Şekspir dünyası

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Təlxək bir zənbil əncirlə gəlir: "Nilin ən yaxşı qurduna sən malik olacaqsan/ O, ağrı vermədən öldürəcəkdirmi?" deyə Kleopatra soruşur. Təlxək təsdiq edir ki, ilan zənbildədir.

Ən yaxşı paltarını geyinərək, çariça ölümünə hazrlaşır. O, öz xidmətçiləri ilə ölümünə görə son dəfə vidalaşır. Bir qızın ürəyi partlayıb ölür. Kleopatra ilanın birini döşünün, digərini isə qolunun üstünə qoyur. Kleopatra da ölür. Mühafizəçilərin danışığını eşidən Çarmiian həmçinin zəhərli ilanın sancması ilə ölür.

Sezar Kleopatranın ölümündən həyəcanlanır, göstəriş verir ki, onu Antoninin yanında dəfn etsinlər bu sözləri deyir: "Yer üzərindəki heç bir qəbir heç cür sıxa bilməyəcək / O qədər məşhur olan bu cütlüyü".

Hər yerdə "Antoni Kleopatra", şəxsiyyətlərin apardıqları siyasət barədə dərin analizi əks edirən kimi oxunduqca oxunur. Pyesin poeziyasının yaratdığı hissiyyatdakı dəbdəbədən isə sevinc duyulur. Sezar hakimiyyət üstündə Antoni ilə vuruşur, lakin real münaqişə, Sezarın şəxsən təmsil etdiyi Roma ilə Kleopatranın təmsil etdiyi Şərq arasında gedir. Bu kişi qadın, ağıl ürək, siyasət ehtiras arasındakı paralellər vuruşlara, rəsmi dilə metaforik şeirə keçir. hər bir münaqişədə Roma hökmən udur.

Emosional səviyyədə pyes mürəkkəbdir. Alimlər buradakı qabarma çəkilmələri, mərkəzi məhəbbət əhvalatının keyfiyyətini dəfələrlə qeyd etmişlər. Burada ehtiras qısqanclıq onu izləyən xəyanətlərlə kəsilir. Demək olar ki, bütünlüklə şeirdə olan pyesin möhtəşəm dili bu kontekstdə olduqca canlı görünür.

Antoni daim "Misirin Kleopatrasına" coşqun hiss cavabı verməsi ilə, Kleopatranın Misirinə göstərdiyi münasibətlə, özünün xidmət etdiyi imperiya qarşısındakı məsuliyyəti arasında bölünür, parçalanır. Özünə qapanmış Antonidən fərqli olaraq, Kleopatra, əksinə, həyata daha nüfuzedəci qiymət verməyi bacarır, özünə bir qlobal ölçüdəki oyunçu kimi baxmağını heç vaxt kəsmir. Ölümə hazırlaşanda o, əvvəllər, teatr aktyoruna daha çox bənzər qaydada bir dəfə olsun belə hərəkət etməmişdi. Onun təmkinlə, belə ağıllı qaydada həyatdan getməsi, "qurdun" - zəhərli ilanın keyfiyyəti barədə soruşması güman etməyə imkan verir ki, o, hələ özünə bütünlüklə nəzarət edir. İlan onu sancdıqdan sonra da, "Ərim, mən gəlirəm" deyə qışqırır. Onun özünü necə sürətlə öldürməsi iftixar hissi doğurur. O, Misirin çariçası kimi Roman kütləsi qarşısında, Sezarın triumf marşında paraddan keçmək yolu ilə alçaldılmasından bütünlüklə imtina edir. Bu vaxt çox sevdiyi övladlarının gələcəyini düşünməklə, iradəsinin zəifləməsinə yol vermək istəmir.

Pyesin dördüncü pərdəsi səhnə yararlığı üçün çətindir. Kleopatra rolunu ən böyük aktrisalar oynamışdır. Antoni, Kleopatranın seksual hakimiyyəti tələsinə düşür. Bunu nümayiş etdirmək üçn səhnədə Kleopatraya Şərqin göbək rəqsi paltarını geyindirirlər. Kleopatranın fiziki psixoloji təsiri altına düşən Antoni tədricən ondan asılı olur. Yuli Sezarın qatilləri ilə üz-üzə gələn bir adamın kölgəsinə çevrilməklə, Antoni süqut edir. Çox içdiyinə görə o, zəifləyir, Şekspir isə buna yalnız işarə vurur.

Əhval-ruhiyyə davranış daim dəyişdiyindən səhnədə Antoni Kleopatra bərabər qaydada tələb olunan rollar kimi çıxış edirlər. Onların dəyişkən xarakterinə əks olan, sakit hər şeyi hesablayan Sezarın rolu rəsmi siyasi dildə yazılmışdır, bu, onun gələcək imperator Avqust Sezarın möhkəmliyinin layihəsi kimi izah olunur. O, heç əclaf deyil, ləyaqət adamıdır. Həqiqətən , "Antoni Kleopatra", ümumiyyətlə, əclaflığın olmadığı bir faciədir. Hətta Sekst Pompey düşmənlərinin öz yanında qonaqlıqda olanda öldürülməsinə razılıq vermir.

Şekspir bu pyesi öz əbədi gücünün yüksəlişində olanda yazmışdı. Kleopatra daha mürəkkəb personajlar arasında Falstafla Hamletlə bir sırada dayanır. Kleopatra bir ədəbi qəhrəman kimi, miriad sayda romanların yazılmasını ilhamlandırmışdır.

"Koriolan" faciəsi

"Koriolan" faciəsi Şekspirin daha açıq cəhəti ilə seçilən siyasi pyesidir. Onun 1607-ci ildə yazıldığı güman edilir, baxmayaraq ki, bu barədə elə bir səhih məlumat yoxdur. Mahiyyətcə pyes, bürokratiyanı anatomiya sınağına uğradır, onu etiraf edir ki, bütün hakimiyyət xalqın üzərinə düşür, lakin demokratlar necə sürətlə kütlələri idarə edə bilirlər. Bu güclü bir liderliyə ehtiyac olduğunu təsdiqləyir, həm göstərir ki, bu adamlar necə asanlıqla liderlərə çevrilirlər. Nəticə teatrlaşmış xarakter daşıyır, lakin həm qeyri-adi emosionallığa malik olmayan bir pyesdir, qurbanlarının az rəğbət doğurduğu bir faciədir.

Həqiqətən səhnə dili vasitəsilə hiyləgərliklə "Koriolan"da hadisələr aristokratların idarə etməsinə ya xalqın iradəsinə haqq qazandırmaq üçün istifadə edilir.

Burada cərəyan edənlər b.e.ə. 490-cı illərdə Romada, onun yaxınlığında volsklərin əsas şəhəri olan Koriolidə Atriumda baş verir. Onlar həmin vaxt Romanın düşmənləri idi. Ancaq Şekspir tarixi dəqiqliklə elə maraqlanmırdı, daha çox əhvalatın dramatik potensialına əhəmiyyət verirdi, bu səbəbdən pyesdəki əhvalat üç faciə qəhrəmanının - Roma xalqının, volsklərin Kay Martininin öz ailəsi ilə birgə taleyi ətrafında olan hadisələr şəklində fırlanırdı.

Kaya Koriolan titulu verilmişdi ki, Koriolini qarət etməsini bayram etsin. O, Senat vasitəsi ilə Romanı idarə edən patritsilərin marağına xidmət edirdi. Həmin dövrdə Senat kommonerlərlə ya plebeylərlə sözləşmişdi. Plebeylərdən isə iki tribun seçilirdi ki, Xalq Yığıncağında onların natiqləri kimi çıxış etsinlər. Pyesdə Senat Koriolanı yüksək vəzifə sayılan konsul etməyi planlaşdırır. Mərasimin mərkəzi hissəsi bu vəzifəyə istənilən namizəddən tələb edir ki, əyninə "alçaldan mantiya" geyinsin, hərfi mənada bu, alaq otundan olan plaşdır həm Forum adlanan yığıncaq yerində plebeylərdən xahiş etsin ki, onun namzədliyini bəyənsinlər. Bu prosedur sübut edir ki, yeni konsul ümumi xalq legitimliyinə layiq olacaqdır. Xalq Koriolanı rədd etdikdə isə, bu, siyasi dramaya şəxsi faciəyə çevriləcəkdir.

Ərzaq barədəki narazılıq Romanı silkələyir, Kay Marti özündən razı bir hərbi qəhrəman olduğundan, onun adətən kommonerlərdən (plebeylərdən) zəhləsi gedir. Sakit olmayan kütlə üçün namizədlərin alçaldılması şəklində sınağa çəkilməsi, onların, yaxşı qisas almaq keçisi, qapazaltısı roluna düşməsinə bənzər kimi görünür. Lakin Meneni Aqrippa hörmətli ağsaqqal olmaqla, şikayətlənir ki, allahlar aclığa görə patritsiləri məzəmmət etməsin. O, həmçinin aristokratlara qarşı yönəlmiş, onların acgözlüyü barədəki ittihamlardan da yuxarı sinfi müdafiə edir. Əgər romalılar Senatı yoğun qarına malik olan adamlar kimi qiymətləndirirsə, o deyir, onlar unutmasınlar ki, cəmiyyətin hamısını məhz Senat qidalandırırdı onları isə kommonerlərin "böyük oyuncağı" olması şəklində ədalətsizliklə aşağılayırlar. Lakin üsyançıları sakitləşdirmək ümidləri Marti gəlib çıxanda tamamilə puç oldu. O, elan edəndə ki, qiyam qaldıranlar dar ağacından asılacaqdır, həmçinin onların Sitsipi Venutu Yuli Brutu tribun seçmələrinə güldükdə, bu plebeyləri daha da qızışdırdı.

Volsklər Roma əleyhinə silah qaldırır Marti yenidən şəhəri xilas etməyə çağırılır. Koriolidə volsk generalı  Tull Aufidi isə inanır ki, Marti tərəfindən əvvəlki məğlubiyyətinin qisasını ala biləcəkdir.

Marti vuruşa başçılıq edən kimi, arvadı Virciniya onun təhlükəsizliyinin qorunmamasından qorxur, ancaq ərinin qüdrətli anası Volumnia ona gülür. Bu qadın oğlu haqqında deyir ki, onu qorxusuz böyütmüşdür. Çox saydakı yaraları onun igidliyindən xəbər verir.

Korioli yaxınlığında romalıların hücumu zəifləyir. Marti yorulmuş qoşunlarını söyür. Yaralanmış qana bulaşmış şəkildə o, sonra əsgərləri təzə bir hücuma aparır, hətta qısa müdddətdə Aufidi ilə vuruşur. Bu adamı volsk əsgərləri xilas etmişdi. Qələbəyə əmin olan Roma generalları Komini Tit Larti Martinin igidliyini tərifləyirlər ona Koriolini işğal etdiyinin təzminatı kimi Koriolan titulunu bəxş edirlər. Aufidi öz nifrət etdiyi düşməni tərəfindən yenidən alçaldılacağı gümanına görə ondan qisas almağa and içir.

Bu vaxt artıq Koriolan kimi tanınan Marti Romaya dönür. O, fəxr edir ki, anası onu tərifləyərək, indiyədək bədənindəki 25 yaranın üstünə yeni müharibədə ikisini əlavə etdiyini deyir. Bu söz yayılmaqla, onun konsul adını daşımağa layiq olduğu bildirilir, lakin Brut Sitsini bunun qarşısını almaq üçün qəsd təşkil edirlər. Roma adəti isə diktə edir ki, Koriolan "alçaldan mantiyanı" geyinməlidir öz yaralarını Forumda yığılan plebeylərə göstərməlidir. Lakin tribunlar inanırlar ki, o, elə özündən razıdır ki, bunları etməyəcəkdir. Senat Koriolanın namizədliyini müzakirə etməyə yığışanda, tribunlar onun yadına salırlar ki, o, xalqın bəyənməsinə nail olmalıdır, hansı ki, bunu etməyə isə onun heç həvəsi yox idi.

Koriolan hələ "alçaldan mantiyanı" geyinib, plebeylər səs verməmişdən əvvəl Foruma gəldi ki, vətəndaşların bir sıra qruplarını inandırsın ki, ona sözlərinə görə deyil, fəaliyyətinə görə qiymət versinlər. Ona xoşdur ki, vətəndaşların tələblərinə cavab vermək onların etibarını qazanmaq üçün kifayət qədər görmüşdür. O gedir ki, mantiyasını soyunsun. Sitsini Brut kommonerləri ona qarşı zəhərləməyə başlayırlar, onun xalqa qarşı "qəzəbini" yada salırlar deyirlər ki, Koriolan konsul olsa, onların "seçiminə məhəl qoymayacaqdır". İki tribun Forumda xalq üsyanını planlaşdırmağa başlayır.

Koriolan öyrənir ki. Aufidi Artiuma istirahətə yollanıb yenidən Romaya qarşı müharibəyə hazırlaşır. Lakin Roma generalının özü daha çox problemlərə malikdir. Sitsini Brut küçədə onunla üz-üzə gəlirlər ona xatırladırlar ki, o, xalqın xidmətçisidir. Komini Meneni onun tərəfini saxlayırlar. Lakin Koriolanın hirsi püskürür. Xalqın "mütləq hakimiyyətini" buraxdığını elan edir. Brut vətəndaşları çağırır mühafizəçilərinə göstəriş verir ki, Koriolanı həbs etsinlər. General öz qılıncını çıxarır camaat dağılır.

Koriolan evinə qayıdanda orada özünün konsulluğa namizədliyinin irəli sürülməsini görməyi qərara alır, çox alicənab anası ona təlqin edir ki, Forum qarşısında özünü alçalan kimi göstərsin. Volumnia ona deyir ki, düşmənləri ilə üz-üzə gələndə, öz məqsədinə çatmaq üçün onlara yalan desin. Həmişə olduğu kimi, anasına baş əyib, vəd edir ki, "fahişə könlü ilə", təmkinliklə camaatı tərifləyib, kütləyə ümid verəcəkdir.

 

(Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 5 iyul. S. 14.