalqı yolundakı tale yüklü əzəmətli
əməllərindən söhbət
açır, bu böyük şəxsiyyətin
Azərbaycan xalqının
tarixi taleyində tutduğu ehtişamlı mövqe və statusu ümumiləşdirir.
Monoqrafiya
altı fəsil, nəticə və ədəbiyyat siyahısından
ibarətdir. Monoqrafiyanın
ümumi məzmunu
"Heydər Əliyev
şəxsiyyəti və
siyasəti" (I), "Ümummilli
lider Heydər Əliyevin Azərbaycana qayıdışı. Naxçıvanın
milli azadlıq hərəkatının
mərkəzinə çevrilməsi.
Müstəqilliyə doğru
böyük dönüş"
(II), "Heydər Əliyevin
dövlətçilik təlimi"
(III), "Heydər Əliyev:
tarix və tarixi günlər"
(IV), "Heydər Əliyev
və Naxçıvanın
inkişaf strategiyası"
(V), "Heydər Əliyev
ideyaları Azərbaycanın
uğurlarının əsasıdır"
(VI) kimi fəsillər
daxilində təqdim edilir.
"Heydər Əliyev şəxsiyyəti və
siyasəti" adlanan
birinci fəsildə dahi liderin şəxsiyyətinə
yönəlik elmi baxış və tədqiqat cəmlənib.
Burada dahi liderin şəxsiyyət meyarları, onun nəhəngliyi və fövqəladiliyi barədə
geniş bəhs açılır, dünya
dövlətləri liderlərinin
bu böyük şəxsiyyət və lider haqqındakı ehtişamlı fikirləri
təqdim edilir. Heydər Əliyev şəxsiyyəti haqqında
hərtərəfli təhlil
aparan alim "Heydər
Əliyev öyrənilməmiş
dünyadır" tezisini
bir daha qabardaraq bu nəhəng
şəxsiyyətin hələ
on illər boyunca öyrəniləcəyi və
yeni-yeni fikirlərin söyləniləcəyi
qənaətinə gəlir.
"Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışı.
Naxçıvanın milli azadlıq
hərəkatının mərkəzinə
çevrilməsi. Müstəqilliyə
doğru böyük dönüş" adlanan
ikinci, "Heydər Əliyev və Naxçıvanın inkişaf
strategiyası" adlı
beşinci fəsillərində
bir vaxt ağır blokada vəziyyətinə salınmış,
taleyin ixtiyarına buraxılmış Naxçıvandan,
onun qorunub saxlanması, blokadanın çətinliklərinin aşılması,
inkişafına nail olunması,
xüsusilə müdrik
liderin Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan
dövründə burada
verdiyi qərarların
taleyüklü olması
və bütün ölkənin - Azərbaycanın
gələcək taleyini
müəyyənləşdirməsi haqqında bəhs olunur. Bunu da əlavə edək ki, Naxçıvanın tarixinə,
sosial-iqtisadi inkişafı
və şəxsiyyətlərinə
həsr edilmiş çoxsaylı elmi əsərlərində də
müəllif Ulu öndər
Heydər Əliyevin Naxçıvanın qorunması
və inkişafı sahəsindəki əvəzedilməz
xidmətlərindən gen-geniş
bəhs edib. Belə ki, məlum həqiqətdir ki, dahi liderin 1990-cı ilin 22 iyulunda Naxçıvana gəlişi olmasaydı, həmin böhran illərində Naxçıvan
erməni daşnaklarının
silahlı hücum hədəfi və blokadaya tərk edilmiş bir torpaq olaraq məhv
olmaq təhlükəsi
ilə üz-üzə
qalacaqdı. Ulu öndər
Heydər Əliyevin Naxçıvana gəlişi
və Naxçıvan
camaatının sevgisi,
məhəbbəti və
dəstəyi ilə göstərdiyi dövlətçilik
fəaliyyəti Azərbaycan
tarixi üçün
milli istiqlaliyyət və
dövlətçilik zəmini
hazırladı. Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev
də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
Azərbaycanın mədəniyyət
paytaxtı olan Şuşadan Azərbaycan
xalqına müraciət
edərkən məhz
bu sözləri dedi: "Heydər Əliyevin gələcək
fəaliyyəti üçün
Naxçıvan dövrünün
böyük əhəmiyyəti
var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi
idi. ...Naxçıvan,
demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı
təxribatlar törədirdilər,
desant göndərirdilər,
çevrilişə cəhd
edirdilər. Sanki istəyirdilər
ki, Naxçıvan da işğal
altına düşsün.
Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və
bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti,
fəaliyyəti nəticəsində
Naxçıvan torpaqları
erməni işğalına
məruz qalmadı".
"Heydər Əliyevin dövlətçilik təlimi",
"Heydər Əliyev:
tarix və tarixi günlər" və "Heydər
Əliyev ideyaları Azərbaycanın uğurlarının
əsasıdır" kimi
fəsillərdə müdrik
siyasi xadim Heydər Əliyevin dövlətçilik təliminin
əsasları diqqət
mərkəzinə çəkilib,
müəllifin nöqteyi-nəzərincə
dəyərləndirilib və
təhlil edilib. Müəllif Azərbaycanın
uğurları və inkişafını, hətta
bugünkü qələbə
və nailiyyətlərini
Heydər Əliyev siyasi təliminin parlaq nəticələri kimi qiymətləndirib. Azərbaycanın 44 günlük
Vətən mühasribəsində
qələbəsi, kosmik
gücə sahib olması,
beynəlxalq aləmdə
söz sahibinə və regionda güc mərkəzinə
çevrilməsi kimi
məsələləri Heydər
Əliyev siyasətinin
və onun uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq qəbul edib. Xüsusilə müasir dünyada Azərbaycanın
artan nüfuzu, siyasi məsələlərə
həlledici təsiri və türk dünyasının birliyinə
gedən yolda Azərbaycanın birləşdiricilik
rolunun nüfuzlu yer alması kimi məsələlər
də Heydər Əliyev və Əliyevçiliyin uğurlarının
təzahürü olduğu
qeyd edilib.
Beləliklə, akademik İsmayıl
Hacıyevin yenicə çapdan çıxan
"Heydər Əliyev
siyasəti: tarix və müasirlik" monoqrafiyası" "Heydər
Əliyev İli"nə
qiymətli alim töhfəsidir.
Monoqrafiyada irəli sürülən məsələlər,
gəlinən nəticələr
və ortaya qoyulan tezislər Əliyevşünaslıq sahəsində
özünəməxsus dəyərə
malikdir. Akademik İsmayıl Hacıyevin böyük alimlik məharətilə ərsəyə
gətirdiyi "Heydər
Əliyev siyasəti: tarix və müasirlik"
monoqrafiyasının qiymətli
elmi mənbə olaraq kütləvi marağa səbəb olacağını əminliklə
deyə bilərik.
Əbülfəz QULİYEV
525-ci qəzet.- 2023.- 5 iyul. S. 11.